www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam menim bogazimda belgem olur hemiwe ve oruc vaxti o meni cox narahat edir onu udmaq orucu batil edir?ele olurki men iwde ve ya avtomobil idare ederken onu tupure bilmirem.
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər ağız boşluğuna gəlməmiş birbaşa udsanız maneəsi yoxdur və orucu batil etmir. Amma ağız boşluğuna düşəndın sonra udmaq olmaz, orucu batil edir.

Təşəkkürlər.
Sual: Salameleykim.Men Covid 19 virusuna tutulmusam.Sistemler ,dermanlar sebebi ile ,bir de hekim coxu maye qebul et ,bu xestelikde yemek maye onemlidi deyir,oruc tutmadiqim ucun gunah qazaniram?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər oruc tutmağın zərəri varsa oruc tutmaq sizə vacib deyil, hətta caiz deyil. Amma sonra qəzalarını tutmalısız.

Təşəkkürlər.
Sual: Salam aleykum.kişi öz yoldaşina iki insan qarşisinda 3 defe Telaq deyerek,boşayir.8ildir cinsi elaqeye girmirler.övladlarina göre bir evde yaşayirlar,lakin ayri otaqlarda qalirlar.qohumlar,tanişlarin bir hissesini cixaraq,her kes onlarin aile olduqunu düşünür.bu qadin başqa insanla müveqqeti kebin baqlaya biler?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Təlaq gərək ərəbcə və iki adil şahidin hüzurunda oxunsun. Zikr etdiyiniz şəkildə verilən təlaq düzgün deyil və şəri cəhətdən hələ də ər-arvad sayılırlar. Buna əsasən qadın başqası ilə nikah bağlaya bilməz.

Təşəkkürlər.
Sual: Salam aleykum sualim Rehberedi Zehmet olmasa deyerdiz kiprik qaynaqi haramdi birbasa yoxsa yox? yani eger destemaza mane deyilse kipriyin dibine qeder su deyirse ve zinet sayilacaq qeder goze carpazsa icazesi var mi eletdirmeyin?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Dəstəmaz və qüsl alarkən kipriklər tamamilə yuyulmalıdır və təkcə kipriklərin dibinə suyun çatması kifayət deyil. İnsanın uzun müddət təyəmmümlə namaz qılmasına səbəb olacaq iş görməsi icazəli deyil. Əgər suyun çatmasına mane olmursa və zinət hesab olunmursa qaynağın maneəsi yoxdur. Amma zinət hesab olunursa hətta, a olsa belə naməhrəmlərdən gizlətməlidir.

Təşəkkürlər.
Sual: Salam. Kişi bankdan götürdüyü və sonra da əlavə faizlə (götürdüyündən artıq) qaytaracağı pulla həyat yoldaşına zinət əşyası və ya geyim alırsa, qadın onları istifadə edə bilərmi? Eyni hal yeməyə də aiddir. Belə pulla alınan yeməyi yemək olarmı? Əvvəlcədən təşəkkür edirəm.
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Bəli, istifadə edə bilər, onunla alınan yeməyi də yemək olar. Lakin götürülən pulun faizini vermək haramdır.

Təşəkkürlər.
Sual: Qadın çölə çıxarkən naməhrəmlərin diqqətini çəkməyəcək şəkildə makyaj etməsi icazəlidir?
Cavab: Salam.

Ayətullah Xamenei-dəftərxana:

Qadın üçün zinət və bəzək sayılarsa, hətta az və diqqəti cəlb etməyəcək həddə olsa belə naməhrəmlərin qarşısına bu halda çıxması icazəli deyil.

Təşəkkürlər.
Sual: Salam aleykum sizə bir neçə sualım olacaqdı.1.süd verən ana oruc tuta bilər ya yox? 2.əgər qüslum yoxdusa çiməndə elə-belə cənabət qüslu alıb dəstəmazsız namaz qılmaq olar ya dəstəmaz almaq lazımdır?
Cavab: Aleykum salam.

1. Əgər uşağa süd verməməklə və ya az süd verməklə ona zərər gələcəyindən qorxursunuzsa oruc tutmaya bilərsiniz. Lakin hər günə görə bir müdd (təxminən 750 qr.) yemək fəqirlərə verməlisiz və sonra oruc tutmadığınız günlərin qəzasını tutmalısız.

2. Cünub olmadığın halda cənabət qüslu almaq düzgün deyil və dəstəmazı da əvəz etmir.

Təşəkkürlər.
Sual: Salam Aga. 1 ci sual,kvas içmək olar? 2 ci sual,sperma nəcisdir yəni murdardir? 3 cü sual, sosial şəbəkədə yəni Instagramda sevdiyin aktyoru və ya aktrisani takip etmək və şəkillərini bəyənmək olar?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

1. Əgər tərkibində spirt varsa içmək olmaz.

2. Bəli, nəcisdir.

3. Əgər günahın, fəsadın yayılmasına və təbliğ olunmasına səbəb olarsa icazəli deyil.

Təşəkkürlər.
Sual: Salam aleykum. Mən dövlət işində işləyieəm. Orda da namaz qılmağa qoymurlar.işədə smenlə gedirəm evdə olanda qıla bilirəm. Olar ki işdə qılmıyıb gəlib axşam hamsın evdə qılmaq ya elə günahdı? Və yaxudda olar ki işdə ayaq üstə möhürsüz flan qılsın hərəkət etmədən yoxsa düzgün deyil?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Namazı qəzaya vermək heç bir halda icazəli deyil. Və ruku və səcdələri kamil şəkildə yerinə yetirməklə namaz qıla bilən şəxsin naqis namaz qılması icazəli deyil. İşi dəyişməklə yaxud gizli olaraq namazları şəriətdə müəyyən olunmuş vaxt daxilində qılmaq vacibdir.

Təşəkkürlər.
Sual: Salam,bilmək istərdim qoruyucu ilə qadınla əlaqədə olan zaman,qadına cənabət qüsulu vacib olurmu? Halbuki qadının bədəninə heç bir halda sperma daxil olmur
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Həm kişinin həm də qadının boynuna cənabət qüslu gəlir.

Təşəkkürlər.
Sual: 1-Bir işdə həmin işə başqasını cəlb etməyə görə mükafat verilirsə və satdığın mal müqabilində sənə faiz verilirsə belə bir işə şəbəkə və ya piramida biznesinin hökmünü şamil olunurmu?..Ümumiyyətlə şəbəkə..piramida biznesi deyildikdə hansı ticarət növü nəzərdə tutulur?..2-xums günü çatıb...evin həmin günə qədər olan komunal borclarıni məsələn qaz..ışıq..su borclarını xumsdan çıxmaq ixtiyarımız varmı?...3-ticarətlə məşğul olan şəxs komunal xərcləri..dükanın həmin günə qədər icarə haqqını..işçilərin o günə qədər olan maaşını və sair borcları xumsdan kəsr edə bilərmi
Cavab: Salam.

Ayətullah Xamenei-dəftərxana:

1. Sualda zikr olunan hər iki fərz səhihdir, sırf işə cəlb etmə və mal satmağa görə verilən mükafatı qəbul etmək icazəlidir. Şəbəkə biznesi dedikdə başqasının işinə, satışına və s. görə onu işə cəlb edən şəxsə verilən faiz nəzərdə tutulur ki, bu iş vacib ehtiyata əsasən icazəli deyil.

2. Kommunal xərclərin ödənmə vaxtı çatmayıbsa onları istisna etmək icazəli deyil. Lakin xums günündən bir, iki gün əvvəl idarəyə gedib o günə qədər istifadə olunan işığı, qazı və s. hesablatdırıb ödəmək olar.

3. Əgər icarə haqqının və işçilərin maaşının verilmə zamanı xums günündən sonraya təsadüf edirsə onları istisna etmək icazəli deyil. Amma borcun qaytarılma vaxtı və ya işçilərin maaşının verilmə vaxtı və s. xums günündən əvvələ və ya xums gününə təsadüf edirsə onları istisna etmək icazəlidir.

Təşəkkürlər.
Sual: Salam...Bir nəfər aşağıdakı qaydada təyəmmüm alib....bu təyəmmüm fətvaya uyğun batildir yoxsa ehtiyat vacibə əsasən?...əllərini torpağa vurub alnına çəkib...əllərinə çəkməyib...2-ci dəfə torpağa vurub ancaq əllərinə çəkib..
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Fətvaya əsasən təyəmmümü batildir.

Təşəkkürlər.
Sual: Salam Aga.Qusul (ferq etməz hansı qusul ) verəndən sora dəstəmaz almadan həmən qusulla namaz qılmaq olar? Ya dəstəmazda alınmalıdı?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Yalnız cənabət qüslu dəstəmazı əvəz edir. Qalan digər qüsllardan sonra dəstəmaz almaq lazımdır.

Təşəkkürlər.
Sual: Salam men 5 il boşanmış bir xanimdan ailə qurmuşam və soradan mellum olub ki talaq verilməyib bizdə də bu olmuyub bu haqqda bir mellumatımıda olmuyub cox xais edirem bunu bizə başa salasınız biz bunu bilib yenidən xanım talaq verib 3ay idədən sora biz yenidən kəbin edə bilərik və biz kəbin kəsdirdiyimiz hallda bunu bizə hec kim demiyib yəni bu şeydən xəbərimiz olmuyub biz kəbin edib ailə qurumuşuq bizə indi deyiler siz əbadi haramsınız bir birinizə bu haaqd bizə duzgun cavab verin cox xaiş edirəm
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Bu məsələdə Ayətullah Şübeyri Zəncaniyə üdul edib onun fətvasına əməl edə bilərsiniz. Ayətullah Zəncaninin bu məsələdə fatvası belədir; əvvəlcə qadın birinci ərindən təlaq almalı sonra iddə gözləməlidir. İddəsi tamam olandan sonra ikinci ilə yenidən nikah bağlamalıdır. Bu müddət ərzində də bir-birinə naməhrəm olduqları üçün gərək ayrı yaşasınlar.

Təşəkkürlər.
Sual: Salamın əleykum. Namazda gözümüzü möhürdən heç ayırmamalıyıq? Mən eşitdiyimə görə rukuda təşəhhüddə dizlərə baxmalıyıq bu düzdürmü?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Zikr etdiyiniz əməl müstəhəbdir, amma vacib deyil. Namazda əsas üzü və bədəni qiblədən döndərməmək şərt olunur.

Təşəkkürlər.
Sual: Salamın əleykum. Suallarım Sistani ağayadır.1. İstəmədən naməhrəm bir qızın əlinə dəyməyin hökmü nədir? 2. İstibra nədir? Necə edilir? 3. Şiələr namazın sonunda salamlarda başını sağa sola çevirməlidirmi?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

1. Səhvən olarsa eybi yoxdur.

2. İstibra ya bövldən (sidiyə gedəndən) sonra olur ya da sperma xaric olandan sonra. Bövldən sonra edilən istibra kanalda qalan sidiyin xaric edilməsi üçündür və necə edilməsi üçün risaləyə müraciət etməyiniz məsləhətdir. Sperma xaric olandan sonra edilən istibra isə bövl etməyin özüdür.

3. Salamları deyərkən başı sağa sola çevirmək icazəli deyil və bu iş namazı batil edir. Amma imam olan və ya furada namaz qılan şəxsin, sonuncu salamı deyərkən qiblədən dönmədən gözünün ucu ilə və ya burnunun ucu ilə sağ tərəfə işarə etməsi müstəhəbdir. Həmçinin məmum üçün də müstəhəbdir, lakin məmumun sol tərəfində başqa namaz qılanlar da varsa sol tərəfə işarə edərək başqa bir salam deməsi də müstəhəbdir.

Təşəkkürlər.
Sual: Salam. Sualım Sistani ağayadır.1. Whatsapp da sosial şəbəkələrdə naməhrəm qızla danışmaq günahdırmı? 2. Bədəndən çıxan qan dəstəmazı və namazı pozurmu? 3. Birinin qəlbini qırıb sonra üzr istədim məni bağışladı etdiyim səhvə görə ALLAH danda üzr istədim artıq içim rahat ola bilərmi?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

1. Əgər hal-hazırda və ya gələcəkdə (tədricən) günaha düşmək qorxusu varsa və ya şəhvani sözlər danışsalar caiz deyil. Və gərək qadın səsini incəldərək danışmasın və kişi də ləzzət qəsdi ilə onun səsinə qulaq asmasın.

2. Xeyir, dəstəmazı batil etmir.

3. Bu sual şəri hökmlərlə bağlı olmadığı üçün cavab verə bilmərik, üzrlü bilin.

Təşəkkürlər.
Sual: Salam, namazda səhvən artıq söz işlədəndə namaz batil olur? Misal: 3 cü rükətdə vələzzalindən sonra rukuya getmek evezine çaşib bismillahirrəh dedin və sonra birdən yadına düşdü ki 3 cu ruketdesen ve getdin rukuya. Namaz tezelenmelidir?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Namaz səhihdir və yenidən qılmağa ehtiyac yoxdur.

Təşəkkürlər.
Sual: Salam....-Bir nəfər mənə pul verib və mən bu pulla ticarət edərək bütün mənfəəti pul sahibinə verirəm..yəni müzaribədə olduğu kimi pul sahibi ilə icraçı arasında qazancın bölgüsü əvvəlcədən təyin olunmur..bütün qazanc pul sahibinə verilir..1-bu cür sövdələşmə düzdürmü?..2-düz deyilsə hal-hazırda vəzifəm nədir?..3-ümümiyyətlə şəriətdə bütün mənfəəti,qazancı pul sahibinə vermək istədikdə hansı sövdələşmədən istifadə edə bilərik?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

1. Bəli, düzdür.

3. Vəkalət sövdələşməsindən istifadə edə bilərsiniz. Pul sahibi onun pulu ilə ticarət etmək üçün sizi öz tərəfindən vəkil edir və sizin onun pulu ilə ələ gətirdiyiniz qazancın hamısı onun olur. Və əgər istəsəz bu işinizin müqabilində əvvəldən razılaşma yolu ilə ondan müəyyən məbləğdə zəhmət haqqı tələb edə bilərsiniz.

Təşəkkürlər.
Sual: Salam..1-bir nəfər vaxtikən işləyib və xums günü olub..həmin vaxtda xumsunu çıxarıb..həmin şəxs bir ildən çoxdur ki işləmir..hal-hazırda həmin şəxsə hədyyə və nəfəqə verilib..bu şəxsə verilən hədiyyənin..nəfəqənin xumsu xums günündə çıxarılmalıdır yoxsa həmin pulun verilməsindən bir keçdikdən sonra?..2-xums günü çatıb...evin həmin günə qədər olan komunal borclarıni məsələn qaz..ışıq..su borclarını xumsdan çıxmaq ixtiyarımız varmı?...3-ticarətlə məşğul olan şəxs komunal xərcləri..dükanın həmin günə qədər icarə haqqını..işçilərin o günə qədər olan maaşını və sair borcları xumsdan kəsr edə bilərmi?
Cavab: Aleykum salam.

Ayətullah Məkarim-dəftərxana:

1. İşləməyən şəxsə verilən hədiyyə və bu kimi şeylərin xumsu üzərindən bir il keçəndən sonra verilməlidir.

2. Kommunal xərclərin ödənmə vaxtı çatmayıbsa onları istisna etmək icazəli deyil.

3. Əgər icarə haqqının və işçilərin maaşının verilmə zamanı xums günündən sonraya təsadüf edirsə onları istisna etmək icazəli deyil. Amma borcun qaytarılma vaxtı və ya işçilərin maaşının verilmə vaxtı və s. xums günündən əvvələ və ya xums gününə təsadüf edirsə onları istisna etmək icazəlidir.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı