www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam Aleykum sualıma görə üzr istəyirəm.Ayaq yolunda olan zaman sperma gəlibsə bədənədə dəymiyibsə su ilə aləti yuduqda qusul etmək vacibdir həmdə əmin olduqda ki bədənə nədə paltara sperma dəymiyib
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Qüsl almaq vacibdir. Lakin paltar nəcis olmayıbsa onu yumaq vacib deyil.

Təşəkkürlər.
Sual: Salam.Dünyasını dəyişmiş müctəhidə təqlid eləmək olar?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

İbtidadan ölü müctehidə təqlid etmək icazəli deyil. Lakin təqlid etdiyiniz müctehid dünyasını dəyişərsə diri müctehidlərin arasında ə'ləm olanı ölü müctehidin təqlidində qalmağa icazə verərsə onun təqlidində qala bilərsiz. Əks halda o ə'ləmin özünə təqlid etməlisiz.

Təşəkkürlər.
Sual: Salam Aga.Mənim 15 yaşim var və səhər məndə pollusiyə baş verib,yorganima dəyib dəyməməyi dəqiq bilmirəm, belə bir halda mən nə etməliyəm,Yorgani dəyişmək və yaxud paklamaq lazımdır?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər bilmirsinizsə yorğanı dəyişmək yaxud paklamaq vacib deyil.

Təşəkkürlər.
Sual: Salam Eleykum..Məndə Bank kartı var.,kartın içinde olan pul banka məxsusdur,yəni mənim deyil.Bu kartın şərti belədir kartdan çıxartığın pulu 40 gün ərzində yerinə qaytarsan heç bir faiz gəlmir,ancaq nəxdləşdirəndə bankomat 1.5% ximət haqqı tutur.,misal üçün 200 man pul çıxartsam 3 manat komisiya tutur.40 gün ərzində 203 manatı qaytarsam heç bir faiz gəlmir.Həmişe 40 güne qaytarıram,faiz gəlmir,ancaq komisiya tutur.Bilmək istərdim ki belə olduğu halda bu puldan xərcləməyin bir işğalı varmı?...İstər ehtiyacım olsun,istər olmasın..Haram sayılırmı?
Cavab: Aleykum salam.

Ayətullah Behcət-dəftərxana:

O pulu xərcləməyinizin işğalı yoxdur.

Təşəkkürlər.
Sual: Salam Eleykum..Məndə Bank kartı var.,kartın içinde olan pul banka məxsusdur,yəni mənim deyil.Bu kartın şərti belədir kartdan çıxartığın pulu 40 gün ərzində yerinə qaytarsan heç bir faiz gəlmir,ancaq nəxdləşdirəndə bankomat 1.5% ximət haqqı tutur.,misal üçün 200 man pul çıxartsam 3 manat komisiya tutur.40 gün ərzində 203 manatı qaytarsam heç bir faiz gəlmir.Həmişe 40 güne qaytarıram,faiz gəlmir,ancaq komisiya tutur.Bilmək istərdim ki belə olduğu halda bu puldan xərcləməyin bir işğalı varmı?...İstər ehtiyacım olsun,istər olmasın..Haram sayılırmı?
Cavab: Aleykum salam.

Ayətullah Vəhid Xorasani-dəftərxana:

Götürdüyünüz pulu xərcləyə bilərsiniz. Həmçinin xidmət haqqı olaraq pul verməyin eybi yoxdur.

Təşəkkürlər.
Sual: Salam Eleykum..Məndə Bank kartı var.,kartın içinde olan pul banka məxsusdur,yəni mənim deyil.Bu kartın şərti belədir kartdan çıxartığın pulu 40 gün ərzində yerinə qaytarsan heç bir faiz gəlmir,ancaq nəxdləşdirəndə bankomat 1.5% ximət haqqı tutur.,misal üçün 200 man pul çıxartsam 3 manat komisiya tutur.40 gün ərzində 203 manatı qaytarsam heç bir faiz gəlmir.Həmişe 40 güne qaytarıram,faiz gəlmir,ancaq komisiya tutur.Bilmək istərdim ki belə olduğu halda bu puldan xərcləməyin bir işğalı varmı?...İstər ehtiyacım olsun,istər olmasın..Haram sayılırmı?
Cavab: Aleykum salam.

Ayətullah Fazil Lənkərani-dəftərxana:

Xidmət haqqı ünvanı ilə pul ödəməyin maneəsi yoxdur. Götürdüyünüz pulu da xərcləyə bilərsiz.

Təşəkkürlər.
Sual: Salam.2 Muctehide təqlid eləmək olar yoxsa yalnız 1 Muctehide təqlid olunmalıdır?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Eyni anda iki müctehidə təqlid etmək icazəli deyil. İnsan axtarış edib ə'ləm müctehidə təqlid etməlidir.

Təşəkkürlər.
Sual: Salam.Bilmek isdeyirdim ki,basqa muctehidler de Sistani aganin fikriynen eyni fikirdediler yoxsa basqa cur fetva veren de var? Movzu Sistani aganin araq ve spirtin pak olmasi baresinde verdiyi fetvadan gedir.
Cavab: Aleykum salam.

Hansı müctehidin rəyini bilmək istəyirsinizsə lütfən müctehidi seçin və sualı ünvanlayın.

Təşəkkürlər.
Sual: Salam aleykum. Sualıma görə çox çox üzr isdrəm. Mən sizə sual vermişdim ki cinsi əlaqə zamanı nə günahdı nə günah deyil. Demişdiz cavabı çoxdu daha konkret yazın sualı. Mən bilmək isdirdimki cinsi əlaqə zamanı cinsiyyət orqanına ağızın dəyməsi haramdı ya yox?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Şəri cəhətdən haram deyil.

Təşəkkürlər.
Sual: 0 faiz yazılan pivə içmək olar?
Cavab: Salam.

Ayətullah Sistani-dəftərxana:

Xeyir, olmaz.

Təşəkkürlər.
Sual: Salam olsun. Belə bir sualım var, bank kartımda özümə aidə müəyyən məbləğdə pul saxlayıram və bu pulun üsdünə zaman keçdikcə faiz gəlir. Şübhəsiz ki, faiz yemək haramdı bildiyim qədər o puldan istifadədə icazəli deyil. Bilmək istərdim ki, o gələn faix məbləği çıxarıb ehtiyacı olan birinə vermək olar? ümumiyyətlə o gələn faizi necə istifadə etmək daha yaxşı olar?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Əgər əvvəldən belə bir şərt qoyulmuşdusa o pulu almaq icazəli deyil. Əks halda verilən artıq pulu özünüz də xərcləyə bilərsiniz.

Təşəkkürlər.
Sual: Süni mayalanma halaldır yoxsa haram?
Cavab: Salam.

Ayətullah Məkarim-dəftərxana:

Öz ərindən başqasının nütfəsi ilə qadını süni mayalandırmaq haramdır. Amma öz ərinin nütfəsi olarsa öz-özlüyündə haram deyil. Lakin haram baxışa səbəb olarsa icazəli deyil.

Təşəkkürlər.
Sual: Sualım belədir. İmamları ziyarətə gedirəm sağ olan kiminsə əvəzinə hədiyyə namazı qıla bilərəmmi?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Sağ olan şəxsin əvəzinə namaz qılmaq icazəli deyil. Lakin özünüz üçün qılıb savabını istədiyiniz şəxsə, hətta sağ olan birinə hədiyyə edə bilərsiniz.

Təşəkkürlər.
Sual: Salam,sualim ucun uzr isteyirem.2 otaqli evde qaliriq.3 gun evvel qonaqimiz geldiyi ucun ailevi eyni otaqda yatdiq.12 yasli oqlum ve 11 yasli qizim var.Yoldasim cinsi munasibet istesede tekidle,qeti yox dedim,cunki usaqlarim ayilsa bunu gorse utancimdan onlarin uzune nece baxaram??Ve onlarin erken ayilmasina(yani bele seyleri erken basa dusmesine) sebeb ola bilerem.Ona gore qeti yox dedim.Buna gore 3 gundu yoldasim meni danisdirmir.Men gunah qazanirammi?Axi edeb deyilen bir shey var,her ne qeder din her zaman qadin razi olmalidir dese d3 bele bir hali men qebul ede bilmerem.Yoldasim 3 gun buna gore mene qas qabaq tokmeye haqqi varmi?Allah razi olsun
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Bu halda siz günahkar deyilsiniz. Bu və bu kimi zəruri hallarda imtina etməyiniz haram deyil.

Təşəkkürlər.
Sual: Salam əleyküm pul tapanda sahibi çıxmasa o pulu xərcləmək olarmı? Neçə vaxt gözlədik sahibi çıxmadı
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Özünüz xərcləyə bilməzsiniz. Vacibdir ki, tapdığınız yerdə sahibini axtarasınız. Əgər sahibini tapmaqdan məyus olsanız onun adından sədəqə verməlisiz.

Təşəkkürlər.
Sual: Burun əməliyyatı etmək günahdır
Cavab: Salam.

Ayətullah Sistani-dəftərxana:

Əgər ciddi bir zərəri yoxdursa icazəlidir.

Təşəkkürlər.
Sual: Salam.Men ele olurki defelerle tövbe edib pozub pewman olub yene tövbe edirem.Bu boyuk gunahdir? ve keffaresi var?.Chox pewman oluram.
Cavab: Aleykum salam.

Bu sual şəri hökmlərlə bağlı olmadığı üçün cavab verə bilmərik. Üzrlü bilin.

Təşəkkürlər.
Sual: Müvəqqəti nikah haramdır
Cavab: Salam.

Ayətullah Sistani-dəftərxana:

Haram deyil, icazəlidir.

Təşəkkürlər.
Sual: Salam aleykum.Dırnağa mayasınnan 1-2sm aralı lak çəkilərsə dəsdəmaz pozulurmu?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Dırnağa lak vurmaq dəstəmazı batil etmir. Lakin dırnaqda lak olarsa dəstəmazdan əvvəl tamamilə təmizlənməlidir.

Təşəkkürlər.
Sual: Salam dində burun əməliyyatı etmək günahdır
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Əgər ciddi bir zərəri olmazsa icazəlidir.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı