www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Ayətullah Vəhid

Təxəllinin hökmləri

Məsələ: 57. Təharət və digər hallarda mükəlləfin öz övrətini yaxşı-pisi ayıran kəslərdən – hətta onunla məhrəm olsalar belə – örtməyi vacibdir – istər (yaxşı və pisi ayıran) mükəlləf olsunlar, istərsə də olmasınlar. Lakin ər-arvad və kənizlə onun sahibi kimi, ər- arvad hökmündə olanların öz övrətlərini biri-birindən örtməsi lazım (vacib) deyil.

Məsələ: 58. Övrətin məxsus bir şeylə örtülməsi lazım (vacib)

deyil; əgər məsələn, əli ilə örtsə də, kifayət edər.

Məsələ: 59. Ayaqyoluda olarkən bədənin qabaq hissəsi, yəni, qarın və sinə üzüqibləyə və ya arxası qibləyə olmasın.

Məsələ: 60. Təharət zamanı üzü və yaxud arxası qibləyə oturan şəxsin öz övrətini qiblədən (sağa-sola) döndərməsi kifayət etməz. Üzü və yaxud arxası qibləyə oturmayan şəxs vacib ehtiyata əsasən, hətta övrətini də qibləyə döndərməsin.

Məsələ: 61. Müstəhəb ehtiyata əsasən, istibra zamanında (bunun hökmü sonradan deyiləcək) və bövl və ğaitin məxrəcinin paklanması vaxtı üzü və yaxud arxası qibləyə olmasın.

Məsələ: 62. Övrətinə naməhrəm olan şəxsin, onun övrətini görməsi ilə üzü, yaxud arxası qibləyə oturması arasında çıxılmaz vəziyyətdə qalarsa (yə`ni övrətini örtmək istədiyi təqdirdə mütləq üzü, yaxud arxası qibləyə olacaqsa) bu halda övrətini naməhrəmdən gizlətməsi vacibdir və vacib ehtiyata əsasən, bu halda gərək arxası qibləyə otursun. Həmçinin, üzü və ya arxası qibləyə olmaqda məcbur qaldığı surətdə də məsələnin hökmü bu cürdür.

Məsələ: 63. Müstəhəb ehtiyatdır ki, təharət vaxtı uşağı üzü və ya arxası qibləyə oturtmasınlar.

Məsələ: 64. Dörd yerdə ayaqyoluna getmək haramdır:

1) Sahibi icazə verməyən dalanlarda;

2 Təxəlli üçün icazə verməyən şəxsin mülkündə;

3) Məxsusi bir qrupa vəqf olunmuş yerlərdə (məsələn, bə`zi mədrəsələrdə);

4) Mö`minin, yaxud din və məzhəbin müqəddəslərinə

hörmətsizlik gətirə biləcək yerlərdə.

Məsələ: 65. Üç halda ğaitin məxrəci yalnız və yalnız su ilə pak olar:

1) Ğaitlə birlikdə qan kimi digər nəcislər ifraz olanda;

2) Ğaitin məxrəcinə kənardan başqa bir nəcis dəyəndə;

3) Ğaitin məxrəci adi haldan çox bulaşdıqda.

Su ilə yuyulmasının daha yaxşı olmasına baxmayaraq bu üç surətdən başqa hallarda (bunun qaydası sonradan deyiləcək) ğaitin məxrəcini parça, daş və s. ilə pak etmək olar.

Məsələ: 66. Bövlün məxrəci sudan başqa heç bir şeylə pak olmaz. Kürr və axar suda bir dəfə yumaq kifayətdir. Lakin vacib ehtiyata əsasən, az su ilə gərək iki dəfə yuyulsun. Təbii olmayan bövl məxrəcinin yuyulmasında əqva hökm bir neçə dəfə yumaqdır və yaxşı olar ki, üç dəfə yuyulsun.

Məsələ: 67. Əgər ğaitin məxrəci su ilə yuyulsa, ğaitin zərrələrindən heç bir şey belə qalmamalıdır. Lakin rəng və iyinin qalmasının eybi yoxdur. Birinci dəfə ğaitin zərrələri qalmayacaq tərzdə yuyulsa, ikinci dəfə yumaq lazım (vacib) deyildir.

Məsələ: 68. Quru və pak olan parça, kəsək, daş kimi şeylərlə ğaitin məxrəcini paklamaq olar. Hətta ğaitin məxrəcinə sirayət etməyəcək dərəcədə azacıq nəmliyi olan parça, daş kimi şeylərlə paklamağın eybi yoxdur.

Məsələ: 69. Ehtiyat müstəhəbdir ki, ğaitin təmizlənməsində istifadə olunan kəsək, daş və parça kimi şeylər üç tikə olsun. Məxrəcin tamamilə təmizlənməsi mümkün olan surətdə bundan azla da kifayətlənmək olar. Əgər üç hissə ilə təmiz olmasa, gərək məxrəcin tam təmizlənməsi üçün əlavə olunsun. Lakin, adətən daş və s. kimi şeylərlə aradan getməyən əsər-əlamətlərin qalmasının eybi yoxdur.

Məsələ: 70. Şəriətdə hörmət edilməsi vacib olan şeylərlə məsələn Allah -Taalanın, peyğəmbərlərin (əleyhimussalam), mə`sum imamların (əleyhimussalam) adlarının yazıldığı kağız və s. kimi şeylərlə ğaitin məxrəcini təmizləmək haramdır. Lakin bu kimi şeylərlə istinca edilsə təmizlik hasil olar. Təzək və sümüklə təmizliyin hasil olması məhəlli-işkaldır.

Məsələ: 71. Bir kəsin adəti (bövl və yaxud ğait ifraz olunduqdan sonra) məxrəci dərhal paklamaq olsa da, məxrəci paklayıb- paklamadığında şəkk etsə, paklaması vacibdir.

Məsələ: 72. Namazı qılıb qutarandan sonra, namazdan əvvəl məxrəci paklamaqdan qafil olmasında elmi olmayan bir şəxs şəkk etsə ki, namazdan öncə məxrəci paklayıb ya yox, qıldığı namazı səhihdir. Lakin məxrəcin nəcis olmasına hökm olunur.


Oxunub: 1617

dəfə

.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı