www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam əvvəlcədən təşəkkür edirik Hər gün boynuna qusul gələn nə etməldir yən boynuna gundə biraca məni olsa yən bir zələ ona qusul almaq lazımdır yoxsa yox vəya təyəmmüm alıb namaz qılmaq olarmı Təşəkkürlər Allah Razı Olsun 🤲🏻
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Əgər məni xaric olarsa qüsl almaq vacibdir. Hətta hər gün olsa belə. Lakin tez-tez qüsl almaq xəstələnməyə səbəb olarsa, xəstələnmək qorxusu olan günlər təyəmmüm etməlidir.

Təşəkkürlər.
Sual: Salam. Seyyid Əli Sistanı ağa milliyyətcə farsdir yoxsa ərəb. Allah sizdən razı olsun.
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Bu sual şəri hökmlərlə bağlı olmadığı üçün cavab verə bilmərik. Üzrlü bilin.

Təşəkkürlər.
Sual: Salam aleykum. Bildiyime gore xanimin icazesi olmadan məni ovratdan kenara tokule bilmez. Mazaxlaşarkən kişi boşalarsa bu haramdır ya yox? Ve xanımın bundan xeberi olmasa. Kişi bunu Bilerekden veya bilmiyerekden ederse ferqi yoxdur. Yəni daha açıx deyim cinsi elaqe olmadan hər hansı yolla kişinin xanimla birlikte olub boşalarsa bu haramdır?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Xeyir, haram deyil.

Təşəkkürlər.
Sual: salam evli qadinla zina etim qadin boşananan sora onla izdivac muveqeti izdivac etmeyi ebediyete qeder haram olduqunu fetva vermisiniz bu halda başqa mucdehite udul ede bilerem şiraziye ede bilerem
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Bu məsələdə başqa müctehidə udul etmək icazəli deyil.

Təşəkkürlər.
Sual: Salam Beləbir sual versem Menim Sevdiyim insan var oda meni sevir bu meselede qismetim odurmu onu nece örgənəbilerem o mənim heqiqetende qismetimdirmi
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Bu sual şəri hökmlərlə bağlı olmadığı üçün cavab verə bilmərik. Üzrlü bilin.

Təşəkkürlər.
Sual: Salam.Axir illər FatimeiZehra (e) vefatini 20gun oldugunu EyyamiFatime deyirler.Evveller amma birinci vefati 3gun o biri vefati ise 1gun deyirdiler.Sualim budurki hansi daha deiqiqdir 20gun gozlemeliyik ve ya 3gun ayri 1gun ayri? Zehmet olmasa cavab yazardınız
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Bu sual şəri hökmlərlə bağlı olmadığı üçün cavab verə bilmərik. Üzrlü bilin.

Təşəkkürlər.
Sual: serxoş meni qucaxladı opdu men bilmirdim ki o serxoşdu
Cavab: Salam.

Sual aydın deyil. Zəhmət olmasa bir qədər ətraflı yazın.

Təşəkkürlər.
Sual: Cahil bir insan şirk və küfr məsələsində üzrlü olarmı? cahil şəxsin şirk və əqidə məsələlərində üzrlü olduğuna dair dəlilləri ətraflı izah etməyinizi xahiş edirəm.
Cavab: Salam.

Bu sual şəri hökmlərlə bağlı olmadığı üçün cavab ver bilmərik. Üzrlü bilin.

Təşəkkürlər.
Sual: Olunun adina duz atmag dogrudurmu?
Cavab: Salam.

Ayətullah Sistani-dəftərxana:

Savab əməllər görüb dünyasını dəyişən şəxsə hədiyyə etmək olar. Lakin duz atmaq şəriətdə gəlməyib.

Təşəkkürlər.
Sual: salam aga zina etiyin qadinla izdivac etmey hokmu haramdi bezi alimler deyir olar men bu halda neynemeliyem teqlidim sizedi bu meselede başqa alime teqlid ede bilerem eyer evli qadinla zina dediler qadin boşananda sora onla izdivac etmey olar bu meselede başqa alime kecmey olar
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Bir kişi ərli qadınla və ya iddə halında olan qadınla zina edərsə onlar bir-birinə əbədi olaraq haramdırlar və izdivac edə bilməzlər. Bu məsələdə başqa müctehidə keçmək icazəli deyil. Lakin iddə halında olmayan və əri olmayan qadınla zina edərsə günahkar sayılsalar da bir-birinə əbədi haram olmurlar və izdivac edə bilərlər.

Təşəkkürlər.
Sual: Heyz quslunnan sora destemaz almadan namaz qilmag olarmi?
Cavab: Salam.

Ayətullah Vəhid Xorasani-dəftərxana:

Bəli, olar.

Təşəkkürlər.
Sual: Salam aleykum, men 10ilden coxdur ki evliyem ve yoldasimin ailesi ile birge yasayiram, qaynatam, qaynanam,yoldasimin bacisi usaglari(baldizim da bizle qalirdi, sonra aile qurdu) Men nece ildir onlarin xidmetinde dururam, her isteklerini, xoreklerini bisirir,evlerini yigisdir, menden istediklerini etmeye caliamisam. Qaynatamla, qaynanam cox qeddar, zalim ve fitnekar adamlardir. Nece defe menim aileme dava salib, hetta erime meni vurmaga vadar edibler, mene sozleri ile, hokumranliqlari ile nece ildir eziyyet verirlər, menim butun azadliqlarimi elimden aliblar, her hereketimi, emelimi soz edirlər, hamamda cimmeyime, ayaqyoluna girmeyime, gonag getmeyime, gezmeye getmeyime, yemeyime, paltar yuyub sermeyime, yatmagima, telefonla mesgul olmagima, hetta usaglarima terbiyye vermeyime qarisirlar, udaglarimla sert olmaga vadar edirler ki, terbiyyesiz olarlar, usaglarima verdiyim xorek ve meyvelerin onlara verdiyimle eyni oldugunu deyib soz sohbet salirlar, kusurler, men ozume mexsus pul ile ozume paltar ve ya yemeli seyleri gizlin aliram ki, soz sohbet olmasin, men oz evimde demek olar ki, her seyi gizlin edirem onlarin gorxusundan,hetta namazi uzun gilanda bele söz edirdilər, evvel nece il demek olar ki, tam onlara itaet edirdim, nese xorek yandiranda, yuxudan gec duranda ve s. meni danlayirdi qaynanam, meni aglamag tuturdu, ganim garalirdi, uzumde hiss olunurdu, menden kusurdu, hirslenirdi ki, mene sifet eleyir, mense tez gedib uzr isteyirdim, gucaglayirdim onlari ki barişsin menimle, bir sozle mene psixoloji o geder eziyyet veribler ki, men onlarin hamisini yazsam cox uzun olar,bir sozle bu on ilde tez tez evimizde dava saliblar, hamsisa yer cirk galanda, xorek gec bisende, usag neyise sindiranda, men cox yiklenmisem ki onlarin mene tutdugu iradlariduzeltmeye calisim, sonumda gprdum ki, bu insanlarin nefsi isteklerini yerine yetirməyə gudretim, sebrim catmir, gunu gunden eseblerim pozulur, usaglarimi doyurem, onlara vaxt ayira bilmirem, terbiyyesi ile mesgul ola bilmirem, butun gun is guc gorurem, onlarin isteklerini yerine yetirirem, boş vaxt olanda ise dincelmeye calişiram, uşaglarima iatediyim kimi digget ve vaxt, sebr ayira bilmirem, getdikce onlara etirazlar etmeye baslamisam, duzu demeye calişsam da bu defe dava duşur, hetta bezen özüme qesd etmeyi bele düşünmüşüm, heyat yoldasim ise hemise deyirdi ki onlari razi salmaga calisim, indi gorur ki, onlar demek olar ki fironluq edir, bezen dava edir onlarla, ama duzelmirler, men yoldasima dedim ki evimizi ayirsin, men daha doze bilmirem, yene onlara xorek vererem, hormet ederem, ama hec olmasa evim ayri olsun, taniş alimlerden sual edib ki, neylemelidir, şeri vezifesi nedir, yoldasima deyibler ki, atava teref tut, o goymasa evi ayira bilmezsen, kiraye cixa bilmezsiz, hetta dese xanimivi boşa gerek boşayasan, bu sizce düz fetvadir?
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Valideynlərin həddi-buluğa çatmış övladını öz xanımını boşamağa məcbur etməsi şəri baxımdan icazəli deyil. Əgər övladın ayrı yaşaması valideynlərin çətinliyə düşməsinə səbəb olmazsa ayrı yaşaması icazəlidir.

Təşəkkürlər.
Sual: Meyxanaya qulaq asmaq olarmı
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Ürfün nəzərində ləğv və insanı Allah yolundan azdıran və günah məclislərinə uyğun olan hər bir musiqi və mahnıya qulaq asmaq haramdır.

Təşəkkürlər.
Sual: Islamda agiz yolu ilə iliski icazelidirmi?
Cavab: Salam.

Ayətullah Sistani-dəftərxana:

Bu iş şəri cəhətdən öz-özlüyündə haram deyil. Lakin ciddi zərərləri olarsa və ya hansısa bir harama düşməyə səbəb olarsa icazəli deyil.

Təşəkkürlər.
Sual: Əssalamualekum tapılan pulun hökmü nədir.
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər pulun miqdarı 2.4 qr. gümüşün dəyərindən çox olarsa tapdığınız yerdə onun sahibini axtarmalısız. Tez-tez o yerə getməklə və ya elan yazmaqla və s. Axtarış müddəti bir ildir və bu müddət bitdikdən sonra və ya sahibinin tapılmasından məyus olduqdan sonra o pulu sahibinin adından sədəqə verə və ya sahibi tapılana qədər saxlaya bilərsiniz. Əgər sədəqə verdikdən sonra sahibi tapılarsa və sədəqəyə razı olmazsa özünüz onun pulunu verməlisiz.

Təşəkkürlər.
Sual: Aleykum Salam.Namaz gunde 3 defe qilinir ya 5 defe? Coxusu deyir birlewdirmek olmaz, vaxti-vaxtinda qilmaq lazimdi
Cavab: Aleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Zöhr və əsr namazını həmçinin məğrib və işa namazını ardıcıl qılmaq olar. Lakin hər birini öz fəzilətli vaxtında qılmaq daha yaxşıdır.

Təşəkkürlər.
Sual: Salam namazdan evvel iqame demek olarmi?
Cavab: Aleykum salam

Ayətullah Xamenei-dəftərxana:

Namazdan əvvəl iqamə demək təkid olunmuş müstəhəb əməllərdəndir.

Təşəkkürlər.
Sual: Salam. Bir qadın iddənin nə olduğunu bilmir və ikinci heyzin 3cü günündə bir kişi ilə müvəqqəti nikah bağlayır.heyz bitdikdən sonra görüşləri olur.bu kişi alim olur sadəcə birinci kişidən xəbəri olmur.bu evlilik haramdı?
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Bu nikah batildir və onlar bir-birinə əbədi haramdırlar.

Təşəkkürlər.
Sual: Salam aleykum . insan Allahda imkanli savadli ehli beyitin yolunda xidmet eliyen heyat yoldawi istiye biler . Bu dua qebul olar Yoxsa ALLAH oz istediyi heyat yoldawini qismet eliyer . Ve hacetimin qebulu ucun imam huseyni Allaha and vere bilerem o hacetim awura gecesine qeder qebul olsun ? Bele duam duzdu
Cavab: Aleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Bu sual şəri hökmlərlə bağlı olmadığı üçün cavab ver bilmərik. Üzrlü bilin.

Təşəkkürlər.
Sual: Dovşanin necaseti necisdirmi ?
Cavab: Salam.

Ayətullah Xamenei-dəftərxana:

Bəli, nəcisdir.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı