www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam. Mən 4 il olar işləyirəm və 3 ildir pul yigiram. Amma heç vaxt xums verməmişəm. Əlimdə olan məbləğə xumsu necə təyin edə bilərəm? 2cu sualim budurki xumsu verilmiş pul növbəti ildə əlimdə qalsa növbəti ildədə ona xums duşur?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

1. Xums gününüz çatdıqda əlinizdə olan pulun beşdə bir hissəsini xums ünvanı ilə çıxartmalısız.

2. Xeyir, xums düşmür.

Təşəkkürlər.
Sual: Əgər bir xanım cənabət olduğunu bilmirsə bu halda qıldığı namazın hökmü nədir?
Cavab: Salam.

Ayətullah Xamenei-dəftərxana:

Namazı batildir və qüsl alıb yenidən qılmalıdır.

Təşəkkürlər.
Sual: Salam aleykum və rehmrtullah və bərəkətuh bir şey soruşacam inşəAllah öpmək görüşmək qüsula zərəri varmı pozurmu qüsulu
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Xeyir, zərəri yoxdur.

Təşəkkürlər.
Sual: İçkili adamla öpüşüb görüşmək qüsulu pozur
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Xeyir, qüslu pozmur.

Təşəkkürlər.
Sual: Salam.Mənim sualım Ayətullah Xamenei ağaya olacaq.Bir müddət öncə namazda təcvid qaydalarına əməl etməyin vacib olduğunu gördüm.Ancaq o gundən çox da namazda qiraətə fikir vermədim.Əvvəl hərfləri necə tələffüz edirdimsə onda da elə tələffüz etdim.Namazda qiraətin vacib olduğunu bilə-bilə qiraətlə qılmadım.İndi sualım budur:Mən bu hökmə neçə gün əvvəl baxdığımı xatırlamıram.İndi həmin namazların qəzası mənə vacibdir? Vacibdirsə və mən neçə gün belə namazın qılındığını xatırlamıramsa nə etməliyəm? 2.Əgər bir insan sidiyə çıxdıqdan sonra istibra etsə ancaq soyuq su ilə yuyunduğundan özündə sidiyin hələ tam çıxmadığını hiss etsə və onda bu halda rütubət xaric olsa bu pak sayılır mı? Təşəkkürlər.
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

1. Namazda idğam, ixfa, iqlab və bu kimi təcvid qaydalarına əməl etmək vacib deyil. Lakin hərfləri və hərəkələri düzgün tələffüz etmək vacibdir. Əgər düzgün tələffüz edə bilirdinizsə və bunun vacib olduğunu bildiyiniz halda əməl etməmisinizsə həmin namazlar batil olub və yenidən qılmalısız. Sayını itirmisizsə bildiyiniz miqdarla kifayətlənə bilərsiniz.

2. Əgər şəkk edərsə pak hökmündədir.

Təşəkkürlər.
Sual: Salam Ayétullah Xameneyi aganin risalesine esasen.Bir insan elin kese qani yere duwse ya usdune deyse yeri silmek ucun isdifade olunan desmala butun ev silinse bu necis sayilir? Sual 2 elave olaraq eyer bir insan dodagin diwlese ve ya diwin cekdirse agzna deyen qani udmag mecburyetindedirse buda gunahdir?.
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

1. Nəcis yerin silindiyi dəsmal paklanmamış başqa yerlərə dəyərsə o yerləri də nəcis edir.

2. Əgər istəmədən udarsa günah deyil. Amma bilərəkdən udmamalıdır.

Təşəkkürlər.
Sual: Salam Aga.Bir şəxs iki dəfə istimnna edif,qüsuldan sonra yəni hamamdan çixandan sonra orgazma oxsas bir hiss hiss edif cinsində qasinma alt paltarina baxanda məni xaric olmuyuf təzədən qüsl etmək lazımdır? 2 ci sual - Qüsuldan sonra barmaginda bir balaca yara görüb və bir az ganliyif qüsl zamani qan xaric olun ya olmayif dəqiq bilmir,təzədən qüsl etmək lazımdır?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

1. Əgər məni xaric olmayıbsa qüsl vacib deyil. (Xatırladaq ki, istimna etmək haramdır.)

2. Yenidən qüsl etməyə ehtiyac yoxdur.

Təşəkkürlər.
Sual: Salam. qadın 1 ci ərindən ayrılıb 3 ildən sonra 2 ci ərə gedib. Sonradan məlum olub ki,1 dən təlaq oxunmayıb. Yəni qızın Atası səhlənkarlıqdan 1 ci talağı oxutmayıb. 1 ci ailədən uşaq yoxdu. 2 ci dən 4 uşaq var. Bunun hökmü nədir?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Vacib ehtiyata əsasən ikinci şəxslə bir-birinə əbədi haram olurlar. Amma bu məsələ vacib ehtiyata əsaslandığı üçün əgər növbəti ələm müctehid əbədi haram olmamağa fətva verərsə onun fətvasına əməl etmək olar.

Təşəkkürlər.
Sual: Salam menim qardaşim 25.07.1993-ilde defin olunub.Bu zaman erzinde hemen qebirsanliqda torpaq surusmesi neticesinde qebire ziyan deyib baş daşi sinib bu qebri uzun zaman kecmesine baxmayaraq qebri öz yaşadiqim erazinin qebirsanliqina köçürə bileremmi?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Qəbri açmaq icazəli deyil.

Təşəkkürlər.
Sual: Salam.Mənim 18 yaşım var.Mənə elçi gəliblər,amma mən universitet oxuduğum üçün evliliyə 2-3 il sonra universiteti bitirdikdən sonra razılıq verəcəyimi demişəm.Onlarda gözləyəcəyini deyiblər.Mən bilmək istəyirəm ki,nişanlı olmağın hökmləri nədir?Biz bir yerdə yol getmək üçün arada kəbin olmalıdırmı?Və bu nə dərəcədə düzgündür.Zəhhmət olmasa cavablandırardız.Ayətullah Sistani ağaya təqlid edirəm.
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Kəbn olmadıqca bir-birinizə naməhrəm hesab olunursuz. Hətta nişan olsa belə. Və digər naməhrəmlə hansı şeylər haramdırsa sizin üçün də haramdır.

Təşəkkürlər.
Sual: Salam aleykum Əziz və dəyərli Seyyidimiz... Sualım budur ki, Bir şəxsin öz şəxsi bağında əkdiyi ağac (meyvə ağacı yaxudda ağacları) hasardan kənara çıxarasa həmin kenara çıxan budaqlardan meyvə dərib yaxudda çoxlu yığıb istifadə etmək olarmı? Həmin şəxsin bundan xəbəri olmadan... Və əgər bu ağaclarin budaqları qonşu həyətə çıxarsa yenədə istfadə etmək hökmü necə olacaq bu meyvələrdən? Dərib yemek ve yığıb istifadə etmək olarmı? Öncədən təşəkkür edirəm...
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Sahibin razılığı olmadan ondan dərmək icazəli deyil.

Təşəkkürlər.
Sual: Salam Ayətullah Xameneyi Aganın risalesine esasen vacib qusular cenabet, heyz nece alinir? Evvelce bedenin hansi terefleri ve daha sonra hansi terefleri yuyulur.Tewekkur edirem
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əvvəlcə baş və boyun tamamilə yuyulmalıdır. Daha sonra vacib ehtiyata əsasən bədənin sağ tərəfi və sonra sol tərəfi tamamilə yuyulmalıdır.

Təşəkkürlər.
Sual: Salam eger bir qiz Bakireliyini itiribse toyu zadi olmayib onunla Sige baqlamaq ucun atasi icazesin bilmek vacipdi?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Bəli, atasının icazəsi lazımdır.

Təşəkkürlər.
Sual: Salam. 1. İstibradan sonra bir maye gələrsə o pakdırmı? 2. Namazın salamlarında aləyna deyilir yoxsa ələyna? 3. Naməhrəmnən zarafat etmək olarmı?
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

1. Pak və ya nəcis olmasına şəkk edirsinizsə pak hökmündədir.

2. Ələyna

3. Günaha düşmək qorxusu varsa olmaz.

Təşəkkürlər.
Sual: Əssəlamun əleykum.Sualim Rəhbərə olacaq.İnsan sidiyə getdikdən sonra istənilən vaxt ondan gələn rütubət pak sayılır?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər sidiyə getdikdən sonra istibra edərsə daha sonra pak ya nəcis olmasına şəkk etdiyi bir maye xaric olarsa pak hökmündədir. Lakin istibra etməmişdisə nəcis hökmündədir.

Təşəkkürlər.
Sual: Bir qadın bir kişiylə ailə qurur kəbin kəsdirir. Sonra o qadın o kişidən rəsmi şəkildə ayrılır ancaq cahiliyyət üzündən təlaq vermir. Bir müddət sonra bu qadın başqa bir kişi ilə evlənir və kəbin kəsdirir. Bu evliliyin və bu evlilikdən doğulan uşaqların hökmü nədir?.
Cavab: Salam.

Ayətullah Xamenei-dəftərxana:

İkinci kəbn batildir və vacib ehtiyata əsasən ikinci şəxs ilə bir-birinə əbədi haram olublar. Lakin həm qadın həm kişi məsələdən xəbərsiz idilərsə bu məsələdə əbədi haram olmamağa fətva verən müctəhidin fətvasına əməl edə bilərlər.

Təşəkkürlər.
Sual: Salam, Sizə bu mövzuda ünvanladığım öncəki sualı və verdiyiniz cavabı aşağıda qeyd edirəm. Sualıma istədiyim aspektdən cavab ala bilməmişəm. Birinci sualı da verməkdə məqsədim elə bu vaksinin əgər gələcəkdə (10 il-15il-20 il sonra ) fəsad (sonsuzluq,tez qocalma və s. kimi) verə biləcəyi riskini nəzərə alaraq vaksin vurdurmadakı mövqeyimiz nə olmalıdır? "Sual: Salam Azərbaycanda artıq Covid19 əleyhinə vaksin vurdurma icbari hal almağa başlayıb. Bilmək istəyirəm ki, bunun hökmü nədir? Bir halda ki, vaksinin tərkibindən arxayın deyilik... Cavab: Əleykum salam. Ayətullah Xamenei-dəftərxana: Əgər ciddi zərərləri yoxdursa vaksin vurdurmağın maneəsi yoxdur. Təşəkkürlər."
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Vaksin vurdurmaq vacib deyil. Əgər dediyiz ciddi zərərləri varsa icazəli deyil.

Təşəkkürlər.
Sual: Salam aleykum. Tovbe etmek ucun ne etmek lazimdir?
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Həqiqi tövbə insanın etdiyi günaha görə peşman olması və bir daha ona mürtəkib olmamasıdır.

Təşəkkürlər.
Sual: salam ağacan. eger bir nefer başqa birinə “ sene and verirem onu eleme” deyennen bir muddet sonra deseki icaze verirem ele. bele bir seyin gunahi var ? her iki şexsın boynuna gunah yazilir mi?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Belə andlara əməl etmək vacib deyil.

Təşəkkürlər.
Sual: Salam ağa əgər bir insan mucdehidini dəyişdirmək isdəyirsə yəni başqa mucdehide təqlid edmək isdəgirsə onu nece ede bilər xaiş edirəm ətrafli başa salardiz Onceden təşəkkurlər
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Əgər araşdırma apararsa və nəticədə başqa müctehidin daha elmli olması məlum olarsa, həmin müctehidə (daha elmli olana) təqlid etməsi vacibdir. Əks halda təqlidi dəyişmək icazəli deyil.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı