www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Ayətullah Vəhid

Suların hökmləri

Məsələ: 47. Mə`nası 15-ci məsələdə açıqlanmış «muzaf su»

nəcis bir şeyi pak etməz və onunla alınan dəstəmaz, qüsl də batildir.

Məsələ: 48. Muzaf su, qəlil (az) və ya kəsir (çox) olmasından asılı olmayaraq, nəcisə toxunduqda nəcis olur. Baxmayaraq ki, çoxluğun bə`zi dərəcələrinə nisbətən ümumi hökm məhəlli-işkaldır, lakin muzaf su təzyiqlə nəcisə dəysə, ona dəyən hissəsi nəcis, qalan hissəsi isə pakdır. Məsələn, nəcis əlin üstünə gülab qabından gülab töküldükdə ələ dəyən hissələr nəcis, qalan hissələr isə pakdır.

Məsələ: 49. Əgər nəcis olmuş muzaf su, artıq ona "muzaf su" deyilməyəcək tərzdə kürr suyu, yaxud axar su ilə qarışsa, pak olur.

Məsələ: 50. Əvvəlcə mütləq olan suyun, sonradan muzaf həddinə çatıb-çatmaması bilinmədikdə mütləq su kimidir. Yə`ni, nəcis bir şeyi pak edər və Həmçinin, onunla dəstəmaz və qüsl də düzgündür. Amma əvvəlcə muzaf olunan suyun sonradan mütləq su olub- olmamağı bilinmədikdə, muzaf su kimidir. Yə`ni nəcis bir şeyi pak etməz və onunla alınan dəstəmaz, qüsl də batildir.

Məsələ: 51. Suyun əvvəllər mütləq, yoxsa muzaf olması; və yaxud mütləq və ya müzaf olması bilinmədikdə nəcasəti pak etməz, həmçinin, onunla alınan dəstəmaz və qüsl də batildir. Amma əgər kürr qədərində və yaxud ondan çox olduğu təqdirdə ona nəcis dəysə, paklığına hökm olunur.

Məsələ: 52. Qan, bovl və s. kimi eyni-nəcasət suya dəyməklə iyini, rəngini, dadını dəyişsə, hətta kürr və yaxud axar olsa da, nəcis olur. Amma suyun iyi, rəngi və dadı suyun kənarında olan nəcis şey vasitəsilə dəyişmiş olsa, nəcis olmaz. Məsələn, suyun kənarındakı ölü heyvanın iyini su özünə çəksə, nəcis olmaz.

Məsələ: 53. İçinə bovl və qan kimi eyni-nəcasət tökülərək onun vasitəsilə iyi, rəngi və dadı dəyişmiş su kürr, yaxud axar suya bitişərsə, yaxud onun üzərinə yağış yağarsa və yaxud külək yağışı onun üzərinə tökərsə, yaxud da yağış yağan vaxt yağışın suyu navalçadan axıb onun üzərinə tökülərsə və suyun dəyişikliyi aradan gedərsə, o su pak olar. Müstəhəbb ehtiyata əsasən, gərək yağış suyu və yaxud kürr, yaxud da axar su onunla qarışsın.

Məsələ: 54. Əgər nəcis bir şeyi axar və yaxud kürr suyunda paklasalar, paklaşmaya səbəb olan yuyulmada, ondan çıxarıldıqdan sonra ondan ayrılan su da pakdır.

Məsələ: 55. Əvvəlcə pak olması mə`lum olan suyun sonradan nəcis olub-olmaması bilinmədikdə pakdır. Əvvəlcə nəcis olması mə`lum olan suyun sonradan pak olub-olmaması bilinmədikdə nəcisdir.

Məsələ: 56. İt, donuz və kitab əhli olmayan kafirin yeməyinin artığı nəcis və onu yemək haramdır. Əti haram olan heyvanların yediyinin artığı pakdır və pişikdən başqa onların artığının yeyilməsi məkruhdur.


Oxunub: 1729

dəfə

.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı