www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam Aga.Su məzi pakdir,su məzi hər hansı bir yerə dəysə o yer murdardir?Su məzi insandan xaric olsa qüsl etmək lazımdır?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Məzi pakdır və dəydiyi şeyi nəcis etmir. Həmçinin onun üçün qüsl alınmır.

Təşəkkürlər.
Sual: salam əleykum ağa mənim yoldaşım işləyir ama illik qazancının xumsunu vermir məndə onun çörəyini yeyirəm haram yemiş oluram?
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Xeyir, siz günah etmirsiz. Amma yoldaşınız xums verməyin vacibliyini bildiyi halda ondan imtina edirsə günah edir.

Təşəkkürlər.
Sual: salam əleykum ağa mən namaza başlayanda dedilər müctehidin olmalıdı biz seyid Sistani ağaya təqlid edirik .məndə onlara qoşulub sizə təqlid etməyə başladım. sualım belədi sizin fətfanıza əsasən musiqili toya gedmək olmaz mənimdə yoldaşım qohum toylarına gedməlisən deyir yəni sizin fətfanıza əməl edə bilmirəm əməl etməyə etməyə sonra necə deyim sizin müqəllidinizəm mənə başqa müctehidə keçmək icazəsi verirsiniz məni üzürlü hesab edin ağa xəcalətliyəm qarşınızda
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Əgər toyda spirtli içkilər yoxdursa və yalnız haram musiqidirsə insan öz ixtiyarı ilə musiqiyə qulaq asmamaq şərtilə orada iştirak edə bilər. Və əgər əmr be məruf və nəhy əz münkər etmək mümkün olarsa və sözünün təsir edəcəyi ehtimalı varsa əmr be məruf etməsi vacibdir. Əks halda vacib deyil.

Təşəkkürlər.
Sual: Salam. Qurban kəsməzdən öncə bıçağın ağzına dua oxumağın hökmü nədir? Əgər oxumaq lazımdırsa hansı dua və nə tərzdə oxunmalıdır? Təşəkkür edirəm.
Cavab: Əleykum salam.

Ayətullah Fazil Lənkərani-dəftərxana:

Qurban kəsərəkən oxunan dua var lakin bu dua bıçağa oxunmur.

Təşəkkürlər.
Sual: Salam....mənim oturduğum stolda şərab yoxdur...amma iştirak etdiyim məclisdə stollarda şərab var və içilir..bu cür məclisdə iştirak etməyin hökmü nədir?...
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər hamısı birlikdə bir məclis hesab olunursa icazəli deyil.

Təşəkkürlər.
Sual: Salam Aleykum. Sualım belədirki, baltikanın istehsal etdiyi kələm suyu var 0 faiz yazılıb içmək olarmı onu? Birdə qreyfurt suyu var oda 0 faiz deyilir oları içmək olarmı?
Cavab: Əleykum salam.

Ayətullah Məkarim-dəftərxana:

Əgər hazırlanarkən tərkibinə az da olsa spirt qatılırsa və ya özündə spirt yaranırsa hətta sonradan müxtəlif üsullarla spirtin faizi azaldılsa belə onu içmək icazəli deyil. Yox əgər adi spirtsiz və şirin içkilərin hazırlandığı kimi hazırlanırsa maneəsi yoxdur.

Təşəkkürlər.
Sual: Salam. Harama qarismis pulla alinmis evi nece temizlemek olar?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər pulun miqdarı və sahibi məlumdursa həmin qədər pul sahibinə verilməlidir. Əgər pulun miqdarı məlum deyilsə amma sahibi məlumdursa, onunla sülh etmək və razılığını ələ gətirmək lazımdır. Əgər pulun miqdarı məlumdursa amma sahibi məlum deyilsə onun adından dindar fəqirə sədəqə vermək lazımdır. Əgər nə pulun miqdarı nə də sahibi məlum deyilsə evin xumsu verilməlidir. Əlbəttə əgər haram pulun miqdarının evin beşdə birindən çox olması məlum olmazsa. Amma çox olması məlum olarsa ehtimal olunan miqdarda sahibi adından dindar fəqirə sədəqə verilməlidir.

Təşəkkürlər
Sual: Salam tərkibində spirt olan ətirləri namaz qılan şəxs vura bilərmi? Dəstəmaz aldıqdan sonra spirtli ətir vurub namaz qılmaq olarmı?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Spirt əgər əslində maye olan şeylərdən alınarsa nəcisdir və ətir kimi başqa mayelərlə qarışarsa onu da nəcis edir. Amma əslində maye olmayan şeylərdən alınarsa pakdır. Həmçinin tibbi spirt pakdır. Və bunlar ətirlə və ya başqa bir maye ilə qarışarsa onu nəcis etmir və istifadə etmək olar.

Təşəkkürlər.
Sual: Salam.eger evli kiwi aylarla ailesinden uzaqdadirsa oz wehvet hissini nece sondurmelidir.tewekkurler.
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Müvəqqəti nikah edə bilər.

Təşəkkürlər.
Sual: Salam. Size 2 sualim var. Evvelceden tesekkur edirem. 1. Men Youtube dan paltar tikenlerin videosundan baxib paltarlar tikirem ve bunu satsam pul qazansam eger bu pul halaldir. Cunki youtube dan baxdigim videolarin sahibleri hamisi ecnebidirler onlarla elaqe saxlayib halalliq almaq olmur. Bele onlan halda ne etmeliyem? 2. Yoqa ile mesgul olmaq gunahdir?
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

1. Heç bir maneəsi yoxdur, qazancınız halaldır.

2. Əgər insanın etiqadına zərər vurarsa və ya ehtimalı varsa yaxud başqa bir harama səbəb olarsa icazəli deyil. Əks halda öz-özlüyündə haram deyil.

Təşəkkürlər.
Sual: Salam. Sualımı cavablandırdığınız üçün öncdən minnətdaram Allah sizdən razı olsun və təkrar üzr istəyirəm sadəcə cavab aydın olmadığı üçün icazənizlə təkrar suala qayıtmaq istəyirəm. Öncəki sualım Sistani ağaya olmuşdu. Oral cinsi əlaqə zamanı kişi və ya qadının məni gəlməmişdən öncə yaşadığı şəhvət zamanı gələn mayenin udulmasını haram buyurmuşdur. Lakin əksər risalələrdən bu şəhvət zamanı gələn mayenin pak olduğu hökmü var. Mənim də sualım məhz həmin maye üçündür ki,o maye ağız suyuna qarışması və ya udulması haramdırmı?
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Bəli haramdır. Bir şeyin pak olması onun halal olması demək deyil, məsələn, torpaq pakdır amma yeyilməsi haramdır.

Təşəkkürlər.
Sual: Salam eleykum agacan qeyri muselman devletde isleyirem Men satmasamda menim pesem asbazdi ama umumi restoranda icki ve donuzda satilir ve Men emek haqqi aliram bu satisdarin menim emek haqqina tesiri var? Eger varsa neynemek lazimdi? Yene qeyd edirem Men bu satislari elemirem
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Əgər sizə verilən əmək haqqının haramdan əldə olunduğunu bilmirsinizsə və halal malların qazancından əldə olunması ehtimalı da varsa, maneəsi yoxdur və siz o əmək haqqını ala bilərsiz.

Təşəkkürlər
Sual: Salam indi yeni bir şirkət gəlib Azərbaycana ocos.uk bu şirkət Amerika şirkətidir deyirlər , bu şirkətə pul aparıb yatırıq misalçün deyək ki 500Azn pul qoymuşuq bu şirkətə və 100gun sonra biz gedib şirkətdən pulumuzu 50% artımla geri götüruk yəni pulu qoyuruq 100 gün sonra pulumuzu 50% artımla bizə geri verirlər öyrənmək istəyirdim bu haramdı yoxsa necə ?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Sahibi müsəlman olmayan şirkətlərə və ya banklara pul yatırıb faizi ilə geri almaq icazəlidir.

Təşəkkürlər.
Sual: Salam quranda sirinlik ve dil agiz dualari var? Gunah deyil??
Cavab: Əleykum salam.

Sualınız şəri hökmlərlə bağlı olmadığı üçün cavab verə bilmərik, üzrlü bilin.

Təşəkkürlər.
Sual: Salam aleykum.Muvəqqəti nigahda olan qadin hamilə olarsa və bu usagi hec curə saxlaya bilmədiyini desə saglamligi ilə bagli problemi olsa yəni qadinin.usagin atasi etiraz etməsə usagi aldirmagina.Ata gunahkar sayilir qeyd edim ki etiraz etsə belə qadin saxlaya bilməyəcəkdi.Ata gunahkar sayilirsa kəffarəsi varmi atanin biynunda .Allah sizdən razı olsun
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Əgər ana üçün ciddi təhlükəsi varsa uşağa ruh daxil olmamışdan əvvəl götüzdürmək icazəlidir və bu halda heç kimə günah yazılmır. Əks halda icazəli deyil. Və əgər qarşısını ala bilmirsinizsə sizin üçün günah sayılmır.

Təşəkkürlər.
Sual: Salam Əleykum.Hicabdan qeyri qadın geyimlərinin alqı-satqısı ilə məşqul olmaq olarmı?Öncədən təşəkkür edirəm.
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Bəli, olar.

Təşəkkürlər.
Sual: Lakla dəstamaz almaq olarmı. ?
Cavab: Salam.

Ayətullah Sistani-dəftərxana:

Lak və onun kimi suyun dəriyə yaxud dırnağa çatmasına mane olan şeylər dəstəmazdan əvvəl aradan aparılmalıdır.

Təşəkkürlər.
Sual: Delster içmək olar?
Cavab: Salam.

Ayətullah Sistani-dəftərxana:

Bəli, olar.

Təşəkkürlər.
Sual: Salam.sualim beledir . Eger fitre pulu niyyet edilib cixarilibsa sonra ehtiyac halinda mecburiyyet qarsisinda ondan istifade edilibse . Bu günahmidir? Eledirse ne etmek lazimdir?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər fitrə çıxaran şəxs fəqir idisə fitrə çıxartmaq ona vacib deyildi və onu xərcləməklə günah etməyib. Amma fəqir deyildisə günah etmişdir və vacibdir ki, mütləq qürbət qəsdilə (sırf Allaha yaxınlaşmaq niyyətilə) fitrəni çıxartsın.

Təşəkkürlər.
Sual: Salam.Destamaz alanda basha mesh cekende bawin qabaqi (tuk biten yere qeder mesh cekmek vacibdir? ora cox vaxt yaw olur uzu yuyanda ona gore cetin olur su qatishmasin. Yalniz bawin ust hisesine mesh ceksem kifayytedir? alinda tuk biten yere qeder yox
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Tük bitən yerə qədər məsh etmək vacib deyil. Başın üst hissəsinə məsh etmək kifayətdir.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı