www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam. Cadu etmək haramdırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Sehr və cadu haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1.Dini surudlar oxuyan qadın qrupu naməhrəm olan yerdə oxuya bilərmi? 2.Bəs qadınların olduğu yerdə dünyəvi mahnı ifa edə bilərmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Əgər ğina olarsa və eləcə də fəsada və şəhvətə səbəb olarsa haramdır.

2.Ğina və haram məclislərə uyğun musiqiləri ifa etmək icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Evli qadınla siğə etmək olar ya yox? Və yaxud evli kişi siğə edə bilərmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Evli qadınla müvəqqəti kəbin kəsmək olmaz, əksinə zina hesab olunur və böyük günahlardandır. Lakin evli kişinin müvəqqəti evlənməsi icazəlidir.

Allahdan uğurlar diləyirik!
Sual: İntim hekayələr oxumaq günahdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, 1.Səcdə zamanı alnım möhürə iki dəfə dəysə istər ixtiyarı istər qeyri ixtiyari zikir deyilsin ya deməmiş bu halda bu iki səcdəmi sayılır? 2.Novruz bayramının qeyd etməyin hökmü nədir? 3.Cənabət qüslü əvəzi təyəmmüm aldıqdan sonra dəstamaz almalıyıq? 4.Cümə namazına gedən şəxsə cümə qüsulu vacibmi ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Əgər bilərəkdən zikr deməmiş başı səcdədən qaldırsanız namazınız batildir. Əgər bilərəkdən olmazsa 1 səcdə hesab olunur.

2.Özü-özlüyündə icazəlidir.

3.Xeyr.

4.Xeyr, lakin müstəhəbdir.

Allahdan uğurlar diləyirik!
Sual: 8 martı qeyd etməyin hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu gün müsəlman mədəniyyəti ilə əlaqəsi olmadığından və Qərb mədəniyyətinin yayılmasına səbəb olduğundan keçirilməsi icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 8Mart qeyd etmək, xanıma hədiyyə almaq ve s. icazəlidirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu gün müsəlman mədəniyyəti ilə əlaqəsi olmadığından və Qərb mədəniyyətinin yayılmasına səbəb olduğundan keçirilməsi icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən dırnağıma boya vurmuşdum, silib qüsul verib, namaz qıldım. Sonra gördüm ki, azacıq qalıb dırnağımda. Batildir qüsulum və namazım?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər suyun bədənə çatmasına mane olubsa, bəli batildir.

Allahdan uğurlar diləyirik!
Sual: İçki içilən otaqda namaz qılmaq olarmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu işin özü-özlüyündə maneəsi yoxdur, lakin əgər möminə hörmətsizlik və ya həmin günahın təsdiqləməyinizə səbəb olursa olmaz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.1.Hışaratların leşi pakdırmı? 2.Kafir dedikdə kim nəzərdə tutulur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Qanı sıçrayıcı olmayanlarınkı pak hesab olunur.

2.Kafir, yəni Allaha və Onun vahidliyinə inanmayan şəxs və ğulat, (yəni İmamlardan (ələyhimus-səlam) hər hansı birisinin Allah olduğuna inanan və ya Allahın onlarda hülul etdiyini söyləyən şəxs), həmçinin xəvaric və nəvasib, (yəni İmamlara düşmənlik elan edənlər,) nəcisdirlər. Həmçinin nübüvvəti (Allah tərəfindən peyğəmbərlər göndərildiyini) və ya dinin zəruri hökmlərindən birini (namaz və oruc kimi), inkar edərsə, bu iş hətta ümumi şəkildə olsa belə, Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) təkzib olunmasını lazım tutarsa, nəcisdir. Amma kitab əhlinin, (yəhudi, xristian və məcusilər) pak olmasına hökm olunur.

Allahdan uğurlar diləyirik!
Sual: Qüsul alarkən Bədəni tamam yuduqdan sonra, boynuma düşən qüslun niyyətin edib 3 qab başımdan, 3Qab Sağ çiynimdən, 3 qab da sol çiynimdən su axıtsam Qüsulum Səhih olar? 2.Namaz qılmayan valideynlərin qəza namazları böyük oğula vacibdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Əgər su bədənin bütün hissəsinə dəyməsinə ehtimal verirsinizsə, düzgündür.

2.Atanın qəza namazı böyük oğula o halda ehtiyata əsasən vacib olur ki, ata onu üzürlü səbəbdən, məsələn, unutduğuna, yaxud yatıb qaldığına görə qılmamışdır və ya qıldığı namazlar hər hansı bir məsələ ilə bağlı məlumatsızlıq səbəbi ilə şəriətə görə batil sayılır. Bu, onun həmin məsələni öyrənməkdə səhlənkarlığa yol vermədiyi (qasir cahil olduğu) hala aiddir. Ancaq bəzi namazlarını qəsdən qılmadığı, yaxud öyrənməkdə səhlənkarlığa yol verdiyi bir məsələni bilmədiyinə görə namazı batil olduğu təqdirdə onun qəzası böyük oğula vacib deyil. (digər şərtlər üçün risaləyə müraciət edin)

Allahdan uğurlar diləyirik!



Sual: 1)Donuz əti yeyənin boynuna qüsul dusur? 2) Namaz vaxtı daxil olur ve qadın bir neçə saat sonra namazı qılmağa imkanı var, namazı qılmaq istəyəndə isə artıq haizə oldugunu görür. Bu zaman həmin namaz qəza sayılır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Xeyr.

2.Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Salam mən siqaret çəkən olmşam. Bir neçə aydır ki, çəkmirəm. Bu iş fikirlərimin qarışmasına və narahatçılığa səbəb olur. Siqaretə yenidən başlamağım günahdırmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər siqaretin sağlamlığınıza gözəçarpacaq şəkildə zərərli olduğuna ehtimal versəniz çəkməyin icazəli deyil. Digər hallarda maneəsi yoxdur. Lakin çalışın yenidən başlamayasınız.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bədənə nakolka vurdurmaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:Özü-özlüyündə maneəsi yoxdur, lakin dəstəmaz və qüsulda suyub bədəninə çatmasına mane olmamalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Bəzi satıcılar idarə və ya şirkətin alış işləri üzrə işçisi ilə əlaqə qurmaqdan ötrü bəzi əmtəələri sənədlərdə təsbit edilən qiymətin üzərinə əlavə etmədən həmin işçiyə verirlər. Satıcı və alış işləri üzrə işçinin bu əmtəə xüsusunda hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Satıcının bu əmtəəni idarə və ya şirkətin alış işləri üzrə işçisinə verməsi caiz deyildir. Həmçinin idarə və ya şirkətin alış işləri üzrə işçisinin də bu əmtəəni götürməsi caiz deyildir və o, aldığı hər bir şeyi işçisi olduğu idarə və ya şirkətə təhvil verməlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Yetim uşaqların qəyyumunun uşaqların mənfəətini qorumaq şərtilə, onların malı ilə ticarət etməsi düzgündürmü?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Yetim uşaqların məsləhət və mənfəətinə riayət edilərsə, maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Dəstəmaz alarkən və qüsl edərkən üzvlərin yuyulmasında zaman fasiləsinin yaranmasının hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qüsldə üzvlərin yuyulmasında zaman fasiləsinin yaranmasının maneəsi yoxdur. Amma dəstəmazda zaman fasiləsinin yaranması, əgər əvvəldə yuyulan üzvlərin qurumasına gətirib çıxararsa, dəstəmaz batildir.

Allahdan uğurlar diləyirik!
Sual: Dövlət istiqrazlarını almağın hökmü nədir? Şəri baxımdan bu istiqrazları alıb-satmağa icazə verilirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər dövlət istiqrazlarının çap edilməsi və satılması yolu ilə dövlətin millətdən borc alması nəzərdə tutulursa, bu istiqrazları almaq yolu ilə millətin dövlətə borc verməsinin maneəsi yoxdur. Əgər bu istiqrazları alan şəxs öz pulunu əldə etmək üçün onları başqa şəxsdən və ya dövlətdən aldığı qiymətə, yaxud ucuz qiymətə satmaq istəsə, maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Azyaşlı qız uşaqlarının rəqsini televiziyadan və ya başqa vasitələrdən izləməyin hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər onların rəqsini izləmək şəhvətin təhrik olunmasına səbəb olarsa, yaxud günahkarın dəstəklənməsi və onun qabalığına bais olarsa, yaxud da fəsada yol açarsa, caiz deyildir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam əgər nəcis su bədənin bel tərəfinə dəyərsə və onu paklamaq mümkün olmasa, bir neçə dəfə elini isladıb, həmin nahiyəni islanmiş əl ilə təmizləmək olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, bu yolla nəcisi paklamaq olmaz.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı