www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Möhür olmadan namaz qlmaq olarmı ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Namazın möhür və ya səcdənin düzgün olduğu şeylərlərlə qılınması vacibdir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Keçmişdə namazları səhlənkarlıqla qılmışam. Amma indi qəzaya saxlamıram. Bilmək isteəyirəm ki keçmişdəkilərin əvəzinə qılmalıyam? 2.Mən avqust ayında bir neçə dəfə müsafir oldum amma hansı günlər olduğunu unutmuşam. Bəs bunun qəzasını hansı gün niyyetinə qılım?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Qıldığınız namazların qəzasını yerinə yetirməyə ehtiyac yoxdur.

2.Qəza niyyəti ilə qılın.

Allahdan uğurlar diləyirik!
Sual: Namaz qılan insan zina etmədənn pornaqrafaya baxa bilər?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Şəhvəti oyadan görüntülərə baxmaq haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Qadının hicab taxması vacibdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Buluğ həddinə çatmış qızlara hicab vacibdir.

Allahdan uğurlar diləyirik!
Sual: 16 yaşıda oğlan hansısa bir naməhrəmlə sevgili ola bilərmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Şəhvətə və digər haramlara səbəb olmadan, eləcə də zarafat olmadan naməhrəm qadınla əlaqə qurmağın eybi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: 1. Namazda aramlıq dərəcəsi həddi nə qədərdir? Mən özümdən asılı olmayaraq beyin xəstəliyi ilə əlaqəli tamda sabit dayana bilmirəm. Belə formada namaz qıla bilərəmmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər aramlığınız ürfün nəzərində namaz halından çıxmağınıza səbəb olmursa problemi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: salam.. 1.Mən bir aylıq qəza orucumu hər aydan 10 gün tutaraq 3 aya tuta bilərəm ? 2.Halal musiqi ilə haram musiqini necə ayırmaq olar ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Bəli.

2.Haram məclislərə uyğun olan və puç hesab olunan musiqilər haram hesab olunur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1.Mən namazı həddi buluğa çatandan iki il sonra qılmışam, əvvəl namazın nə olduğunu nə bilmişəm nə deyiblər, deyirlər o iki ilə tövbə et qəzasını qılmaqa ehtiyac yoxdu bu düzdü? 2.Mənim əvvəlki ibadətlərim bilməməzliyimin və şərait olmuyub öyrənməyimə görə səhv olub buna tövbə etsək qəzasını qılmağa ehtiyac var?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Qılmadığınız namazların qəzaları vacibdir.

2.Əgər üzürlü səbəbə görə olubsa və ibadətlərdə yanlışlıqlarınız namazın rüknlərindən olmayıbsa qəza etməyə ehtiyac yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qadın heyzli olarkən neçə sure oxuya bilər. Öncədən təşəkkürlər.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Heyzli qadın vacib səcdələri olan surələri oxuya bilməz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, Müşrik də nəcis sayılır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Allaha şərik qoşan şəxs nəcis hökmündədir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1.Naməhrəmlə əl verib görüşmək olar? 2.Naməhrəm olan 50 yaşdan yuxari qadınlarla görüşmək olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Haramdır.

2.Haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1.Mən namaza yeni başlayandan bəri bir müddət ikinci rükətdə təşəhhüddən sonra salamı demişəm. Amma namazımı davam etmişəm. Səcdəyi-səhv də yerinə yetirməmişəm. Nə etməliyəm? 2.Siğə neçə yaşdan sonra icazəlidir. 3.Cinsi yaxınlıq zamanı qoruyucudan istifadə etmək olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Səhv səcdələrinizin qəzalarını bacardıqca yerinə yetirin.

2.Bunun üçün xüsusi bir yaş təyin olunmayıb.

3.Bunun şəri cəhətdən bir haramlığı yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Musiqi haramdır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Haram məclisinə uyğun olan və eləcə də fəsada səbəb olan musiqilər haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam Aleykum. Qadınlar da namazı səsli qılmalıdır? Mən qılmırdım hökmü nədi namazlarımın?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, qadınlara namazı səsli qılmaq vacib deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Bir xanımın qadın salonunda saç düzəltməsinin hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Özü-özlüyündə haramlığı yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1.Mən aşbazam. İşlədiyim yerdə spirtli içkilər də satılır. Aldığım maaşın hökmü nədir? 2.Aldığım əmək haqqı 550 azndir. Xums vacib olurmu? 3.Ramazan ayında mən 3 dəfə oruc tutmadım. Kəffarə düşürmü?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.İşinizin özü haram olmadığından aldığınız əmək haqqı da haram deyil.

2.Xums günü xərclərinizdən artıq qalan miqdarına xums düşür.

3.Şəri cəhətdən üzürsüz səbəbə görə olubsa kəffarə vacibdir (bunu təyin edə bilmək üçün risaləyə müraciət edin).

Allahdan uğurlar diləyirik!
Sual: Salam, valideyn haram işlə məşqul olarkən (içki məclisi qurmaq yaxud evdə içki içmək kimi haram işkər gördükdə) ona acıqlanmağ yaxud üzünə ağ olmaq olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Pisliklərdən çəkindirmək vacibdir, lakin çalışın mehribanlıqla həll edəsiniz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1.Ayət namazın qezalarını qılmaq istəyirəm hər il ücün neçə qəza qılmalıyam? 2.Dəstəmaz və ya qüsul alarkən qibləyə durmaq vacibdirmi? 3.Televizorda musuiqi verlişlərinə baxmağın hökmü nədir? 4.Rükuda və ya səcdədə səhven təsbihati ərbəə demənin hökmü nədir? 5.Şəkk etsəm ki, ikinci rükətdəyəm ya 3də bu zaman vəzifəm nədir ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Bunun xüsusi bir sayı yoxdur. Qəzası vacib olan ayət namazları gün və ayın tam kamil formada tutulması hadisələridir. Bunun sayını təyin etmək isə mükəlləfin öz öhdəsinə buraxılıb.

2.Xeyr.

3.Haram məclislərə uyğun musiqiləri dinləmək icazəli deyildir.

4.Problemi yoxdur.

5.Bu şəkkin müxtəlif növləri olur. Risaləyə müraciət edin.

Allahdan uğurlar diləyirik!
Sual: Salam ailəli olan bir şəxsin evdə bəzi vaxtlarda qəraları valideyin verir. Bü cür olan vəziyyətdə oğul anaya qarşı çıxa bilərmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Valideynə qarşı çıxmaq yalnız Allahın vacibləri və haram buyurduqları ilə ziddiyyət daşıdığı zamanlar icazəlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam namazın üçüncü və dördüncü rükətlərində təsbihat-ərəbəni deyərkən bəzi vaxtlarda şək olunursa ki, ikinci rükətdə təşəhhüdü demişəm ya yox bunun hökmü nədir?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Şəkkinizə etina etməyin.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı