Məsələ: 73. İstibra – kişilərin bövl etdikdən sonra yerinə yetirdiyi bir əməldir ki, ondan sonra bövlün məcrasında hər hansı bir nəmlik xaric olsa, onun bövl hökmündə olmaması üçün yerinə yetirirlər.
İstibra bir neçə qismdir. Ən yaxşısı budur ki, bövldən sonra ğaitin məxrəcindən alətin dibinə qədər olan yeri sol əlin orta barmağı ilə (sıxa-sıxa) çəksin, sonra baş barmaqla bövl kanalının üstündən, baş barmağın yanındakı barmaqla isə kanalın altından tutaraq üç dəfə dəllək kəsən yerədək çəksin, sonra alətin başını üç dəfə sıxsın.
Məsələ: 74. Mazaqlaşdıqdan sonra bə`zən insandan xaric olan su pakdır. Bə`zən məni xaric olduqdan sonra gələn su məni ilə qarışmayınca və Həmçinin, bə`zən bövldən sonra gələn su bövllə qarışmayınca pakdır. Əgər şəxs bövldən sonra istibra etsə və sonra ondan bir su xaric olsa, onun bövl, yoxsa mənidən başqa bir su olub- olmamasında şəkk etsə, o su pakdır.
Məsələ: 75. Bir şəxs istibra edib-etməməsində şəkk etsə və ondan bir nəmlik xaric olduqda onun pak olub-olmamasını bilməsə, həmin nəmlik nəcisdir. Belə ki, dəstəmaz almış olsa, batil olar. Amma etdiyi istibranın düz olub-olmamasında şəkk etsə və ondan pak olub- olmamasını bilmədiyi bir nəmlik xaric olsa, o nəmlik pakdır və dəstəmazı da batil etməz.
Məsələ: 76. İstibra etməyən və kanalda bövl qalmamasına arxayın olacağına səbəb olan bir zaman müddəti keçdikdən sonra bir nəmlik xaric olsa və o nəmliyin pak olub-olmamasında şəkk etsə, pakdır və dəstəmazı da batil olmaz.
Məsələ: 77. Bövldən sonra istibra edərək dəstəmaz alan bir şəxs, dəstəmazdan sonra özündə nəmlik görsə və onun bövl və məninin ikisindən biri olmasını bilsə, gərək ehtiyat edib həm qüsl etsin, həm də dəstəmaz alsın. Amma istibradan sonra dəstəmaz almamış olsa,dəstəmaz alması kifayətdir.
Məsələ: 78. Qadın üçün bövldən ötəri istibra yoxdur. Gördüyü nəmliyin bövl olub-olmamasında şəkk etsə pakdır, onun dəstəmaz və qüslünü də batil etməz.
Təxəllinin müstəhəbb və məkruh əməlləri
Məsələ: 79. Müstəhəbdir şəxs təxəlli edən zaman elə bir yerdə otursun ki, heç kəs onu görməsin və təxəlli yerinə sol ayaqla daxil və sağ ayaqla xaric olsun. Həmçinin, təxəlli halında başı örtmək, təqənnö etmək (gözlərdən savayı üzü bütünlüklə örtmək) və bədənin ağırlığını sol ayağın üstünə salmaq müstəhəbdir.
Məsələ: 80. Təxəlli edərkən üzü günəşə və aya tərəf oturmaq məkruhdur, amma bu zaman övrətini bir şeylə örtsə, məkruh olmaz. Həmçinin, təxəlli edərkən küləklə üzbəüz, yolda, xiyabanda, küçədə, evin qapısında və meyvə ağacının altında oturmaq, təxəlli halında bir şey yemək, çox oturmaq, sağ əl ilə paklanmaq; eləcə də təxəlli zamanı danışmaq məkruhdur. Lakin danışmağa məcbur olsa, məkruh deyildir. Həmçinin, Allaha zikr etdikdə də (eybi yoxdur). Çünki zikr etmək hər bir halda müstəhəbdir.
Məsələ: 81. Ayaq üstə, bərk yerə, heyvanların yuvasına və suya, məxsusən də axarı olmayan durğun suya bövl etmək məkruhdur.
Məsələ: 82. Bövl və ğaitin gəlməsinin qarşısını alıb saxlamaq məkruhdur. Əgər bədənə ümumi ziyanı olmuş olsa, haramdır.
Məsələ: 83. Şəxsin namazdan, yatmazdan, cimadan (cinsi
əlaqədən) əvvəl və məni gəldikdən sonra bövl etməsi müstəhəbdir.
dəfə
.