www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır! Cavab E-maila da göndərilir!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam aleyküm...1.Nişanlı olan,kəbinləri olan qızla oğlan cinsi əlaqədə ola bilər?bakirəlik qalmaqla. 2.Kəbinli qadın toy olana qədər oğlandan icazə almalıdı? 3. Qadının öz evində şalvar geyməsinin hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1- Bu iş haram deyildir.

2- Xeyir, atasından icazə almalıdır.

3- Bu iş öz-özlüyündə haram deyildir.

Təşəkkürlər.
Sual: Salam. Eyninde geyim olan insanin boynuna qusul düşdü. Geyime rütubet toxunmur. Hemen o geyim ile, namaz qilmaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bəli.

Təşəkkürlər.
Sual: salam aleykum!men dukanimi berbere icareye vermiwem,berber sacla yanawi orada uzde qirxir,menim ondan aldigim icare haqqi halal sayilirmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bəli, halal sayılır.

Təşəkkürlər.
Sual: salam aleyku kisi oz kebini xaniminin agiz nahyesi ila cinsi alaqede olmagi haramdi
Cavab: Salam. Ayətullah Məkarim Şirazi-dəftərxana:

Şəriətdə bu iş haram buyurulmayıb.

Təşəkkürlər.
Sual: Salam Eleykim menim sualim beledir zeruret hal olduqda namazi yarimciq qoymaq olar? Meselucun men yangindan muhafizede surucu iwleyrem FHN de namaz qildigim zaman zvanok vurulsa ki yangin var namazi yarimciq qoya bilerem? Zvanokdan sonra 45 saniyeye cxmalisan
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bəli, olar.

Təşəkkürlər.
Sual: Salamun əleykum.Əgər 24 yaşlı ailəli və övladı olan müsəlman qadın başına hicab bağlayırsa və müsəlman ata təkidlə buna qarşı çıxırsa qadın nə etməlidir.Əgər hicabı açmazsa ata onu övladlıqdan çıxaracağını deyir.Həyet yoldaşının isə onun hicab bağlamasına etirazı yoxdur.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Xanım hicabını açmamalıdır.

Təşəkkürlər.
Sual: kisi oz xaniminin agziynan cinsi eleqede ola bilemi
Cavab: Salam. Ayətullah Məkarim Şirazi-dəftərxana:

Şəriətdə bu iş haram buyurulmayıb.

Təşəkkürlər.
Sual: Salamunaleykum.Allah sizden razi olsun. Bir meseleni aydinlasdirin xahis edirem.Muaviyye (lenet olsun) zamaninda cume namazindan evvel xutbe edib sonra cume namazi qilmagi emr edib. Eslinde ise evvel namaz qilinmali sonra xutbe oxunmalidir.?!Beledirse bes niye xutbe oxunur sonra namaz qilinir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Cümə namazında xütbələr namazdan qabaq oxunmalı və sonra namaz qılınmalıdır.

Təşəkkürlər.



Sual: Salam əleykə. Qardaşimin cox borcu var mən xumsu (qardaşima kömək məqsədi ilə) qardaşimin borcuna verə bilərəmmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xeyir. Xums müctehidin nümayəndəsinə çatdırılmalıdır. Əgər o icazə verərsə, siz bu işi görə bilərsiz.

Təşəkkürlər.
Sual: Quslde tertib pozulduqda onu duzeltmek lazimdir yoxsa, evvelden başlamaq, meselen başi yuduqdan sonra sol terefi yusa, sonra qayidib, sağı yusa sonra quslun tamamlanması üçün solu yusa, qusl sehihdir, yoxsa batil.
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əvvəldən başlamağa ehtiyac yoxdur. Tərtibi düzəltmək kifayət edir.

Təşəkkürlər.

Sual: salam men bilmek isteyirem momun olan insan ve momun olmayan muselman evde ve heyetde it saxlaya biler?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Hədislərə əsasən it olan həyətə mələklər daxil olmaz.

Amma saxlanılmasına ehtiyac duyulduğu halda, nəcasət və paklığa riayət etmək şərtiylə saxlamaq olar.

Təşəkkürlər.
Sual: Xumsu verilməmiş paltarla namaz qılmağın hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Xumsu verilməyən paltarla qılınan namaz batildir.

Təşəkkürlər.
Sual: Salam, əyər ər 6 ay başqa ölkədə işləyir evə gələ bilmirsə, qadın şəhvət hissini aradan qaldırmaq üçün istimna edə bilərmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xeyir.

Təşəkkürlər.
Sual: Salam Aleykum. Pulcuqsuz balıq yemək haramdır yoxsa yox və mümkünsə açıqlamasını izah edərdiniz. Təşəkkür edirəm.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Pulcuqsuz balığı yemək haramdır.

Təşəkkürlər.

Sual: Salam aleykum..sualim: Heyzli olan halda Quran oxumaq yaxud Qurani Kerimi ele goturmek olarmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Oxunarkən səcdə edilməsi vacib olan ayələr istisna olmaqla, digər ayələri heyzli halda oxumaq olar.

Amma ümumilikdə heyz olan xanımın quran oxuması və ya qurana toxunması məkruhdur.

Təşəkkürlər
Sual: SALAM ALEYKUM.SUALIM BELƏDİR NƏYƏ GÖRƏ XANIM ZEYNƏBLƏ ƏBƏLFƏZL AĞA 14 MƏSUMDAN HESAB OLUNMURLAR?BİRDƏ AZANDA ƏLİYYƏN VƏLİYULLAH DEMƏK VACİBDİRMİ?YƏNİ İMAM ƏLİ UŞAQ OLANDA YARANMIŞDI İSLAM DİNİ,YƏNİ O UŞAQ OLARKƏNDƏ ƏLİYYƏN VƏLİYULLAH DEYİRDİLƏR?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əzanda "Əliyyən vəliyullah" demək vacib deyil.

Üzürlü sayın, biz əhkamla bağlı sualları cavablandırırıq.

Təşəkkürlər.
Sual: Allahın salamı və bərəkəti üzərinizə olsun. Sualım belədir. Məşhəd ziyarəti zamanı qadın heyz halına başlasa nə etməlidir? Nəzərə alaq ki, bu ziyarətə Azərbaycandan qoşulur və çox arzu edilir. Təşəkkür edirəm. Allah hamınızdan razı olsun, inşallah. Amin.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Ehtiyat vacibə əsasən heyz halında olan xanım İmamın mübarək zərihinin olduğu yerdə dayana və ya əyləşə bilməz. Amma bir qapıdan girib başqa bir qapıdan çıxa bilər.

Lakin hərəmin digər yerlərində dayanıb (və ya əyləşib) duayla məşğul ola bilər.

Təşəkkürlər.

Sual: Men oğlanam.men xeyal quraraq sehvetimi bosaltsam Gunahdirmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər öz xanımını düşünərək xəyal qurarsa, bu iş sperma xaric olmamaq şərti ilə haram deyil.

Amma öz xanımından başqa birini xəyalında canlandırarsa, bu iş hər halda (istər sperma xaric ola ya olmaya) haramdır.

Təşəkkürlər.

Sual: Salam aleykum. 1.qadin dirnaq uzada bilermi? 2.qadin dirnagi hansi hedde qeder uzada biler?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1-Bu iş öz-özlüyündə haram deyildir.

2-Naməhrəmin diqqətini çəkməyəcək və zinət sayılmayacağ həddə uzada bilər.

Əgər öz məhrəmi üçün zinət olaraq uzadıbsa və diqqət çəkirsə gərək naməhrəmdən gizlədilə.

Təşəkkürlər.
Sual: Salam,insana xosh sozler deyende terif oldugda insan sevinse gunah qazanir ya bunun eybi var?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bu iş günah deyil.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı