www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Ayətullah Sistani

Meyyit namazının hökmləri

Məsələ 583: Müsəlman və ya İslam hökmünə tabe olan altı yaşlı uşağın meyyitinə, namaz qılmaq vacibdir.

Məsələ 584: Altı yaşı tamam olmamış, namazın nə olduğunu bilən uşağa namaz qılmaq, vacib ehtiyata əsasən lazımdır. Əgər bunun nə olduğunu bilmirsə, rəcaən ona namaz qılmağın maneəsi yoxdur. Ancaq dünyaya ölü gəlmiş bir uşağa namaz qılmaq müstəhəbb deyildir.

Məsələ 585: Meyyit namazı qüsl, kəfən və hənutdan sonra qılınmalıdır. Əgər bunlardan qabaq və ya sonra qılınarsa və bu, məsələni bilməmək və ya unutqanlıq üzündən olsa belə, kifayət deyildir.

Məsələ 586: Meyyit namazı qılmaq istəyən şəxsin dəstəmazlı, qüsllü, yaxud təyəmmümlü olması və bədəninin və ya libasının pak olması vacib deyil. Əgər onun libası qəsbi olsa da, eybi yoxdur. Amma digər namazlarda lazım olan bütün əməllərə riayət etməsi daha yaxşıdır.

Məsələ 587: Meyyitə namaz qılan şəxsin üzü qibləyə olması, meyyitin, onun qarşısında arxası üstə uzandırılması, belə ki, meyyitin başının namaz qılanın sağ tərəfində və ayaqlarının namaz qılanın sol tərəfində olması vacibdir.

Məsələ 588: Namaz qılanın məkanı meyyitin yerindən alçaq və ya hündür olmamalıdır. Amma azacıq alçaq və yuxarı olmağının eybi yoxdur. Müstəhəb ehtiyat odur ki, namaz qılanın yeri qəsbi olmasın.

Məsələ 589: Namaz qılan şəxs meyyitdən uzaq olmamalıdır. Amma meyyit namazını camaatla qılan şəxs, meyyitdən uzaq olsa belə, sıralar bir-birinə bitişikdirsə, eybi yoxdur.

Məsələ 590: Namazı qılan meyyitin müqabilində dayanmalıdır. Amma əgər namaz camaatla qılınsa, meyyitin müqabilində olmayanların namazının eybi yoxdur.

Məsələ 591: Namaz qılanla meyyit arasında, gərək pərdə, divar və ya bu kimi şeylər olmasın. Amma əgər meyyit tabutda ya bu kimi şeydə olsa, eybi yoxdur.

Məsələ 592: Namaz qılan vaxtda gərək meyyitin övrəti örtülmüş olsun, əgər onu kəfənə bükmək mümkün deyilsə, gərək övrətini taxta, kərpic və bu kimi şeylə də olsa, örtsünlər.

Məsələ 593: Meyyit namazı ayaq üstə və qürbət qəsdi ilə qılınmalı və niyyət zamanı meyyit müəyyən edilməlidir, məsələn, «bu meyyitin namazını qılıram qürbətən iləllah» – deyə niyyət edilməlidir. Vacib ehtiyat odur ki, gündəlik namazlarda şərt sayılan bədənin qərarlaşmasına riayət olunsun.

Məsələ 594: Əgər ayaq üstə namaz qılmaq üçün bir nəfər tapılmasa, meyyitə oturduğu yerdə namaz qılmaq olar.

Məsələ 595: Əgər meyyit, müəyyən bir şəxsin ona namaz qılmasını vəsiyyət etmişdirsə, o şəxsin meyyitin vəlisindən icazə almasının yaxşı olmasına baxmayaraq, lazım (vacib) deyil.

Məsələ 596: Bə`zi fəqihlərin nəzərinə görə meyyitə bir neçə dəfə namaz qılmaq məkruhdur, amma bu mətləb sübut olmayıb. Amma əgər meyyit əhli-elm və təqvalı olsa, işkalsız olaraq məkruh deyil.

Məsələ 597: Əgər meyyit, qəsdən və ya unudularaq, yaxud da başqa bir səbəbdən namaz qılınmadan dəfn edilərsə, yaxud dəfn edildikdən sonra onun üçün qılınan namazın batil olduğu mə`lum olarsa, ona namaz qılmaq üçün qəbrini açmaq caiz deyildir. Amma cəsədi çürüyüb dağılancaya qədər, meyyit namazı üçün söylənən şərtlərlə, rəca qəsdi ilə qəbrinə namaz qılmağın eybi yoxdur.


Oxunub: 1803

dəfə

.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı