www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam.Üzür isdeyirem sualıma görə.Oglanla oğlan arasında cinsi əlaqə levat sayılır.Yəni belə başa düşək zina etmiş kimi.Bəs cinsi əlaqədə olmadan sadəcə mazaqlaşaraq məsələn öpüşərək və surtusərək boşalmaq nə sayılır?.Yəni bunun da günah olduğu məlumdur amma yeni levat sayılmır ki? Necə ki,yazırsız qadınla cinsi əlaqədə olmadan sadəcə mazaqlaşaraq və öpüşərək qurtaranda zina sayılmır ancaq günah olduğunu bildirmisdiz.
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Bu da livat sayılmır. Amma haram bir əməldir.

Təşəkkürlər.
Sual: Salam Əleykum Əqər üzün bir nöqtəsinnən qan çıxarsa dəstəmaz pozularmı
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Dəstəmaz aldıqdan sonra yaxud dastəmazda üzü yuduqdan sonra üzdən qan çıxarsa dəstəmaz batil olmur.

Təşəkkürlər.
Sual: Salam həddi buluğa çatmamış şəxsin qəza orucu olsa müstəhəb oruc tuta bilər?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Həddi buluğa çatmayan uşağa oruc tutmaq vacib deyil. Buna əsasən onun qəzası da yoxdur. Bu halda müstəhəb oruc tuta bilər.

Təşəkkürlər.
Sual: Salam, üzr istəyirəm sualıma görə,Kişi bədənin tüklərini təmizləyə bilər,15 yaşli yeniyetmə və ümumiyyətlə kişilər təmizləyə bilər bədənin hər hansı bir yerində olan tükləri?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Bəli, təmizləyə bilər.

Təşəkkürlər.
Sual: Salam Dirnağa Boya vurub Destamaz alsaq Duzgundurmi ?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Bu və bu kimi suyun dəriyə yaxud dırnağa çatmasına mane olan hər bir şey dəstəmaz üçün maneə sayılır və dəstəmazdan əvvəl onu aradan aparmaq lazımdır.

Təşəkkürlər.
Sual: Salam.Suzə 2 sualım var. 1)Bir nəfər nişanlı olarkən nişanlısı ilə ara-sıra görüşüb mazaqlasirmis.Amma həmin vaxtlarda aralarında dini kəbn kəsdirməmisdilər.Bilmək isdiyirdin ki,aralarında cinsi əlaqə olmayıb sadəcə öpüşüb və tam açıqlamaq istəmirəm yəqin ki başa düşürlər nə demək istədiyim mazaqlasirdilar.Bular nişanlı olduqlarına görə elə başa düşüblər ki bu olara haram sayılmır və nə də ki, böyüklərdən bunu olara başa salan olmayıb.Bir müddətdən sonra evlənəndən sonra aralarında artıq nigah bağlanıb və keçmişdə etdiklərinin düzgün olmadığını anlayıb və əməllərinə görə tövbə ediblər.Bu nişanlı qız və oğlanın elədikləri zina sayılır yoxsa sadəcə haram iş gördüklərinə görə günahkar sayılırlar?Yeni ki,zinakar sayılırlar yoxsa yox? 2-ci sualım budur ki,Təzə evlənən cütlük toy gecəsi yaxınlıq ediblər və səhərisi gün onlara aralarında kəbn oxutdurmaq yatdarinnan çıxıb.Əslində buların kəbnlərini qardaşı oxutdurmalı idi.Lakin qardaşı səhlənkarlıq eliyib və kəbini oxutdurmayib.Amma həmin cütlüyün bunan xəbəri olmayıb və qardaşına arxayın olublar ki,kəbnleri oxunub.Səhərisi gün gedib kəbn oxutdurublar.İndi həmin cütlüyün artıq 2 uşağı da var.Bilmək isdəyirdim ki, buların nigahı düzgündürmü və bu uşaqlar zinadan əmələ gəlmiş sayılmırlar ki? Bu cütlük bir birilərinə haram sayılırlar yoxsa yox?
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

1. Zina sayılmır. Həmçinin etdikləri işin haram olduğunu bilmədikləri üçün günahkar hesab olunmurlar.

2. Onlar bir-birinə haram sayılmırlar və övladları da halalzadə hesab olunur.

Təşəkkürlər.
Sual: Destemazin alinma qaydasi
Cavab: Salam.

Ayətullah Sistani-dəftərxana:

Sualınızın cavabı çox genişdir. Dəstəmazın alınma qaydasını və digər hökmlərini təfsilatı ilə öyrənmək üçün risaləyə müraciət etməyiniz məsləhət görülür.

Təşəkkürlər.
Sual: Salam .Mən sizi Azərbaycandan narahat edirəm.Xaiş edirəm bu ilki ramazan bayramı haqda məlumat verəsiz.
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Ayətullah Üzma Seyid Əli Sistaninin dəftərxanasından verilən rəsmi məlumata əsasən 14 may mübarək Fitr bayramına təsadüf etdi.

Təşəkkürlər.
Sual: Salam fitrə pulunu mən tanımadığımız ankoloji xeste uşağın kart hesabına göndərdim daha sonra dedilər ki bu düzgün deyil gələ fitrə ələ verilsin bu haqda məlumat almaq isteyirdim
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Kartdan karta fitrə zəkatı niyyətilə pul göndərmək icazəli deyil. Lakin borc niyyətilə fəqirin yaxud vəkilin kartına göndərin, pul kartdan çıxarılandan sonra fəqir şəxs özü sizin tərəfinizdən onu fitrə zəkatı olaraq qəbul etsin, yaxud vəkil olan şəxs sizin tərəfinizdən fitriyyə niyyətilə fəqirə çatdırsın.

Təşəkkürlər.
Sual: salam Ağacan. qadın kişi həkiminin yanına gedə bilərmi ?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Zəruri hallar istisna olmaqla haram baxışa və ya toxunmağa səbəb olmayacaqsa gedə bilər.

Təşəkkürlər.
Sual: Salam Əqər bu gün ay görsənməsə sabahda oruc tutmalıyıq
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Ramazan ayı ya 29 gün olur ya da 30 gün. Hicri təqvimdə 31 gün olan ay yoxdur.

Təşəkkürlər.
Sual: Salam Aga,Namaz qilanda əllər əsirsə,qunut tutanda əsirsə, namaz qəbuldur?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əllərin əsməsinin maneəsi yoxdur, namazınız səhihdir.

Təşəkkürlər.
Sual: Salam aga, müvəqqəti nikah haqqinda melumat almaq isteyirdim sizden, heqiqeten varmi müvəqqəti nikah?
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

İslam şəriətinə əsasən icazəlidir.

Təşəkkürlər.
Sual: Salam aleyküm və rəhmətullah. Kişi məclisində meyxana demək olarmı? Peşə sahəsi kimi
Cavab: Əleykum salam.

Ayətullah Vəhid-dəftərxana:

Əgər ürfün nəzərinə əsasən haram məclislərə uyğun olarsa icazəli deyil.

Təşəkkürlər.
Sual: Salam Aqanin muqellidleri bayram edirlermi bu gun
Cavab: Əleykum salam.

Ayətullah Məkarim Şirazi-dəftərxana:

Bəli.

Təşəkkürlər.
Sual: Salam Aleykum. Ramazan bayramınız mübarək. Əgər iki şəxs mömin və möminə hər biri ayrı şəxslərə təqlid edirlərsə ailə qurduqdan sora xanım yoldaşının təqlid etdiyi şəxsə təqlid etməlidir? Bunun üçün Xanım hansı əməlləri etməlidir? İstədiyi vaxt dəyişə bilər təqlid etdiyi şəxsi? Qeyd: hər iki mücteid ələm və elmlidir
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Xanımın təqlidini dəyişməsi lazım deyil. Yalnız başqa bir müctehidi hal-hazırda təqlid etdiyi müctehiddən daha elmli olması məlum olarsa təqlidini həmin müctehidə dəyişməlidir.

Təşəkkürlər.
Sual: Evvela salam. Menim sualim fitr bayrami ile elaqedar olacaq. MMen bilmek isteyirem krasnodar seherinde yasiyan muselmanlar sabah may ayinin 13 u oruc tutmalidir ya yox?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Bu məsələ ilə əlaqədar həzrəti Ayətullah Xameneinin Rusiya üzrə nümayəndəsinə müraciət etməyiniz lazımdır.

Təşəkkürlər.
Sual: Azerbaycan Baki Bugun yeni 13 May Ramazan ayinin 30cu gunu Oruc tutulmali ya Bayramdi ? Bir az olar deyilibki ay gorsenib Bakida? Ne edey
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Əgər yaşadığınız məntəqədə iki nəfər adil şəxs "biz ayı adi gözlə gördük" desələr onların sözünə əsasən ayın əvvəli sizin üçün də sübut olunur. Amma o, iki nəfər "biz ayı teleskopla gördük" desələr sizin üçün ayın əvvəlinin sübut olması üçün kifayət etmir.

Təşəkkürlər.
Sual: salamun eleykim orucluq bayrami bu il ne vaxtdi bilmey isterdim
Cavab: Əleykum salam.

Ayətullah Üzma Seyid Əli Xameneinin dəftərxanasından verilən məlumata əsasən 13 may mübarək Fitr bayramıdır.

Təşəkkürlər.
Sual: Əs Salam Alekum. Önceden teşekkür edirem. Size 2 sualim var: 1. Broyler toyuqlari haladir yoxsa haram. 2. Qeza namazlari meselen 6 il qezam varsa 1 gune 61 gun Düşür yoxsa? Zehmet olmasa aciqlamasin vererdiz. Yene de teşekkur edirem.
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

1. Əgər müsəlman ölkəsində yaxud müsəlmanların çoxluq təşkil etdiyi yerdə kəsilirsə və halal olub olmamasına şəkkiniz varsa yeyə bilərsiniz. Lakin iki adil şəxs onun haram olmasını deyərsə yaxud haram olması məşhur olarsa yeyilməsi icazəli deyil.

2. Qəza olan namazları qılmaq kifayətdir. Əlavə namaz qılmağa ehtiyac yoxdur.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı