www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: SALAM OLSUN BÜTÜN İSLAM MÜCAHİDLƏRİNƏ... AĞA CAN, XARİCİ DÖVLƏTLƏRDƏ İSTEHSAL OLUNAN ŞOKOLADLARI YEMƏK CAİZDİRMİ? HƏRÇƏND TƏRKİBİNDƏ SPİRT VƏ YA BUNUN KİMİ HARAM QARIŞIQ OLMASA... ÜMUMİYYƏTLƏ VAXTINIZDAN BİR AZ AYIRIB BU XARİCİ İSTEHSAL OLAN QƏNNADI VƏ ŞİRNİYYATLA BAĞLI FİKİRLƏRİNİZİ BİZƏ DEYİN... ALLAH BİZİ CƏNNƏTDƏ SİZƏ QONŞU QƏRAR VERSİN...
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Xaricdən gətirilən şirniyyatların tərkibində haram qatqıların olması məlum olmazsa yeyilməsi icazəlidir.

Təşəkkürlər.
Sual: Salam..Qadın hökmü bilmədiyinə görə daimi evliliyin iddə dönəmində bir nəfərlə kəbin kəsdirib və cinsi əlaqədə olub..indi başqa bir şəxslə kəbin kəsdirmək istəyir..bu qadın iddə saxlamalıdırmı...iddənin müddəti nə qədər olmalıdır?
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

İddə müddətində kəbn kəsdirdiyi şəxslə bir-birinə əbədi haram olublar və onunla heç vaxt kəbn kəsdirə bilməzlər. Amma başqası ilə iddə tamam olandan sonra kəbn kəsdirə bilər. Təlaqın iddəsi qadının üç dəfə heyz olması qədərdir. Əri onunla yaxınlıq etmədiyi paklıq halında verilən təlaqdan sonra üçüncü heyz baş verən kimi iddəsi tamam olmuş sayılır.

Təşəkkürlər.
Sual: Salam. 2 sualım var. 1) Mənim atam və anamın arasında dini kəbin olmayıb, amma onlar evlənən zaman bu haqda məlumatları da olmayıb. Yəni bilərəkdən bunu etmədikləri görünür. Sizcə bu izdivac haram sayılıb? Və bu izdivacdan doğulan uşaqlar halalzadə sayılır? 2) Mən bu ilin Ramazan bayramında filtrələri başqa rayonda yaşayan bir xəstə ailəyə kart vasitəsilə göndərdim. Biraz əvvəl isə oxudum ki, bu icazəli deyil. Fitrə qəbuldur?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

1. Əgər heç biri xəbərdar deyildisə günahkar sayılmırlar və dünyaya gələn uşaqlar halalzadə hesab olunur. Lakin ən qısa zamanda kəbn kəsdirmələri vacibdir.

2. Əgər birbaşa kartdan karta göndərmisizsə düzgündür. Amma əvvəlcə pul şəklində fitrəni ayırıb kənara qoyduqdan sonra karta göndərmisizsə düzgün deyil və fitrə zəkatı boynunuzdan götürülmür.

Təşəkkürlər.
Sual: Əgər əsgər əsir düşəcəyi təqdirdə işgəncələrə dözməyəciyindən və hərbi sirri verəcəyindən qorxursa, özünün yaxud əsgər və zabitlərin, yaxud ölkəsinin taleyinə zərər verəcəyindən qorxub özünü öldürməsi intihar sayılarmı? Bunun icazəsi, çıxış yolu nədir?
Cavab: Salam.

Ayətullah Xamenei-dəftərxana:

Bəli, intihar sayılır və icazəli deyil.

Təşəkkürlər.
Sual: Salamun aleykum. Mən ailə qurmaq istəyirəm qız razı olsada, qızın atası razılıq vermir. Səbəb isə ailəmizin dindar olması və anamın hicabli olmasıdi. Qiz atasının qorxusundan namaz gizli qılır, oruc tutur. Hicaba kecmək istəsədə ailəsi icazə verməyib. bu halda qızın atasının icazəsi olmadan kəbin kəsdirə bilərəm? Qeyd edimki qız özü işləyir və bütün tələbatını özü ödəyir.
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər ata qızının ona ürfi və şəri baxımdan layiq olan biri ilə ailə qurmasına mane olarsa və qızın da onunla ailə qurmağa meyli varsa atanın izn vermək haqqı saqitdir və artıq onun izni şərt deyil.

Təşəkkürlər.
Sual: Salam Aga. Məndə hamamda duş yoxdur birəlidir yəni qabdir,mən təmiz yuyunandan sonra, niyyət edib cənabət qüslü belə alıram,əvvəl başima və boynum daxil olmaqla ikidəfə su tökürəm qabnan,sonra bədənimin sag tərəfimə iki dəfə su tökürəm qabnan,sonra sol tərəfimə iki dəfə su tökürəm qabnan Qüslum səhihdir və qəbuldur? Bu halda ki ürəyim şəklə dolur
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Suyu sadəcə başa və çiyinlərə tökmək kifayət deyil. Suyu baş və boyunun həmçinin bədənin hər tərəfinə çatdırmaq vacibdir.

Təşəkkürlər.
Sual: Salam aleykum. Aybaşı qurtarandan sonra heyz qüslu almamış cinsi əlaqədə olmaq olar?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Bu iş icazəlidir lakin məkruhdur.

Təşəkkürlər.
Sual: Salam aleykum.Ayetullah Xamenei ağayadir sualım.Uzr istəyirəm suala görə mən çox vaxt olur ki paltarımdaki ləkənin məni yoxsa başqa bir şey olduğunu müəyyən edə bilmirəm.Meselen yuxuda üzr istəyirəm sidiyə çıxdığımı görürəm bu zaman oyananda görürəm ki alt paltarım bulanib.Basqa vaxt da olur ki yuxudan duranda alt paltarımın bir hissəsinin qurumuş ( yəni bərkləşmiş ) halda olduğunu görürəm yəni maye alt paltarıma düşəndən bir müddət sonra bərkləşib.Yəni yuxuda olarkən bilmirəm ki məndən eyni zamanda üç əlamət baş verib ya yox.
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər xaric olan mayenin məni olmasına şəkk edirsinizsə və üç əlamətin hamısının baş verməsi məlum deyilsə cənabət qüslü etmək vacib deyil.

Təşəkkürlər.
Sual: Salam Aga.Qolunda saat olala namaz qılmaq olar,qolsaatiynan 2 ci sual,tibbi maskaynan namaz qılmaq olar?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər saatın qolları əti haram olan heyvanın və ya murdarın hissələrindən hazırlanmayıbsa onunla namaz qılmaq icazəlidir. Maska ilə namaz qılmaq isə əgər namazın sözlərini düzgün tələffüz etməyə mane olmursa icazəlidir.

Təşəkkürlər.
Sual: Salamun Aleykum.Mənim bir neçə sualım var idi: Kriptovalyutalar ilə ticarət etmək,onların alqı-satqısı ilə məşğul olmaq,ondan pul qazanmaq haramdır mı? Əgər haram deyilsə və biz bu valyuta ilə pul qazansaq sonradan isə haram olduğu dəqiqləşsə o vaxta kimi kriptovalyutadan qazandığımız pullar haramdır mı? Qazandığımız pulları savab işə xərcləsək yenə mi haram etmiş oluruq? (Haram pulu savab işə xərcləməyin bizə savabı yoxdur elə deyil?)
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Bu məsələ barədə həzrəti Ayətullah Xameneinin fətvası yoxdur və mükəlləf şəxs bu məsələdə növbəti ə'ləm müctehidin fətvasına əməl edə bilər.

Təşəkkürlər.
Sual: Gözəllik salonunda saç və dırnağ qaynağı edən ustanın qazancı Haram sayılırmı?
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Xeyir, haram deyil.

Təşəkkürlər.
Sual: Salam. Bir nəfər Ramazan bayramının səhəri günü qəza orucunu niyyət edib imsaka durub və səhər saat 11ə kimi oruclu olub. Ancaq sonra eşidib ki, bayramdan 3 gün ərzində oruc tutmaq yaxşı deyil, ona görə də orucunu zöhr azanına qədər açıb. İndi həmin şəxs kəffarə verməlidir ya ancaq qəzanı tutacaq? Ümumiyyətlə istənilən səbəbdən qəza orucunu zöhr azanına kimi açmaq olar yoxsa xüsusi şərtlər var? Minnətdaram.
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Qəza orucunu zöhrdən əvvəl pozmaq icazəlidir. Hətta heç bir səbəb olmasa belə. Buna əsasən sualda zikr olunan şəxs yalnız qəzanı tutacaq və əlavə kəffarə vermək lazım deyil.

Təşəkkürlər.
Sual: Salam.Sualim Ayətullah Xameneiyədir.Şam və Xiftən namazları nə zaman qəza olur?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Şam və Xiftən namazları gecə yarısına qədər qılınmalıdır. Gecə yarısından sonra qəza olur.

Təşəkkürlər.
Sual: Salam.Üzərrik yandırmaq haramdır.Yəni ruzu bol olsun deyə ,göz dəyməsin deyə üzərrik yandırırlar.Bu nə dərəcədə düzgündür?.Ruzini verən Allahdırsa bu Allaha şərik qoşmaq deyilmi? Ümumiyyətlə goz dəymədən qorunmaq üçün və ruzi bol olsun deyə nə kimi şeylərdən istifadə etmək olar?
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Üzərrik yandırmaq öz-özlüyündə haram deyil. Lakin ruzinin artması, göz dəyməməsi və s. üçün yandırmaq icazəli deyil. Sadəcə havada olan mikrobların öldürülməsi üçün yandırmaq olar.

Təşəkkürlər.
Sual: SalamAleykum. Öncədən sizlərə təşəkkürümü bildirieəm. Sualım belədir. Onlayn iş haramdırmı və bir də haramdırsa şirkətin məhsullarını satıb pul qazanmaq da haramdırmı? . İş bundan ibarətdir ki, biraz adam dəvət edirsən, yavaş yavaş hesabına pul köçüe. Ama onlardan faiz gəlmir. Müəyyən qədər əziyyət çəkib biraz adam yığırsan və azdan başlayaraq maaş almağa başlayırsan. Adamı artırdıqca maaşın da qalxır, ama dayanıb işləməsən maaş almırsan. Nə qədər adamın olur olsun işləmədinsə maaşın da olmur. Ancaq işləyənlərə maaş verir şirkət. Yəni bu haram sayılırmı? Piramida deyil ki, ancaq başda oturan rahat oturub aşağıdakılardan qazansın heç nə etmədən.
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Bu da şəbəkə sistemli bir işdir və vacib ehtiyata əsasən icazəli deyil.

Təşəkkürlər.
Sual: Oğlan və qız heç bir insan əlaməti olmayan yerə düsərsə və ordan heç yana gedə bilməzlərsə, onlar özləri üçün birgə kəbin kəsə bilərlərmi?
Cavab: Salam.

Ayətullah Sistani-dəftərxana:

Qızın atasının icazəsi olarsa öz kəbnlərini özləri oxuya bilərlər. Hətta başqasına oxutdurmaq mümkün olsa belə.

Təşəkkürlər.
Sual: Salam eleykum.Bir qadın niyyət edib ki,nəvəm olsa hicaba girəcəm. 1.Belə niyyət etmək düzgündür? 2.Həmin qadın niyyətini poza bilər?Yəni başqa bir şeylə əvəz edə bilərmi? Təşəkkür edirəm.
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Hicab qadına vacibdir, istər niyyət etsin istər etməsin.

Təşəkkürlər.
Sual: Salam Xamneyi aganin fetvasina gore şəf namazinda yazmisiz qunut tutulur eləsə qunutda ne deyilir? Birde gece namazinda Sistani agaya teqlid etmek olar?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

1. Qunutda hər hansı dua edilsə kifayətdir.

2. Vacib ehtiyata əsaslanan hökmlərdə növbəti ə'ləm müctehidin fətvasına əməl etmək icazəlidir.

Təşəkkürlər.
Sual: Salam.Şam və Xiftən namazları nə zaman qəza olur?
Cavab: Əleykum salam.

Ayetullah Sistani-dəftərxana:

Məğrib və işa namazının vaxtı ixtiyar halında olan şəxs üçün məğribdən gecə yarısına qədərdir. Əgər bilərəkdən gecikdirərsə sübh azanına qədər "ma fiz-zimmə" niyyətilə (yəni, əda yaxud qəza olmasını müəyyən etmədən) qılmalıdır. Lakin yuxu, unutqanlıq, heyz və bu kimi üzrlü səbəblərə görə gecikən şəxs məğrib və işa namazlarını sübh azanına qədər əda qəsdi ilə qıla bilər.

Təşəkkürlər.
Sual: Salam Əleykum sualım Ayətullah Xamenei ağayadır.Ayətullah Xamenei ağanın risaləsində istibranın sol əllə edilməsi yazılıb.Mən sağ əllə edirəm.Bunu etmək düzgün sayılır?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Şəri cəhətdən maneəsi yoxdur.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı