www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Destemaz alan zaman agzida nese yemek qirintisi hiss etdikde destemaz batildir?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Xeyir, batil olmur.

Təşəkkürlər.
Sual: Salam kirpik qaynağı etmək günahdır dəstamaz keçirir
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Əgər suyun dəriyə yaxud insanın öz kipriklərinə çatmasına mane olursa icazəli deyil. Amma mane olmursa bu iş öz-özlüyündə haram deyil lakin qadın üçün zinət sayıldığına görə naməhrəm şəxslərdən gizlədilməsi vacibdir.

Təşəkkürlər.
Sual: Salam.Mən bəzi hallar var ki gunahdan cəkinməkdə əziyyet cəkirəm.Hərdəb bunun yolunu deyirəm bəlkə hardasa bur dini məkan olsa daimi orda işləyim və qalim.Bəlkə günahdan uzaq olub Allaha yaxin olaram.Amma onu burdan yaşadığim yerdən uzaq olmaqda görürəm.Özüm də ailəliyəm amma uzaq bir ölkədə məsələn dini bir ziyarətgahlarda İranda və ya İraqda olan İmam ziyarətgahlarında qalıb işləmklə edə bilərəm.Hər şeydən uzaq olmaq.Amma həm də orda qalıb işləməklə ailəmə də gərək yardım edim.Hər halda oları da ata bilmərəm.Amma bilmirəm ki,kimə və hara müraciət etməluyəm və bh mümkündürmü?.Bildiyimə görə deyəsən orda ziyarətgahda xudmət gösdərənlər heç maddi gəliri olmadan işləyirlər.Xaiş edirəm mənə kömək edərdiz.
Cavab: Əleykum salam.

Bu sual şəri hökmlərlə bağlı olmadığı üçün cavab verə bilmərik, üzrlü bilin.

Təşəkkürlər.
Sual: Salam. Müctehidlərə görə oral cinsi əlaqə zamanı məni udulduğu zaman haram sayılır. Aydındır ki,həm qadın və həm də kişi də bədən boşalır süstləşir yəni xüsusi hal baş verdikdə məni gəlir. Sualım belədi ki,hər iki tərəfdə qeyd etdiyum hala(məni gələn ana qədər) kimi şəhvət hissi zamanı cinsiyyətdən maye gəldiyi zaman onun ağız suyuna qarışması və ya udulması haram sayılırmı?
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Bəli, haramdır.

Təşəkkürlər.
Sual: Salam aleykum.müvəqqəti nigahi təyin olunmus vaxtdan əvvəl kisi pozmaq istəsə,nə etməlidir.və bu isdə ona gunah sayilirmi.qeyd edim ki qadin ayrilmaq istəmir.
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Müddətin qalan vaxtını pozmaq istədiyini bildirən hər hansı bir söz deyərsə kifayətdir. Məsələn, "qalan vaxtı batil edirəm" yaxud "qalan vaxtı sənə bağışlayıram" və s. Və qadının razılığı şərt deyil.

Təşəkkürlər.
Sual: Salam olsun. Sistani ağanın müqəllidiyəm. 1.Bilmək istərdimki şiddətli məkruh nə deməkdir?2.Buna görə günah yazılırmı və axirətdə cavab verilməlidirmi?
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Məkruh yəni, bəyənilməyən əməl. Şiddətli məkruh isə yəni, o əməl şiddətli şəkildə bəyənilmir. Məkruh bir iş görməyə günah yazılmır. Lakin ondan çəkinmək daha yaxşıdır.

Təşəkkürlər.
Sual: Salam Aleykum.Sualım Ayətullah Xameneyi ağayadır.Cənabət vəya digər qüslləri alarkən sadəcə niyyət edib normal vaxtlarda yuyunduğumuz kimi yuyunsak kifayət edir yoxsa qaydasına uyğun,yani,baş,sonra bədənin sağ tərəfi daha sonra isə sol tərəfinin yuyulması vacibdir?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Bəli, deyilən qayda ilə qüsl etmək vacibdir.

Təşəkkürlər.
Sual: Salam menim 17 yawm var size istimna ile bagli muraciet etmiwdim 17 yaw evlilik yawi deyl ve şəhvət hissləridə dözülməz hala gəlib çixir istimnada haram olduğu deyilir bu halda mən nə etməliyəm
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Günahdan uzaqlaşmaq üçün müvəqqəti nikah etməyiniz məsləhətdir. Həmçinin oruc tutmaq, dua edib Allaha sığınmaq insanın günahdan uzaqlaşması üçün çox təsirlidir.

Təşəkkürlər.
Sual: Salam mənim sualım belədir kiprik qaynağı dəstamaz keçirir
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Əgər suyun dəriyə yaxud insanın öz kipriklərinə çatmasına mane olursa dəstəmaz batildir.

Təşəkkürlər.
Sual: Müvəqqəti nikah haramdır?
Cavab: Salam.

Ayətullah Sistani-dəftərxana:

Xeyir, haram deyil.

Təşəkkürlər.
Sual: Əssalamu aleykum. Mənim sualım XAMENEYİ Ağayadır. Bir nəfər zina etməyə tövbə edib. Müvəqqəti nigah bağlamasının hökmü nədir. günah deyilki
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Müvəqqəti nikah hər halda icazəlidir və hansısa günaha tövbə etməyin yaxud etməməyin onun halal olması ilə rabitəsi yoxdur.

Təşəkkürlər.
Sual: Salam olsun sizlərə. Salam olsun Ali Məqamli rəhbərə. Çox istəyərdim ki onunla görüşüm yaninda dayanib nur üzünə tamaşa edim. Sualim budur ki əgər mən qəza namazlarimin miqdarini bilmirəmsə və heç cür nə qədər olduğunu təxmin edə bilmirəmsə nə qədər qilmağim kifayətdi. O daki boynumda qüsul ola ola və bunu bilə bilə və ya qüsul almağin vacib olduğunu bilməyərək qildiğim namazlardi. Miqdarini bilmirəmsə necə qila bilərəm?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Məlum olan az miqdarda qılmaq kifayətdir. Məsələn, 10 gün yoxsa 12 gün qəza namazı arasında şəkk edirsinizsə 10 günün qəzasını qılmağınız kifayətdir.

Təşəkkürlər.
Sual: Aga tovbe etmeyin xususi qaydasi varmi? Yoxsa sadece tovbe edirem flanseycun demek bes edermi zehmet olmasa etrafli cavablandirardiz..
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Həqiqi tövbə insanın öz əməlinə görə peşman olması və bir daha o günaha qayıtmamasıdır.

Təşəkkürlər.
Sual: salam, kirpi əti haramdır?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Bəli, haramdır.

Təşəkkürlər.
Sual: salam aga. qurbanın kəsilib paylanma qaydası necədir ?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər məqsədiniz Zil-hiccə ayının 10-da kəsilən qurbandırsa, həccdə olmayan şəxslər üçün bu əməl müstəhəbdir. Vacibdir ki, dəvə ən azı 5 yaşlı, inək ən azı 2 yaşlı, qoyun isə ən azı 7 aylıq olsun. Və onu möminlər və fəqirlər arasında paylamaq daha yaxşıdır.

Təşəkkürlər.
Sual: Salam Ayetullah Xameneyi aganin risalesine esasen, uzur isdiyirem. Qadin Heyizli iken ve ya Pak oldugu halda eriyle arxadan cinsi elaqede olmasinin Hokumu Nedir? 2ci sual Erle arvad arasinda cinsi elaqe zamani batil olan haram olan weyler hansilardir.?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

1. Əgər qadın razı deyilsə bu iş haramdır. Əgər razıdırsa icazəlidir amma məkruhdur.

2. Konkret olaraq hansı şeyi nəzərdə tutursunuzsa zəhmət olmasa sualda qeyd edin.

Təşəkkürlər.
Sual: Salam eleykum.tatu olan əllə dəstəmaz alınarsa dəstəmaz hökmü nədir.
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Əgər tatuaj dəri altıdırsa dəstəmaza mane sayılmır.

Təşəkkürlər.
Sual: Salam aleykum.mən evliyəm və başqa bir qadinla müvəqqəti kəbinim var.qadinin hamilə olmamasi üçün dərman vasitələrindən istifadə etməsinə baxmayaraq qadin hamilə olduğunu və uşağın götürulməsi üçün xəstəxanaya gedəcəyini dedi.məndə etiraz etmədim mən icazə verməsəmdə bu usağı heç cürə saxlaya bilməyəcəyini hamiləliklə bagli səhətində problemlər olduğunu və ailəsinə bunub deyə bilməyəcəyini bildirdi.(yoxlama aparan həkim hamiləlikdə düsuk ehtimalinin cox oldugnu və usagi saxladigi təqdirdə əməliyyat olunmasini və hamiləlik müddətində anacaq xəstəxana ya da yataq səraitində qalmali olduğunubildirib. Bu xərcləri ödəməyə nə mənim nə onun imkani yoxdur.)ailəsindən yəni qardaslarindan gizlin şəkildə mənlə müvəqqəti nigaha girdiyi üçün. qardaslari belə nigaha icazə verməzlər.qadin ixtiyari öz əlində olan dul qadindir.bu iş mənə günah sayılirmi.sayilirsa kəffarəsi varmi.Allah sizdən razi olsun xaiş edirəm cavablandirasiniz.bir xaisimdə Allahin məni bagislamasi üçün dua edin.
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Zəruri hal olmadan uşağın götürülməsi icazəli deyil. Amma zəruri hal yaranarsa məsələn, uşağın qalması ananın həyatı üçün təhlükədirsə, yaxud dözülməz çətinlik yaradarsa uşağa ruh daxil olmamış götürülməsi icazəlidir. (Uşağın hərəkət etməyə başlaması ona ruh daxil olmasının əlamətidir)

Lakin uşağı götürdüyünə görə "diyə" verməsi vavibdir.

Ananın qarnındakı uşağa ruh daxil olsa: oğlanın diyəsi 5250 misqal gümüşdür (ya gümüşün qiymətidir). O da 24360 qrama bərabərdir. Qızın isə diyəsi oğlan diyəsinin yarısıdır..

Amma ruh daxil olmasa diyəsi : nütfə (sperma) şəklində olsa 105 misqal gümüş (487,2 qr.), laxtalanmış qan şəklində olsa 210 misqal (974,4 qr.), ət parçası şəkilində olsa 315 misqal (1461,6 qr.), sümükləri əmələ gəlmiş olsa 420 misqal (1948,8 qr.), və əgər tam şəkildə olsa (tam uşaq şəklində, sadəcə ruh daxil olmayıb) 525 misqal (2436 qr.)

Qeyd etmək lazımdır ki, uşağı götürən şəxs diyəni verməlidir. Əgər həkim bu işi görübsə həkim diyəni uşağın valideynlərinə verməlidir. Amma valideynlər öz haqlarından keçə bilərlər. Əgər ana dərman və s. vasitəsilə uşağı salarsa ana uşağın diyəsini uşağın atasına verməlidir. Amma ata öz haqqını bağışlaya bilər.

Təşəkkürlər.
Sual: Salam Aga.Bir şəxs mədədən əməliyyat olunub,Onun mədəsində kislota çoxdu,Həkim ona spirtli içkidən istifadə etməki tövsiyə edir,belə bir halda istifadə etmək olar spirtli içkidən?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər onun üçün əvəz edici dərman varsa spirtli içki qəbul etməsi icazəli deyil. Əgər müalicə üçün başqa heç bir vasitə yoxdursa zəruri miqdarda istifadə etmək olar.

Təşəkkürlər.
Sual: Salam bir aile bir neçə il ailə həyatı qurduqdan sonra bunlar dövlət zaksi boşanırlar 1-2 il keçir təkidlərə rəğmən kişi təlaq vermir ama gedir özü başqa qadınla evlənir ama yenədə birinci xanımına təlaq vermir aileler danışıb yenə qəsdən təlaq vermir qadın artıq başqasıyla evlenemek istəyir ammaki bu təlaqa göre evlene bilmir biz nə iş görməliyik indi kişi bucür edirsə qadın ömrünün axırına qədər dul qalmalı deyilki bizə bir yol göstərin
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Bu məsələ ilə bağlı Ayətullah Xameneinin səlahiyyətli nümayəndəsinə müraciət etməyiniz lazımdır.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı