www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Salam: Salam. Eleykum,kishi qadina talaq verdikden sonra da onun butun maddi ehtiyaclarin qarwilamalidirmi?onun ucun qalmaqa ev tewgil etmelidir yoxsa bu iw artiq ona aid deyil
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İddə müddəti bitənə kimi, bəli verməlidir. Amma qadının iddə müddəti bitdikdən sonra, yox.
Sual: Sualı ünvanladı Ferec: boynume cenabet quslu duwub, alt paltarim napak olub, walvarima deymeyib amma walvarimdan da meninin iyi gelir, bu zaman walvarim da napak olmuw sayilir ?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İy şalvarınızı nəcis etmir və şalvar napak deyil.
Sual: Sualı ünvanladı Zaur: Salam aleykum qardaş. Mən təşəhhüddəki şəhadət məsələsində Sistani ağanı seçmişdim, amma cavabı Fazil (r) ağaya görə yazmısız. Xahiş edirem Sistani ağanın nəzərini yazasınız. caizdimi, haramdımı, məkruhdumu?
Cavab: Salam. Ayətullah Sistani dəftərxana: Risalədə yazılan kimi etməniz məsləhətdir. (Yəni belə deməməniz.)
Sual: Sualı ünvanladı Cabrayl: salam aleykum. Bakida bezi ayelerin tefsirini orgenmek coox cetindir, ona gore bura muraciyet elemeyi qerara geldim. Feth suresinin 18-19cu ayelerin tefsirini istiyecekdim...
Cavab: Salam. Bağışlayın, hələki belə bir imkanımız yoxdur ki, mərcei-təqlidlərin dəftərxanalarına ünvanlanmış sualdan başqa suala cavab verək.
Sual: Sualı ünvanladı Hebib: Assalamu aleykum ve rehmetullah.Bilmek isteyirem ne ucun ag balig, yani osetrin baliginin yeyilmesi haramdir?sebeb nedir?Allah teala sebebsiz hec neyi haram buyurmaz.Vessalamu aleykum.
Cavab: Salam. İnsana ziyanı var deyə. Əlbəttə bütün ağ balıqların yox. Pullu olanları yemək olar. Amma ümumiyyətlə fiqhdə Allahın əmrinə itaət olunur. Yəni səbəb ardıyca gedilmir. Allah belə buyurub və tamam.
Sual: Sualı ünvanladı Zaur: Əssalamu əleykum. Təşəhhüddə Həzrət Əlinin (ə) vilayətinə şəhadət vermənin hökmü nədir?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Bu işi etməməniz məsləhətdi. Aga risalədə yazdığı kimi deyin, təşəhhüdü.
Sual: Sualı ünvanladı Zahir: Salamun eleykum su..........
Cavab: Salam. E-mayl adresinizi bizə təkrar yazın və biz bu sualın cvabını sizin e-maila göndərək.
Sual: Sualı ünvanladı Elwin: salamun aleykum! bilmek isterdim ki, her hansi bir qohum ve ya tanisin evine qonaq gederken ev yiyesi sufre acib yemek ikram edir. Eger verilen yemeyin daxilinde toyuq eti varsa men ne etmeliyem? mene vacibdirmi ki, ev yiyesinden bu toyuqun hansi toyuq ve ya hansi firmanin toyuqu olmasini deqiqlesdirim? yeni halaldir ya yox? Yoxsa bunlari ev yiyesinden sorusmaqa ehtiyac yoxdur?
Cavab: Salam. Ayətullah Behcət-dəftərxana: Müsəlmanın açdığı süfrədə araşdırma aparmaq lazım deyil. Yəni ki, halaldır. Soruşmaq lazım deyil!
Sual: Sualı ünvanladı Elmar: Salam.Sefere cixdiqim zaman gedeceyim olkede 7 ve ya 8 gun bir sozle 10 gune qeder qalacaqimi yeqin bilsem bu halda nece ele gedeceyim olkede ele birinci gunden sefer namazi qilmaliyam?sefer namazinin niyyeti nece deyilir?meselen sybh namazi
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: 10 gün tamam olmayacağını bilsəz, onda elə ilk gündən müsafir namazı qılmalısınız.
Sual: Sualı ünvanladı Eyvaz: Salam.Bezi hadiselerin gedishati ile elaqedar olaraq yadimdan cixib ki men toy olmamisdan qabaq ya da toydan sonra kebin kesdirmisem bu menim yadimdan cixib.Menim hokmum nedi
Cavab: Salam. Sual qaranlıqdır. Cinsi rabitə söbəti də olub ya yox?
Sual: Sualı ünvanladı Eldar: Salam.Asaqidaki sual cavabin yuxaridaki ile elaqesi ondan ibaretdir ki -Bildiyime gore qan necise beraberdir ve siz yazmisiniz ki qan tere qatisarsa necis olar ve bedenin hemin hissesi paklanmalidir.Men de bu cavaba esaslanaraq bilmek isteyirem ki nece olur ki necis qana ve ya tere yapismadan bedene deydiyi halda paklanmaqa ehtiyac olmur hetda destamaz da batil olmur amma qan terle qatisib bedene deyir amma paklanmaqa ehtiyac olur.Bunu izah edin
Cavab: Salam. Burada nəcis deyildikdə məqsədimiz bir şeyin murdar olması idi. Biz sizə demədik ki, nəcisi paklamağa ehtiyac yoxdur. Siz öz sualınızda bu işin dəstəmazı batil edib-etmədiyini soruşduz. Bizdə dedik ki, xeyr, dəstəmazınız yerindədir. Amma dəstəmaz yerində olsada insan əli sidikli, ya nəcisli ya da spermalı gəzəsi deyil ki...Yəni bulaşmış əl əvvəlki dəstəmazınızı pozmur. Amma əli suya çəkmək aydın məsələdir ki, lazımdır.
Sual: Sualı ünvanladı Zaur: Salam aleykum. Məkarim ağanın risaləsində qeyd olunub ki, günün qəzaya getmiş namazını vacib ehtiyata əsasən əda namazından əvvəl qılmaq lazımdır. Tutaq ki, mən sübh namazını qəzaya vermişəm. Bu hökmü bilə-bilə sübhü qəza etmədən zöhrü qılsam, hökmü nədir?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Hökmü odur ki, günah etməmisiz. Amma əməl etməniz lazımdır.
Sual: Sualı ünvanladı Muslim: Sualı ünvanladı MuslimƏssalamu əleykum. Mən bir müctəhidə təqlid edirdim. Sonra mənim üçün Sistani ağanın ondan ələm olması aşkar oldu və təqlidimi ağaya dəyişdim. Əvvəlki təqliddəki əməllərimin hökmü nədir?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Əvvəlki əməlləriniz səhihdi.
Sual: Sayt tərəfindən: Salam hörmətli sual ünvanlayanlar! Bu gün müəyyən təbii səbəblərdən dəftərxanalar ilə əlaqə saxlaya bilmədik. Bu gün cavab veriləsi suallara, sabahkı suallarla birgə, inşaallah sabah cavab verəsiyik. Üzrlü sayın, təşəkkür!
Cavab: Cavab-al.com
Sual: Salam aleyke qardaş. Bəlkə də sualım şəri deyil, amma siz elm tələbəsiniz ki, yəqin ki bilərsiniz. "Höccətül-islam" rütbəsi daşıyan ruhani ictihada çatmış hesab olunurmu? Bu adı daşıyanlar fəqihdirmi?
Cavab: Salam. Hal-hazırda Höccətül-İslam müctehid və fəqih olmayan alimlərə deyilir.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Ramazan ayinin son gunu ne qeder zekat vermek lazimdir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: 3 kq təam. (Yəni buğda və bukimi şeylər.)
Sual: Sualı ünvanladı Ferec: bes musiqi aleti var evde onu nece ede bilerik ? men musiqi ile mewgul olmuwam evvel, atam da ne qeder pul verib onu almiwdi, o aletleri nece ede bilerik ?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Siz həmin musiqi alətini halal müsiqi üçün işlədən bir adama sata bilərsiz. Müsiqi alətin halal müsiqi üçün işlətmək üçüb satmağın eybi yoxdur.
Sual: Sualı ünvanladı Remzi: salam.azerbaycanda harda cume namazi qilmaq caizdir? Cunki cume namazinin hokmune riayet olunmalidi axi xutbenin birinde dovletinde pis veya yaxsi isderinnen danisilmalidi.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Harda qılınmağı biz təyin edə bilmərik. Siz cüməyə gedin və cümə namazın qılın. Xütbənin belə olması sizi cümə namazından saxlamasın.



Sual: Sualı ünvanladı Ferec: yox qardaw icaze iledir, yani ordan bilirler ki, men universitete hazirlawiram deyene derse getmirem
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər sizə icazə verən kəsin sizə icazə verməyə səlahiyyəti çatırsa (yəni kollecin qonunlarına zidd olaraq, qanun pozuntusu etmirse) onda bu pul halal olur. Amma əks təqdirdə, halal olmur.
Sual: Sualı ünvanladı Gulnare: Salam Bir qadin erinen ayrilib (3 ildi) ama dini kebin hele qalib yeni kebin ola ola ba$qa bir ki$iye ere gede biler? Bide qadin erinen neçe gün ayri qalsa (yeni cinsi elaqede olmasa ) onun kebini pozulur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Kəbin ola-ola başqa birinə ərə gedə bilməz. Neçə gün ayrı qalsa belə. Əgər əri onu boşamırsa onda şəri hakimə müraciət etsin. Lazım gəlsə şəri hakim (yaxud onun nümayəndəsi) qadını boşaya bilər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı