www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır! Cavab E-maila da göndərilir!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Meyidin sacina toxunduqda meyid qusulu almaq vacibdir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Xeyir.

Təşəkkürlər.
Sual: Salam aleykum. Men bankdan ipoteka ile ev almisam. banka 21 il borcum var. Mene xums vacibdirmi? Allah razi olsun.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər təyin etdiyiniz xums günü illik gəlirinizdən artıq nəsə qalıbsa ona xums düşür.

Borclu olmaq xumsu insanın boynundan götürməz.

Təşəkkürlər.
Sual: Salam. Yutubdan hər hansı videonu köçürüb öz ictimayi kanalına yukləsə bu vidyo başqa kanalın yaxud başqasının yukləməsi olsa bunu etmək haqqa girir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Xeyir. Əgər bir video yutubda varsa kimsə ona sahiblik iddiası edə bilməz.

Təşəkkürlər.
Sual: Erotik goruntulere baxmaq olarmı?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xeyir.

Təşəkkürlər.
Sual: Salamun Aleykum. Mən 3 il əvvəl hicaba keçmişəm Şükürlər olsun. Amma islam haqqında çox az məlumatım var idi, məsum İmamlarımıza aşiq oldum deyə bu qərarı verdim. Ailəm də dindar deyil. Hətta çox vaxt mənə haram məclislərə getməyə, haram şəkildə geyinməyə və s. haram işlərə məcbur edirlər. Düzgün yolu getməyim üçün bir kəsin köməyinə ehtiyacım vardı. Həmin ili dindar bir oğlan mənlə ailə həyatı qurmaq üçün tanışmaq isdədi. Sadəcə Allaha xatir razı oldum. Bu 3 il ərzində danışdıq, tanış olduq. Allah qəlbimizi birləşdirdi nəfsani istəklərdən uzaq olduğumuz halda. Nə qədər desəmdə birinci məhrəm olaq, sonra danışaq, razı olmadı. Çünki bəzi xüsusiyyətlərimiz üst üstə düşmür deyə fikirləşir. Əks halda bu il izdivac etmək qərarımız var idi. İslami baxımdan hər şey uyğundu bizdə. Xasiyyət baxımından onun fikrincə problemimiz var. İstixarə etdik. Çox yaxşı çıxdı nəticəsi. Amma yenə tərəddüddədi. Mən artıq elə bir yaşdayamki artıq ailəm mənim evlənməyim üçün məcbur edir. Amma Allah adamı ilə yox. Anamın bu məsələdən xəbəri var və narazıdı həmin insanla ailə qurmağıma. Dindar biriylə ailə qurmaq isdədiyim üçün anam mənə çox əziyyət verib. Evimizdə daim çox problemlər yaşayıram. Həm qohumlar həm qonşular həm ailəm içində çox sıxışdırırlar məni, hər kəs məndən uzaqlaşıb islamçı olmaq isdədiyim üçün. Və mənim tək çarəm həmin insan ilə ailə qurmaqdı. Şükür onun ailəsidə özü kimi İslamçıdı. Bilmirəm nə edim. Neçə illərin əziyyətindən qurtulacağımı düşündüyüm zaman daha böyük problemlərə qapı açmaq isdəmirəm və Allaha üsyan etməkdən çox qorxuram problemlərə görə. Mənə yol göstərin. Bu izdivac xeyirlidi sizcə ya yox? Bir haldaki istixarənin nəticəsi çox yaxşı çıxmışdı.
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər bir-birinizə uyğunsunuzsa bir yolla valideynlərinizi razı salıb evlənin.

Valideyn də heç bir tutarlı əsas olmadan bu işə maneçilik yaratmamalıdır.

Üzürlü bilin, biz ancaq şəri suallara cavab veririk.

Təşəkkürlər.

Sual: Salam. Gunlerin bir gunu xeste agir veziyyetde olur tecili yardim hekimi cagirirlar. Hekim evin xanimindan soruwur ki, xestenin sekeri varmi? O da deyir da deyir ki, hemiwe yoxlatmiwiq cixmiyib, hekim analiz etmeden ona iyne vurur ki, veziyyetden cixarsin. 2 deqiqe kecmir xeste rehmete gedir. Rehmete gedenden sonra xanim xestenin oglundan soruwur ki, sekeri var idi? O da deyir ki, yox. Bu halda hekim gunahkardimi?Diye odemelidirmi? 1-ci defe xesteye melumat veren xanim gunahkardimi? Diye odemelidirmi? Xanim vaxtile sekeri yoxladiblar ona esasen deyib.
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bu halda nə həkim nə də ona məlumat verən xanım günahkar deyildir. Və heç kəsə də diyə vacib deyildir.

Təşəkkürlər.
Sual: Salam eleykum. Əgər qadın adət halında olarsa və 5 ci və ya 6 ci günündə qurtardığını hiss edib( yani qanın gəlməsi bir gündü kəsilib) cinsi əlaqədə olarsa və sonra səhəri gün yenə adət halının davam etdiyini görsə elədiyi bu əlaqədə kişi yə və ya qadına günah və ya kəffarə düşürmü? Əvvəlcədən çox çox təşəkkür edirəm.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər qadın heyzin kəsilməsinə yəqin etdikdən sonra cinsi əlaqədə olublarsa, sonra bu hal baş veribsə, onlara bir günah gəlməz və kəffarə də lazım deyil.

Təşəkkürlər.

Sual: Kicik bayira cixdiqdan sonra aleti yumayib, basqa temiz alt paltari geyinib namaz qilmaq olarmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Xeyir.

Təşəkkürlər.
Sual: Salam. Almaniyada yasiyan muselmanlara xristiyanlar terefinden verilen yimey ucun pul halaldi yoxsa haram?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Halaldır.

Təşəkkürlər.
Sual: Salam hekim qadinin hicab bağlamasinin onun sehetine ciddi ziyan olmasi hakinda qerer verib . Deyir tehlükelidir. Bir xestelik var ona göre. İndi qadin ne etsin, hicabi acsin? Hekim deyr mutleq hava deymelidi saclarina, basina.
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xeyir. Xanım öz hicabını naməhrəmin yanında açmamalıdır.

Təşəkkürlər.

Sual: Salam əleykum. Kitab əhli olan qadınlarla evlənmək haramdır? Ağanın risaləsində hökm vacib ehtiyatə əsasən olmaz qeyd olunur. Ümumən vacib ehtiyat hökmünü açığlayardız. Allah razı olsun.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Kitab əhli ilə daimi evlənmək haramdır.

Evli olan kişinin kitab əhli ilə müvəqqəti evlənməsi vacib ehtiyata görə haramdır.

Amma subay kişinin kitab əhli ilə müvəqqəti evlənməyinin bir iradı yoxdur.

Vacib ehtiyat yəni müctehid həmin məsələdə qəti olaraq nəzər sahibi deyil. Müqəllid müctehidin vacib ehtiyat dediyi məsələdə həmin ehtiyata əməl etməkdə və ya o məsələdə qəti nəzər sahibi olan başqa bir müctehidin buyurduğuna əməl etməkdə ixtiyar sahibidir.

Təşəkkürlər.
Sual: Salam. Xumusun cekin teleb etmey vacibdi yoxsa ehtiyac yoxdur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Xeyir. Tələb etmək vacib deyil.

Təşəkkürlər.
Sual: Salam aleykum. Mən orta məktəbdə oxuyuram.Orada mənə təzyiq göstərirlər ki, üzümü ülgüclə qırxım.Mən nə etməliyəm?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər üzünüzə ülgüc vurmadan məktəbə getməyə davam edə bilərsinizsə ülgüc vurmamalısız. Əgər heç bir vəchlə ülgüc vurmamaq alınmırsa məcburiyyət qarşısında üzünüzə ülgüc vurmağın bir haramlığı yoxdur.

Təşəkkürlər.
Sual: Salam əleykum. Öncədən üzr istəyirəm. Qadınların uşağlığ yoluna spiral deyilən bir şey qoyulur. Bunun şəri cəhətdən haramlığı varmı? Allah razı olsun.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Xeyir. Haram deyil.

Təşəkkürlər.

Sual: Möhürlə namaz qılmaq vacibdirmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Torpağa, daşa, həsir və torpağdan bitib yeyilən və geyilən olmayan, məsələn ağac kimi əşyaların üzərinə səcdə etmək vacibdir.

Amma mütləq şəkildə möhürə səcdə etmək vacib deyil.

Təşəkkürlər.
Sual: Ayaq yas olarsa mash cakmak olar, yoxsa qurumalidi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Qurudulmalıdır.

Təşəkkürlər.
Sual: Salam Aleykum.1.Siqaret çəkməyə tovbə etmək duzgun sayilir ? 2.Eger duzgun sayilirsa onu pozmagin keffaresi nedir ?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər siqaretin insanın canına gözə çarpacaq dərəcədə zərəri varsa çəkilməsi haramdır.

Əks halda çəkilməsinin haramlığı yoxdur və halal olan işdən tövbə etməyin də mənası yoxdur.

Həmçinin halal bir işə edilən tövbəni pozmağın kəffarəsi yoxdur.

Təşəkkürlər.
Sual: Salam Aleykum Mən bir gəncəm və hal hazırda nə evlənməyə,nə də mütə etməyə fürsətim yoxdur.Cinsi məsələlərdə sıxıntım var.Mənə nə məsləhət görürsüz ?.İstimna və ya nəyəsə müfaxazə etmək qətl olaraq haramdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

İstimna haramdır. Müfaxəzə insanın öz halal xanımından başqası ilə haramdır.

Təşəkkürlər.
Sual: Salam menim valideynlerim mene Ilahe adi qoyublar. Amma men bu adin gunah olduğunu esitmisem. Indi cox narahatam. Men ne etmeliyem? Adimi deyisdirmeliyem yoxsa yox?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

İlahə adını qoymaq günah deyil.

Təşəkkürlər.
Sual: Salam bakire qiz atadan icazesiz kebin kesdirerse duzgun sayilirmi? Ve sonradan qanuni nigaha girdikden sora o kebin halal sayilirmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xeyir.

Bir-birlərinə halal olmaları üçün qızın atasının ya da ata babasının(atasının atası) razılığı alınmalıdır.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı