www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Orxan: salam.hec bir zeruret olmadan adi halda uzu mashinkanin(0)nalovkasiynan girxmaq olar?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Xeyir, olmaz, saqqal görünməlidir.
Sual: Sualı ünvanladı Elşad: SALAM MEN USAQLIQDA BIR GUNAH ISLETMIWEM GUNAHIM (KIWININ KIWIYE MEYLI) MENNE NAMAZ DUWUR -? TOPE ETSEM.BAGISLANARAM
Cavab: Salam. Allah bütün günahları bağışlamağa qadirdir. İstənilən vaxt tövbə qapısı bəndələrin üzünə açıqdır. Tövbə edin. İnşallah bağışlayar
Sual: Sualı ünvanladı Şahin: Sual 1.Salam Qadın dövlət işində işləyib.O ana olandan sonra ona dövlət hər ay uşaq pulu verir.Hazırda qadın işə getmir.Bu uşaq puluna xüms düşürmü (Əgər ana dövlət işində işləməsəydi,bu pul ona düşməyəcəydi) Həmin xanım Rəhbər Xamnei(e) –nin müqəllididir. Sual 2.Əgər həmin qadın büllitenə görə (yəni xəstə olduğu üçün ) ona verilən dikret puluna xüms düşürmü? Bu pul da o işlədiyinə görə ona verilib. Sual 3.Bir qadının atası olmadığı üçün və kasıb olduğu üçün işlədiyi pulları yığıb ki,özünə cehiz alsın.lakin o ailə həyatı qurandan sonra üzürlü səbəbə görə yəni yoldaşının evi olmadığına görə cehiz almağı təxirə salıb.Bu pula xüms düşürmü
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:



1-Uşağa verilən pulun xümsü yoxdur.



2-Qadına verilən pul hüquq kimi verilsə və 1 illik xərcdən artıq qalarsa xümsü vacibdir.



3-Cehiz üçün pul yığarsa xümsü var. Əşyaları alıb saxlayarsa xümsü yoxdur.



Lütfən bir sualın daxilində yalnız bir sual göndərin.
Sual: Sualı ünvanladı Araz: Salam aleykum. Baldiz ( həyat yoldaşı nın bacisi ) məhrəmdirmi? Allah ( c.c ) sizləri qorusun.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Naməhrəmdir. Onunla ailə qurmaq haramdır. Amma əgər onun bacısı (yəni öz həyat yoldaşın) boşasan və iddəsi keçsə, ondan sonra onunla ailə qurmaq olar.



DİQQƏT DİQQƏT: SAYTDA YARANMIŞ TEXNİKİ NÖQSANLARA GÖRƏ CAVABLARIMIZ YUBANIB. NÖQSAN ARADAN QALDIRILDI. İNSHALLAH BU GÜNDƏN ETİBARƏN (23 AVQUST) ÖZ CAVABLARINIZI TƏDRİCƏN SAYTDAN OXUYA BİLƏRSİNİZ.
Sual: Sualı ünvanladı Əli: Salam.Bilmek isteyirem ki insan oruc tutub ve yatib. Yatdiqi zaman boynuna cenabet qusulu gelibse o namazi teyemmumle qilmalidir yoxsa qusul almalidir? Qusul alsa axi oruc pozulacaq.Sistani aqanin hokmu lazmdir.mumkunse zohre kimi yazin.kecen gunlerin birinde yazmiwdim cavab almadim.isterdim mumkunse emaile gonderesiniz. Evvelcedende tewekkur edirem.ALLAH razi olsun sizlerden.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qüsl almalıdır. Orucu pozulmur.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): ASSALAMU ALEYKUM.Bir şexs xumsun ona vacib olduğunu bilmediyine göre 35 yaşına qeder xums vermeyib.İndi çox şükür ki,xums haqda melumatı ve eqidesi düzgündür.Keçmişde bilmemezlık üzünden vermediyi xumsu ödemeye borcludurmu (o vaxt qazanılan pulun hamısı artıq çoxdan xerclenib)? ALLAH SizdenRazı Olsun ve Aqibetinizi xeyirli etsin
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər həmin illərdə qazandığını həmin ildə xərcləyibsə və gələn ilə bir pul qalmayıbsa onda xüsü yoxdur. Yox əgər gələn ilə qalıbsa onda xüsü var.
Sual: Sualı ünvanladı Merziyye: Salamun aleykum. Əgər biri dəstəmaz alırsa və dəstəmaz suyu əlində, üzündə hələ qurumuyubsa bütün bədənini suya sala bulərmi? Dəstəmaz onda düz sayilir ya qurumalıdı sonra?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Düz sayılır. Quruması lazım deyil.
Sual: Sualı ünvanladı Araz: Salamun aleykum. Sistani ağaya görə bu il Ramazan ayının başlanması iyun ayının neçəsinə təsadüf edir? Allah ( c.c ) sizlərdən razi olsun.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Cümə günü. (Bu cavab 2015-ci il Ramazanı üçündür.)
Sual: Sualı ünvanladı Habib: Salamun Əleykum.Həddi buluğa çatma şərtləri nədir?Olardan yalnız birinin olması kifayətdir yoxsa hamısı olmalıdır?Əvbəlcədən təşəkkür edirəm.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:



Üç şərt var:



1. Spermanın xaric olması;

2. Alətin ya övrətin kənarlarından qalın tük çıxarsa;

3. Hicri-Qəməri təqvimlə 15 yaş olarsa.



Bu üçdən hansı biri olsa kifayət edir.

Sual: Sualı ünvanladı Kenan: Men bilmirem ne vaxt heddi buluga catmisam o vaxtki qilmadigim namazlarin tutmadigim oruclarin hokmu nedir
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Həddi-büluğ olmağın əlamətlərindən hansısa birini özünüzdə müşahidə etməyibsizsə və bilmirsizsə ki, bu əlamətlər 15 yaşdan tez baş verib ya yox, onda Hicri-Qəməri təqvimlə 15 yaşı ölçü götürün.
Sual: Sualı ünvanladı Orxan: Salam.cola ve Pepsi firmasinda ,fexle,shofer,ekspeditor,gablarin ustun etiketlemek, ishdemek olar bele firmada?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər nəsə haram iş olmazsa maneəsi yoxdur.
Sual: Sualı ünvanladı Əbulfəzl: Qeza namazi nece qilinir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Niyyətdə qəza olduğunu iradə edib adi namazlar kimi qılırsız.
Sual: Sualı ünvanladı Huseyn: ASSALAMU ALEYKUM.Dini mallar satılan mağazadan deriden hazırlanan duaqabı almışıq ki, içine aye ve ya dua qoyub üzerimizde gezdirek.Amma bilmirik ki, bu duaqabı ne derisinden hazirIanıb ve ümümiyyetle,esl deridendi ya yox.Bele bir duaqabı pak sayılırmı,onun içine aye qoymaq caizdirmi? ALLAH Sizden Razı Olsun ve Sizi hifz Elesin
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Müsəlman bazarı halaldır. Ayəni qoymaq olar.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Salam. Yemək qırıntısının boğaza getmesinden emin olmayan şəxsin orucu batildi? Daha çox ehtimal bu qırıntının udulmadığıdı
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Batil deyil.
Sual: Sualı ünvanladı Punhan: Salam men Sistani agaya teqlid edirem sualim budurki men cox sekk edirem hettda Namazda necenci ruketde oldqm yadmdan cixir men ne etmeliyem?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Rəkət sayan möhürdən istifadə edin. Digər yersiz şəklərinizə də etina etməyin.
Sual: Sualı ünvanladı Punhan: Salam yaşadqm ölkənin qanunlarna görə adnda heç bi mülkiyət olmyan adam sosyal yardm düşir və bu işi sənədləşdirməg üçün pul isdyirlər bunun hökmi nədir rüşvət saylır.. Sistani agaya teqlid edrem zehmet olmasa cavablandirardiz. ALLAH komyiniz olsun.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Başqa yolla haqqınızı ala bilmirsizsə və yaxud başqa yol sizə başağrısı yarada bilərsə, onda eybi yoxdur.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Heyz olan müddet erzinde cume qusulu almaq olarmi?
Cavab: Salam. Ayətullah Behcət-dəftərxana: Bu ümidlə ki, Allahın razılığına səbəb olsun, onda olar. Bu şərtlə ki, ona zərəri olmasın.
Sual: Sualı ünvanladı Mərziyyə: Salam. 4 reketli namazın 3-cu reketinde tesehhud oxunub, ve salama kecmemis namaza davam edilib.neticede yersiz ve artiq 1 tesehhud oxunub namazda. Vezifemiz nedir? secdeyi sehv qilinmalidir? lütfen cavab verin
Cavab: Salam. Bu sualı digər mərcei-təqlidə ünvanlamışdız. Suala cavab verilib.
Sual: Suali ünvanladı Merziyye: Salam. 4 reketli namazın 3-cu reketinde tesehhud oxunub, ve salama kecmemis namaza davam edilib.neticede yersiz ve artiq 1 tesehhud oxunub namazda. Vezifemiz nedir? secdeyi sehv qilinmalidir? lütfen cavab verin
Cavab: Salam. Bu suala Sistani ağanın dəftərindən cavab alıb yazmışıq. Aşağıya baxın.
Sual: Sualı ünvanladı Aybəniz: Sual: 4 reketli namazın 3-cü reketinde teşehhüd oxunub ve salam deyilmeden yada düşüb ki,hele 4-cü reket de qilinmalidir ve namaz davam etdirilib... bu sehve göre namaz tezelenmelidir ya secdeyi-sehv kifayet eder?
Cavab: Salam. Ayətullah Sistani dəftərxana: Səhv-səcdəsi edin.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı