www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Jale: Salam Eleykum,namazda gozleri yummaq olar?Namazin salamlarinda sadece sonuncu cumleni demek olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Rükudan başqa yerdə gözü yummaq məkruhdur. Bəli sonuncunu demək kifayət edir. Yəni "əssəlamu ələykum və rəhmətullahi və bərəkətuh".
Sual: Salam Eleykum,qadinin ve kiwinin etir vuraraq evden chixmasi haramdir?kiwi qisaqol koynek geye biler
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Kişi qısaqol geyə bilər. Kişi ətir vura bilər. Qadın isə ətiri məhrəmlərin qarşısında vura bilər. Naməhrəmlər qarşısında yox.
Sual: Salam aleykum. Sovet dövründə insanlar dövlət nigahı bağlayıblar, lakin dini nigah yox. Onlar övladları hansı hökümdədir?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Bu insanlar halalzadə hökmündədirlər.
Sual: Sualı ünvanladı Elvin: Bismillahir Rehmanir Rehim. salam aleykum. size zeruret barede sual verdikde demisdinizki eger kiraye yasamaga imkaniniz yoxdusa. Menim kirayede qalma imkanim var amma ora verdiyim pulu kredite pul goturerem hem oz evim olar hemdeki illerle kiraye pulu verince bu pulla hell ederem meseleni. belke hec bir zaman menim pulum olmadiki ev tikim onda daima kirayedemi qalmaliyam? evelleceden Tesekkurler
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ömrü boyu kirayədə qalmaq dəlili bu işə icazə vermir ki, siz haramdan keçən pul götürüb ev tikəsiniz.
Sual: Sualı ünvanladı Azer: Salam Aleykum. Sualım belədir. Quran oxuyarkan ereb dilinde olub latın əlifbasında yazılan surələrə müraciət etmək olarmi? Birde Quran avazını mp3-lərə qulaq amaqla oyrensem hökmü necədir?
Cavab: Salam. Ərəb dilində oxumaq müstəhəbdi. Amma oxuya bilmirsizsə onda öz hərflərimizlə yazılmışdan oxuyun. Mp3-lə örgənməniz də savabdır. Çünki dini öyrənmək üçün bu işə zəhmət çəkirsiz. Allah qəbul etsin.
Sual: Sualı ünvanladı Qerib: Salam aleykum. size sual vermisdik sizde cavab olaraq demisdinizki seriet baximindan gunah kiside olsa onda qadin haqli olsa demeli bosana biler mueyyen sertler daxilinde. Xanim oz heyat yoldasin xeyanet ederken ustune cixib tutubsa onda qadinda haqq varmi yoxsa yoxdu. ve eger qadina ne qeder deyirler baris barismirsa nece olacaq? birde sualimin cavabin ala bilmedim. men sual verdimki eger xanim erinden bosanmayib amma ayri yasayirsa barismaqda istemirse bu xanimin uzerinde gunah varmi? Yeni buna aid bir hokm varmiki qadin erinden bosanmasin amma ayri yasasin ne az ne cox 1il yarimdi bu hal davam edir. Tezlikle cvb gozleyirem
Cavab: Salam. Xəyanət dedikdə nə nəzərdə tutursuz? Əgər onun ərinin başqa qadınla olan münasibətini xəyanət bilirsizsə, onda səhv edirsiz. İslam baxımından bir kişi dörd xanımla ailə qura bilər və burada xəyanət yoxdur. Xəyanət olsaydı bütün çirkinliklərdən pak Allah müqəddəs kitabı Quranda bu işə icazə verməzdi.



Belə bir iş üstə ayrılan qadını əri boşamasa heçkim boşaya bilməz. Çünki kişidən boşanma dəlili Allahın halal buyurduğu işdir.



Qadın barışmırsa günahkardı.

Sual: Salam.Bir qadin dunyaya usaq getirdiyi zaman doqusdan ana rehmete gederse yeri cennetdi ve ya doqus zamani ana deyil usaq rehmete gedersse yeri cennetdi.Bu caizdi?
Cavab: Salam. Hədis var ki, belə bir ananın günahları bağışlanır. Uşağa gəldikdə, o məsumdur. Günahsızın da yeri, sözsüz ki, cənnətdi.
Sual: Salam.Bezen memleketimizin gozel guselerine gedirik ve tebiyyetin gozel menzeresinden feyziyyab oluruq. Daha sonra dostlarla gorusende deyirik ki filan yere getmisdim ora ele bil cennet idi ve ya ele hemin yerde olduqumuz zaman bele deyirik ki cennetdi bura.Bele demek caizdir?
Cavab: Salam. Eybi yoxdur.
Sual: Salam.Rehberin fetvasina esasen abort elemek haramdi.Bildiyime gore bezi istisna hallarda olar.1)Hekimler yeqin edirler ki usaq doqulsa omurluk xesteliye tutulacaq ve omrunun sonuna kimi xeste olacaq meselen hemin usaqa zerbe deyerse qanaxmadan ole biler2)Hekimler bilirler ki usaq anadan olacaqi vaxtda ananin heyati tehlukesi var ve ole biler bu zaman abort olar ve bildiyime gore bu prosesmueyyen vaxta qeder olar.40 ve ya 90 gun muddetinde olar.Bu barede melumat verin zehmet olmasa
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əslində abort haramdır. Amma mütəxəssis olan həkimlər təyin etsə ki, uşaq elə haldadır ki, dünyaya gəlsə məşəqqət olacaq, onda əgər həmin uşağa ruh daxil olmayıbsa onda olar.
Sual: Salam.Ramazan ayinin 2-ci ve 15-ci gunlerinde menim qeza orucum oldu.Yeni men her 2gunde yeni ramazan ayinin 2ci ve 15-ci gununde imsaka oyana bilmedim.Ve 2-ci gunde imsaka oyanmadigim ucun orucun pozuldugunu yeqin etdim.Lakin 15-ci gunde 2ci gunden ferqli olaraq bilerekden yeyib icdim.Bu her iki gun qeza sayilir yoxsa tekce 15ci gunun kefarresi var?Ve men o qezani 1ay tutmaliyam?.Eyer 1ay tutmaga gucum catmirsa 18gun erzinde tuta bilerremi qezani?
Cavab: Salam. Sualda qarnlıq nöqtə var. Yəni siz 2-ci gün imsaka durmamaqla elə fikirləşidiz ki, orucunuz batil oldu? Buna görə də həmin gün yeyib-içdiz?
Sual: Sualı ünvanladı Senan: Salam.Tovhid ne demekdir?
Cavab: Salam. Üsuli dində Tövhid deyildikdə təkallahçılıq nəzərdə tutulur.
Sual: Salamun eleykum sizden xahis ederdim ki Xamenei aganin fetvasina uygun yazasiniz.namehremle tek bir yerde bir nece satliq qalmaq fesada dusmek qorxusu olmadan olar?egr namaz qilinsa dogrudur?eger 3 cu sexs lazimdirsa 3 cu sexsin en azi nece yasi olmalidir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Salam, olmaz. Namaz batildir. Vacib ehtiyata əsasən.
Sual: namaz vaxti elden qan cixsa namaz batildi?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Əgər çıxan qan təqriban əldə olan dırnaqdan az (fiqhdə sikkə) yəni təqribən bir 10 qəpikdən balaca olsa, onda eybi yoxdur.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Asalamu alekum man bir qadin taniyiram o namaz qilmaq istiyir ancaq bunu hayt yoldawi icaza vermir namaz qilmaga,burda qadinin gunahi nadir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Namazı elə qılsın ki, əri görməsin.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): barmaqda uzuk ola-ola destemaz almaq olar ? qeyd: su uzuyun altina yani deriye yetiwmeyine mane olmur
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, olar. Şərt odur ki, su üzüyün altına keçsin.
Sual: Sualı ünvanladı Silduz Esedov: Salamu aleykum meni dusunduren sual budur ki sizin adinizdan danisirlar ki guya siz hicab barede cihadi vacib teqiyyeni ise haram buyurmusuz bu sizin Fetvanizdir yoxsa kiminse maraqinda olub onun duzeltdiyi sozdur bu meseleye aydinliq getirmenizi xahis edirem.
Cavab: Salam. Biz qısa müddətə sizə ağanın nəzəri yerləşdirilən linki göndərəcəyik-saytı izləyin.
Sual: Sualı ünvanladı Momine: salam.menim heyat yoldasim sunni ehlinden oldugu ucun dediz ona iqtida ede bilmerem.o ise deyir camaat namazi qilaq.ne etmeliyem.
Cavab: Salam. Deyin ki, mən camaat namazı qılmaq istəmirəm.
Sual: Bismillahir-Rehmanir-Rehim.Salam aleykum. sualım beledi. 1. Tevessul nece edilir?tevessul duasin oxuduqdan sora Allahami dua edilir yoxsa imamlardan isteyirsen duani (ola biler sualim biraz usaq kimi goruner amma maraqlandiran sualdi). 2. Tevessul duasi, covsenkebir duasi, mucir duasi, kumeyl duasi ve diger boyuk dualarin Azerbaycan dilinde oxusaq noqsan varmi?3. Bir xanim erinden ayri yasasa "Ondan bosandim" dese amma er bosamasa qadinin kebinli qalmasinda gunahi varmi? Yeni her hansi bir qadin erinden ayri yasayirsa amma kebinlidise bunun hokmu varmi ve qadin ne etmelidi? 4. erinden ayri olan xanim cox ezab cekirse ve aglayirsa ona en cox hansi cehetden meslehet vermek yaxsi olar? Valideyinleri uzerine dusurki baris amma barismirsa ve "hec zamanda barismayacam" deyirse valideyinlerinin o xanimin uzerine gelmesi dogrudu? Bu suallarinizin cavabi eynile xanima catdirilacaq ne etmelidi? ve bu xanima "ezab cekmekdense ya baris yada bosan" demek gunahdimi? Evvelceden tesekkurler
Cavab: Salam. Təvəssül yəni vəsilə qərar vermək. Yəni 14 məsumu Allahla öz aranda vəsilə qərar verirsən. Təvəssül duasında duanı oxuyub təvəssül etdikdən sonra insan Allaha üz tutur. Duaları Azərbaycan dilində oxumaq olar, amma müstəhəbdir ki, ərəb dilində oxuyasınız.



Kəbin olan yerdə boşanmaqdan söhbət gedə bilməz. Amma kişi boşadım (ərəbcə)desə, onda boşanmış sayılır. Əlbəttə iki adil şahidin hüzurunda olmalıdır bu boşanma prosesi. Əlavə oraq qadın gərək heyzdən çıxmı və pak halda olsun.



Amma kişi boşamasa, qadın boşana bilməz. İstisnadır ki, şəriət baxımından günah kişidə olsun və ya şəriət qadının boşanmasında haqlı olduğuna hökm versin. Belə olduqda yalnız şəri hakim və ya onun nümayəndəsi həmin qadını boşaya bilər.



Məsləhətə gəldikdə boşanmaq İslam baxımından bəyənilmir. Çalışsın ki, öz ailəsinin yanına qayıdıb, səbr və təmkinlə ailə həyatını davam etdirsin.
Sual: Sualı ünvanladı Ferec: teqvimlerde muxtelif namaz vaxtlari yazilib, fiqhde ehtiyata gore nece deqiqe gec qilinmagi ehtiyatdir ?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər təqvimi istehsal edən mənbə mötəbərdirsə ehtiyat lazım deyil. Vaxt olan kimi qıla bilərsiz.
Sual: evde namaz qilanda anam arxamda durub mene iqtida ede biler ? bu namaz duzdur yoxsa olmaz ?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, olar!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı