www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Ruqeyya: Salam Aleykum: 1)Mohursuz Namaz qilmag duzgundurmu? 2) Tesbehi her Namazda cevirmek lazimdir yoxsa gunde bir defe? 3) Birdeki insanin icinden bir ses gelmesi ve onu hemiwe dogru yola yoneldmesi pis isler edeceyi halda o icindeki sesi esidib o sehvleri etmemesi kimi hissler dogru ola bilermi yoxsa Insanin oz hissleridi? Bagislayin bir sualdan artig sual verdim cox sagolun cavablandirdiginiz ucun Allah sizleri qorusun Allah sizlerden razi olsun.
Cavab: Salam. Ayətullah Behcət-dəftərxana: 1-Hökmən möhür olmalı deyil. Səcdə edilməsi caiz olan şeylərdən hansı birini istəsəz ondan istifadə edə bilərsiz.



2-Təsbehlə zikr müstəhəbdir. Haçan istəsəz edin.



3-Bu sual mövzuya aid deyil. Üzrlü sayın.
Sual: Sualı ünvanladı Rəna: Salam aleykum. Tərkibində "etil qida spirti" olan ərzaqları yemək olar?..çox sağolun
Cavab: Salam. Ayətullah Sistani dəftərxana: Əgər məstedici olmazsa və iki faizdən az olub həmin qidada itərsə, eybi yoxdur.
Sual: Sualı ünvanladı Nahid: Salam əleykum Namazın dördüncü rkətində səəfən həmdi və sürəni demək namazı batil edir? Yoxsa səcdəyi səəf düşür?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Etməz.
Sual: Sualı ünvanladı Nahid: Salam əleykum Bir sualım var amma fiqhi məsələ deyl, zəhmət olmasa bu barədə bizə məlumat verərdiz. Yüksək elmli insanların namazlarına fikir vermişəm, məsələn "Fəqihlərin" adətən, demək olar hər zaman namazın axır rukusun, və axır səcdələrin zikrini uzadıllar Bu nəüçündü? Axırıncı ruku-səcdənın xususi fəziləti var? Əgəl bildiyiz varsa zəhmət olmasa bizədə məlumat verin. Allah razı olsun Vəssalamu əleykum və rəhmətullah
Cavab: Salam. Axırıncı rəkətdə sonuncu səcdəni uzatmaq müstəhəbdir. Amma sonuncu rüku barəsində nəsə məlumatımız yoxdu.
Sual: Sualı ünvanladı Nahid: Salam əleykum Nanazın 3-cü rkətində təsbihati ərbəni demək, 4-cü rkətdə fatihə sürəsin, namaz düzdü? İşkalı var?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Eybi yoxdur.
Sual: Sualı ünvanladı Nahid: Salam əleykum Kişilər "Sübh-Şam-Xüftən" namazını əvvəl 2-rkətin səsli qılmalıdır, bu vacıbdi yoxsa müstəhəb? Yalnız surələri səsli demək, ruku səcdəni pıçıltılı demək olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Yalnız həmd və surə səsli deyilməlidir və vacibdir.
Sual: Sualı ünvanladı Anar: Salam əleykum Namaz halında həmd və yaxud sürə yarıda, və yaxud tam olaraq yaddan çıxsa, həmçinin təşəhhüd və hər hansı bir zikr yaddan çıxsa nə etmək lazımdı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxasna: Yaddan çxan qeyri-rükn olarsa namaz batildir. Yəni, rüku, səcdələr və digər rüknlərdən olmazsa namaz batil olmaz. Təşəhhüd yaddan çıxarsa, əgər ayaq üstə qalxıb və hələ rükuya getməyibsə, əyləşib təşəhhüdü desin. Yox əgər artıq qalxandan sonra rükuya gedibsə, onda namaz bitəndən sonra əyləşib təşəhhüd desin. Yəni təşəhhüdü qəza etsin və daha sonra iki secdeyi-səhv etsin.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Salam sevdiyin qizin sekiline baxmaq olar sonra daniwmaq yaziwmaq olar birde ona baxmaq olar birde mute elemey ucun valideynin icazesi lazimdi
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Evlənmək niyyəti ilə baxmaq olar. Amma bu şey uzun müddətli deyil. Yəni, baxdın, bəyəndinsə, elçi göndər, kəbin kəsdir. Əks halda bu baxışlar, naməhrəmə baxışdır və haramdır.
Sual: Sualı ünvanladı Anar: Salam.ALLAI inkar eden vahabiye ateyise salam vermek desdamazi pozur?tesekkül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir, dəstəmazı pozmaz.
Sual: Sualı ünvanladı Anar: Salam.her vaxt süfrede su qoymaq günah sayilir?tewekkül
Cavab: Salam. Bu sual mövzumuza aid deyil. İki kəlmədə deyək ki, xeyir, günah sayılmır. Amma yeməyin ortasında su içmək bəyənilmir. Çünki cana ziyanlıdır.
Sual: Sualı ünvanladı Anar: Salam.deyirlerki Allahi elebil ki, görürkimi namaz qil dua et nece gözümüzün önünde nurdan ya nese abyekt yaratmaliyiq xais edirem bu barede aqamin açiqlamasin deyin.minnetdaram
Cavab: Salam. Sual mövzumuza aid deyil. Amma iki kəlmədə bunu deyək ki, siz nəsə təsəvvür etməyin. Çünki Allah heç nəyə bənzəməz. "Elə bil görürsən" deməkdə məqsəd odur ki, Allaha diqqətli ol.
Sual: Sualı ünvanladı Tapdıq: Salamun Aleykum sualimdan uzur isteyirem; qadina baxmaqin hokmu nedi; bezileri deyirler ki wevqet hissi taratmasa baxa bilersen birde evlenmek meqsedile qadina baxmaq olar: qabacadan tewekkur.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Şəhvət qəsdi ilə baxmaq haramdır. Evlənmək niyyəti ilə baxmağın eybi yoxdur. Şəhvət yaratmazsa hicabdan aşkar olan yer, yəni üz və əllərin görülməsinin eybi yoxdur.
Sual: Sualı ünvanladı Elnur: Salam Alekum bir sexs namazin təşəhhüdunde şekk ederse onun hökmü nədir ne etmelidir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər namaz bitibsə şəkkinə etina etməsin.
Sual: Sualı ünvanladı Rüqəyyə: Salam:1) Men bilmek isterdim dini musiqi ile Namaz qilmaq duzgundurmu? 2) Birde men hazirliga getdiyim ucun Namazlarimi vaxtinda qila bilmirem bezen catdira bilmiyib 2 ruket qiliram. Bu gunhadirmi? Bagislayin 2 sual verdim Ama mecburdum. Size cox tesekkur edirem Allah sizden razi olsun
Cavab: Salam. Ayətullah Behcət-dəftərxana:



1-Musiqini söndürmək sizin əlinizdədirsə, söndürüb qılın.



2-Namazı vaxtında qılın. Hazırlıqa getmək izn vermir ki, namazı qəzaya verəsiniz və ya 4 rəkət əvəzi 2 rəkət qılasınız. Bu iş olmaz.



Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Salam aleykum. Aganin fetvasi varki din alimi dovletden maas almasi caiz deyil? Eger varsa basqa muctehidin muqellidi olan ve dovletden maas alan birine iqtida etmek olar? Allah sizden razi olsun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Belə bir fətva yoxdur. Bir imam camaatın öz şərtləri var. Şərtlər yerində olarsa iqtida etmək olar.
Sual: Sualı ünvanladı Roual: Salam aleykum ve raxmatulla!1)Eger insan bir xanimla evli olmuyan gadinla, zina elese sora onnan evlene bilermi,aatasinnan icaze lazimdi almaz ya yox?gadin ozu ozunu dolandirir,hetta oz anasina atasina komek eliyir amma galmir olarnan meselen(mutadan maraxlaniram 2)eger insan evlili gadinla zina elese sonra o gadin oz erinnen boshansa onnan evlenmeye icaze var yoxsa olmaz?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana:



1-Evlənə bilər, bakirə olmadığı üçün atanın izni olmasa da əqdə girə bilər.



2.Yoxdur. Vacib ehtiyata əsasən haramdır.
Sual: Sualı ünvanladı Royal: salam alekum ve rahmatullah.1)eger insan onanizmnan meshgul olsa onun cezasi nedir?2)o ozu ozune cezasini vere bilermi,yani meselen taxtaynan ellerine vursun,eger ozu ozune ceza vermei olarsa ne geder vurmali nece defe vurmalidi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir, olmaz. Bu işi günah olduğu üçün tərk edin.
Sual: Sualı ünvanladı Leyla: Salam aleykum..Bilirem movzuya dair deyil sizi and verirem XANIM zehraya komek edin..gezmediyum hekim qalmiyib mende guclu urekdoyunme var..neynirem kecmir.hekimler diyur saglamsan..ibadet eliyede bilmurem..
Cavab: Salam. Bizim e-mail adresi ilə əlaqə saxlayın. Saytın aşağı hissəsində e-mail adresimiz mövcuddur.
Sual: Sualı ünvanladı Cavad: Salam Aleykum agalar,namaz qilmadan dunyasini deyisen insana Allah rehmet elesein demek olar?zehmet olmasa Seyyid Ali xamneyinin,ve Ayetullah Sistanin reylerini bildirerdiz.Allah razi olsun.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Müsəlmandı, olar.



Sayt tərəfindən: Bir sualın daxilində neçə dəftərxananın rəyi yazılmır.
Sual: Sualı ünvanladı Salam: Salam.ise girenden sonra 1 il tamam olmamis hemen işlediyi pula ev ve s.tikdirsem hemin tikiliye xüms düsür?yoxsa evi tikdirir ise girdiyi 1 il olandan sonra yerde qalan pulun xümsünü vermelidir? bu mene cox önemlidi xais edirem meni etrafli basa salin? ALLAH kömeyiniz olsun
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xüms gününüz çatana qədər qazancınızı ehtiyacınız olan ev tikintisinə sərf etsəniz həmin tikintinin xümsü yoxdur. Əgər ev sizin ehtiyacınız olan yaşayış üçün olmazsa, məsələn ticarət məqsədi ilə olarsa onda həmin tikintinin xümsü var.

Xüms gününə qədər ehtiyacınız olan ev üçün nə xərcləsəz, xəclədiz, yerdə qalan pul xüms gününə çatdıqda onun xümsü verilməlidir. Şəxsi ev tikintisi üçün ehtiyacınız olan pul xərclənmək halında olarsa həmin pulun da xümsü yoxdur. Məsələn usta işə başlayıb. Üç günə iş bitir. Bu gün xüms gününüzdürsə üç gün sonra ustaya verəcəyiniz məbləğin xümsü yoxdur. Çünki ustaya verəcəyiniz məbləğ xərclənmək halındadır.



Həmçinin xüms hesablamalarında xüms gününüz önəmlidir.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı