www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam əgər ayaqyolunda bədənə sidiyin sıçramasına şəkk ediriksə nə etməliyik?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Şəkk edirsinizsə nəcis hesab olunmur.

Allahdan uğurlar diləyirik!
Sual: Üzüm mürəbbəsi haramdırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər üzüm (tək başına) və ya suyu qaynasa 2/3-si qaynamalı və qalan 1/3 halal hesab olunur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam mənim işlədiyim yer evimizdən 44km uzaqdır, həftə içi 5 gün işdə oluram, zöhr və əsr namazların işde qılmalı oluram, axşam azanından sonra evə çatıram. Bilmək istəyirəm ki, işdə olduğum muddətdə əsr ve zöhr namazların müsafir namazı kimi qılmalıyam?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Dediyiniz şərlətə əsasən namazlarınız bütöv qılınacaq.

Allahdan uğurlar diləyirik!
Sual: Salam əleykum. Dəstnəmaz alarkən qulağın içini və arxasını yumaq olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Dəstəmazın bir cüzi olaraq yumaq olmaz. Dəstəmazın muvalatını pozmayacaqsa maneəsi yoxdur.
Sual: Salam. At ətinin yeyilməsi halaldır yoxsa haram?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Halaldır, lakin bəyənilmir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Xirisdianlarin qida məsulunu hazirlayarkən Əlinin rutubəti (təri) qida məsuluna qarişarsa onu yiməyin hokumu nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Kitab-əhli olan kafirlər pak hesab olunur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1) Dükanlarda satılan, üzümlü qazlı və ya qazsız sokları içmək olar? 2) Sidik hansı hal baş versə qüsula səbəb olur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər bu sokların düzəlməsi üzümün (tək başına) və ya suyunun qaynamasıyla hazırlanırsa içilməsi haramdır. Lakin adətən bu şirələrin hazırlanmasında qeyd olunan proses həyata keçmir. Ümumiyyətlə təbii meyvə deyil, kimyəvi maddələrdən istifadə olunur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən Namaz qılanda fikirim ayrı yerdı qalır, amma namazı düz qılıram, belə olan halda namaz batildirmi??
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Namazınız batil deyil, lakin namazın mənəvi təsirlərindən də məhrum qalarsız.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bilmək istərdim ki, "Aleyna" adını uşağa qoymaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Uşağın gələcəkdə utanacağı və eləcə də mənfi mənası olan adları uşağa qoymaq icazəli deyil, Yaxşı olar ki, Əhli-beytə (s) xass olan adlardan istifadə edəsiniz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1)Dəstəmaz alanda başıma məsh çəkəndən sonra sağ əlimdə çox az nəmlik qalmışdı. Məshi çəkib dəstəmazı tamamlayıb namazlarımı qıldım .Batil deyilki? 2)Namaz qılarkən bəzən elə olur ki, (xüsusən də səsli namazlarda) sanki bununla yanımdakılara necə gözəl namaz qıldığımı göstərirəm namaz batil deyil bu halda ? 3)Namaz qılanda bəzən sözləri yanlış dediyimi zənn edirəm. Belə olan halda hökm nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Əgər əlinizdə olan nəmlik ayağa məshin çəkilməsinə kifayət edibsə dəstəmazınız düzgündür.

2.Əgər bu işi qəsdən görsəniz namazınız batildir.

3.Yanlış dediyinizə əmin deyilsinizsə namazınız düzgündür.

Allahdan uğurlar diləyirik!
Sual: Salamun əleykum. Mükəlləfin boynunda qüsul var və axşam namazlarının vaxtı daxil olmuşdur. Onun gecə yarıya qədər qüsul edə bilməyəciyinə yəqini var. Lakin gecə yarısından sübh azanına qədər qüsul edə biləcək. Fərz olunan halda, təyəmmümlə gecə yarıya qədər məğriv və işa namazlarını qılmalıdır yoxsa, gözləyib gecə yarıdan sonra qüsul etməlidir?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Məğrib və işa namazının vaxtı gecə yarıya qədərdir. Bu vaxta qədər qüsul almağa şəri cəhətdən üzürlü olarsa təyəmmüm edib, namaz qılmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən mətbəxdə aşbaz işləyirem. Bu iş yerimdən öyrəndiklərimi başqa yerdə istifadə edə bilərəmmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər əvvəldən bu barədə şərt etməyiblərsə maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Boynuma həcc ziyarəti vacib olub. Bu gün Səudiyyə Ərəbistanının cinayətləri ola-ola bu səfərə pul xərcləmək icazəlidirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu problem vacib həccinizin boynunuzdan düşməsinə səbəb olmaz.

Allahdan uğurlar diləyirik!
Sual: Namazın rüku və səcdəsində məsumların xüsusi salavatlarını demək olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Salam əleykum. Təsbihati ərbəəni səhvən dörd dəfə deməyə görə səcdeyi səhv etmək lazımdı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Ərim evlilik zamanı şiə idi, indi vəhhabi olub. Vəzifəm nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər əhli-beyti (ə) təhqir etmirsə kəbininiz üçün maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1.Futbol oynamaq və ya futbola baxmaq haramdı ya yox? 2.Əger mən böyük bir şəhərdə yaşayıramsa həmin şəhərin bir yerindən başqa uzaq bir yerinə gedəndə namaz qesr olur? 8 fərsəxdən çox olsa
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Özü-özlüyündə haram hesab olunmur.

2.Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Ailədə qadına edilən haqsızlıqları qadın rahatlaşmaq üçün anasına desə Qeybətdən sayılır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər ananıza deməyinizin məsələyə xeyri olacaqsa icazəlidir.

Allahdan uğurlar diləyirik!
Sual: salam, mobil telfonlarda belə proqram var ki, telfona yükləyəndən sonra nömrəde kontur olmasa belə internetdən istifadə etmək olur. Bu proqramdan istifadə etmək olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər həmin xəttin qanunlarına ziddirsə və qanunsuzluq hesab olunursa haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Sosial şəbəkələrdə tanımadığımız insanlar tərəfindən yazılan salamları almaq vacibdir? hansı ki, ciddi olmadığını bilirik.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ehtiyat-vacibə əsasən yazılı surətdə verilən "salam"-ın cavabı verilməlidir. Lakin "salam" verənin qəsdinin ciddi olmadığını anlasaz cavab almaq vacib deyil.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı