www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Emin: salam aleykum cox uzr isdeyirem sualimcun aga cinsini deyisib ozunu qadin etmis ve ya cinsini deyismemis ama butun daxili ve xarici xususiyetleri qadin kimi taninmis insanla cinsi munasibetde olmaq olarmi hokmu nedir?? eyer .....
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər vücudunun həqiqəti qadın olarsa, cinsi orqanını dəyişdirə bilər. Belə insan cinsi əməliyyatdan sonra cinsi münasibətdə ola bilər.
Sual: Sualı ünvanladı Bendə: Salam:Men Nece ildirki Namaz Qiliram hec vaxt Icki icmemiwem Ama Sehvne bir toyda icki icmiwem bile bile icmiwem ama cox pewmanam.Ne ede bilerem nolar mene komek edin Namazlarimiz qiliram ama Ele hiss ediremki ALlah tela menden razi deyil Men nece tovbe edim Nolar mene komek edin..Tesekkur edirem ALLah razi olsun.
Cavab: Salam. Sual mövzumuza aid deyil. Amma iki kəlmədə sizə deyək ki, narahat olmayın. Tövbə etməyiniz, peşimançılığınız yetər. Allah günahları bağışlayandır.
Sual: Sualı ünvanladı Ruslan: Salam Aleykum..zehmet deylse sizden bir soz sorusum,,ele bir hedis varmiki qadin dunyaya bir ovlad getirerse gunahlari siliner??yoxsa bu ancaq dogusda dunyasini deyisen qadinlara aiddir?.......qabaqcadan cox sag olun suali cavablandirdiginiz ucun.
Cavab: Salam. Sualınız mövzumuza aid deyil. Əfv edin.
Sual: Sualı ünvanladı Anar: Salam.xais edirem deyerdiz torpaqda mehsul bol olsun bereketli olsun deye hansi duani hemen saheye oxumaq lazimdir.tesekkül
Cavab: Salam. Sualınız mövzumuza aid deyil. Üzrlü sayn, əfv edin.
Sual: Sualı ünvanladı Anar: Əssalamuəleykum! Məlumat üçün bildirirəm ki,mən təqaüdçüyəm,yəni hər ay dövlət tərəfindən müəyyən olunmuş məbləğdə təqaüd alıram vəbundan başqa heç bir qazanc mənbəyim yoxdur.2014-cü ilin avqust ayından başlayaraq 2015-ci ilin avqust ayınadək qənaət etməklə 500m.yığmışam. Əgər bu 500m-n xumsu varsa bu 100m-dır ( yəni 5-dən 1-i). Qalır 400m. Sual1) Növbəti ildə bu 400m-ın üzərinə heç bir əlavə olmazsa,2016-cı ildə ,yəni xums ilinin tamamında həmin 400m-a xums düşürmü? Sual2) Növbəti ildə bu 400m-ın üzərinə 500m-da əlavə olunarsa və bunların cəmi(400m+500m) olarsa 2016-cı ildə xums ilinin tamamında bu məbləğlərin hansına xums düşür? 400m-a , yoxsa 500m-a, və nə qədər? Sual3) Xumsu ödənilmiş məbləğə görə əlavə olaraq zəkat da verilməlidirmi? Sual 4) Banka 500m pul qoymuşam . 1 ildən sonra 10%,yəni 50m-da üstünə gələcək. Banka qoyulan pulun və onun üstünə gələn faizin hökmü nədir və belə olan halda xums necə hesablanır? Sual5) Həyat yoldaşıma 30il öncə mənim valideyinlərim tərəfindən alınan qızıl-bəzək əşyalarının(qızıldan olan sep,bilərzik ,saat,sırğa və s.) zəkatı varmı və necə hesablanır? Evli olduğumuz müddətdə mənim həyat yoldaşıma hədiyyə olaraq aldığım qızıl-bəzək əşyalarının zəkatı varmı? Sual 6 ) Bilmək istərdim ki, Azərbaycanda Sistani ağanın Rəsmi nümayəndəliyi və yaxud əlində Sistani ağanın şəxsi möhürü ilə təsdiqlənmiş sənədi olan rəsmi nümayəndəsi varmı? Əgər varsa onun haqqında geniş məlumat verməyinizi Sizdən xahiş edirəm.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:



1-Xeyir, növbəti ilə o 400 manatın xüsmsü yoxdur.

2-Əlavə olan məbləğə.

3-Xeyir.

4- Siz o pulu Rusiyanın Azərbaycanda olan Bankına qoysaz və onlardan aylıq faiz alsaz olar. Müsəlman bankında bu şey problemlidir.

5-Hədiyyə itifadə olunmazsa xümsü var.

6-Bunu Nəcəf ofisinə yazın. Biz Qum ofisindən alırıq cavabları. Sualınız mərkəzi ofisə aiddir.



Xahiş olunur bir sualın daxilində yalnız bir sual göndərin. Yoxsa qatışıqlıq düşür.
Sual: Sualı ünvanladı Aytən: Salam. Menim 23 illik namaz qezam var. Men o namazlari qunutsuz ve tesbihati- erbeeni bir defe oxumaqnan qila bilerem??. Tewekkur edirem. ALLAH RAZI OLSUN.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, qıla bilərsiz.
Sual: Sualı ünvanladı Anar: Salam 2 sejde arasinda 2 tekbir demek olar.tesekül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Olar.
Sual: Sualı ünvanladı Anar: Salam.bilmek isteyirik ekin sahesinin duasi var yeni mesul bol olmasi ücün dua hansi duani oxumaq yaxsi olar?tesekkür
Cavab: Salam. Sual mövzumuza aid deyil. Üzrlü sayn, əfv edin. Bu barədə məscidinizin İmamına müraciət edin.
Sual: Sualı ünvanladı Qorqud: Xahish edirem cavablandirasiniz. Boynunda qəza namazları oıan şəxs əvəzinə nafilə namazları qıla bilərmi.? Zehmet deyilse tekce qeyd etdiyim deyil diger muctehidlerin de reyini yazardiz. Evvelceden teshekkur.
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Əvəzinə qılmaq olmaz. Hər namazın öz yeri var. Amma qəza namazı olan şəxs nafilələri qıla bilər. Lakin bu nafilə qılmaq qəzaların qılınmasına maneə olmamalıdır.
Sual: Sualı ünvanladı Xanım: Salam Aleykum. Burunun plastik emeliyyati ve tatuirovka haramdir? Umumiyyetle uzde her hansi plastik emeliyyat aparmaq haramdir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Nəsə zərərləri olmazsa eybi yoxdur.
Sual: Sualı ünvanladı Orxan: salam ,soyush soyulen internet kluba gedmek,?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Belə yerlərə gedilməməsi məsləhət görülür.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Salam. Men yuxuda oz sevdiyim şəxsi oz heyetimizde gordum o mennen hal ehvla tutdu .Sora harasa getdi sora men gedib xirda bir yerde kibritlerle alov yandirdim.Sora kim ise qisqirdi men alovu su ile sondurdum xais edirem suali cavablayin
Cavab: Salam. Söhbət mövzumuza aid deyil. Əfv edin.
Sual: Sualı ünvanladı Orxan: salam.bir momin gardash nece illerdi povor ishdeyir restoranlarda bakida,onida deyimki hemen yerlerde icki verilir,bu gardashin olara hec bir aidiyyati yoxdi sadece kuxnada yemek bishirir vessalam,sual buduki gardash hemen yerde povor ishdeye biler?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər içki olan yerə qatışmırsa onda eybi yoxdur.
Sual: Sualı ünvanladı Orxan: salam.xarici shirketin olan macdonalds ve kfs kimi olan yerlerde,muselman olkesinde yerlesherse hemen yerlerde et mexsulundan istifade eleyib yemek olar!
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Onlardan bu şey barəsində sual edin və aydınlaşdırın.



Sual: Sualı ünvanladı Seyyid: Salamun Alekum Ağalara və Yardımçı olanlara ALLAHIN SALAMI OLSUN Sistani Ağanın Müqəllidi Sual : mən Şevval ayinin orucunu tuturam birinci ve dorduncu gunler. sevval ayinin orucu 6 gun ve yaxud 11 gun tutmalıyam ? Amma dəqiq öyrənmək istəyirəm nece gun tutmaliyam ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu şeyin müstəhəbliyi ağaya isbat olmayıb.
Sual: Sualı ünvanladı Orxan: salam.eger meni kimse goxumlardan ya ish yoldashdarinnan,ya mudur mene erk eleyib meni magazine yollasa,deseki pulsuz balig al,ya haram etdi rusdarin istexsal etdiyi konserva tushonkalari,bele olan halda gedib ala bilerem?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Haram sayılan şeyləri almanızın eybi var.
Sual: Sualı ünvanladı Anar: Salam.kufeyle namazi nece qilinir?minnetdaram
Cavab: Salam. Sual aydın deyil. Lütfən islah edib yenidən yazın.
Sual: Sualı ünvanladı Telman: Salam. Qəza orucu tutanda ardıcıl tutmaq vacibdir, ayrı ayrı günlərdə tutmağ olar.Allah Razı Olsun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Olar.
Sual: Sualı ünvanladı Anar: Salam.namazlarimdan sonra azerbaycan dilinde namaza geden vaxtdan cox dua zikir edirem bu namazima xeleldi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir, əksinə çox bəyənilən işdir.
Sual: Sualı ünvanladı Anar: Salam.xais edirem tesbehle istixareni yazin öyrenmek isteyirem?tewekül edirem
Cavab: Salam. Bunu məscidlərin imamından soruşun. Yazı ilə örgədiləsi şey deyil.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı