www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Ayətullah Məkarim

Hansı hallarda dəstəmaz almaq vacibdir?

Məsələ 337: Altı halda dəstəmaz almaq vacibdir:

1. Vacib namaz üçün (meyyit namazından savayı);

2. Yaddan çıxmış səcdə və təşəhhüd üçün;

3. Vacib təvaf üçün (hətta müstəhəb həcc və ümrədə əməllərin tərkibindən sayılan təvaf vacib sayılır).

4. Dəstəmaz alıb təharətli (pak) qalmağı nəzr etmiş və ya bu barədə and içmiş şəxs üçün;

5. Qur’ana toxunmağı nəzir etmiş şəxs üçün (belə bir nəzir şər’ən fəzilət sayılsa belə; məsələn, insan hörmət əlaməti olaraq Qur’an yazısını öpmək istəyir);

6. Murdarlanmış Qur’anı suya çəkmək üçün və ya onu bulaşıq yerdən çıxararkən ona toxunmağa məcbur olduqda.

Məsələ 338: Dəstəmazsız şəxsin Qur’an xəttinə toxunması haramdır. Amma Qur’anın başqa dillərə tərcüməsi belə deyil.

Məsələ 339: Əgər dəli bir şəxs və ya uşaq Qur’an xəttinə dəstəmazsız toxunarsa, bu işin qarşısını almaq vacib deyil. Amma onların hərəkəti Qur’ana hörmətsizlik sayılarsa bu işin qarşısı alınmalıdır.

Məsələ 340: Dəstəmazı olmayan şəxsin istənilən bir dildə yazılmış Allah adına əl vurması vacib ehtiyata əsasən haramdır. Dinə hörmətsizlik ünvanında Peyğəmbərin (s), mə’sum imamların və xanım Zəhranın (ə) adına da dəstəmazsız toxunmaq haram sayılır.

Məsələ 341: İnsanın daim təharətli qalmaq məqsədi ilə dəstəmaz alması müstəhəbdir. İstər namaza yaxın, istərsə namazdan kənar vaxtda alınmış belə bir dəstəmazla namaz qılmaq olar.

Məsələ 342: Bir şəxs namaz vaxtının çatdığına əmin olub vacib dəstəmaz niyyəti ilə dəstəmaz alsa və sonradan namaz vaxtının çatmadığını bilsə, dəstəmazı düzgündür.

Məsələ 343: Bir neçə halda dəstəmaz almaq müstəhəbdir: Qur’an oxumaq üçün, meyyit namazı qılmaq üçün, dua üçün, namazdan öncə dəstəmazı təzələmək üçün. Yuxarıda qeyd olunan məqsədlərlə alınmış dəstəmazla dəstəmaz tələb edən bütün işləri görmək olar.


Oxunub: 1578

dəfə

.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı