www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam aleykum. 1. Teyemmum eden sexsin uzuru tezliknen aradan qalacagi halda qeza namazi qilmaq olmaz. Bu hokmu bilmeyib teyemmumlu halda qeza namazi qilan yenilemelidi hemin qezalari? 2. Qunutda Ya Zehra Ya Huseyn demek icazelidir? 3.Menim valideyinlerim xeste olmadiqlari halda rusvet verib xestelik adi ile pensiya alirlar. Men hemin puldan istifade ede bilerem? Olarki istifade edim ve imkanim olanda istifade etdiyim qederin sedeqe verim?Allah sizden razi olsun
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana:



1.Bu halda qılınan namazların qəzasını qılmalıdır.

2.Dua edərək, Allahı Əhli-beytin (ə) adlarına and vermək icazəlidir.

3.Əgər valideyninizin halal və haram pulları qarışmış vəziyyətdədirsə və siz, istifadə etdiyiniz pulun hansı qəbildən olduğunu bilmirsinizsə, şəri baxımdan bunun heç bir haramlığı yoxdur. İstifadə etdiyiniz pulun haram olduğuna əminsiznizsə, yalnız zəruri hallarda istifadəyə icazə verilir. Bu halda istifadə etdiyiniz məbləği, malın həqiqi sahibi adından sədəqə vermək də zəruridir.



Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum. Başa məsh çəkərkən saçların rütubətli olması kifayətdirmi, yoxsa əldəki rütubət başın dərisinə də çatmalıdır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Başın məshini başın dərisinə və ya başın yuxarı hissəsindəki saçların üzərinə çəkmək olar. Amma əgər başın digər hissələrindəki saç başın ön hissəsinə yığılsa, yaxud başın yuxarı hissəsindəki saç uzun olub üz və çiyinlərə tökülsə, bu halda təkcə saçın üzərinə məsh çəkmək kifayət deyildir. Gərək ayrıc ayırıb başın dərisinə, yaxud saçların dibinə məsh çəkilsin.



Allahdan uğurlar diləyirik!

Sual: Salam. “Ləhvi-ləb musiqi” – dedikdə, nə nəzərdə tutulur? Ləhvi-ləb musiqini qeyri ləhvi-ləb musiqidən ayırd etməyin yolu nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Allah yolundan azdıran ləhvi-ləb musiqi o musiqilərdir ki, malik olduqları xüsusiyətlərə görə insanı Allah-Taaladan və müsbət əxlaqi keyfiyyətlərdən uzaqlaşdırır, onu boş, mənasız işlərə və günaha sövq etdirir. Mövzunun ayırd еdilməsində mеyar ürfün nəzəridir.



Allahdan uğurlar diləyirik!
Sual: Salam. Əti haram olan qarğa, sağsağan, tutuquşu və qartal kimi quşların ifrazatı nəcisdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əti haram olan quşların ifrazatı nəcis deyil.



Allahdan uğurlar diləyirik!
Sual: Salam. it alveri halaldı yoxsa haram?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ehtiyat-vacibə əsasən, ov iti olmayan itlərin alışverişi haramdır.



Allahdan uğurlar diləyirik!
Sual: Coca cola markasinin ickilerini.ice bilerem?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: İslam düşmənlərinin mənafeyinə qulluq edən məhsulların alış-verişi haramdır. Əgər dediyiniz məhsulun bu qəbildən olduğuna əminliyiniz yoxdursa, almağınızın haramlığı yoxdur.



İçməyə qaldıqda isə, haramlığına əmin olmadığınız yemək və içkilərin istifadəsi icazəlidir.



Allahdan uğurlar diləyirik!
Sual: Salam. Təharət üçün su və ya torpağı olmayan şəxsə namaz vacibdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ehtiyata əsasən, namazı öz vaxtında (dəstəmazsız və təyəmmümsüz) qılmalı, sonra dəstəmaz və ya təyəmmümlə qəzasını qılmalıdır.



Allahdan uğurlar diləyirik!
Sual: Salam.Fərdi məsələlərdə bir müctəhidə,bütün ictimai məsələrdə isə vəliyyi-fəqihə təqlid etmək caizdirmi?Ramazan ayının başlanğıc və sonunun təyini də bura aiddirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Hər bir ictimai məsələnin özü, fərdi məsələ də hesab edilə bilər. Odur ki, əməl konkret olaraq təyin olunmalıdır. Mübarək Ramazan ayının təyini fərdi məsələlərdəndir.



Allahdan uğurlar diləyirik!





Sual: Salam. Uca səslə qılınan namazları asta, asta səslə qılınan namazları ucadan qılmağın hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Kişilərə sübh, məğrib və işa namazlarının Həmd və Surəsini ucadan, zöhr və əsr namazlarını isə ahəstə oxumaq vacibdir. Əgər səhvən və ya bilmədən bunun əksini etsə, namaz düzgün, qəsdən olarsa, namaz batildir.



Allahdan uğurlar diləyirik!
Sual: Sual: Salam. Əgər insan qiblənin istiqamətini bilməsə və heç bir tərəfi də qiblə güman etməsə, namazını hansı cəhətə qılmalıdır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Sualda qeyd olunanlara əsasən, ehtiyata görə dörd cəhətə namaz qılmalıdır. Əgər dörd cəhətə namaz qılmaq üçün kifayət qədər vaxt olmasa, qalan vaxt ərzində müəyyən istiqamətlərə namaz qılsın.



Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qadın razı olduğunu halda arxadan yaxınlığın hökmü nədir.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qadın razı olarsa şiddətli məkruh (bəyənilməyən), razı olmadığı halda haramdır.







Allahdan uğurlar diləyirik!
Sual: Salam.Təhbirətül ehkamda bilməyərəkdən və ya hökmü bilməməzlikdən qiraətdə kiçik dəyişiklik namazı batil edirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qiraət, namazın qeyri rükün əməllərindəndir. Yəni bilməyərəkdən yalnışlığa yol verilərsə namazın batil olmasına səbəb olmaz.



Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum. İstixarəyə əməl etmək şəri cəhətdən vacibdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Çalışın işlərinizi görmək üçün düşünüb, məsləhətləşin. Bu yollarla qərara gəlmədiyiniz zaman növbə istixarəyə çatır. İstixarə etdiyiniz zaman çalışın ona əməl edəsiniz. Lakin bunun şəri cəhətdən heç bir vacibliyi yoxdur.



Allahdan uğurlar diləyirik!
Sual: Salam.Üdul edən şəxs bəzi hökmlərin üdul etdiyi müctəhiddə də eyni olduğuna yəqini olsa və bu cür əməl etsə,sonradan hökmlərdə fərqliliyi bilsə əməlləri batildirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Yəqin, höccət və insanın vəzifəsinin boynundan götürülməsinə səbəb olan amildir. Əgər yəqininiz olubsa yerinə yetirdiyiniz əməllər düzgündür.



Allahdan uğurlar diləyirik!
Sual: Salam. Kür suyunun ayaq yolunun nəcis hissəsinə dəyərək üstümüzə sıçraması, paltarımızı da nəcis edərmi?
Cavab: Salam.Ayətullah Sistani-dəftərxana: Xeyr. Pak hökmündədir.



Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qüsl aldıqda başı, sonra bədənin sağ tərəfini, sonra da sol tərəfini yumaq vacibdir? Qaydası tam olaraq bu cürdürmü?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əvvəl baş və boyunu, sonra bədəni “cənabətdən pak olmaq” (və ya başqa) niyyəti ilə yusanız kifayətdir. Yaxşı olar ki, əvvəl bədənin sağ tərəfini sonra isə bədənin sol tərəfini yuyasınız. Əgər duş altında qüsl alırsınızsa, ehtiyat vacib odur ki, başı yumazdan öncə, həmçinin bədəni yumazdan öncə duşun altından kənara çəkilib, sonra həmin üzvü yumağa başlayasınız.



Allahdan uğurlar diləyirik!
Sual: salam aleykum nerd oynamaq haramdir? eger haramdirsa neye gore haramdi? zehmet olmasa cavablandirasiz
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Şahmat və nərd oynamaq haramdır. Səbəbini izah etmək üçün, üsul və fiqh barədə məlumatlı olmaq lazımdır. Müctehid bu fətvanı əldə etmək üçün uzun illər dərs alır və əldə etdiyi məlumatlara söykənərək fətva verir. Eyni şəkildə digər bəhsli oyunlar da haramdır. Vacib ehtiyata əsasən, xalq arasında qumar aləti kimi tanınan oyunlarda bəhs edilməsə də oynamaq haramdır.



Allahdan uğurlar diləyirik!
Sual: Sualı ünvanladı Elnur: Salam Aleykum. Vacib namazın qunutunda Qədr surəsini oxumaq olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Olar. Amma dua oxumanız yaxşıdır.



DİQQƏT! DİQQƏT!



Bütün suallara cavab verilib. Ön səhifədə öz cavabınızı görə bilməsəz arxivə baxın.



T'əşəkkür!
Sual: Sualı ünvanladı Zəhra: Salam.Namaz zamani ortulmeli olan bir yer acilarsa ve bu neqeder aciq qalarsa namaz batildir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Siz həmin yeri açıq görəndə örtsəz batil olmaz.
Sual: Sualı ünvanladı İlham: menim bir tanisim var yoldasi 10 ildi xestedi. yani qadinla olmur qadinin eytiyaci odenmir hemin qadin neylemelidi?ailelidi ailesi daqilmasin nemde eytiyaci odensin bunu hamidan gizledib, bir mene deyib bu sirri....
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər kişidə cinsi problem varsa və qadın boşanmaq istəmirsə onda kişinin qadını digər yolla təhrik edib orqazma çatdırması mümkündür.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı