www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam, bir nəfər içki olan mağazada satıcı işləyir. Bu işlə alınan maaş halaldırmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Haram şeyləri satmaq icazəli deyil və həmin işin müqabilində alınan pul da haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mənim qaynatam musiqiçidir, yəni həm toylarda nağarada ifa edir, həmdə musiqi məktəbində nağara müəllimi işləyir. Yəni başqa yerdən qazancı yoxdur. Yalnız bu iki yolla pul qazanır. Biz onlara gedəndə onlarda yemək yeyirik və ya o bizə nəsə alir bizə gələndə nəsə gətrir. Bu yerdə bizim vəzifəmiz nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər yemək-içməyin haram yolla əldə olunan pulla alındığına yəqininiz varsa istifadə edə bilməzsiniz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bir super marketdə bir çox şey satılır o cumlədən şərab və donuz ətindən hazırlanmış kalbasalarda satılır əgər həmin marketdə şərab və donuz ətindən hazırlanan məhsullara əl vurmadan başqa halal nemətlərin daşınması və satılması ilə əlaqədar işlərdə çalışmağ olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Dediyiniz qaydada həmin dükanda işləməyin haramlığı yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum. Mən böyrəyimnən və prostatımdan əziyyət çəkirəm. Sizə olan sualım budur ki, mən sidiyim bitəndən sonra xeyli gozləyirəm, sonra pak olub qalxıram. Bir az sonra yenidən kanalda sidiyi görürəm. Bu paltarı və özümü murdar edir ya yox?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bövldən sonra istibra edərək, kanalı tam olaraq boşaldın. İstibradan sonra xaric olan maye pak hökmündədir. (İstibarının qaydası üçün risaləyə müraciət edin)

Allahdan uğurlar diləyirik!
Sual: Salam, Linza taxmağın hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər ürfdə zinət hesab olunarsa və nəzərlərin cəlb olunmasına səbəb olarsa qadınarın istifadə etməyi problemlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, Əhlibeytə düşmən olanlar, maddi cəhətdən nəcis sayılır yoxsa mənəvi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əhli-beytə düşmənçilik elan edən şəxslər kafir hökmündədir və nəcis hesab olunurlar.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Biz yoldaşımla yeməkxanaların birində yemək yeyərken yoldaşım ordan 20 manat pul tapdı və götürüb onu bizim yediyimiz yeməyin puluna çıxdı, yəni pulu ondan ödədi. Bu haram sayılırmı?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Əgər tapılan pul 1 dirhəmdən azdırsa istifadə edə bilərsiniz. Əks halda 1 il boyunca gözləməlisiniz. Sahibinin tapılmasına ümüdsüz olsanız onun adından ehtiyaclılara verməlisiniz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam alekum. Qüsul əvəzinə təyəmmüm edəndən sonra dəstəmaz almaq lazımdır ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Lazım deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qardaşımın toyu olacaq. Ama ki, toyda haram içkilərdə olacaq. Mən nə edim?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: İçki olan məclisdə iştirak etmək icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum. Əgər bir şəxs yuxuda görsə ki, ondan məni xaric olur, cinsi əlaqe edir yuxuda, bu zaman yuxudan oyandıqda görür ki, ondan məni xaric olmayıb.Həmən şəxsə cənabət qüsulu almaq vacibdir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Məni xaric olmayıbsa qüsul vacib olmaz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, qollar yaş ola-ola dəstəmaz almağın hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Məneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: salam.gece yatanda boyuna cenebet quslu gelirse ve qusl almaq ucun serait yoxdu subh namazini nece qilmaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qüsul əvəzinə təyəmmüm edərək namazınızı qıla bilərsiniz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bir qadın var əri ilə 10 ildi bir yerdə deyil. Qadına təlaq etmək düşür? və təlaq edən qadın neçə müddət gözləməlidir?
Cavab: Salam. Ayətullah Sİstani-dəftərxana: Həmin qadın başqası ilə evlənmək istəsə təlaq oxutmalıdır. Təlaqdan sonra 2 dəfə qan görməlidir. Üçüncü qanı gördüyü zaman başqası ilə evlənə bilər.

Allahdan uğurlar diləyirik!
Sual: salamun aleykum 1.Cənabət qüsulu alan zaman yel çıxsa qüsul batil olur? 2.Cənabet qüslunu tam alandan sonra duşun altına daxil olmaq qüsulu batil edir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Batil olmur, lakin ibadətlər üçün dəstəmaz alınmalıdır.

2.Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mənim ata bir ana ayrı əmilərim var onlar mənə məhrəmdi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Əsselamu aleykum. 1. Xanımın evdən çıxarkən nişan üzüyü taxması icazəlidirmi ? (məqsəd kənardan subay olmadığı bilinsin) 2. Kişinin nişan üzüyü platin olsa, brilliyant qaşla maneəsi yoxdur ki ? Və qramında sərhəd varmı? 3. Oğlanın atası qızın atasına "Qızınızı oğlumuza istəyirik" dese. Qız arasının "Qızımı sizə verirəm" deməsi ilə kəbinə icazə vermiş hesab olunurmu ? Yoxsa deməlidir ki, qızımla oğlanın kəbininə icazə verirəm ?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Bunun şəri cəhətdən maneəsi yoxdur.

2.Xeyr, heç bir maneə və məhdudiyyət yoxdur.

3.Kəbin üçün ayrıca icazə almaq lazımdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. kəmərlə namaz qılmaq olarmı? bilmirən nədən hazırlanıb.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, qılmaq olar.

Allahdan uğurlar diləyirik!
Sual: salam. Mən tək qalıb evlənməsəm günahdırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Dinimiz evliliyə çox təkid edir. Lakin əgər evlənməməklə günaha düşmək qorxusu yoxdursa ixtiyar sahibisiniz.

Allahdan uğurlar diləyirik!
Sual: Bir qadın şəri hicaba və iffətə riayət edərək, sürücülük məktəbində naməhrəm kişidən sürücülüyü təlim ala bilərmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər hicaba və iffətə riayət olunarsa və fəsada düşməyəcəklərinə əminlik olarsa, qadının naməhrəm kişidən sürücülüyü təlim almasının işkalı yoxdur. Amma bununla belə, yaxşı olar ki, qadının məhrəmlərindən biri onun yanında olsun. Daha yaxşısı isə budur ki, qadın bir qadından və ya məhrəm bir kişidən sürücülüyü təlim alsın.

Allahdan uğurlar diləyirik!

Sual: Sual. Kitab müəllifləri və tərcüməçiləri, incəsənət əsərlərinin müəllifləri çəkdikləri zəhmət, sərf etdikləri vaxt və maddi vəsait qarşılğında müəyyən bir məbləğ tələb edə bilərlərmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:Elmi və incəsənət əsərlərininmüəllifləri birinci və əsas nüsxəni naşirə təhvil verib, qarşılığında istədikləri məbləği ala bilərlər.

Allahdan uğurlar diləyirik!

Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı