www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır! Cavab E-maila da göndərilir!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: salam.aleykum aga bir sual vermek istiyirem 8mart qadinlar bayramini kecirmek olar yoxsa yox??
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Olmaz, bu iş haramdır.

Təşəkkürlər.
Sual: Cox uzr isteyirem suala gore Kiwi oz qadinin agzi ile cinsi elaqede ola bilermi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Şəriətdə bu iş haram buyurulmayıb.

Təşəkkürlər.
Sual: Salam aleykum . Cadu etmek varmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bəli cadu vardır. Amma bu işlə məşğul olmaq haramdır.

Təşəkkürlər
Sual: Qadın Anasının məzarını 5 gün sonra ziyarət edər
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bəli, nəinki 5-gün sonra, ürəyi nə vaxt istəsə gedib ziyarət edə bilər.

Təşəkkürlər.
Sual: qadin anasinin vefatindan bes gun sonra mezarini ziyaret ede biler ?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bəli, nəinki 5-gün sonra, ürəyi nə vaxt istəsə gedib ziyarət edə bilər.

Təşəkkürlər.
Sual: salamun aleykum.momin bir wexs momine qadina elci duwse qadin yox demesi gunah sayilir
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Xeyir.

Təşəkkürlər.
Sual: Salam Aleykum.Sualim men yuxuda wehvetamiz yuxular gorurem.Ama ayilanda menden gelen weyin sperma yoxsa bawqa bir maye oldugunu anlaya bilmirem.Yeni gelen weyin ne oldugunu ayird ede bilmirem.Menim vezifem ele hallarda nedi ?Sistani aganin fetvasini bilmek istiyirem.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Xaric olan mayedə məninin (sperma) əlamətləri varsa qusl alınmalıdır.

Əgər xaric olan mayedə məninin (sperma) əlamətləri yoxdursa və insan onun məni (sperma) və ya başqa maye olmağında şəkk edərsə qusl vacib deyildir.

Təşəkkürlər.

Sual: Salam aleykum.Hicabli xanim qeyri muselman xanimin yaninda hicaba riayet etmelidirmi? Allah razi olsun
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xanımın (istər müsəlman istər qeyri müsəlman) yanında hicaba riayət etmək vacib deyil.

Təşəkkürlər.

Sual: Salam sizden cox xais edirem sualimi cavablandirasiniz ata ananin haqqi varmi mecburu oglu ureyleri isdediyinen oylendireler ve qizi ureyi isdediyine vereler?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Xeyir.

Təşəkkürlər.
Sual: Salam.Qadin çarşaba keçdikdən sonra çarşabda qalması vacibdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Xeyir, Çarşabda qalmaq vacib deyil. Amma islamın buyurduğu şəkildə örtünmək vacibdir.

Təşəkkürlər.
Sual: Salam damno oynunu girov muqabilinde olnadan oynamağın hökmu nədir? Birde eytiyat vacib deylende muşdeyit ne demek istəyir bu halda mömun nə etməlidi oynamalidi yoxsa?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Şərtlə (məsələn girov) bütün oyunları oynamaq haramdır.

Şərt (məsələn girov) olmadan domino oynamaq isə ehtiyat vacibə əsasən haramdır.

Ehtiyat vacibdən məqsəd budur ki, müctehid bu məsələdə qəti şəkildə fətva verməmişdir və verdiyi nəzər ehtiyata əsaslanıb. Belə bir halda müqəllidin vəzifəsi budur ki, ya təqlid etdiyi müctehidin buyurduğu həmin ehtiyata əməl etsin, ya da bu məsələdə fətva sahibi olan başqa ə'ləm müctehidə keçsin.

Təşəkkürlər.

Sual: Salam aleykum. Niyyet etmiwdim ki oqlan uwaqim olsa adini imam Huseyn aqanin adini qoyacam. Dunyaya gelenden sonra ovlada Mehemmedhuseyn adini qoymaq olarmi? Yenin aqa imam Huseyne hormetsizlik kimi olmaz? Zehmet olmasa cavablandirardiz.
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bu işin bir haramlığı yoxdur və niyyət etdiyiniz addan başqa ad qoya bilərsiniz.

Bu işiniz də İmam Hüseynə(ə) hörmətsizlik sayılmaz.

Təşəkkürlər.

Sual: Salam. Sual 1. Bilmək isdərdim kişinin arvadı kişinin qardaşlarının yəni arvad ərinin qardaşlarının yanında başı açıq hicabsız gəzə bilər ya yox ? Sual 2. Bəs qadın öz ərinin qardaşlarının oğullarının yanında necə başı açıq hicabsız gəzə bilər ya yox ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1-Xeyir, gəzə bilməz.

2-Xeyir, gəzə bilməz.

Təşəkkürlər.
Sual: Salam.Niyə biz şiələr türbədə və ya ziyarətgahda qəbrin başına bir neçə dəfə fırlanırıq?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bağışlayın, biz yalnız şəri suallara cavab veririk.

Təşəkkürlər.
Sual: Salamun Aleykum Vacib Namazlarin qunutunda Azerbaycanca dua oxumag olar? Bunun hokmu nedir?
Cavab: Salam. Ayətullah Məkarim Şirazi-dəftərxana:

Ehtiyat vacibə əsasən qunutdakı dua ərəb dilində oxunmalıdır.

Təşəkkürlər.
Sual: Salam aleykum. Sud veren qadinin boynuna cenabet qusulu geldikde o halda sud vere bilermi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bəli, verə bilər.

Təşəkkürlər.
Sual: Qadınla arxadan yaxınlıq barədə nə deyə bilərsiniz ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bu iş qadının razılığı ilə baş verərsə məkruhdur.

Əgər qadının razılığı olmadan bu iş baş verərsə haramdır.

Təşəkkürlər.
Sual: Salam it saxlamaq olar? Ve sertleri nedir?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Çoban iti, ov üçün istifadə olunan it və həyət-bacanı qorumaqdan başqa məqsədlər üçün it saxlamaq yaxşı deyildir.

Əgər bu iş (it saxlamaq) qeyri müsəlmanlara bənzəməyə və onların mədəniyyətinin yayılmağına səbəb olarsa və ya bu iş qonşuların əziyyətinə səbəb olarsa, haramdır.

Təşəkkürlər.
Sual: Dukandan alinan toyuqlar ve toyuq donerler halaldirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər ölkə müsəlman ölkəsi, satıcı da müsəlmandırsa, ondan aldığınız toyuq və toyuq məmulatlarının haram olmağına yəqininiz yoxdursa, bu məmulatlardan istifadə etmək haram deyildir.

Təşəkkürlər.
Sual: Salam.Mərc olmadan şaşki ya şahmat oynamaq olar ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Şahmat mütləq şəkildə (yəni istər mərc ola ya da mərc olmaya) haramdır.

Şaşkiyə gəldikdə isə, əgər qumar aləti sayılmazsa mərc olmadan oynamaq olar. Amma əgər qumar aləti sayılarsa hətta mərc olmasa da oynanılması haramdır.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı