www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Ayətullah Xameneyi

Təqlid məsələləri.Ehtiyat, ictihad və təqlid

Sual: 1 Təqlidin vacib olması təqlid olunası bir məsələdir, yoxsa ictihadi (Yəni bu məsələdə insan müctehidə təqlid etməlidir, yoxsa özü bu qənaətə gəlməlidir?)

Cavab:Bu, ictihadi-əqli bir məsələdir (Yəni insan öz ağlı ilə bu qənaətə gəlməlidir.).

Sual: 2. Sizin mübarək rəyinizə görə ehtiyata əməl etmək yaxşıdır, yoxsa təqlid etmək?

Cavab: Ehtiyata əməl etmək onun yerlərini tapmağa və keyfiyyətini bilməyə bağlı olduğu üçün, həm də bu iş hamıya müəssər olmadığına görə, bundan da əlavə, bu iş çox vaxt tələb etdiyi üçün, yaxşıdır ki, “cameüş-şərait” bir müctehidə təqlid edilsin.

Sual: 3. Hökmlərdə olan ehtiyatın - fəqihlərin fitvaları arasındakı - həddi-hüdudu nədir? Keçmiş fəqihlərin fitvalarını da oraya daxil etmək vacibdir?

Cavab: “Vacib olan yerlərdə ehtiyat” dedikdə, məqsəd bütün fiqhi ehtiyatların içərisindən riayət olunması vacib olan yerlərdə əməl etmək deməkdir.

Sual: 4. Qızım təqribən bir neçə həftədən sonra həddi-büluğa çatacaq. Ona mərceyi-təqlid seçmək vacibdir. Halbuki, bu məsələnin dərk olunması onun üçün müşküldür. Lütfən, buyurun görək, ona vacib olan şey nədir?

Cavab: O qızın özü bu barədə şəri vəzifəsini düşünməsə, onda sizin vəzifəniz budur ki, ona yol göstərib istiqamətləndirəsiniz.

Sual: 5. Məlumdur ki, mövzunu ayırd etmək mükəlləfin vəzifəsi və (həmin mövzuda) hökmü vermək müctehidin tərəfindəndir. Mərceyi-təqlidin bu müəyyənləşdirmə müqabilindəki mövqeyi nədir? Buna müvafiq şəkildə əməl etmək vacibdirmi? Çünki biz görürük ki, çox zaman belə yerlərdə müdaxilə olunur.

Cavab: Doğrudur, mövzunu müəyyənləşdirmək mükəlləfin işidir və bu işdə müctehidinə tabe olmaq vacib deyildir. Amma ona xatircəmlik olsa və ya mövzu istinbati olsa, tabe olmaq olar.

Sual: 6. Gündəlik şəri məsələləri öyrənməyi tərk edən şəxs günahkardırmı?

Cavab: Əgər (bu) şəri məsələləri öyrənməmək vacib bir əməlin tərk olunmasına, yaxud haram bir işə düşməyə səbəb olarsa, onda (o) günahkardır.

Sual: 7. Biz bəzi adamlardan onların kimə təqlid etdiklərini soruşanda (onların da bu barədə geniş məlumatları yoxdur) “bilmirik”, yaxud “filan mərceyə təqlid edirik” - deyə cavab verirlər, halbuki o müctehidin risaləsinə müraciət etməyi, yaxud o risaləyə əməl etməyi özlərinə vacib bilmirlər. Bu halda onların əməllərinin hökmü nədir?

Cavab: Əgər onların əməlləri ehtiyata, yaxud həqiqi hökmə, yaxud da müraciət olunası müctehidin fitvası ilə uyğun olsa, onda onların əməlləri səhih hökmündədir.

Sual: 8. Məlumdur ki, ələm müctehidin (vacib-ehtiyat) etdiyi məsələlərdə başqa bir ələm müctehidə müraciət etmək olar. Sualımız budur ki, o ələm müctehid də həmin məsələdə ehtiyat (ehtiyat-vacib) etsə, o yerdə o iki müctehiddən qeyri bir ələm müctehidə müraciət etmək olarmı? Və üçüncü müctehid də olsa belə, sonrakı ələm müctehidə müraciət edə bilərikmi? Və sair... Xahiş olunur, bu məsələni izah edəsiniz.

Cavab: Ələmliyə riayət etməklə bu məsələdə ehtiyat etməyib aşkar fitva verən müctehidə müraciət etmək olar.

Oxunub: 6310

dəfə

.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı