www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Ayətullah Vəhid

Qabların hökmləri

Məsələ: 233. İtin, donuzun və murdarın dərisindən düzəldilmiş qablarda bir şey yemək-içmək, rütubət onun nəcisliyinə səbəb olduğu təqdirdə, haramdır. O qablar qüsl, dəstəmaz və pak şeylərlə əncam verilməsi şərt olan bu kimi əməllərdə istifadə olunmamalıdır. Müstəhəbb ehtiyat budur ki, it, donuz və murdarın dərisindən, qab kimi şeylər olmasa da, istifadə olunmasın.

Məsələ: 234. Qızıl və gümüş qablarda yeyib-içmək haramdır. Ehtiyat vacibə əsasən, hətta onların otağın bəzədilməsi kimi hər növ istifadəsi də caiz deyildir. Lakin onları saxlamağın eybi yoxdur; eləcə də qızıl-gümüş qablar düzəltmək, düzəldilən şeyin əmək haqqını almaq və onları alıb-satmaq caizdir. Yalnız zinət məqsədi ilə olarsa, bu işlər məhəlli-işkaldır.

Məsələ: 235. Dəstəyi qızıl, ya gümüşdən düzəldilmiş stəkanı götürdükdən sonra o dəstəyə qızıl, ya gümüş qab deyilərsə, qızıl və gümüş stəkanın hökmündədir. Əgər ona qab deyilməzsə, onu işlətməyin eybi yoxdur.

Məsələ: 236. Üzərinə qızıl, ya gümüş suyu çəkilmiş qabı işlətməyin eybi yoxdur. Lakin qabın üzərində gümüşlə işlədilmişsə, onun gümüşlə bəzədilmiş yerlərindən yemək və içməkdə istifadə oluna bilməz.

Məsələ: 237. Əgər bir metalı qızıl, yaxud gümüşlə qarışdırıb onların qarışığından (xəlitədən) qab düzəldilsə və onun filizi (metalı)

«gümüş, ya qızıl qab» deyilməyəcək qədər (çox) olsa, onu işlətməyin maneəsi yoxdur.

Məsələ: 238. Əgər insan qızıl, yaxud gümüş qabda olan yeməyi, bu kimi qablarda yemək yeməyin haram olması üzündən həmin qablarda olan yeməyi başqa qaba töksə və bu əməl camaat arasında qızıl, yaxud gümüş qablardan faydalanmaq kimi qiymətləndirilməzsə, ikinci qabdan yemək yeməyin maneəsi yoxdur.

Məsələ: 239. Qəlyanın lüləsi, qılıncın qını, bıçaq və ya Qur`anın qabı əgər qızıl, yaxud gümüşdən olarsa, onu işlətməyin eybi yoxdur. Müstəhəbb ehtiyat budur ki, qızıl və gümüşdən olan ətir qabı və sürmə qabları işlədilməsin.

Məsələ: 240. Çarəsizlik ucbatından (çıxılmaz halda) qızıl, yaxud gümüş qablarda zəruri ehtiyacı aradan qaldıracaq qədərdə yeyib- içməyin maneəsi yoxdur. Lakin bu miqdardan artıq yeyib-içmək caiz deyil.

Məsələ: 241. Qızıl-gümüşdənmi, yoxsa başqa bir şeydən düzəldildiyi mə`lum olmayan qabı işlətməyin eybi yoxdur.

Oxunub: 1945

dəfə

.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı