www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Ayətullah Xameneyi

Təxəllinin hökmləri

Sual: 93. Köçərilərin, xüsusilə köç mövsümündə bövlün (sidiyin) məxrəcini paklamaq üçün kifayət qədər suları olmur, bu halda odun, yaxud daşla paklamaq kafidirmi?

Cavab: Bövlün məxrəci sudan qeyri heç bir şeylə pak olmaz. Və əgər su ilə pak etməyə imkan olmasa, namazı düzdür.

Sual: 94. Qəlil su ilə (məsələn, aftaba suyu ilə) bövl və ğaitin məxrəcini paklamağın hökmü nədir?

Cavab: Bövlün məxrəcini paklamaqda (qəlil) su ilə bir dəfə yumaq kifayətdir, amma ğaitin məxrəcini yuyanda nəcisin eyni və onun əsər-əlaməti aradan gedənə qədər yumaq vacibdir.

Sual: 95. Namaz qılan bir şəxsə adəti üzrə bövl etdikdən sonra istibra etməsi vacibdir. Mənim övrətim yaralanmışdır. İstibra əsnasında sıxanda da qan gəlir, paklamaq üçün tökülən su ilə qarışır, bədənim və paltarım nəcisə bulaşır. Və əgər istibra etməsəm, ola bilsin ki, yaram sağalsın. Yəqin də bilirəm ki, istibra etdiyimə, övrətimi sıxdığıma görə yara öz halında qalır, sağalmır. Bu hal (istibra etdikdə) davam etsə, yara 3 aydan sonra sağalacaq. Lütfən, mənə buyurun görüm, istibra edimmi, ya yox?

Cavab: İstibra vacib deyildir, (müstəhəbdir) hətta əgər zərər yetirsə, caiz deyildir. Amma əgər bövldən sonra istibra etməsə və sonra da şübhəli rütubət xaric olsa, bövl olmasına hökm olunur.

Sual: 96. Mən institut tələbəsiyəm, bir neçə il bundan əvvəl məndə bir xəstəlik tapılmışdır, mənə çox əziyyət verir. Bəzi vaxtlar bövldən və istibradan sonra bövlün məhəllindən maye çıxır, onun həcmi damcının dörddə birinə çatır. Bu maye (istibradan) 5 dəqiqə, (yaxud daha çox) sonra görünür. Amma keçmişdə, istibra etmədiyim vaxtlar o suyun həcmi tam bir neçə damcı qədərində idi. Amma indi ki istibra edirəm, o su qeyd etdiyim qədər (dörddə bir, yaxud daha az) olur. İndi bilmirəm ki, o su pakdırmı və namazlarım da onunla düzdürmü?

Cavab: İstibradan sonra xaric olan şübhəli rütubət bir halda ki bövl olmasına yəqinlik hasil edilmədi pak hökmündədir.

Sual: 97. Bəzi vaxtlar bövl və istibradan sonra insandan ixtiyarsız olaraq rütubət xaric olur və bövlə oxşayır. Bu rütubət pakdır, yoxsa nəcis? Və əgər insan təsadüfən bir müddətdən sonra bu işin baş verməsindən xəbərdar olsa, əvvəllər qıldığı namazların hökmü nədir? O şəxsə gələcəkdə ixtiyarsız olaraq çıxan bu rütubətin barəsində axtarış aparması vacibdirmi?

Cavab: İstibradan sonra rütubət xaric olsa və onun bövl olub-olmamasında şəkk etsələr, onda bu rütubət üçün bövl hökmü yoxdur və pak sayılır. Bu barədə də axtarış, təftiş aparmaq vacib deyildir.

Sual: 98. İmkan daxilində, insandan xaric olan rütubətlərin necəliyi barədə izahat verin.

Cavab: Bəzi vaxtlar mənidən (spermadan) sonra gələn rütubətə “vəzi”, bövldən sonra çıxan rütubətə “vədi”, ər-arvad arasında olan zarafatlardan sonra çıxan rütubətə isə “məzi” deyilir. Hamısı da pakdır, təharət onların vasitəsilə batil olmaz.

Sual: 99. Tualetin oturacaq yeri qiblə hesab etdiyimiz cəhətlə tamamilə müxalif olan bir cəhətə qoyulmuşdu. Bir müddətdən sonra məlum oldu ki, oturacaq cəhəti qiblə ilə 20-22 dərəcə arasında fərqlidir. Rica edirəm, bu suala cavab verəsiniz: -Oturacaq yerinin cəhətini dəyişmək vacibdir, ya yox?

Cavab: Fərz olunsa ki, qiblədən olan inhiraf bucağının miqdarı o qədərdir ki, artıq qiblədən dönmüş hesab olunur, bu halda heç bir işkal yoxdur.

Sual: 100. Mənim bövlümün məcrasında bir xəstəlik var ki, bövl və istibradan sonra da bövl məndən kəsilmir və rütubət görürəm. Həkimə müraciət etdim, məsləhət gördüyü işləri yerinə yetirdim, lakin faydası olmadı. Mənim vəzifəm nədir?

Cavab: İstibradan sonra bövlün çıxmasındakı şəkkə etina olunmamalıdır. Və əgər bövlün qətrə-qətrə çıxmasına yəqinlik hasil olsa, İmam Xomeyninin (r.ə) risaləsində olan kimi ixtiyarsız sidiyi gələnin vəzifəsinə əməl etməyin vacibdir. Bundan sonra sənin öhdəndə heç bir şey yoxdur.

Sual: 101. İstincadan (ğaitin məxrəcinin paklanmasından) əvvəl olan istibranın keyfiyyəti necədir?

Cavab: İstincadan əvvəl olan istibra ilə istincadan və ğaitin məxrəcini paklamadan sonra olan istibra arasında keyfiyyət cəhətindən heç bir fərq yoxdur.

Sual: 102. Bəzi şirkət və müəssisələrdə işə qəbul olmaq tibbi axtarış icrasına bağlıdır. Bunların da bəzisi övrətin açılmasına şamildir. Bu, işlərə olan ehtiyacla belə caizdirmi?

Cavab: Mükəlləf üçün ona baxan möhtərəm şəxsin yanında öz övrətini açması caiz deyildir, hətta işə qəbul olmaq ondan asılı olsa da. Amma əgər işlərin tərk edilməsi onu çətinliyə salsa və bu iş üçün naçar olsa, eybi yoxdur.

Oxunub: 3628

dəfə

.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı