www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Ayətullah Məkarim

Nifas qadının hökmləri

Məsələ 486: Vacib ehtiyata əsasən, qanın nifas qanı sayılması üçün körpə kamil olmalıdır. Bətndən laxtalanmış qan xaric olsa və bilinsə ki, bu qan bətndə qalsaydı insan olacaqdı, həm qandan pak olmuş qadının vəzifələrinə əməl olunmalı, həm də heyiz qadının tərk etdiyi işlər tərk edilməlidir.

Məsələ 487: Əgər şəkk yaransa ki, bir şey siqt olub (düşüb) yoxsa yox, ya da düşən şey insan olub, yoxsa yox, xaric olan qan nifas qanı sayılmır və onu araşdırmaq lazım deyil.

Məsələ 488: Heyizli qadına haram olan bütün işlər nifas qadına da haramdır. Heyizli qadına vacib, müstəhəb, məkruh olan işlər nifas qadın üçün də eyni hökmdədir.

Məsələ 489: Nifas halında qadına yaxınlaşmaq haramdır. Əgər ər nifas zövcəsi ilə yaxınlıq edərsə, müstəhəb ehtiyat budur ki, heyizin hökmlərinə əməl edilsin, kəffarə verilsin. Nifas halda təlaq da batildir.

Məsələ 490: Nifas qanından paklanmış qadın qüsül verməli, ibadətlərini yerinə yetirməlidir. Əgər doğuşdan on gün keçməmiş yenidən qan görərsə qan gördüyü günlər üst-üstə on gün və ya on gündən əskik olduqda, bütün günlər nifas sayılır. Arada paklanan qadın ibadətini yerinə yetirə bilər.

Məsələ 491: Əgər qadın zahirən nifas qanından paklanarsa və ehtimal edərsə ki, bətnində qan var, bir qədər pambıqla özünü yoxlamalıdır. Əgər pak olsa qüsl verib ibadətlərini yerinə yetirməlidir.

Məsələ 492: Əgər nifas qanı on günü ötüb keçsə, heyizdə olduğu kimi ədədiyyə günləri nifas, qalan günlər istihazə sayılır. Əgər adət yoxsa, on günədək nifas, qalan günlər istihazədir.

Məsələ 493: Bir qadının heyiz adəti on gündən az olarsa, əgər adət günlərindən artıq nifas qanı müşahidə etsə, öz adət günləri həddində nifas halında olduğunu qəbul etməlidir. Vacib ehtiyata əsasən, onuncu günədək ibadətdən çəkinməlidir. Əgər qan on gündən artıq gələrsə, adət günləri həddində nifas halındadır, qalan günlər istihazə qəbul olunur və həmin günlərdə buraxılan ibadətlərin qəzası yerinə yetirilir.

Məsələ 494: Bir çox qadınlar doğuşdan sonra bir ay və ya daha artıq müddət özlərində qan müşahidə edirlər. Bu qadınların heyiz adəti olarsa, həmin günlər həddində nifas halında olduqlarını qəbul etməli, on gündən sonra istihazə hökmünə əməl etməlidirlər. On gün keçdikdən sonra heyiz günlərinə təsadüf edərsə heyiz hökmünə əməl etməlidirlər. (Qanda heyiz nişanəsinin olub-olmamasının fərqi yoxdur) əgər heyiz günlərinə təsadüf etməsə, istihazə hökmünə əməl etməlidirlər. Bir şərtlə ki, qanda heyiz nişanəsi olmasın.

Məsələ 495: Doğuşdan sonra bir ay və ya daha artıq müddətdə özündə qan müşahidə edən qadınlar aylıq adətə malik olmadıqda ilk on günü nifas, ikinci on günü istihazə, sonrakı on günü qanda heyiz nişanəsi olduqda heyiz hökmünə əməl etməlidirlər. Qanda heyiz nişanəsi olmasa həmin günlər də istihazə qəbul olunur.


Oxunub: 1801

dəfə

.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı