www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: salam mən ixtiyarsız fikir kimi əhd edirəmsə və onu edəcəyimi urəyim qəbul etmirsə bu əhd sayılır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, namazda rükuda ikən üç dəfə "subhanəllah" zikirini dedikdən sonra "subhanə rəbbiyəl əzimi və bi həmdih" zikirini demək isdəyirdim, amma demədim bu əməl zikiri tamamlanmamış sayılır yoxsa yox və namaz batildirmi?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Xeyr, maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam 1.Namaz qilarkən səcdə halında dirsəklər də yerə dəyməlidir? 2.Qəza namazı qılarkən azan-iqamənin deyilmesi müstəhəbdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Vacib deyil.

2.Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Ot (nəşə) çəkmək haramdır ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ehtiyat-vacibə əsasən, haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum ağa əger bir qadınla siğa etsəm nə qadın nədə mən ərəb əlifbasını dəqiq oxuya bilməsək siğanın sözlərini öz dilimizdə oxuya bilərikmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ehtiyat-vacibə görə ərəbcə oxunsun. Əgər kişi və qadın özləri siğəni ərəbcə oxuya bilməsələr, ərəb dilindən başqa dildə də oxuya bilərlər və vəkil tutmaqları lazım deyil. Amma gərək elə bir kəlmə desinlər ki, «zəvvəctu» və «qəbiltu» mənasını anlatsın.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1.İki qoç nəzir etmişəm. Onu 1 dana ilə əvəzləmək olarmı? 2.Keçidən qurban kəsmək olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Əgər nəziriniz şəritə baxımından düzgün olunubsa nəzirə olduğu kimi əməl etməlisiniz.

2.Bəli.

Allahdan uğrlar diləyirik!
Sual: Salam əleyk. Pişnamazın adil olmadığını görən kəs ona iqtida etmir ama camaatla birgə cərgəyə durur fərdi namaz qılır və camaatın nəzərində bu şəxs camaat namazı qılır. Və bu hal davamlı olaraq bilə bilə təkrarlanarsa bu əməl şəriətdə düzgündürmü? Camaatın haqqına girməy sayılırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr. Maneəsi yoxdur.

Allahdan uğrlar diləyirik!
Sual: Sərçə əti yemək halaldır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli.

Allahdan uğrlar diləyirik!
Sual: 1.Təsbihati ərbəə astadan oxunmalıdır? 2.Təşəhhüd salamlar necə?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Bəli.

2.İxtiyar sahibisiniz.

Allahdan uğrlar diləyirik!
Sual: Salam, hirsli halda bilmədən Allaha ad içsəm sonra andımı pozsam vəzifəm nədir ?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Hirsli halda və bilmədən (qəsdsiz halda) içilən andlar and kimi hesab olunmur.

Allahdan uğrlar diləyirik!
Sual: Salam. Qüsul alıb qurtaranan sonra görsənki məsəl üçün sağ əlini üstündə qara ləkə var, həmən yeri təzdən qüsul niyyətiylə yuysaq həmən qüsul düzgündümü yoxsa təzdənmi qüsul almalıyıq?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər suyun bədənə çatmasına maneədirsə, aradan apardıqdan sonra həmin yeri yusanız kifayət edir.

Allahdan uğrlar diləyirik!
Sual: Salam.1Xiftən və şam namazlarının hansı hissələri səslə hansı hissələri səssiz qılınmalıdır? 2.Cümə günü zöhr və əsr namazlarını uca səslə qılmaq müstəhəbdir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Həmd və surənin uca səslə qılınması vacibdir.

2.Cümə günü zöhr namazının uca səslə qılınmasının manəsi yoxdur.

Allahdan uğrlar diləyirik!
Sual: Bəzi satıcılar idarə və ya şirkətin alış işləri üzrə işçisi ilə əlaqə qurmaqdan ötrü bəzi əmtəələri sənədlərdə təsbit edilən qiymətin üzərinə əlavə etmədən həmin işçiyə verirlər. Satıcı və alış işləri üzrə işçinin bu əmtəə xüsusunda hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Satıcının bu əmtəəni idarə və ya şirkətin alış işləri üzrə işçisinə verməsi caiz deyildir. Həmçinin idarə və ya şirkətin alış işləri üzrə işçisinin də bu əmtəəni götürməsi caiz deyildir və o, aldığı hər bir şeyi işçisi olduğu idarə və ya şirkətə təhvil verməlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam əleykum. 1.Suda ölən balığ pakdırmı? 2.Suda elektrik cərəyanı ilə öldürülən balığ halaldırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Bəli, pakdır.

2.Balığ sudan diri çıxarılmalı və sudan qıraqda ölməlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Burun suyu yaxud qulaq kiri ələ dəyərsə dəstəmazi pozur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Xiftən namazını, şam namazından dərhal sonra qılmaq olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum qunut yadan çıxanda sehv səcdəsi düşür? 2.Sol əl ilə yemək yemək olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Xeyr.

2.Sağ əllə yemək müstəhəbdir.

Allahdan uğurlar diləyirik!
Sual: salam. Mədə yelini saxlaya bilməyən insan hər namaz üçün bir dəstəmaz alsa,kifayətdir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1.Ümumiyətlə çalqılı toy etmək olmazmı? 2.Toyda oynarsam bu mənim üçün günah yazılarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Haram musiqili toyların təşkil olunması haramdır.

2.Qadının naməhrəmlərin önündə oynaması icazəli deyil. Ehtiyat-vacibə əsasən qadınların da önündə rəqs etməyi icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum, namazdan əvvəl niyyət edərkən "qürbətən iləllah" yerinə bilməyərəkdən "qürbətən illallah" demək namazı və dəstamazı batil edir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, niyyətdə əsas olan söz deyil, zehndə tutulan qəsdinizdir.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı