www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Mən bu gün sağ qaşımın üstündə olan piy vəzini kəsdirdim və indi necə dəstamaz almağı bilmirəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Onu açıb üzərinə su tökməyin zərəri varsa, ətrafının mümkün olan miqdarını yumalı və ehtiyat-vacibə görə cəbirənin üzünə məsh etməlidir. (daha ətraflı məlumat üçün risaləyə müraciət edin)

Allahdan uğurlar diləyirik!
Sual: salam.namaz əsnasında balaca oğlum möhürü götürür belə olan halda mən nə edim nəyə səcdə edim?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Çalışın bu halın baş verməməsi üçün işlər görəsiniz. Lakin belə olan halda əgər yaxınlığınızda kağız vəya səcdə oluna biləsi digər şeylər varsa ona səcdə edin. Olmadığı zamanlar isə paltarınıza edin.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.Camaat namazı ən azı neçə nəfərdən ibarət olmalıdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: 2 nəfər.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Halalıyla mazaqlaşarkən məni xaric olarsa bu iş haramdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, haram deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Əgər möhür üzərinə səcdə edən zaman qadının alnı (xüsusilə də səcdə yеri) hicabla örtülmüş olsa, həmin namazları yenidən qılmalıdır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Səcdə edən zaman alnı ilə möhürün arasında maneənin olduğunu bilməyibsə, namazı yеnidən qılması vacib dеyil.

Allahdan uğurlar diləyirik!
Sual: Əgər bir şəxs bir müddət xüms düşən səccadə üzərində, yaxud xüms düşən bir paltarla namaz qılsa, onun namazlarının hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İndiyədək bu səccadə və paltarda qıldığı namazlar düzgündür.

Allahdan uğurlar diləyirik!
Sual: Banka müraciət edən bəzi müştərilər bir adət olaraq bank işçilərinə bayramlıq verir və belə düşünürlər ki, əgər bu bayramlığı verməsələr, onların işi arzuolunan şəkildə yerinə yetirilməyəcəkdir. Bu işin hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər bu hədiyyələr banka müraciət edən müştərilərə xidmətin göstərilməsində ayrıseçkiliyə gətirib çıxararsa və nəticədə, fəsada və başqalarının haqqının aradan getməsinə bais olarsa, bank müştəriləri bank işçilərinə belə hədiyyələr verməməlidirlər və işçilərin də belə hədiyyələri götürməyə haqları yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Müntəzəm olaraq qiyməti dəyişən qızıl sikkələrin xümsü nеcə hеsablanır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:Əgər xümsü qızıl sikkənin qiymətindən verməyi nəzərdə tutubsa, meyar – xüms verilən günün məzənnəsidir.

Allahdan uğurlar diləyirik!
Sual: Kitabda “Çap hüquqları qorunur” ifadəsi olduğu halda, kitab sahibinin icazəsi olmadan onu çap etmək caizdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ehtiyat (ehtiyat-vacib) budur ki, kitabın yenidən çap edilməsi üçün kitabın müəllifindən və naşirdən icazə alaraq, onların hüquqlarına riayət olunsun.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Dəstemaz alarkən üzə suyu necə vurmaq lazımdır, əgər əllər üzə bir neçə dəfə dəyərsə maneəsi var?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Üzün hər tərəfinə su çatdırmaq 1 dəfə yumaq hesab olunur. Dəfələrlə su tökməyin və əl çəkməyin prolemi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Saqqal islamda vacibdir yoxsa müstəhəb?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Şəriətə əsasən, kişinin üzündə saqqal var deyiləcək qədər tük saxlaması vacibdir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1.Səcdə edən zaman saçım möhürlə alın arasında qalsa bu səcdə doğrudurmu ? 2.Mən bir masada oturub yemək yeyirəm. Sonra masaya içki gəldisə durmaqda mumkün deyilsə təam yemədən stolda otura bilərəm? 3.Toy məclisində şərab olmayan stold da oturmaq olmaz?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Səcdə zamanı insanın alını tə baş barmağı ölçüsü qədər möhürə dəyməlidir. Əgər saç buna maneçilik törədirsə başı möhürdən qaldırmadan saçları sürüşdürərək çəkmək və səcdənin zikrini bundan sonra demək lazımdır.

2.Əgər sizin orda oturmağınız həmin vəziyyəti təsdiq etmək və razı olduğunuz anlamına gəlirsə oturmağınız haramdır.

3.Əgər toy haram məclisdirsə orda iştirak etməyiniz haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, At və eşşək ətlərinin hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Məkruhdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, Qara çarşabda namaz qilmaq məkruhdur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qara çadra ilə namaz qılmaq məkruh deyil, lakin digər paltarların qara olmasının kərahəti var.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, Qəbr daşına ölən qadının foto-şəklini çəkillər. Naməhrəm görəcək təqdirdə bu iş haramdır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər insanların günaha düşməsi həddində cəlb edici çəkilmirsə maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, isti Su ilə dəstəmaz almağın hökmü nədir?
Cavab: Salam. Ayətullah Xemenei-dəftərxana: Problemi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, balıq (təzəcə) suda ölmüş halda murdar sayılır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ovlanan balıq sudan diri halda çıxmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, Bilməyərəkdən mehriyyəsiz əqd batildir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər müvəqqəti əqddirsə əqd batildir, daimi əqddirsə əqd düzgün hesab olunur.

Allahdan uğurlar diləyirik!

Sual: salam. İnsan halalıyla mazaqlaşan zaman məni olarsa bu haramdır?
Cavab: Salam.Salam. Ayətullah Sistani-dəftərxana: Bu halda xaric olan maye məzi adlanır və pak hökmündədir. Lakin əgər məni olduğuna əminliyiniz varsa nəcis hökmündədir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Ev quşlarının boyunlarını balta ilə vurulduqda əti halahdır yoxsa haram?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Heyvanın dörd böyük damarını tamam kəsməlidirlər: 1- Nəfəs borusu, 2- Udlaq (yemək borusu) 3-4-Hülqum və udlağın yan tərəflərində olan iki yoğun damar. Əlbəttə digər heyvanın halal olması üçün digər şərtlərə də əməl olunmalıdır.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı