www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Ayətullah Vəhid

Nəcasətlərin hökmləri

Məsələ: 136. Qur`anın yazısını və vərəqini hörmətsizlik sayılacağı halda nəcis etmək haramdır. Əgər nəcis olarsa, dərhal suya çəkilməlidir. Hörmətsizlik sayılacaq hallardan başqa hallarda da vacib ehtiyata əsasən, belədir.

Məsələ: 137. Əgər Qur`anın cildi nəcis olsa, hörmətsizliyə səbəb olan surətdə gərək suya çəkilsin.

Məsələ: 138. Qur`anı zatən nəcis olan quru bir şeyin üzərinə qoymaq hörmətsizliyə səbəb olan surətdə haramdır və onu götürmək vacibdir.

Məsələ: 139. Qur`anı nəcis mürəkkəblə yazmaq hətta bir hərfi olmuş olsa belə, onu murdarlamaq hökmündəndir. Əgər onunla yazılmışdırsa, gərək su və yaxud başqa bir şeyin vasitəsilə aradan aparılsın.

Məsələ: 140. Qur`anı kafirə vermək hörmətsizliyə səbəb olsa,haram və onu geri almaq vacibdir.

Məsələ: 141. Əgər Qur`anın vərəqi, yaxud Allahın, Peyğəmbərin (səlləllahu əleyhi və alih) və ya mə`sumlardan (əleyhimussalam) birinin adı yazılmış kağız kimi, hörmət edilməsi vacib olan şeylər ayaqyoluna düşərsə, xərci olsa da belə, çıxarıb suya çəkmək vacibdir. Əgər çıxarmaq mümkün olmasa, o kağızın çürüməsini yəqin edənə qədər oradan istifadə olunmamalıdır. Həmçinin, əgər türbət ayaqyoluna düşərsə və onu oradan çıxarmaq mümkün olmazsa, onun tamamilə aradan getdiyini yəqin edənə qədər oradan istifadə olunmamalıdır.

Məsələ: 142. Özü nəcis olan və ya nəcis olmuş bir şeyi yemək və içmək, həmçinin, başqasına da yedizdirib içirtmək haramdır. Lakin nəcis olmuş bir şeyi uşaq və dəli şəxsə yedizdirmək caizdir. Əgər uşaq və dəlinin özü nəcis olmuş bir şeyi yesə və yaxud nəcis əli ilə çörəyi nəcis edib yesə, qarşısını almaq lazım (vacib) deyil.

Məsələ: 143. Paklanması mümkün olan nəcis bir şeyin satılma və ya icarəyə verilməsinin eybi yoxdur. Lakin alan tərəf onu yemək və yaxud içmək üçün istifadə edəcəksə, nəcis olduğu deyilməlidir.

Məsələ: 144. Əgər şəxs, bir kəsin nəcis bir şeyi yediyini və yaxud nəcis bir paltarda namaz qıldığını görərsə, ona deməsi lazım (vacib) deyildir.

Məsələ: 145. Əgər bir kəsin evinin və yaxud xalça – palazının bir yeri nəcis olsa, onun evinə gedənlərin paltar və ya başqa şeylərinin yaş halda o nəcisə dəydiyini görərsə, bu işin səbəbkarı o olarsa və nəcis yeməli, içməli şeylərə sirayət edərsə, gərək onlara desin.

Məsələ: 146. Ev sahibi yemək əsnasında xörəyin nəcis olduğunu başa düşsə, qonaqlara deməsi gərəkdir. Amma qonaqlardan biri başa düşsə, digərlərinə deməsi lazım deyil. Lakin onlarla elə ünsiyyətdə olsa ki, onların nəcis olmaları ucbatından onun özü də nəcis yemək, içməyə düçar olacaqsa yeməkdən sonra gərək onlara desin.

Məsələ: 147. Ariyəyə götürdüyü şey nəcis olsa sahibinin qab kimi, yeyib-içməkdə istifadə etdiyi bir şeydirsə, gərək bunu sahibinə desin. Ancaq paltar kimi şey olsa, sahibinin o paltarda namaz qıldığını bildiyi surətdə belə, nəcis olduğunu deməsi lazım deyildir. Lakin paltar sahibi gerçəkdə də pak olan paltarda namaz qılmaq istədiyi surətdə, vacib ehtiyata əsasən, paltarın nəcis olduğunu ona bildirməlidir.

Məsələ: 148. Uşaq bir şeyin nəcis olmasını və yaxud suya çəkdiyini desə, onun sözünü qəbul etmək olmaz. Lakin müməyyiz olan (yaxşı-pisi ayırd edə bilən) uşaq e`timadlı olarsa və sözünün əksi güman olunmazsa, bir şeyi suya çəkdiyini, həmçinin, bir şeyin nəcis olmasını desə, onun sözü qəbul olunur.

Oxunub: 1763

dəfə

.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı