www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam Əleykum.Şahmat yoluyla pul qazanmaq haramdır?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər onunla qumar oynanılarsa həm oynamaq həm də onunla əldə olunan pul haramdır. Yox əgər müsabiqələrdə iştirak etməklə əldə olunarsa və qazanılan pul iştirakçıların pulları deyilsə, yaşadığınız məntəqədə şahmat qumar aləti hesab olmadığı təqdirdə maneəsi yoxdur.

Təşəkkürlər.
Sual: Əssəlamu Aleykum sualım XAMENEYİ Ağayadır. Bilmək istərdim. 1ci qəza namazlarında sübh zöhür əsr namazlarını yavaş səslə qılmağı hökmü nədir.2ci qəza namazlarında təsbihatı ərbəni bir dəfə deməyin hökmü nədir
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

1. Zöhr və əsr namazlarını pıçıltı ilə qılmaq vacibdir. Lakin kişilər sübh namazını, məğrib və işa namazlarının ilk iki rəkətini səsli qılmalıdır və pıçıltı ilə qılarsa batildir. İstər əda (vaxtında qılınan) olsun, istər qəza. Amma qadınlar səsli namazları da pıçıltı ilə qıla bilərlər.

2. Təsbihati-ərbə'əni bir dəfə demək vacib, üç dəfə demək müstəhəbdir. İstər əda olsun, istər qəza.

Təşəkkürlər.
Sual: Salam. Sualıma görə çox üzr istəyirəm. Qoçun xayasın yemək haramdır? Təşəkkür edirəm.
Cavab: Əleykum salam.

Ayətullah Fazil Lənkərani-dəftərxana:

Bəli, haramdır.

Təşəkkürlər.
Sual: Hicablı qadın qaynatasının yanında hicabsız gəzə bilər?
Cavab: Salam.

Ayətullah Xamenei-dəftərxana:

Bəli.

Təşəkkürlər.
Sual: Allahı salamı olsun sizə. Əvvəllər sıfırla qırxırdım üzümü sonradan birlə qırxmaq istədim lakin atam evdə qəti şəkildə narazılıq edir. Mən bu halda neyniyə bilərəm?
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Vacib ehtiyata əsasən kişi üzünü tamamilə qırxa bilməz və ürfün nəzərində "saqqal saxlayır" deyiləcək həddə üzündə tük olmalıdır. Bu məsələdə valideynin sözü keçərli deyil və Allahın əmrinə itaət etmək vacibdir.

Təşəkkürlər.
Sual: ƏSSALAMU ALEYKUM sualım XAMENEYİ Ağayadır. Bilmək istərdim bankdanpul götürüb maşın almağın və yaxud ev almağın hökmü necədir. Çünkü bank faiz alır
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Zərurət yoxdursa icazəli deyil. Əgər zəruri hal yaranarsa borc niyyətilə götürmək olar. Hərçənd məcbur olub faiz verəcəyini bilsə belə.

Təşəkkürlər.
Sual: Qurbanliq vacibdir muselmana
Cavab: Salam.

Ayətullah Sistani-dəftərxana:

Həcdə olmayan şəxslər üçün qurban kəsmək müstəhəbdir, vacib deyil.

Təşəkkürlər.
Sual: Salam Əleykum.Bir insan "Qurban bayramı"nda kəsib insanlara paylamaq məqsədi ilə alıb,saxladığı heyvana xums düşürmü?Düşürsə əgər necə hesablanmalıdır?Öncədən təşəkkür edirəm.
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Xums günü çatıbsa yaxud aldığı vaxtdan bir il keçibsə onun xumsu verilməlidir. Əks halda xumsunu vermək vacib deyil. Xums onun özünün yaxud qiymətinin beşdə bir hissəsidir.

Təşəkkürlər.
Sual: Salam Əleykum.Bir dəfə geyinilib,daha geyinilməyən paltara xums düşür?Düşərsə onu necə hesablamaq lazımdır?Geyimi aldığım qiymətləmi hesablayım?Öncədən təşəkkür edirəm.
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər bir dəfə ehtiyac olduğu üçün geyinilibsə xumsu yoxdur. Əks halda indiki qiymətlə xumsu verilməlidir.

Təşəkkürlər.
Sual: Salam Əleykum.Qurban məqsədi ilə heyvan kəsib,20-30 nəfər arasında bölüb,satmaq düzgündürmü?Və həmin ətin kiloqramı ət dükanlarında satılan ətin qiymətinə,bəzəndə ondanda baha olur.Belə olan halda pul ilə alınan həmin ətə "Qurban əti" demək olarmı?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Bəli, olar.

Təşəkkürlər.
Sual: Salam. Yoldasim musiqicidiir ve haram toylara gedib qazandigi pullardan ev almisdi. O evi nece temizlemek olar? Yeni haram pulla alinmis evi nece edek ki halal olsun?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Evdə yaşamaq, ondan istifadə etmək haram deyil. Həmçinin haram musiqiyə görə yoldaşınıza pul verən şəxslər şəri cəhətdən o pula malik olmadığını bilsələr belə onu xərcləməsinə razı olarsa yoldaşınızın o pulu istifadə etməsinin maneəsi yoxdur. Hərçənd haram musiqi ifa etməklə günah iş görür.

Təşəkkürlər.
Sual: Bismillahirahmanirahim. As salamun aleykum. Rehmetullahi. Ve Bereketuhi . Sizden bir ricam olacag . Sorusmag isdeyirem. Izinizle . Beden uzuvlerine ( tato.yada döyme ) vurmag haramdi . Yoxsa beyelinmir . .
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

İcazəlidir amma mömin insan belə işlər görməsə yaxşıdır. Əlbəttə hər halda Allahın, peyğəmbərin (s) və məsum imamların (ə) adlarına, Quran ayəsinə dəstəmazsız toxunmaq icazəli olmadığı üçün bu adları yazdırmaq olmaz. Bundan əlavə, qeyri əxlaqi şəkil və yazılar yazdırmaq icazəli deyil. Həmçinin onu naməhrəm şəxslərə göstərməklə günaha düşmək və ya qarşı tərəfi günaha salmaq qorxusu olarsa icazəli deyil.

Təşəkkürlər.
Sual: Salam Əleykum.Sizə iki sualım var. 1.İnsanın razı olmadığı və valideyinlərinidə heç cür razı sala bilmədiyi halda valideyinləri ona haram toy etsələr,bu halda insanın vəzifəsi nədir? 2.Torpağı çökmüş qəbiri qəbristanlığın torpağından istifadə edərək düzəltmək,yəni çökmüş yeri qəbristanlığın torpağı ilə doldurmaq olar? Öncədən təşəkkür edirəm.
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

1. Toyda iştirak etməməlidir.

2. Olar, maneəsi yoxdur.

Təşəkkürlər.
Sual: Əssalamu aleykum sualım SEYYİD XAMENEYİ Ağayadır. Sualım budurkimən evdə gecə Namazını sübh Namazına yaxln qılıram. Ancaq işdə gecə işlədiyim görə gecəyarısı daxil olandan sonra qılıram. Çünkü sübhə yaxın işdə oluram. Bu Namazımın hökmü necədir
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Namazınız səhihdir.

Təşəkkürlər.
Sual: Salam mənim yaşadığım yerdə əxlaqsızlıq baş alıb gedir və çox pis mühit var , bu mənim halıma təsir edir . Mən həddi-büluğa çatdıqdan sonra ölkəni Qumda təhsil almaq üçün tərk edə bilərəm ? əgər valideyn icazə verməsə ,bu vəziyyətdə nə etməliyəm?
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Əgər valideynlər onları tərk etdiyinizə görə narahat olarsa və çətinliyə, məşəqqətə düşərsə icazəli deyil.

Təşəkkürlər.
Sual: Salam, loteryada udulan pul haramdır? O, pullnan kredit ödəmək olar?
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

1. Əgər pulun sahibi şəri cəhətdən müamilənin batil olmasını və sizin ona malik olmadığınızı bilsə belə pulu xərcləməyinizə razı olarsa maneəsi yoxdur və onu xərcləyə bilərsiz.

2. Əgər məqsədiniz bir miqdar pul alıb faizi ilə geri qaytarmaqdırsa icazəli deyil. Amma məqsədiniz hansısa bir əşyanı alıb pulunu hissə-hissə ödəməkdirsə heç bir maneəsi yoxdur.

Təşəkkürlər.
Sual: Ehtiyat qusul aldiqda namaz qilmaq olar.Destamaz almadan
Cavab: Salam.

Ayətullah Xamenei-dəftərxana:

Xeyir, olmaz. Dəstəmaz da almaq lazımdır.

Təşəkkürlər.
Sual: Salam.Evden qizil tapmisam,1ile yaxin mende olub bilmemisem qizildi one gore hec kime dememisem,qizil oldugunu bilenden sonra satmisam.Onun pulunu ne etmeliyem?
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Vəzifəniz onun sahibini axtarmaq idi. Əgər sahibini tapmaqdan məyus olsanız o zaman sahibinin adından sədəqə verməli idiniz. Hal-hazırda əgər sahibini tapmaq mümkündürsə axtarıb tapmalı və pulunu onun özünə verməlisiz əgər razı olmasa eyni onun kimi bir qızıl alıb sahibinə verməlisiz. Əgər sahibi tapılmazsa və onun tapılmasından məyus olsanız qızılın pulunu sahibi adından sədəqə verməlisiz.

Təşəkkürlər.
Sual: Əssalamu Aleykum. Sualım SEYYİD XAMENEYİ Ağayadır. Ailəsi olan insan müvəqqəti nigah edə bilər. Və etsə hökmü nədir
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Bəli, edə bilər.

Təşəkkürlər.
Sual: Salam olsun. Əlimə kıey dağılıb və aradan çətin gedir namaz zamanı dəstnamaz alsam düzgün olur? olmursa nə etməliyəm? Bir sualımda xumsla bağlıdı. neçə il xums verməmişəm ama namaz qılmışam belə olan halda namazlarım doğrudurmu? və əvvəlki illərdə vermədiyim xumsları sonradan necə təlafe edə bilərəm? boynumdan götürülməsi üçün nə etməliyəm?
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

1. Əgər təmizləmək mümkün deyilsə yaxud həddən artıq çətinlik və məşəqqəti varsa həm təyəmmüm etməli həm də dəstəmaz almalısız.

2. Əvvəlcə xums gününüzü təyin etməlisiz. İnsanın hazırda məşğul olduğu işə başladığı ilk gün onun xums günü sayılır. Daha sonra bu illər ərzində həmin xums günlərində nə qədər xums verməli idinizsə hesablamalı və indi xumsunu verməlisiz. Əgər heç bir şey xatırlamırsızsa müctehidin səlahiyyətli nümayəndəsinə müraciət etməli və onunla müsalihə etməlisiz.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı