www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır! Cavab E-maila da göndərilir!

Risalələr
Ayətullah Məkarim

Təharət(Dini baxımdan paklıq)

Su növləri

Məsələ 21: Su ya saf (mütləq), ya da qatqılı (müzaf) olur. Qatqılı su odur ki, ona təkcə su deyilməsin. Meyvə şirəsi, sodalı su və gülab bu qəbildəndir. Amma bir su haqqında heç bir qeyd-şərtsiz “su” deyilərsə, belə bir su saf sudur.

Məsələ 22: Saf suyun müxtəlif növləri var və hər növ xüsusi hökmlərə malikdir. Saf su beş qisimdir: “Kürr” su, “qəlil” su, axar su və borularla ötürülən su, yağış suyu, quyu suyu. Bu beş növ su pak və pakedicidir. Qatqılı su isə murdarı paklamır, murdara toxunduqda özü də murdarlanır.

1. Kürr su

Məsələ 23: Kürr su dedikdə vacib ehtiyata əsasən uzunluğu, eni və dərinliyi üç qarış yarım olan qabı dolduran su nəzərdə tutulur. Kürr suyun çəkisi də müəyyəndir. Bu su üç yüz səksən dörd kq. və ya üç yüz səksən dörd l. olmalıdır. Qarışla ölçü apardıqda orta bir qarış nəzərdə tutulur.

Məsələ 24: Əgər sidik və qan kimi murdarın əsli kürr suya tökülərsə, həmin suyun rəngini, qoxusunu və ya dadını dəyişmədiyi halda, həmin suyu murdarlamaz.

Məsələ 25: Murdarlanmış (murdarın əsli olmayan) libas və qab kimi əşyaları kürr suda yusalar paklanar.

Məsələ 26: Kürr suyun rəngi, qoxusu və dadı murdar olmayan bir şey vasitəsi ilə dəyişərsə həmin su murdarlanmaz. Amma istənilən bir bulaşıq sudan çəkinmək daha yaxşıdır.

Məsələ 27: Murdarın əsli (məsələn, qan) kürr miqdarından artıq suya qatılıb onun bir hissəsinin halını dəyişərsə, onun kürr həddində və ya kürrdən artıq qalan hissəsi pakdır və yalnız dəyişmiş hissə murdardır. Qalan hissə kürrdən az olduqda bütün su murdarlanır.

Məsələ 28: Murdar bir şeyi kürr suya birləşən kranın altına tutsalar, ondan axan su pakdır. Lakin o suda murdarın qoxusu, rəngi və ya dadı qalarsa, murdar sayılar.

Məsələ 29: Kürr və ya ondan artıq həddə olmuş suyun kürdən az olub-olmamasında şəkk olunsa, kürr su hökmündədir. Kürdən az olan suyun kürr həddinə çatıb-çatmamasında şəkk olunsa, kürdən az su hökmündədir.

Məsələ 30: Suyun kürr miqdarında olduğunu iki yolla müəyyənləşdirmək mümkündür: Suyun həmin miqdarda olmasına ya insan özü əmin olmalıdır, ya da onu ədalətli bir şəxs söyləməlidir.

2. Az (qəlil) su

Məsələ 31: Kürr miqdarından az olan və yerdən qaynayıb çıxmamış su az (qəlil) su sayılır.

Məsələ 32: Əgər murdar bir şey az suya toxunarsa (vacib ehtiyata əsasən) onu murdarlayar. Amma az su yuxarıdan axıb murdar şeyə toxunduqda onun yalnız murdara toxunmuş miqdarı murdarlanır. Əgər su fəvvarə şəklində aşağıdan yuxarıya qalxarsa və yuxarıdan murdara toxunarsa, onun aşağıda qalan hissəsi murdarlanmışdır.

Məsələ 33: Əgər az və pak su ilə murdar şey (qarşıda deyiləcək şərtlər daxilində) yuyulursa, pak olar. Amma yuyulan zaman ayrılan və “ğusalə” adlanan su murdardır. Amma sidik və nəcisin çıxacağından ayrılan su beş şərt daxilində pakdır:

1. Murdarın üç xüsusiyyətinə malik olmasın;

2. Kənardan murdarlıq toxunmasın;

3. Qan və sidik kimi murdarlıqlarla yanaşı olmasın;

4. Vacib ehtiyata əsasən, həmin suda nəcis qırıntıları görünməsin;

5. Nəcis çıxacağının ətrafı adi həddən artıq bulanmasın. Amma bu suyun pak olması dedikdə nəzərdə tutulur ki, həmin su bədəni və ya libası isladarsa onu suya çəkmək lazım deyil. Amma ondan pak su kimi başqa işlərdə istifadə etmək olmaz.

3. Axar (cari) su

Məsələ 34: Torpaqdan qaynayan və axan sular bulaq və kəhriz suyu, eləcə də, dağlarda toplanmış qardan süzülüb gələn davamlı sular kimidir.

Məsələ 35: Axar su kürr miqdarından az olsa belə murdara toxunduqda murdarlanmır. Yalnız murdarın qoxusunu, rəngini və ya dadını özünə götürərsə murdar sayılar.

Məsələ 36: Əgər axar suya murdarlıq toxunsa və onun bir hissəsinin qoxusunu, rəngini və ya dadını dəyişərsə murdarın qoxusunu, rəngini və ya dadını götürən hissə murdar sayılır. Axar suyun çeşməyə doğru hissəsi kürrdən az olsa belə pak sayılır. Amma murdardan axıb keçən hissəsi kürrdən az olduqda murdar sayılır; həmin hissə öz halını dəyişməyibsə və çeşmə ilə rabitəsi varsa murdar sayılmır.

Məsələ 37: Bə’zi durğun sulardan bir miqdar götürdükdə götürülən hissə yenidən dolur. Belə durğun sular axar su hökmündədir. Onlara murdar bir şey toxunduqda murdarlanmırlar. Onlar kürr həddindən az olsalar da murdarlanmazlar. Çaydan kənarda yaranmış çay ilə əlaqəli durğun sular da belədir.

Məsələ 38: Bə’zi bulaqlar və kəhrizlər bə’zən qaynayır, bə’zən dayanır. Bu sular qaynadığı vaxt axar su hökmündədir.

Məsələ 39: Şəhərin, hamamların və bu kimi yerlərin mənbədən qidalanan, boru ilə axan suları axar su hökmündədir. Bir şətlə ki, onların qidalandığı mənbənin suyu ya təklikdə, ya da borulardakı su ilə birlikdə kürr həddindən az olmasın.

Məsələ 40: Əgər boru ilə çəkilmiş suyun altına bir qab qoyularsa qabdakı su krant suyu ilə əlaqədə olduğu vaxt axar su hökmündədir.

4. Yağış suyu

Məsələ 41: Yağış suyu axar su hökmündədir. Bu su istənilən bir murdar şeyi paklayır. Əgər bədəndə, xalçada, bu kimi başqa şeylərdə murdarın əsli olmazsa və onlardan (salə) su ayrılarsa, yağış suyu bütün bunları paklayır.

Məsələ 42: Bir neçə damla yağış yağması kifayat etmir. Yağıntı elə bir miqdarda olmalıdır ki, ona yağış desinlər.

Məsələ 43: Əgər yağış suyu murdarın əslinə toxunub başqa bir yeri nəmləndirərsə, vacib ehtiyata əsasən, həmin nəm yerdən çəkinmək lazımdır.

Məsələ 44: Əgər torpağın üzərində və ya evin damında murdar bir şey varsa və onun üzərinə yağış yağmışsa vacib ehtiyata əsasən, çəkinmək lazımdır. Amma yağışın murdar şeyin üzərinə yağmayan hissəsi pakdır. Murdarın üzərinə yağmış suya qatılıb novça ilə axan su pak sayılır.

Məsələ 45: Əgər yağış suyu axıb yağışın yağmadığı bir yerə çatarsa oranı paklayar, bir şərtlə ki, yağış kəsilməsin.

Məsələ 46: Yağış suyu yağışla əlaqəli şəkildə bir yerə toplanarsa yağış suyu hökmündədir. Bu su kürr miqdarından az olsa da bütün murdar şeyləri paklayır.

Məsələ 47: Əgər pak bir xalça murdarlanmış yerə sərilmişsə, onun üzərinə yağan yağış altına keçdikdə xalça murdarlanmır, hətta yer pak qalır.

Məsələ 48: Əgər yağış suyu murdar hovuza yağarsa, ya ona qatışarsa, hovuzdakı su paklanar.

5. Quyu suyu

Məsələ 49: Quyu suyu həm pakdır, həm də pakedicidir. Bu su kürr miqdarından az da olsa həmin xüsusiyyətlərə malikdir. Murdarlanmış şeydə murdarın əsli olmazsa, həmin şey quyu suyu ilə yuyulduqda paklanır. Bir şərtlə ki, murdarın əsli toxunub, qoxusunu, rəngini və ya dadını həmin şeyə keçirməsin.

Məsələ 50: Quyuya murdar bir şeyin düşməsi ilə onun suyu murdarlanmasa da, hər murdar əşya müqabilində quyudan bir miqdar su çəkib bayıra atmaq müstəhəbdir. Bu miqdar fiqh kitablarında ətraflı şəkildə bəyan olunmuşdur.

Məsələ 51: Suyu su nasosu ilə bayıra vurulan dərin, yarım dərin və adi bir quyulardan çəkilən su kürr miqdarında olarsa, həmin su pakedicidir. Əgər kürr miqdarından az olarsa, onun daim cərəyanda olan suyu quyu suyu hökmündədir və murdara toxunmaqla murdarlanmır.

Məsələ 52: Əgər quyunun suyu ona murdarın əslinin düşməsi ilə həmin murdarın qoxusunu, rəngini və ya dadını alarsa, sonradan bu dəyişiklik öz-özünə aradan qalxarsa, quyunun suyu pak sayılmaz. Onun suyunun paklanması üçün bu suya yerdən qaynayan yeni sular qatışmalıdır.


Oxunub: 1250

dəfə

.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı