www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Ayətullah Vəhid

Təharətin hökmləri

Mütləq və muzaf(qarışıq) su

Məsələ: 15. Ümumi şəkildə su iki qismə bölünür: Mütləq və muzaf ( qarışıq). Muzaf su – qarpız, gül və s. bu kimi şeylərdən çəkilmiş və yaxud başqa bir şeylə qarışdırılmış suya deyilir, məsələn, su bir qədər palçıqla qarışdırılaraq artıq su deyilməyəcək həddə çatarsa; bundan başqa sular mütləq su adlanır və bu sular da beş qismdir:

a) Kürr suyu;

b) az su;

c) axar su;

d) yağış suyu;

e) quyu suyu.

1. Kürr suyu

Məsələ: 16. Eni, uzunluğu və dərinliyi hər biri üç qarış

qədərində olan qabın suyu kürr suyu adlanır.

Məsələ: 17. Bövl, qan və yaxud paltar kimi, nəcis olmuş bir şey kürr suyuna dəysə və nəcis şeyin vasitəsilə onun iyi, rəngi, dadı dəyişmiş olarsa, (kürr suyu) nəcis olar. Əgər deyilən şeyləri dəyişdirməzsə, nəcis olmaz.

Məsələ: 18. Kürr suyunun iyi, rəngi və dadı nəcis olmayan

şeylərin vasitəsilə dəyişmiş olarsa, (kürr suyu) nəcis olmaz.

Məsələ: 19. Əgər nəcisin eyni – qan kimi kürr suyundan artıq olan suya düşərək suyun bir qədərinin iyini, rəngini və dadını dəyişərsə, bu halda (rəng, iy, dad) dəyişməmiş olan miqdar su kürr qədərindən az olarsa, o suyun hamısı nəcis olur. Əgər rəngi, iyi, dadı dəyişmiş miqdar su kürr həddində və yaxud ondan artıq olsa, suyun təkcə iyi, rəngi və dadının dəyişdiyi miqdarı nəcis olar.

Məsələ: 20. Fəvvarənin suyu əgər kürr suyuna bitişik olsa nəcis suyu təmiz edər. Amma damcı-damcı nəcis suyun üzərinə tökülərsə, onu pak etməz. Lakin fəvvarənin üstünə elə bir şey qoysalar ki, su damcı-damcı tökülməzdən öncə nəcis suya bitişsin, (onda onu pak edər) və müstəhəb ehtiyata əsasən; (bu halda) gərək fəvvarə suyu nəcis su ilə qarışsın.

Məsələ: 21. Kürr suyuna bitişik olan su krantının altında nəcis bir şeyi yusalar, o şeydən ayrılan su, kür qədərindən az olmayan su anbarına töküləsə və onun iyi, rəngi və dadı nəcasətin vasitəsilə dəyişməsə, onda anbarın suyu təmizdir.

Məsələ: 22. Kürr suyunun bir qədəri buz bağlasa, kürr həddində olmayan qalan hissəyə nəcis dəysə, nəcis olar. Həmçinin, buzdan hər nə qədər ərisə, o da nəcis olar.

Məsələ: 23. Şəxs, əvvəlcə kürr qədərində olan suyun sonradan azalıb-azalmamasında şəkk etsə, həmin su kürr kimdir. Yəni, nəcasəti pak edər və əgər ona nəcasət də dəymiş olsa, nəcis olmaz. Amma şəxs əvvəlcə kürr qədərindən az olan suyun sonradan kürr həddinə çatıb- çatmamasında şəkk etsə, həmin su kürdən az olan su hökmündədir

Məsələ: 24. Suyun kürr qədərində olmasını bir neçə yolla sübut etmək olar:

a) Şəxs özü yəqin və arxayınçılıq edərsə;

b) İki ədalətli kişinin deməsi ilə;

v) E`timadlı olan və sözünün əksinə güman olunmayan bir nəfərin xəbər verməsi ilə,

q) Yalançılıqda ittiham olunmayan halda suyun ixtiyarı əlində

olan şəxsin xəbər verməsi ilə.

2. Az su

Məsələ: 25. Kürrdən az olan və yerdən qaynayıb çıxmayan suya

"az su" deyilir.

Məsələ: 26. Əgər nəcis az suya dəysə və yaxud az su nəcis bir şeyin üstünə tökülsə, nəcis olar. Amma az su yuxarıdan təzyiqlə nəcis bir şeyin üstünə tökülərsə, nəcisə dəyən hissəsi nəcis, ona dəyməyən hissəsi isə pakdır.

Məsələ: 27. Nəcasətin eynini aradan qaldırmaq üçün nəcis bir şeyin üzərinə tökülərək ondan ayrılan su nəcisdir. Vacib ehtiyata görə, nəcasətin eynini aradan apardıqdan sonra nəcis bir şeyi suya çəkmək üçün onun üzərinə az su tökülərsə, ondan ayrılan sudan çəkinmək lazımdır.

Məsələ: 28. Bovl və ğaitin məxrəcinin yuyulmasında istifadə

olunan az su beş şərtlə, ona dəyən pak şeyi nəcis etməz:

a) İyi, rəngi və dadı nəcasətin vasitəsi ilə dəyişməmiş olsun.

b) Kənardan ona (başqa bir) nəcasət dəyməsin;

c) Bövl və ya ğaitlə birlikdə qan kimi başqa bir nəcasət çölə

gəlməmiş olsun;

d) Ehtiyata görə, ğaitin zərrələri həmin suda olmasın;

e) İfraz olunan nəcasət məxrəcin ətrafına adi qaydadan artıq bulaşmamış olsun.

3. Axar su

Çeşmə və kəhriz kimi yerdən qaynayıb cərəyan edən suya "axar su" deyilir.

Məsələ: 29. Axar su kürr qədərindən az olmasına baxmayaraq, ona nəcis dəysə, onun vasitəsilə iyi, rəngi və dadını dəyişməyincə pakdır.

Məsələ: 30. Əgər axar suya nəcasət dəysə nəcis vasitəsilə iyi, rəngi və dadının dəyişdiyi hissəsi nəcisdir, bulağa bitişik olan hissəsi isə, kürr qədərindən az olmasına baxmayaraq, pakdır. Axar suyun çeşmə, (arxın) digər tərəfindəki su, əgər kürr qədərində olsa və ya rəngi, iyi və dadı nəcis vasitəsilə dəyişməyən tərəfin suyu ilə çeşməyə bitişsə, pak, əks halda isə nəcisdir.

Məsələ: 31. Axar olmayan, amma su götürüldükdə yeri dərhal dolan çeşmənin suyu axar su hökmündədir. Yə`ni, əgər nəcasət ona dəydikdə iyi, rəngi və dadı nəcasətin vasitəsilə dəyişməzsə, pakdır.

Məsələ: 32. Çayın, arxın kənarında olan və axar suya bitişik halda yığılıb qalmış su, iyi, rəngi və dadı nəcis vasitəsilə dəyişmədiyi təqdirdə, nəcis olmaz.

Məsələ: 33. Qışda qaynayıb yayda quruyan bulaqlar yalnız qaynayan vaxt axar su hökmündədir.

Məsələ: 34. Hamam hovuzunun suyu kür qədərində olmasa da lakin suyu kürr qədərində olan anbara bitişik olsa, axar su kimidir.

Məsələ: 35. Kürr qədərindən az olmayan anbara bitişik borularla hamam duşu və evlərin krantından axan sular axar su hökmündədir.

Məsələ: 36. Yerin təkindən qaynamayan, amma yer üzündə axan su kürrdən az olduğu təqdirdə, nəcasət ona dəysə nəcis olar. Lakin təzyiqlə axarsa, aşağı hissəsinə nəcis dəydikdə, yuxarı hissəsi nəcis olmaz.

4. Yağış suyu

Məsələ: 37. Üzərində nəcasətin eyni olmayan nəcis dəymiş bir

şeyə bir dəfə yağış yağsa, yağışın ona dəydiyi yer pak olar, xalça-palaz, paltar və s. şeyləri sıxmaq lazım (vacib) deyil. Lakin yağışın iki-üç damla yağması onun pak olması üçün faydasızdır. Əksinə, yağış elə yağmalıdır ki, “yağış yağır” deyilə bilsin. Vacib ehtiyata görə, yağış elə bir həddə yağmalıdır ki, bərk yerə yağdıqda axsın.

Məsələ: 38. Yağış nəcisin eyninin üzərinə yağsa və ondan başqa bir yerə sıçrasa nəcisin eyni onunla birgə olmadığı və iyi, rəngi, dadı nəcisin vasitəsilə dəyişmədiyi halda pakdır. Deməli, əgər yağış qanın üzərinə yağsa və başqa bir yerə sıçrasa, qanın zərrələri onda olduğu, yaxud iyi, rəngi, dadı nəcis vasitəsilə dəyişmiş olduğu təqdirdə, nəcis olar.

Məsələ: 39. Əgər evin tavanında və ya damın üstündə nəcisin eyni olarsa, yağışın damın üzərinə yağdığı vaxta qədər nəcisə dəyən və damın üzərindən, yaxud da navalçadan axan su pakdır. Lakin yağış dayandıqdan sonra axan suyun nəcis bir şeyə dəyməsi mə`lum olsa, nəcisdir.

Məsələ: 40. Üzərinə yağış yağan nəcis yer pak olar. Əgər yağış (suyu) yerin üzərində axsa və yağan halda tavanın altında olan nəcis bir yerə dəysə, o da pak olar.

Məsələ: 41. Daxilinə yağış suyu olan və suyu muzaf olmayan nəcis torpaq yağış vasitəsilə palçıq olmasına baxmayaraq pak olur.

Məsələ: 42. Əgər yağış suyu bir yerdə toplaşsa hətta kürr qədərindən az olsa belə, yağış yağan vaxt nəcis bir şeyi onda yusalar və suyun iyi, rəngi və dadı nəcisin vasitəsilə dəyişməzsə, o nəcis şey pak olar.

Məsələ: 43. Nəcis yerə sərilmiş pak xalça-palazın üzərinə yağış

yağaraq nəcis yerə çatsa, palaz nəcis olmaz və nəcis yer də pak olar.

Məsələ: 44. Əgər yağış suyu gölməçədə yığılsa və kürrdən az olsa, yağış kəsəndən sonra nəcis ona dəysə, nəcis olar.

5. Quyu suyu

Məsələ: 45. Kürr qədərindən az olsa da, yerdən qaynayan quyu suyuna nəcasət dəysə, iyi, rəngi və dadı nəcasətin vasitəsilə dəyişməzsə, pakdır. Lakin bə`zi nəcasətlər quyu suyuna düşdükdə quyudan, hökmü təfsilatı ilə deyilmiş kitablarda deyilən miqdarda su çəkmək müstəhəbdir.

Məsələ: 46. Quyu suyuna nəcis düşsə və iyi, rəngi, yaxud dadını dəyişmiş olsa, bu dəyişiklik aradan getdikdə su pak olar. Müstəhəb ehtiyat budur ki, quyudakı su sonradan çıxan su ilə qarışsın.


Oxunub: 1891

dəfə

.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı