www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Ayətullah Vəhid

Mütəhhirat(pakedicilər)

Məsələ: 149. On iki şey nəcasəti pak edir və onlara

«pakedicilər» deyilir:

1) Su.

2) Yer (torpaq).

3) Günəş.

4) İstihalə.

5) İnqilab.

6) İntiqal.

7) İslam.

8) Təbəiyyət.

9) Nəcisin eyninin aradan getməsi.

10) Nəcis yeyən heyvanın istibrası.

11) Müsəlmanın qaib olması.

12) Kəsilmiş heyvandan adi (normal) miqdarda qanın xaric olması.

Bütün bunların hökmləri ətraflı surətdə gələcək məsələlərdə

deyiləcək.

1. Su

Məsələ: 150. Su dörd şərt daxilində nəcis bir şeyi pak edir:

1) Su mütləq olsun; Deməli, gülab və söyüd suyu kimi qarışıq su nəcis şeyi pak etməz.

2) Pak olsun.

3) Onunla nəcis bir şeyi yuyan vaxt su müzaf olmasın və o yuyulmaq ki, ondan sonra təkrar yumaq lazım olmayacaq gərək suyun iyi, rəngi və dadı nəcasətin vasitəsilə dəyişməmiş olsun. Həmin yuyulmadan qeyri hallarda suyun (iyi, rəngi və dadının) dəyişilməsinin eybi yoxdur. Məsələn: O şey ki, onu iki dəfə yumaq lazımdır, birinci dəfə yuyulanda suyun iyi, rəngi, dadı dəyişsə belə, ikinci dəfə (iyi, rəngi, dadı) dəyişilməyən bir su ilə yusalar, pak olar.

4) Nəcis bir şeyi suya çəkəndən sonra, nəcisin eyni onda olmasın. Nəcis bir şeyin az su (kürrdən az) ilə pak olmasının digər şərtləri də vardır ki, sonralar deyiləcək.

Məsələ: 151. Əgər qabın içərisi nəcis olsa, az su ilə üç dəfə yumaq lazımdır, kürr və axar suda isə bir dəfə yuyulması kifayətdir. Ancaq itin maye halında olan bir şey yediyi qab əvvəlcə pak torpaqla sürtülməli, o torpağı təmizlədikdən sonra, su ilə qarışıq olan torpaqla yenidən sürtülməlidir (bu iki işi görmək vacib ehtiyata əsasəndir), sonra su tökülməlidir ki, torpağı təmizlənsin və daha sonra kürr və axar suda bir dəfə, az suda isə ehtiyat vacibə əsasən iki dəfə yuyulsun. Ehtiyata əsasən, itin yaladığı qab da yuxarıda deyilən tərzdə paklanmalıdır.

Məsələ: 152. İt ağzını vurduğu qabın ağzı dar olarsa və onu torpaqlamaq mümkün olmazsa, mümkün olan surətdə parça və bu kimi bir şeyi çubuğa büküb əvvəlcə qabın içərisini torpaqlamalı, sonra ehtiyata əsasən, torpağı çölə tökərək yenidən bir az su ilə qarışmış torpaq ilə, həmin çubuqla (qabı) torpaqlamaq lazımdır. Bu ikisini birlikdə etmək vacib ehtiyatdır. Bu da mümkün olmasa, qabın içərisinə su və torpaq töküb möhkəm silkələmək və sonra, əvvəlki məsələdə deyilən tərtiblə pak etmək lazımdır.

Məsələ: 153. Donuzun içərisində maye halında bir şey yediyi və yaxud içərisinə çöl siçanı düşüb ölmüş qab, istər az su, istər kürr, istərsə də axar suda gərək yeddi dəfə yuyulsun. Vacib ehtiyata əsasən, donuzun yaladığı qab da deyilən tərzdə yuyulmalıdır.

Məsələ: 154. Şərabla nəcis olmuş qab gərək üç dəfə yuyulsun. Bu hökmdə az su, kürr və axar su arasında fərq yoxdur. Müstəhəb ehtiyat budur ki, yeddi dəfə yuyulsun.

Məsələ: 155. Nəcis torpaqdan düzəldilmiş və ya nəcis su hopmuş kuzəni – saxsı qabı əgər kürr və ya axar suya qoysalar, su onun hər yerinə dəysə, o yeri pak olar. Əgər onun içərisini də pak etmək istəsələr, gərək kürr və ya axar suda o qədər saxlasınlar ki, su onun hər yerinə hopsun. Əgər qabda suyun onun daxilinə keçməsinə mane olacaq bir rütubət olsa, gərək əvvəlcə qurudulsun, sonra kürr və ya axar suda qoyulsun.

Məsələ: 156. Nəcis qabı az su ilə iki cür paklamaq olar:

1) Üç dəfə doldurub boşaltmaqla.

2) Üç dəfə suyu onun daxilində nəcis yerlərə çatana qədər çalxalamaqla.

Məsələ: 157. Böyük qazan və xum kimi iri qablar nəcis olduqda üç dəfə onu su ilə doldurub-boşaltdıqda pak olar. Nəcisi bütövlükdə əhatə etməklə suyu yuxarıdan üç dəfə tökmək və hər dəfə qabın dibinə yığılan suyu çıxarıb bayıra atmaqla da pak olur. Vacib ehtiyata əsasən, qabın dibində yığılmış suyu çölə tökmək üçün istifadə olunan qabı ikinci və üçüncü dəfələr də suya çəkmək lazımdır.

Məsələ: 158. Əridilən nəcis mis və onun kimi şeylər suya çəkilsə, zahiri pak olar.

Məsələ: 159. Bövl ilə murdarlanmış təndirə iki dəfə nəcisi tamamilə əhatə edəcək qədər yuxarıdan su töksələr, pak olar. Bövldən başqa şeylərlə murdarlandıqda isə həmin qayda ilə bir dəfə su tökülsə, kifayətdir. Müstəhəb ehtiyat budur ki, suyu nəcisin eynini aradan apardıqdan sonra töksünlər. Yaxşı olar ki, təndirin dibində suyun yığılması üçün bir çala qazılsın və su çölə çıxarıldıqdan sonra pak torpaqla doldurulsun.

Məsələ: 160. Əgər nəcis bir şey kürr və ya axar suya bir dəfə batırılsa və su, nəcis yerlərin hamısına dəysə, pak olar. Xalça, palaz, paltar və s. kimi şeyləri sıxmaq yaxud (şvabra və s. ilə) sürtmək ya da tapdalamaq lazımdır. Paltar və bu kimi şeylər bövl ilə murdarlandıqda kürr, yaxud axar suda bir dəfə yumaq kifayətdir.

Məsələ: 161. Bövllə murdarlanmış bir şeyi az su ilə yumaq istədikdə, üzərinə bir dəfə su axıdılsa və su ondan ayrılsa, o şeydə ayrılan suda bövl qalmadığı surətdə ikinci dəfə üzərindən su axıdıldıqda pak olar. Lakin paltar, palaz və xalça kimi şeylərdə isə hər dəfə su axıdıldıqdan sonra sıxılma və s. yollarla ğusaləsi çıxarılmalıdır. (Ğusalə adətən, bir şeyi yuyan zaman, yaxud yuyandan sonra o şeydən öz-özünə və ya onu sıxmaq və bu kimi əməllə ayrılan suya deyilir).

Məsələ: 162. Yemək yeməyə başlamamış südəmər oğlan uşağının bövlü ilə murdarlanmış bir şeyin üzərinə bütün nəcis yerləri əhatə edəcək şəkildə su axıdılmaqla pak olar. Lakin müstəhəbb ehtiyat budur ki, onun üzərindən təkrarən bir dəfə də su axıdılsın. Paltar, palaz, xalça kimi şeyləri sıxmaq da lazım deyildir.

Məsələ: 163. Bövldən başqa şeylərlə murdarlanmış şeyləri az su ilə paklamağın qaydası budur ki, nəcisin eynini təmizlədikdən sonra üzərindən bir dəfə su axıdılsın və ondan ayrılsın. Vacib ehtiyat budur ki, su, nəcisin eyni aradan gedəndən sonra axıdılsın. Lakin paltar kimi şeylərin ğüsaləsi onu sıxmaqla çıxmalıdır.

Məsələ: 164. İplə toxunmuş həsir nəcis olarsa və onu kürr, axar və ya az su ilə paklamaq istəsələr, sıxmaq və bu kimi vasitələrlə gərək ğusaləsi çıxarılsın.

Məsələ: 165. Əgər buğda, düyü, sabun və bu kimi şeylərin zahiri (üzü) nəcis olsa, axar suya, yaxud kürrə batırmaqla pak olar. Əgər batini (daxili) də nəcis olmuşsa, onların paklanması, nəcis olmuş kuzənin (saxsı qabın) paklanması kimidir ki, 155-ci məsələdə deyildi.

Məsələ: 166. İnsan, nəcis suyun sabunun batininə keçib- keçmədiyində şəkk etsə, onun batini pakdır.

Məsələ: 167. Ət, düyü və bu kimi şeylərin zahiri bövldən başqa bir nəcislə murdarlansa, onu pak teştə yığıb üzərinə bir dəfə su töküb sonra suyu boşaltmaqla teşt ilə birlikdə pak olar. Bövllə murdarlanmış olarsa, iki dəfə su töküb boşaltmaq lazımdır. Hər iki surətdə kasa və bu kimi şeylərin də üzərinə vacib ehtiyata əsasən, üç dəfə su töküb boşaltmaq lazımdır. Paltar kimi, pak olması sıxılmağa bağlı olan şeylərin sıxılması və ğusaləsinin çıxarılması lazımdır.

Məsələ: 168. Sinka və bu kimi şeylərlə rənglənmiş nəcis paltarı kürr və axar suyuna batırsalar və ya az su ilə yusalar sıxılan zaman ondan muzaf su ayrılmazsa, pak olar.

Məsələ: 169. (Nəcis) paltarı kürr, ya axar suda yuyularsa, sonra onun üstündə su yosunu görsələr, onun suyun paltara keçməsinə mane olmasını ehtimal etməsələr, paltar pakdır.

Məsələ: 170. Paltar və bu kimi şeylər suya çəkildikdən sonra onun üstündə palçıq və ya sabun parçaları görünərsə, pakdır. Lakin, nəcis su sabun və palçığın içərisinə keçmişdirsə, onların çölü pak, içərisi isə nəcisdir.

Məsələ: 171. Nəcisin eynini aradan aparmadan nəcis olmuş heç bir şey pak olmaz. Lakin nəcisin iyi və yaxud rəngi onda qalmış olsa, eybi yoxdur. Deməli, qanı paltardan təmizləyərək suya çəksələr, qanın rəngi qalsa belə, pak olar. Ancaq rəng və ya iyin vasitəsi ilə nəcasətin xırda tərkiblərinin (zərrələrinin) qalması ehtimal edilərsə, həmin şey nəcisdir.

Məsələ: 172. Əgər bədəndəki nəcasəti kürr və ya axar suda aradan aparsalar, bədən pak olar və hətta o nəcis bövl olsa belə, bir neçə dəfə yumaq lazım deyil.

Məsələ: 173. Dişlərin dibində nəcis yemək qaldıqda ağıza su alıb nəcis yeməyi bütövlükdə əhatə edəcək qədər dolandırdıqda, onun zahiri pak olar.

Məsələ: 174. Əgər başın və üzün (nəcis olmuş) tükünü az su ilə

yusalar, ğusalənin ayrılması lazımdır.

Məsələ: 175. Misal üçün, bədən və ya paltarın bir hissəsini az su ilə pakladıqda, ona birləşən və yuyulduqda adətən suyun islatdığı (sirayət etdiyi) yerlər, nəcis yerin pak olması ilə pak olar. Yə`ni islanmış yerləri ayrıca suya çəkmək lazım deyildir, əksinə, nəcis hissə və onun ətraf yerləri suya çəkilməklə hər ikisi pak olar. Həmçinin, biri nəcis, biri pak olan iki şey yan-yana qoyularaq suya çəkildikdə, hökm eynidir.

Məsələ: 176. Nəcis olmuş ət və quyruq da başqa şeylər kimi suya çəkilir. Həmçinin, bədən və ya paltar kimi şeylər suya çəkilərkən onlarda olan və suyun dəriyə və yaxud paltarın tərkibinə keçməsinə mane olmayan azacıq yağlılıq olduqda da hökm belədir.

Məsələ: 177. Misal üçün, bədən və yaxud qab nəcis olsa və sonradan, suyun ona yetişməyinə mane olacaq tərzdə yağlı olarsa, onu suya çəkmək istədikdə gərək yağı təmizlənsin ki, su ona yetişsin.

Məsələ: 178. Üzərində nəcisin eyni olmayan nəcis bir şey kürr suyuna bitişik krantın altında bir dəfə yuyulsa, pak olar. Həmçinin, nəcisin eyni onda olsa, əgər krantın altında və ya digər vasitə ilə təmizlənsə və ondan axan suyun iyi, rəngi və dadı nəcasət vasitəsilə dəyişməmiş olsa, krantın suyu ilə pak olar. Ancaq ondan axan suyu iyi, rəngi və dadı nəcisin vasitəsilə dəyişmiş olsa, gərək krantın suyu onun üzərindən o qədər axsın ki, ondan ayrılan suda nəcisin vasitəsilə dəyişiklik olmasın.

Məsələ: 179. Əgər bir şeyi yuyub pak etdiyinə yəqin etdikdən sonra, nəcisin eynini təmizləyib – təmizləməsində şəkk etsə, onu yenidən suya çəkməli və nəcisin eyninin aradan getdiyinə yəqin etməli, yaxud arxayın olmalıdır.

Məsələ: 180. Üstü qum və çınqıl kimi, suyu hopduran şeylərlə

örtülən yer nəcis olduqda, az su ilə pak olar.

Məsələ: 181. Suyun hopmadığı daşla, kərpiclə döşənən, yaxud bərk yerlər nəcis olduqda az su ilə pak olar. Lakin üzərinə o qədər su tökülməlidir ki, axsın. Onun üzərinə tökülən su bir dəlikdən çıxaraq axsa, torpağın hamısı pak olar. Lakin su bir yerdən çıxmayıb toplansa, su yığılan yerlər nəcis olar. Onu pak etmək üçün toplanmış suyu pak bir şeylə yığıb götürmək lazımdır. Daha yaxşı olar ki, çala qazsınlar, su orada toplansın, su oradan götürüldükdən sonra həmin çala pak torpaqla doldurulsun.

Məsələ: 182. Daş duz və onun kimi şeylərin üstü nəcis olsa, muzaf (qarışıq) olmayan təqdirdə az su ilə pak olar.

Məsələ: 183. Əgər ərimiş nəcis şəkərdən qənd düzəldib kürr və

ya axar suya qoysalar, pak olmaz.

2. Yer

Məsələ: 184. Yer üç şərtlə nəcis yerdə yol getmək və ya ayağı nəcis yerə qoymaqla nəcis olmuş ayağın və ya ayaqqabının altını pak edər:

1) Yer pak olsun.

2) Quru olsun.

3) Ayağın və ya ayaqqabının altında olan qan və bövl kimi eyni nəcis, yaxud palçıq kimi sonradan nəcis olmuş bir şey yol getmək və ya yerə sürtməklə aradan getsin. Həmçinin, yer də gərək ya torpaq, ya daş olsun, ya da kərpic və ya bu kimi şeylərlə döşənmiş olsun. Həsir, xalça, ot-ələf və bu kimi şeylərin üstündə getməklə nəcis olmuş ayağın və ya ayaqqabının altı pak olmaz.

Məsələ: 185. Asfalt və ya ağac döşənmiş yolun üzərində getməklə ayağın və ya ayaqqabının (nəcis olmuş) altının pak olması məhəlli-işkaldır.

Məsələ: 186. Nəcis olmuş ayağın və ya ayaqqabının altını pak etmək üçün yaxşı olar ki, 15 zira (zira – dirsəkdən barmaqların ucuna qədər olan məsafədir) və ya daha artıq yol gedilsin, hətta bundan az yol getməklə, yaxud yerə sürtməklə nəcis aradan getmiş olsa da belə.

Məsələ: 187. Nəcis olmuş ayağın və ya ayaqqabının altının (paklamaq üçün) yaş olması lazım deyil; quru da olsa, yol getməklə pak olur.

Məsələ: 188. Ayağın və ya ayaqqabının altı yol getməklə pak olduqdan sonra, adətən onun ətrafından palçığa bulaşan tərəfləri də pak olar.

Məsələ: 189. Əlləri və dizləri ilə yeriyənlərin əl və dizləri nəcis olmuşdursa, yol getməklə pak olması məhəlli-işkaldır. Əsa, protez ayaq, heyvanların nalı, avtomobilin, faytonun təkərləri və bu kimi şeylər nəcis olmuşdursa, onların da hökmü bu cürdür.

Məsələ: 190. Yol getdikdən sonra ayağın və ya ayaqqabının altında nəcisin iyi və ya rəngi, yaxud nəcisin görünməyən zərrələri qalarsa, işkalı yoxdur, baxmayaraq ki, müstəhəbb ehtiyat iyin və rəngin aradan getdiyi miqdarda yol getməkdir.

Məsələ: 191. Ayaqqabının içərisi pak olmaz. Corabın altının yol getməklə pak olması məhəlli-işkaldır.

3. Günəş

Məsələ: 192. Günəş yeri, binanı və binada olan qapı, pəncərə

kimi şeyləri, eləcə də divara vurulmuş mismarları beş şərtlə pak edər:

1) Nəcis olan şey yaş olsun; əgər quru olarsa, günəş onu qurutsun deyə, gərək müəyyən bir vasitə ilə isladılsın.

2) Əgər o şeydə nəcisin eyni varsa, günəşin saçması ilə

qurumazdan əvvəl onu təmizləmək (aradan aparmaq) lazımdır.

3) Günəş şüasının (birbaşa) saçmasına mane olacaq bir şey olmasın. Deməli, əgər günəşin şüası pərdə, bulud və bu kimi şeylərin arxasından düşərək nəcis bir şeyi qurutsa o şey pak olmaz. Lakin bulud və s. şeylər günəş şüasının keçməsinə mane olmayacaq dərəcədə nazik olsa, eybi yoxdur.

4) Nəcis şeyi günəş təklikdə qurutsun. Məsələn: nəcis şey külək və günəşin ikisinin vasitəsilə qurusa, pak olmaz. Lakin külək, "külək nəcis şeyin qurumasına kömək edib" deyilməyəcək dərəcədə zəif olsa, eybi yoxdur.

5) Günəş evin və ya binanın nəcis hopmuş qədərini birdəfəyə qurutsun. Deməli, əgər günəş bir dəfə nəcis yerə və binaya saçsa və onun çölünü qurutsa, növbəti dəfə onun içərisini qurutsa, yalnız çölü pak olar və içərisi nəcis halda qalar.

Məsələ: 193. Günəşin nəcis olmuş həsiri, yerdə olan bitkini və

ağacı pak etməsi məhəlli-işkaldır.

Məsələ: 194. Günəş nəcis bir yerə saçdıqdan sonra insan, günəş saçarkən oranın quru, yoxsa yaş olmasında, habelə günəşin, yoxsa başqa bir şeyin vasitəsilə qurumasında şəkk etsə, eləcə də günəş şüası düşməzdən öncə nəcisin eyninin aradan gedib-getmədiyi, yaxud günəşin şüasının düşməsinə bir şeyin mane olub-olmamağında şəkk etsə, o yer nəcisdir.

Məsələ: 195. Əgər günəş nəcis divarın bir tərəfinə saçsa və

bununla günəş şüası düşməyən tərəf də qurusa, hər iki tərəf pak olar.

4. İstihalə

Məsələ: 196. Əgər nəcis bir şey, camaat arasında öz zat və həqiqətini dəyişəcək dərəcədə başqa bir pak şeyin surətinə düşsə, məsələn, nəcis olmuş çubuq yanaraq külə dönsə, yaxud it duzlağa düşərək duz dönsə, pak olar. Lakin, onun həqiqəti dəyişməsə, məsələn: nəcis olmuş buğdanı üyüdərək un etsələr və yaxud çörək bişirsələr pak olmaz.

Məsələ: 197. Nəcis palçıqdan düzəldilmiş kuzə (saxsı qab) və bu kimi şeylər, eləcə də nəcis odundan hazırlanmış kömürdə əhvət nəzər ondan ehtiyat edilməsidir.

Məsələ: 198. İstihalə olub-olmadığı mə`lum olmayan şeydə şəkkin mənşəyi nəcisin mövzusunun qalıb-qalmadığında şəkdirsə, o şey nəcisdir.

5. İnqilab

Məsələ: 199. Şərab öz-özünə yaxud duz və sirkə kimi bir şeyin qarışdırılması vasitəsilə sirkəyə çevrilsə pak olar.

Məsələ: 200. Nəcis üzüm və onun kimi şeylərdən hazırlanan şərab, hazırlandığı həmin qabda sirkəyə çevrilsə, pak olmaz. Əgər başqa bir pak qaba tökülərək sirkəyə çevrilsə, ehtiyata əsasən, pak olmaz. Eləcə də başqa bir nəcis şəraba düşüb şərabda aradan gedərsə hökm eynidir.

Məsələ: 201. Nəcis xurma, kişmiş və üzümdən hazırlanan sirkə

nəcisdir.

Məsələ: 202. Əgər üzüm və xurmanın içərisində xırda qurumuş yarpaq, çör-çöp olsa və ona sirkə töksələr, eybi yoxdur. Sirkə olmamışdan öncə də olsa xiyar, badımcan kimi şeyləri də ora tökməyin eybi yoxdur. Amma əgər sirkə olmazdan əvvəl məstedici olmağı mə`lum olarsa bu halda işkalı vardır.

Məsələ: 203. Üzüm suyu odla qaynasa, haramdır. Əgər 2/3 hissəsi gedənə qədər odla qaynasa, qalan 3 – də bir hissəsi halal olar.

114-cü məsələdə deyildiyi kimi, qaynara düşmək vasitəsilə nəcis olmaz. Əgər oddan başqa şeylə qaynasa, haramdır və ehtiyata əsasən, nəcis olur. Vacib ehtiyata əsasən, sirkə olmaqdan başqa heç bir vasitəsi ilə pak və halal olmaz.

Məsələ: 204. Əgər üzüm suyunun 2/3 hissəsi qaynamadan azalsa və yerdə qalanı qaynasa haramdır.

Məsələ: 205. Qaynayıb-qaynamadığı bilinməyən üzüm suyu halaldır. Lakin qaynadılarsa 2/3 hissəsinin getməsinə yəqin olmayınca halal olmaz.

Məsələ: 206. Bir salxım qorada az miqdarda üzüm olsa və ondan alınan suya "üzüm suyu" deyilməzsə, həmin su qaynadılsa, onu içmək halaldır.

Məsələ: 207. Odda qaynayan şeyin içərisinə bir üzüm dənəsi düşərək həmin şeylə birgə qaynasa və aradan getməsə, yalnız o üzüm dənəsini yemək haramdır.

Məsələ: 208. Bir neçə qazanda şirə (doşab) bişirmək istəsələr, qaynayan qazana vurulmuş kəfgiri qaynamayan qazana vurmağın eybi yoxdur.

Məsələ: 209. Qora, yoxsa üzüm olması mə`lum olmayan şey qaynayarsa, haladır.

6. İntiqal

Məsələ: 210. İnsanın, yaxud atıcı qanı olan (yə`ni, damarını kəsəndə qan sıçrayan heyvanın) qanı atıcı qanı olmayan heyvanın bədəninə keçərək o heyvanın qanı hesab olunsa, pakdır və buna

«intiqal» deyilir.

Eləcə də digər nəcislər bir heyvanın orqanizminə nəql olunaraq onun orqanizminin bir qismi sayılsa və bu heyvan o nəcisin sadəcə yerləşdiyi qab kimi olarsa, həmin heyvanın bədən üzvləri hökmündədir. Əgər orqanizmin bir hissəsi hesab olunmazsa, nəcisdir. Elə bu baxımdan müalicə məqsədilə zəlinin insan bədənindən sorduğu qana "zəli qanı" deyil, "insan qanı" deyildiyindən, nəcisdir.

Məsələ: 211. Əgər ağcaqanad insan bədəninin bir yerində öldürülsə və ondan xaric olan qanın bədəndən sorulan qan, yoxsa ağcaqanadın qanı olduğu bilinməzsə; eləcə də bədəndən sorulduğu bilinsə, lakin ağcaqanadın bədəninin bir qismi hesab olunsa, o qan pakdır. Ancaq qanın sorulması ilə ağcaqanadın öldürülməsi arasında fasilə az olsa və nəticədə o qana "insan qanı" desələr, yaxud insan, yoxsa ağcaqanad qanı deyilməsi mə`lum olmazsa, o qan nəcisdir.

7. İslam

Məsələ: 212. Əgər kafir şəxs, Allahın yeganəliyinə və sonuncu Peyğəmbərin (səlləllahu əleyhi və alih) nübüvvətinə şəhadət verərsə – hər hansı dildə olsa, belə – müsəlman olur. Şəhadət verməzdən öncə nəcis olmasına hökm verilmiş olsa da, müsəlman olduqdan sonra onun bədəni, ağzının və burnunun suyu, eləcə də təri pakdır. Lakin müsəlman olan anda bədənində nəcis eyni var imişsə, gərək onu təmizləsin və nəcisin yerini suya çəksin. Hətta əgər müsəlman olmamışdan öncə nəcisin eynini bədənindən təmizləmiş olsa, vacib ehtiyata əsasən, nəcisin yerini suya çəkməlidir.

Məsələ: 213. Kafir olduğu vaxt şəxsin paltarı yaş halda bədəninə dəymişsə və müsəlman olduğu an bədənində olmamışdırsa, o paltar nəcisdir. Hətta əgər əynində olmuşsa belə, vacib ehtiyata əsasən, gərək o paltardan çəkinsin.

Məsələ: 214. Kafir şəhadəteyni (Allahın yeganəliyinə və sonuncu Peyğəmbərin (səlləllahu əleyhi və alih) nübüvvətinə şəhadət vermək) desə və insan bunun qəlbən müsəlman olub-olmadığını bilməsə; eləcə də qəlbən müsəlman olmadığını bilsə, lakin verdiyi şəhadətə zidd bir şey ondan baş verməsə, o şəxs pakdır.

8. Təbəiyyət

Məsələ: 215. Nəcis olmuş bir şeyin, başqa bir şeyin pak olması

ilə eyni zamanda pak olmasına təbəiyyət deyilir.

Məsələ: 216. Əgər şərab sirkəyə çevrilsə, onun qabı da, şərab qaynayan vaxt onun çatdığı o yerə qədər pak olar. Adətən onun üzərinə çəkilən parça və bu kimi şeylər də şərabla nəcis olmuşdursa, o da pak olar. Lakin qabın bayır tərəfi şərabla nəcis olmuşdursa, sirkəyə çevrildikdən sonra vacib ehtiyata əsasən, ondan çəkinilməlidir.

Məsələ: 217. Kafirin uşağı iki halda tabelik yolu ilə pak olur:

1) Müsəlman olan kafirin uşağı paklıqda ona tabedir. Həmçinin, uşağın baba, nənə və anası müsəlman olduqda da (hökm) belədir.

2) Kafirin uşağı müsəlmanın əlinə əsir düşsə və atası və ya babalarından biri onunla yanaşı olmasa.

Hər iki halda uşağın tabelik yolu ilə pak olmasının şərti budur ki, müməyyiz (yaxşını-pisi ayırd edə bilən) olduğu təqdirdə kafirliyi izhar etməsin.

Məsələ: 218. Üzərində meyyitə qüsl verilən taxta, daş, meyyitin övrətinə (eybli yerinə) örtülən parça, onu yuyan şəxsin əli və meyyitlə birgə yuyulan bütün bu şeylər meyyitin qüslü tamam olandan sonra pak olar.

Məsələ: 219. Bir kəs əlində bir şeyi yuyursa, o şey pak olduqdan sonra o şəxsin, həmin şeylə birgə yuyulan əli də pak olar.

Məsələ: 220. Əgər paltar və bu kimi şeyləri az suda suya çəksələr və yuyulduğu suyun ondan ayrılması üçün adi qaydada sıxsalar (adətən) onda qalan su pakdır. Ondan ayrılan suyun hökmü

27-ci məsələdə (ğusalənin hökmündə) deyildi.

Məsələ: 221. Nəcis qabı az su ilə suya çəkərkən onun üzərinə axıdılan su, ondan ayrıldıqdan sonra, adətən onda qalan az miqdarda su pakdır. Ayrılan bu suyun hökmü də 27-ci məsələdə deyildi.

9. Nəcasətin eyninin aradan getməsi

Məsələ: 222. Əgər heyvanın bədəni qan kimi nəcisin eyni,yaxud su kimi (sonradan) nəcis olmuş bir şeylə bulaşmış olsa, onlar aradan qalxdıqdan sonra heyvanın bədəni pak olar. Həmçinin, insanın ağız və burunun içi kimi daxili orqanı; məsələn: dişlərin dibindən gələn qan ağız suyunda (həll olaraq) aradan getsə, ağızın içini suya çəkmək lazım (vacib) deyil. Lakin süni (protez) diş ağızda, ağızın qanı ilə bulaşarsa, ehtiyata əsasən, gərək suya çəkilsin.

Məsələ: 223. Əgər dişin dibində yemək olsa və ağızın içindən qan gələrsə, şəxs dişlərin dibində qalan yeməyin qana dəydiyini bilməsə, yemək pakdır. Əgər qan ona dəymiş olsa, ehtiyata əsasən, nəcisliyinə hökm olunur.

Məsələ: 224. İnsanın bədəninin bağlanan zaman üst-üstə düşən göz qapaqları, dodaqlar və bu kimi daxili, yoxsa zahiri hesab olunmasını bilmədiyi üzvlər nəcisə dəyərsə, ehtiyata əsasən, gərək suya çəkilsin.

Məsələ: 225. Əgər nəcis toz-torpaq quru paltar, xalça-palaz və bu kimi şeylərə qonarsa, onların töküləcəyi tərzdə silkələsələr və yaş bir şey onlara dəyməsə, nəcis olmaz.

10. Nəcasət yeyən heyvanın istibrası

Məsələ: 226. İnsan nəcisini yeməyə adət etmiş heyvanın bövl və peyini nəcisdir. Əgər onları pak etmək istəsələr, gərək istibra etsinlər; yə`ni müəyyən bir müddət nəcis yeməsinin qarşısını alsınlar və ehtiyata əsasən, onları pak şeylərlə yemləsinlər ki, bir müddətdən sonra daha ona «nəcis yeyən» deyilməsin.

Vacib ehtiyata əsasən, gərək nəcis yeyən dəvə 40 gün, inək 20 gün, qoyun 10 gün, su quşları 5 gün, ev quşları 3 gün deyilmiş tərzdə istibra olunsun. Əgər deyilən müddətdən sonra da onlara "nəcis yeyəndir" deyilərsə, gərək "nəcis yeyəndir" deyilməyəcək müddətə qədər yuxarıdakı qayda ilə istibra olunsun.

11. Müsəlmanın qaib olması

Məsələ: 227. Əgər müsəlmanın bədəni, paltarı, yaxud onun ixtiyarında olan qab, xalça-palaz və bu kimi başqa şeylərin nəcis olmasına yəqin etsələr və o müsəlman qaib olsa, həmin nəcis şeylərin o müsəlman tərəfindən suya çəkilməsinə ehtimal verilməsi şərtilə deyilən şeylər pakdır. Vacib ehtiyata əsasən, aşağıdakı şərtlərə də əməl olunması mö`təbərdir:

1) O müsəlman şəxs bədəni, yaxud paltarı nəcis edən şeyləri nəcis bilsin. Deməli, əgər kafiri nəcis hesab etməyərək onun paltarı yaş halda kafirə dəysə, amma şəxs onu nəcis hesab etməsə, o müsəlman qaib olduqdan sonra onun paltarını pak hesab etmək olmaz.

2) Onun bədən və ya paltarının nəcis şeyə dəydiyini və paklıq nəcasət məsələlərinə laqeyd olmadığını bilməlidir.

3) İnsan o şeyləri paklıqla şərtlənən işlərdə işlətdiyini görməlidir. Məsələn, görməlidir ki, o paltarla namaz qılır, yaxud o qabda yemək yeyir.

4) Şəxs, o müsəlmanın, həmin şeylərlə gördüyü işlərdə paklığın şərt olmasını bilməsinə ehtimal verməlidir. Deməli, əgər bilməsə ki, namaz qılanın paltarı pak olmalıdır və nəcis olmuş paltarla namaz qılmış olsa, o paltarı pak hesab etmək olmaz.

5) O müsəlman həddi-buluğa çatmış olmalıdır.

Məsələ: 228. Şəxs əvvəllər nəcis olan bir şeyin paklanmasına yəqin etsə, yaxud arxayın olsa, yaxud iki nəfər ədalətli, yaxud bir adil şəxs onun pak olmasını desə; həmçinin, e`timadlı olan bir şəxs onun pak olmasını desə və onun sözünün əksi güman olunmasa, o şey pakdır. Eləcə də o bir şəxs, öz ixtiyarında olan nəcis şeyin pak olduğunu desə və murdar-təmizə riayət etməməkdə müttəhim olunmasa, yaxud müsəlman şəxs nəcis bir şeyi suya çəkmiş olsa, ancaq düzgün suya çəkib-çəkməməsi mə`lum olmasa da, hökm eynilə belədir (o şey pak olur).

Məsələ: 229. Şəxsin paltarını suya çəkməyə vəkil edilmiş bir kəs "onu suya çəkmişəm" desə və onun dediyindən arxayınlıq hasil olsa, yaxud dediyinin əksi güman edilməyən e`timadlı şəxs olsa, o paltar pakdır. Lakin murdar-təmizə riayət etməməkdə ittiham olunmayan şəxs ixtiyarında olan paltarı suya çəkdiyini desə, arxayınlıq hasil olması lazım deyildir.

Məsələ: 230. Nəcis bir şeyin suya çəkilməsində yəqin və arxayınlıq əldə edə bilməmək kimi bir hala malik olan (vəsvas) şəxs camaatın paklanmada əməl etdiyi miqdarla kifayətlənə bilər.

12. Adi miqdarda qanın axması

Məsələ: 231. 98-ci məsələdə deyildiyi kimi, şər`i yolla başı kəsilmiş heyvandan adi miqdarda qan axmışdırsa, onun bədənində qalan qanlar pakdır.

Məsələ: 232. Əvvəlki məsələdə deyilən hökm əti halal olan heyvanlara məxsusdur, əti haram olan heyvanlarda cari deyildir.


Oxunub: 2253

dəfə

.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı