www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salam Eleykum,ushaqi ovladliqa ve ya ushaq evine vermek ....
Cavab: Salam. Sualı ünvanlayan oxucu e-mail adresinizə nəzər salın.
Sual: Sualı ünvanladı Abdullah: salam/ cavabınıza görə təşəkkür edirəm. mən o adamı şəxsən tanımıram. bir yaxınımın vasıtəsilə satılıb. o isə etibardan düşəcəyi və bunu edərsək rüsvay olacağını deyib, imtina edir. bu halda sadəcə o pulu sədəqə versəm kifayətdir? mən Sistani ağanın müqəllidiyəm, bu haqda onun fikri nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər əvvəl yazdığımız hökmü icra etməniz mümkün deyilsə onda o pulu sədəqə verin.
Sual: Sualı ünvanladı Altun: Bakida tehsil alib (6 ay muddetine ) sonra yashadigim rayona gedende (7 - 10 ya da 14 gunluyune) orda musafir namazi qilmaliyam ya adi namaz??
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Sizin rayonda qılmalı olduğunuz namazlar səfər namazı deyil. Çünki rayon sizin vətən sayılır və orada namazlarınızı tam olaraq qılmalısınız. Neçə gün qalmanızdan asılı olmayaraq.
Sual: Sualı ünvanladı Ekrem: Salam.Xristian ve ya yehudilerle bir yerde islemek caizdir?yeni her hansi bir sirketde ve ya firmada
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, olar!
Sual: Sualı ünvanladı Xəyalə: Salam. Həzrət sözünün mənası nədir? Gözəl musiqisi və həyalı sözləri olan mahnılara qulaq asmaq olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Agər bu musiqilər sizi tədricən Allah yolundan kənarlaşdıran musiqi deyilsə, onda eybi yoxdur.



Sayt tərəfindən: Birinci suala cavab vermədiyimiz üçün üzr istəyirik, biz yalnız şəri suallara cavab veririk.
Sual: Sualı ünvanladı Ferec: men bir sualima cavab ala bilmedim admin qardaw, kollecden verilen stipendiya haqda yazmiwdim ki, halaldir yoxsa haram?
Cavab: Salam. Sualınızda qaranlıq yer var idi. Biz sizin suala sualla cavab verdik ki, sizin kollecdən qalmanız icazə ilədir, yoxsa elə özbşına dərsə getmirsiz?
Sual: Sualı ünvanladı Natevan: Salam.suala gore uzur isteyirem.amma mecburam bu suali vermeye.menim 2 ovladim var.menim yoldasim istemir usagimiz olsun daha.men hiss eliyirem ki usaga qaliram ve derman istifade eliyirem.menim vezifem nedi?ve menim hemin vaxt xestelendiyim vaxt qilmadigim Namazlarin qezasini qilmaliyam?imkan varsa tez cavab verin.evvelceden tesekkur edirem.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər bu dərmanla gördüyünüz qanda adi heyzin əlamətləri varsa heyz sayılır. Amma bu şərtlə ki, əvvəlki heyz ilə arasında 10 gün fasilə olsun və dərmanla gördüyünüz qanın müddəti üç günü ötsün. Belə olduqda adi heyz hökmündədir və namaz qılınmamalıdır.
Sual: Sualı ünvanladı Ferec: Musiqi aletinin satiwi Rehberin nezerinde de haram sayilir ?
Cavab: Salam. Bəli, (halal musiqi üçün alan kəsə satmaq istisnadır) haram sayılır.
Sual: Sualı ünvanladı Elmar: Salam.Basqa sehere gedirem ve orada 10 gunden artiq qalacaqimi bilirem.Bu halda ele getdiyim gunden adi qaydada namaz qilmaliyam yoxsa ferq etmir yeni ki getdiyim seherde her ne qeder qaldiqimi qabaqcadan bilib bilmediyimden asili olmayaraq 10 gune qeder sefer namazindayam ve 10 gunden sonra adi qaydada namaz qilmaliyam?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: !0 gündən artıq qalacağınızı bilirsizsə onda sizin namazlarınız adi (tam) namazdır. Siz səfər namazında deyilsiniz, çünki, 10 gün qalmanızı bilirsiniz.
Sual: Sualı ünvanladı Eldar: Salam.Destemaz aldiqdan sonra elime necis,sidik ve ya sperma deyerse destamaz batil olur?bu suala cavab olaraq yazmisiniz ki destamaz batil deyil.Amma-bu suala bele cavab vermisiz: Əssalamu əleykum. Mən gəncəm. Belimdə çox vaxt sızanaqlar (prişik) olur və qanayıb paltarımı da batırır. Lakin miqdarı şəriətdə icazə verilən həddə olur. Əgər bu qan tərlə qarışsa onunla namaz qılmaq olarmı?----Salam. Ayətullah Xamenei-dəftərxana: Qan tərə qatışsa sizin tərli yer nəcis olur və siz yuyunub paklanmalı olursuz.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Nəcis, sidik və spermanın ələ dəyməsi dəstəmazı batil etmir.

Sayt tərəfinfən: Aşağıdakı cavabın yuxarı ilə nə əlaqəsi var?! Bir əlaqə yoxdur!
Sual: Sualı ünvanladı Gülnarə: Qelyan haramdir yoxsa halal? qadin ki$i ferqi yoxdu? Birde Namaz qilan qiz gözune sürme, qara qelem çeke biler? Bu i$in bir hökmü?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qəlyan və istənilən bu kimi şeylər cana həlakedici ziyanlı olduğu təqdirdə haramdır. İstəyir qadın, istəyir kişi olsun, fərqi yoxdur.



Sürmə və bu kimi şeylər zinət zayıldığı üçün naməhrəm qarşısında haram sayılır.
Sual: Sualı ünvanladı Zaur: Əssalamu əleykum. Mən gəncəm. Belimdə çox vaxt sızanaqlar (prişik) olur və qanayıb paltarımı da batırır. Lakin miqdarı şəriətdə icazə verilən həddə olur. Əgər bu qan tərlə qarışsa onunla namaz qılmaq olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qan tərə qatışsa sizin tərli yer nəcis olur və siz yuyunub paklanmalı olursuz.
Sual: Sualı ünvanladı Quliyev Sebuhi: Salam Aleykum.camat arasinda Alim kimi taninan kes ......................................
Cavab: Salam. Sualınız aydın deyil. Sualı aydın yazın. Təşəkkür!
Sual: Sualı ünvanladı Elshad: ASSALAMU ALEYKUM.Xahiw edirem sualimi cavablandirin.Men 15 il bundan qabaq aile qurmuwam....
Cavab: Salam. Siz sayta e-mail adresini yazmısız. Biz sizin e-maila yazdıq amma cavab almadıq. E-mail adresini bizə düzgün yazın. Və cavab verin. Təşəkkür!
Sual: Sualı ünvanladı Ferec: sesle qilinan namazlarda tekce hemd sure ve ixlas suresin sesle demek olar ? yoxsa butovlukde rukudaki, secdedeki, tewehhuddeki sozler de sesle deyilmelidir ?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Yalnız Həmd və Surə.
Sual: Sualı ünvanladı Emin: Salam.Iran Islam Respublikasinda yeni ili mominler ne vaxt.............
Cavab: Salam. Xahiş edirik sayta şəri sual göndərin. Təşəkkür!
Sual: Sualı ünvanladı Eldar: Salam.Öz ürfünüzə baxın deyəndə yəni urfünüznə deməkdir
Cavab: Salam. Yəni yaşadığınız cəmiyyət.
Sual: Sualı ünvanladı Qasim: salamun aleykum.xais edirem imkan varsa cavsbi tez gonderesiz.qabaqcadan tesekkurler...vacibi namazlarda iqame demek vacibdir yoxsa musteheb?
Cavab: Salam. Vacib deyil, müstəhəbdir.
Sual: Sualı ünvanladı Ferec: colde ayaqqabi ile Namaz qilmaq olar ? yoxsa mutleq cixartmaq lazimdi ? bir istisna var ?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Namaz qılmaq üçün ayaqqabı çıxmalıdır. İstisnadır çıxması mümkün olmayan hal.
Sual: Sualı ünvanladı Ferec: Dua yazmaq, yazdirmaq pul ile olar ? menim seyid qohumum var o meselen dua yazir cox vaxti kimlerese, meselen bir aile yaxwi yola getmir, onlarin munasibetleri duzelsin deyene dua yazir evlerine qoyur o duani, bawqa meselen birinin qorxusu var , onun qorxusunun getmeyinden yana dua yazir, sonra meselen iki cutluk evlenmek isteyirse onlarin her ikisinin anasinin adin yazir ve bilmirem ne edirse axirda Qurani acib istixare edir yaxwidi ya pisdi bunu deyir. bu iw caizdir ?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Onun gördüyü işlər halal işdirsə onda onun aldığı pul haram deyil.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı