www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam. Mən rayonlardan meyvə tərəvəz gətirib şəhərdə 10, 20 qəpik üstünə qoyub satıram və bunuda mal aldığım insan bilir. Yəni bizdə alver belə gedir bu günahdır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr, bu işin şəri cəhətdən haramlığı yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Sistani ağanın nəzərincə namaz neçə vaxtda qılınmalıdı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Namazı camaatla qılmaq daha fəzilətlidir. Əgər namazı gün ərzində 3 dəfə camaatla qılmaq mümkündürsə 3 dəfə qılınsın. Bu mümkün olmazsa 5 vaxtda qılmaq daha fəzilətlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum.Yuxuda bir nəfərdən məni xaric olursa və yuxudan ayılırki heçnə yoxdur ,amma ki yuxuda cənabət gəlib boynuna.Belə halda qusul etmək vacibdir?ALLAh sizlərdən razı olsun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər məninin əlamətləri bədən və ya paltarda olarsa qüsul vacib olar.

Allahdan uğurlar diləyirik!
Sual: Salam Aleykum.Bir şəxs səhər durub və qusullu olub həmin şəxs təyəmmüm edib və sübh namazın qılıb ve su şəraiti olmadığı üçün günorta namazında yenidən səhərki kimi təyəmmüm alıb namaz qılmalıdı yoxsa dəstəmaz alması kifayət edir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər günorta namazınızın qəza olacağı vaxta qədər qüsul almaq mümkün olmazsa (şəriətdə üzürlü hesab olunan səbəblər) davam edərsə yenidən təyəmmüm etməyə ehtiyac yoxdur və dəstəmaz alması kifayətdir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, 1.Evdə pişnamaz qalmaq olarmı? 2.Mənim qiraətim tam düzgün deyil, amma o kəslərdən ki, bir az yaxşı qiraət edirem. Həmin şəxslər mənə iqtida edə bilərmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1.Bəli.

2.Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, bir xanım ərinin razıliğı olmadan ondan boşanmaq istəyir. Bunu necə etsin? Müxtəlif problemlərə görə onunla yaşamaq istemir. Qeyd edim ki həmin kişinin başqa qadını da var.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: İslam şəriətinə əsasən, boşanmaq kişinin razılığıyla mümkündür. Əlbəttə kişi səbəbsiz yerə boşanmaqdan imtina edərsə şəri hakimin icazəsiylə boşanmaq mümkündür.

Allahdan uğurlar diləyirik!
Sual: Salamun aleykum. Hansısa fəsad qəsdi ilə edilməyən bir işi (sosial şəbəkələrə daxil olub həmsöhbət olmaq kimi) "Heç vaxt etməyəcəyəm InşəAllah" deyib sonrasında etmək günah sayılırmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu cür ifadələr şəri cəhətdən mötəbər deyil, lakin çalışın verdiyiniz sözlərə əməl edəsiniz.

Allahdan uğular diləyirik!
Sual: Salamun aleykum .Subay vaxtı bir qızı təmiz qəlblə sevirdim qismət belə gətirdi ki, onunla aile qura bilmədim. İndi onun sosial şəbəkələrdə hamı üçün paylaşdıgı şəkillərə və yazdığı statuslara baxmağın bir haramlığı var ?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Şəhvət və reybə qəsdi ilə olarsa və həmçinin hansısa fəsada səbəb olarsa haram, əks halda maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salamun aleykum. Deyə bilərsiz zeytun yağını saça çəkəndən sonra namaz üçün dəstemaz alanda onun üstündən mesh çəkmek olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər əlin rütubətinin saça (saç uzun olduqda başa) dəyməsinə maneə deyilsə problemi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1: Ramazan və Qurban bayramı namazının qəzası var? 2: Qadın(ailəli) olmayan, görmədiyi bir insanın xəyalını qurub onunla xəyallarında sevgili olması günahdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Xeyr.

2.Xəyal qurmaq haram deyil, lakin yaxşı olar ki, bundan çəkinəsiniz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bir şəxs içkili məclisdə iştirak edə bilərmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr haramdır.
Sual: Salam olsun. Mən mağazada işləyirəm. Mal gələndə bir dənə də olsa nəyinsə dadına baxmaq olarmı?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Əgər mal sahibindən icazəsiz baş verərsə haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum sualıma görə bağışlayın.Bir qadın yoldaşı ilə 6aydan çoxdur ayrıdır və yoldaşı heç cür ailəsinə baxmır.Qadınında 10 ildir sevdiyi var ve evli ola ola onunla bir defe yaxınlığı olub.Qadın boşanıb həmin insanla ailə qurmaq istəyir və tebii ki bu elədiyindən tövbə etmək istəyir. Qadın boşanıb və tövbə edərsə həmin insanla evlənə biler?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ehtiyat-vacibə əsasən, evli halda zina edən qadın zina etdiyi kişiyə əbədi olaraq haram hesab olunur. Lakin bu məsələdə fərqli fətva sahibi olan müctehidin rəyinə əməl edə bilərsiniz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam Aleykum. 1. Bir qadının əri əsəbləşərkən ona səni istəmirəm, çıx get, Boşamaq istəyirəm desə onların kəbini düşmüş olur? (ər dindar deyil deyə bunun kəbini düşməyinə səbəb olduğunu bilmir). 2. Mənim 21 yaşım var hələ Ayət namızını bilmiyib anlamayıb qılmamışam, indi onların qəzalarını qılmalıyammı? Və hər ilə neçə qəza düşür?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Xeyr. Bu ifadə onların boşanmasına səbəb olmaz.

2.Əgər qəza etdiyiniz dövrə ayət namazının vacib olduğunuza əminliyiniz varsa və sayını bilmirsinizsə, ehtimal verdiyiniz ən az qədər qılmalısınız.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Saqqalı qırxmağın haram olduğu deyildikdə, üzün tükünün tam çıxması və sonra qırxılması nəzərdə tutulur, yoxsa üzün tükünün bir qədər çıxması və sonra qırxılması?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ümumiyyətlə, üzdə nə qədər tük çıxmasından asılı olmayaraq, əgər üzün tükünün qırxılması “saqqalı qırxmaq” adlanarsa, ehtiyata görə bu iş haramdır. Amma üzün tükünü “saqqalı qırxmaq” adlanmadığı bir miqdarda qırxmağın işkalı yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Pişnamaz namazda furada (tək) namazın niyyətini еtməlidir, yoxsa camaat namazının niyyətini?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər camaat namazının fəzilətini əldə еtmək istəyirsə, pişnamazlıq və camaat namazının niyyətini еtməlidir. Əgər pişnamazlıq niyyəti etmədən namaza başlasa, onun namazının və digər şəxslərin ona iqtida еtməsinin işkalı yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Təbaşir, əhəng, bişmiş əhəng və kərpic üzərinə təyəmmüm etmək olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: “Yer” adlanan hər bir şeyin – məsələn, təbaşir, əhəng daşı kimi – üzərinə təyəmmüm etmək düzgündür. Bişmiş əhəngin və təbaşirin, kərpicin və bu kimi şeylərin üzərinə də təyəmmüm etmək səhihdir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Əgər qadın xəstəlikləri üzrə mütəxəssis kişi həkim bu sahədə olan qadın həkimlərdən daha bacarıqlı olarsa, yaxud qadın həkimə müraciət etməyin böyük çətinliyi olarsa, qadınlar belə kişi həkimə müraciət edə bilərmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər müayinə və müalicə işi haram baxışa və toxunuşa bağlı olarsa, kişi həkimə müraciət etmək caiz deyildir. Amma əgər mütəxəssis və bacarıqlı qadın həkimə müraciət etmək qeyri-mümkün və ya olduqca çətin olarsa, kişi həkimə müraciət etmək caizdir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Ata, ondan müstəqil yaşayan, büluğa çatmış və ağıllı olan övladının əmlakından hansı həddə istifadə edə bilər? Əgər icazəsi olmadığı halda övladının əmlakından istifadə etsə, bu əmlaka zamindirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Övladın icazəsi və razılığı olmadan, ata büluğa çatmış və ağıllı olan övladının əmlakından istifadə edə bilməz. Övladın razılığı olmadan atanın övladın malından istifadə etməsi (ona sahib olması) haramdır və zəmanətə səbəb olur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bir şəxs heç vaxt xüms ilinin hesabatı aparmayıb, amma indi xüms ilinin hesabatını aparmaq istəyir. Bu şəxs еvlənən gündən indiyədək həmişə borclu olub. O, xümsünü nеcə hеsablasın?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər bu şəxsin qazancı əvvəlki illərdən indiyədək ancaq dolanışıq xərclərinə sərf edilibsə və heç vaxt artıq pulu qalmayıbsa, onda əvvəlki illər üçün bir şеy vеrmək lazım dеyildir.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı