www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam...Bir nəfər aşağıdakı qaydada təyəmmüm alib....bu təyəmmüm fətvaya uyğun batildir yoxsa ehtiyat vacibə əsasən?...əllərini torpağa vurub alnına çəkib...əllərinə çəkməyib...2-ci dəfə torpağa vurub ancaq əllərinə çəkib..
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Fətvaya əsasən təyəmmümü batildir.

Təşəkkürlər.
Sual: Salam Aga.Qusul (ferq etməz hansı qusul ) verəndən sora dəstəmaz almadan həmən qusulla namaz qılmaq olar? Ya dəstəmazda alınmalıdı?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Yalnız cənabət qüslu dəstəmazı əvəz edir. Qalan digər qüsllardan sonra dəstəmaz almaq lazımdır.

Təşəkkürlər.
Sual: Salam men 5 il boşanmış bir xanimdan ailə qurmuşam və soradan mellum olub ki talaq verilməyib bizdə də bu olmuyub bu haqqda bir mellumatımıda olmuyub cox xais edirem bunu bizə başa salasınız biz bunu bilib yenidən xanım talaq verib 3ay idədən sora biz yenidən kəbin edə bilərik və biz kəbin kəsdirdiyimiz hallda bunu bizə hec kim demiyib yəni bu şeydən xəbərimiz olmuyub biz kəbin edib ailə qurumuşuq bizə indi deyiler siz əbadi haramsınız bir birinizə bu haaqd bizə duzgun cavab verin cox xaiş edirəm
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Bu məsələdə Ayətullah Şübeyri Zəncaniyə üdul edib onun fətvasına əməl edə bilərsiniz. Ayətullah Zəncaninin bu məsələdə fatvası belədir; əvvəlcə qadın birinci ərindən təlaq almalı sonra iddə gözləməlidir. İddəsi tamam olandan sonra ikinci ilə yenidən nikah bağlamalıdır. Bu müddət ərzində də bir-birinə naməhrəm olduqları üçün gərək ayrı yaşasınlar.

Təşəkkürlər.
Sual: Salamın əleykum. Namazda gözümüzü möhürdən heç ayırmamalıyıq? Mən eşitdiyimə görə rukuda təşəhhüddə dizlərə baxmalıyıq bu düzdürmü?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Zikr etdiyiniz əməl müstəhəbdir, amma vacib deyil. Namazda əsas üzü və bədəni qiblədən döndərməmək şərt olunur.

Təşəkkürlər.
Sual: Salamın əleykum. Suallarım Sistani ağayadır.1. İstəmədən naməhrəm bir qızın əlinə dəyməyin hökmü nədir? 2. İstibra nədir? Necə edilir? 3. Şiələr namazın sonunda salamlarda başını sağa sola çevirməlidirmi?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

1. Səhvən olarsa eybi yoxdur.

2. İstibra ya bövldən (sidiyə gedəndən) sonra olur ya da sperma xaric olandan sonra. Bövldən sonra edilən istibra kanalda qalan sidiyin xaric edilməsi üçündür və necə edilməsi üçün risaləyə müraciət etməyiniz məsləhətdir. Sperma xaric olandan sonra edilən istibra isə bövl etməyin özüdür.

3. Salamları deyərkən başı sağa sola çevirmək icazəli deyil və bu iş namazı batil edir. Amma imam olan və ya furada namaz qılan şəxsin, sonuncu salamı deyərkən qiblədən dönmədən gözünün ucu ilə və ya burnunun ucu ilə sağ tərəfə işarə etməsi müstəhəbdir. Həmçinin məmum üçün də müstəhəbdir, lakin məmumun sol tərəfində başqa namaz qılanlar da varsa sol tərəfə işarə edərək başqa bir salam deməsi də müstəhəbdir.

Təşəkkürlər.
Sual: Salam. Sualım Sistani ağayadır.1. Whatsapp da sosial şəbəkələrdə naməhrəm qızla danışmaq günahdırmı? 2. Bədəndən çıxan qan dəstəmazı və namazı pozurmu? 3. Birinin qəlbini qırıb sonra üzr istədim məni bağışladı etdiyim səhvə görə ALLAH danda üzr istədim artıq içim rahat ola bilərmi?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

1. Əgər hal-hazırda və ya gələcəkdə (tədricən) günaha düşmək qorxusu varsa və ya şəhvani sözlər danışsalar caiz deyil. Və gərək qadın səsini incəldərək danışmasın və kişi də ləzzət qəsdi ilə onun səsinə qulaq asmasın.

2. Xeyir, dəstəmazı batil etmir.

3. Bu sual şəri hökmlərlə bağlı olmadığı üçün cavab verə bilmərik, üzrlü bilin.

Təşəkkürlər.
Sual: Salam, namazda səhvən artıq söz işlədəndə namaz batil olur? Misal: 3 cü rükətdə vələzzalindən sonra rukuya getmek evezine çaşib bismillahirrəh dedin və sonra birdən yadına düşdü ki 3 cu ruketdesen ve getdin rukuya. Namaz tezelenmelidir?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Namaz səhihdir və yenidən qılmağa ehtiyac yoxdur.

Təşəkkürlər.
Sual: Salam....-Bir nəfər mənə pul verib və mən bu pulla ticarət edərək bütün mənfəəti pul sahibinə verirəm..yəni müzaribədə olduğu kimi pul sahibi ilə icraçı arasında qazancın bölgüsü əvvəlcədən təyin olunmur..bütün qazanc pul sahibinə verilir..1-bu cür sövdələşmə düzdürmü?..2-düz deyilsə hal-hazırda vəzifəm nədir?..3-ümümiyyətlə şəriətdə bütün mənfəəti,qazancı pul sahibinə vermək istədikdə hansı sövdələşmədən istifadə edə bilərik?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

1. Bəli, düzdür.

3. Vəkalət sövdələşməsindən istifadə edə bilərsiniz. Pul sahibi onun pulu ilə ticarət etmək üçün sizi öz tərəfindən vəkil edir və sizin onun pulu ilə ələ gətirdiyiniz qazancın hamısı onun olur. Və əgər istəsəz bu işinizin müqabilində əvvəldən razılaşma yolu ilə ondan müəyyən məbləğdə zəhmət haqqı tələb edə bilərsiniz.

Təşəkkürlər.
Sual: Salam..1-bir nəfər vaxtikən işləyib və xums günü olub..həmin vaxtda xumsunu çıxarıb..həmin şəxs bir ildən çoxdur ki işləmir..hal-hazırda həmin şəxsə hədyyə və nəfəqə verilib..bu şəxsə verilən hədiyyənin..nəfəqənin xumsu xums günündə çıxarılmalıdır yoxsa həmin pulun verilməsindən bir keçdikdən sonra?..2-xums günü çatıb...evin həmin günə qədər olan komunal borclarıni məsələn qaz..ışıq..su borclarını xumsdan çıxmaq ixtiyarımız varmı?...3-ticarətlə məşğul olan şəxs komunal xərcləri..dükanın həmin günə qədər icarə haqqını..işçilərin o günə qədər olan maaşını və sair borcları xumsdan kəsr edə bilərmi?
Cavab: Aleykum salam.

Ayətullah Məkarim-dəftərxana:

1. İşləməyən şəxsə verilən hədiyyə və bu kimi şeylərin xumsu üzərindən bir il keçəndən sonra verilməlidir.

2. Kommunal xərclərin ödənmə vaxtı çatmayıbsa onları istisna etmək icazəli deyil.

3. Əgər icarə haqqının və işçilərin maaşının verilmə zamanı xums günündən sonraya təsadüf edirsə onları istisna etmək icazəli deyil. Amma borcun qaytarılma vaxtı və ya işçilərin maaşının verilmə vaxtı və s. xums günündən əvvələ və ya xums gününə təsadüf edirsə onları istisna etmək icazəlidir.

Təşəkkürlər.
Sual: Salam,Anam mənəvi xəzinələr kitabinda belə bir şey oxuyub,kim vacibi namazlarda nas və qədr sürəlirini oxusa savabi coxdur,ama ixlasi oxumuyub,namazlardan sonra 11 dəfə ixlasi oxuyub,Anamin ürəyində qara qalib o namazlara düzdümü,bilməyib Bilməyib elə edib,indi mamamin ixlassiz qildiqi namazlarin hökmü nədir?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Fatihə surəsindən sonra hər hansı bir surə oxunarsa kifayətdir və ixlas surəsini oxumaq vacib deyil.

Təşəkkürlər.
Sual: Salam. Xums verilme tarixin deyismek olirmu. Ve deyismek mumkundurse nece edilmelidir?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Xumsun tarixini tezləşdirməklə, yəni, xums günü çatmamışdan əvvəl müəyyən bir gündə xums verərək vaxtını dəyişmək icazəlidir. Amma gecikdirməklə dəyişmək icazəli deyil.

Təşəkkürlər.
Sual: SALAM mən bilmək istərdim Xanım ZƏHRA sə təsbihi zikrin deyəndə ALLAHU ƏKBƏR 34 ƏLHƏMDULİLLAH 33 SÜBHANALLAH33.Bu zikirlərin arasında salavat deməyin hökmü nədir .birdə qunutda əzabənnar sözündən sonra əlavə olarag əzabəl qəbr deməyin hökmü nədir.nəzərə alsaq ki əzabəl qəbir quran ayəsindən deyil duada
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

1. Zikrlərin arasında salavat deməyin maneəsi yoxdur.

2. "Əzabəl qəbr" sözünü rəca qəsdi ilə, yəni, savab əldə etmək ümidilə artırmağın eybi yoxdur.

Təşəkkürlər.
Sual: Salam olsun. Kvas içməyin hökmü nədir?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Əgər tərkibində spirt varsa icazəli deyil.

Təşəkkürlər.
Sual: Salam Aga.Mən müsəlmanan şiəyəm,mən rus pravaslav dualari Zagavor oxuya bilərəm? Ümumiyyətlə oxumaq olar? 2 ci sual,Rus kilsəsinə gedib şam yandirmaq olar?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

1. Sırf mütaliə və məlumatlanmaq məqsədi ilə oxumağın maneəsi yoxdur. Lakin onların düzlüyünə etiqad edərək oxumaq icazəli deyil. Həmçinin bununla insanın haqq yoldan çıxması və ya əqidəsinin zəifləməsi ehtimal olunarsa icazəli deyil.

2. Xeyir, olmaz.

Təşəkkürlər.
Sual: Salamaleykum. Qeyri-müsəlman ölkəsində süt və süt məhsulları yemək haramdırmı?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Xeyir, haram deyil, halaldır.

Təşəkkürlər.
Sual: Salam aleykum men covide qarwi vaksin vurdurmuwam ikincisi Ramazan ayina duwur ikinci vaksini vursa oruc batil olururmu?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Xeyir, batil olmur.

Təşəkkürlər.
Sual: Salam.Araq və spirtin pak olması barəsində Fazil ağanın fikri nədir.Yəni əyər paltara düşərsə həmin paltarla namaz qılmaq olarmı yoxsa yuyulub pak olunmalıdır mı?
Cavab: Aleykum salam.

Ayətullah Fazil Lənkərani-dəftərxana:

Şərab və insanı məst edən hər bir şey əgər əslində maye olan şeylərdən hazırlanarsa nəcisdir. Amma yalnız tibbdə istifadə olunan xalis tibbi spirt pakdır. Lakin şərabdan və ya pivədən alınmış olarsa nəcisdir.

Təşəkkürlər.
Sual: Salam Alekum.Allah sizden razi olsun.bilmey istiremki suruculuy vesiqesini almag ucun imtahan verib almalisan lakin kece bilmedin ala bilmisen,lakin pul veribde almag olur bilmey istiremki onu pul verib almag rusvet sayilirmi?
Cavab: Aleykum salam

Ayətullah Xamenei-dəftərxana:

Bu iş icazəli deyil.

Təşəkkürlər.
Sual: Salam.Araq və spirtin pak olması barəsində Behcat ağanın fikrini bilmək istərdim.Paltara əyər düşərsə həmin paltarla namaz qılmaq olarmı yoxsa paltar pak olunmalıdır?.
Cavab: Aleykum salam.

Ayətullah Behcət-dəftərxana:

Şərab və çoxu insanı məst edən hər bir şey əgər əslində maye olan şeylərdən hazırlanarsa nəcisdir. Amma qapı, pəncərə və bu kimi şeylərin rənglənməsində istifadə olunan spirt pakdır. Həmçinin insan müəyyən bir spirtin əslində maye olan şeydən hazırlanmasını və ya məst edici olmasını bilməsə pak hökmündədir.

Təşəkkürlər.
Sual: Salam, lotereyada udulan pulun hokmu nedi? Yeni haramdi, yoxsa halal?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

1. Əgər lotoreyanı təşkil edən onu xeyriyyə işi üçün təşkil edibsə, lotoreya biletlərini almaq icazəlidir və qazanılan məbləğ halaldır.

2. Əgər lotoreya xeyriyyə işi üçün təşkil olunmayıbsa müamilə batil sayılır. Amma batil olmasına baxmayaraq yenə də bileti alsa və uduş adına çıxsa bu növ lotoreyanı təşkil edən dövlət şirkətidirsə Şəri hakimin icazəsi ilə o uduşu özünə götürə bilər əks halda götürə bilməz. Amma lotoreyanı təşkil edən şəxsi şirkətdirsə onların öz razılığı ilə uduşu özünə götürə bilər və şəri hakimin icazəsi şərt deyil.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı