www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Novruz: Sistai ağanın rəyinə əsasən ikinci və üçüncü Qədr gecələri Azərbaycan təqvimi ilə ayın neçəsinə düşür?
Cavab: Salam.



Sayt tərəfindən: Bu suala aşağıda cavab verilib. Lütfən cavabların içinə baxın. Qədr gecələri bitib. Yeni cavab almaq problemdir. Aşağıya baxın, hesablayıb, özünüz təyin edin.
Sual: Sualı ünvanladı Kamil: 1.Salam-Aleykum.men orucluqnan bagli sual vermek isteyirdim.bilmek olar siqaret cekilen yere girdikde siqaretin tustusunu deyil, iyini hiss etmek orucu batil edir. 2. İstimna ile cünub olmuş bir şəxs qusldan sonra dəstnamaz almadan namaz qıla bilərmi? 3.salam aleykum: her il ramazan ayinda olan ferqli nezerlere gore oz teqlidmi deyishe bilerem ? Sistani aganin muqellidiyem, Xamneyi agaya teqlide kecmek isteyirem, eger mumkun deyilse xaish edirem teqlidi deyishmeyin yolunu deyerdiz ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:



1-Xeyir, etmir.



2-Bəli, qıla bilər.



3-Sayt tərəfindən: Mercei-təqlidi dəyişmək üçün gərək təzə mərcei-təqlid, əvvəlki mərcei-təqliddən ələm olsun. (Yəni üstün, yəni ən üstün kimi bilirsinizsə ona təqlid etməlisiniz.)
Sual: Sualı ünvanladı Sahil: Sualim Xamenei agayadi musteheb qusullari alanda destemaz almaga ehtiyac var? amma sistani agada yoxdur.Bu meselede sistani agaya udul ede bilerem?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, dəstəmaz lazımdır. Udul etmək olmaz, ağanın fətvası mövcuddur.





Diqqət, Diqqət! Sayta bir sıra suallar gəlmişdi ki, cavabı yubanmışdı. Həmin cavablar bugün sayta çıxdı. Arxivdəki son 150 sualın arasına nəzər salın. Son 3-4 gündən (17-18 iyuldan) öncə göndərilmiş bütün cavablar sayta çıxıb.



Həmçinin, bundan sonra bir sualın daxilində yalnız bir suala cavab veriləcək. Qatışıqlıq düşür, problem yarana bilər. Bir sualın daxilində bir neçə sual yazmayın. Əfv edin.
Sual: Sualı ünvanladı Malik: 1.Bir dostum var idi. Sonra dostlugumuz pozuldu. Ona vaxti ile men pul ve xeyli hediyye olaraq esya vermisdi. Amma o indi istemir ki o verdiklerinden istifade edim. Onalardan sitifade istifade etsem gunahdirmi? Pulunu da vermemisem heleki. Ne edim? 2.Salam Aleykum ve Rehmetullahi ve Bereketuh. Sualima gore onceden uzr isteyirem ve xahiw edirem wexsi cavablandirardiz. Birde girursen aletden shehvet neticesinde bir nece deqiqeden sonra su rengsiz wire kimi az bir miqdarda cixir. Bilmek istiyerdim bu halda boynuma qusl duwur? 3.Sual: Salam aleykum her vaxdiniz xeyir.Aga Azeribaycan teqvimiyle ilk qedr gecesi ne vaxtdi? Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: 17 iyuldan 18 iyula keçən gecə ilk qədr gecəsi sayılır. BU sual agaya 100% verilibmi? Biz ayın 16- keçirtdik axı? Bu hökm təkcə Sistani ağaya aiddir. 4.Salamun aleykum InsAllah sualima tez bir zamanda cavab ala bilecem sualim beledirki.oruclu olarken eger qadindan cox az bir miqdarda qan gelerse(bulaniq bir sekilde hedsiz derecede az) bu aybasi hokmundendirmi?hemin qadinin orucu batil olurmu yoxsa orucunu davam etdirmelidirmi?evvelceden tesekkur edirem Allah razi olsun.
Cavab: Salam. Ayətullah-Sistani-dəftərxana:



1-Əgər sizdən tələb edirsə və onun verdiyi şey həminki kimi qalıbsa (əgər parça veribsə siz şalvar tikdiribsinizsə onda şamil deyil) qaytarmalısız. Pul barəsində sual qaranlıqdır. Pulu borc vermişdi? Yoxsa necə? Sualı aydınlaşdırıb yenidən ünvanlayın.



2-Xeyir, qüslü yoxdur. (Sayt tərəfindən: Sualın şəxsi olmasını biz təyin edirik. Bu sualda bir problem yoxdur.)



3-Sayt tərəfindən: Biz dəftərxananın dediyini sizə çatdırırıq. Dəftərxana da ağanındır. Onlar ağanın nəzərini çatdırmaq üçün oranı təsis ediblər.
Sual: Sualı ünvanladı Davud: 1.Mən bir nəfərdən pul oğurlamışam. Özünə deməyə utanıram.O pulu onun adından sədəqə versəm olarmı? Özünə deməyə xəcalət çəkirəm. Həm də istəmirəm boynumda haqqı qalsın. Nə edim? Cavab:Salam. Ayətullah Sistani-dəftərxana: Özünə qaytarın. Utanırsızsa, ona hədiyyə kimi verin. Xülasə bir yolla pul həmin insanın özünə çatmalıdır. Siz bu sualın cavabında dediniz ki gərək pul şəxsin özünə çata. O başqa şəhərdədir, o pulu onun adından sədəqə verə bilərəm? 2.Sistani aganin fetvasina esasen bu il Ramazan Azərbaycan təqviminə əsasən ayin necesi baslamisdi? 3.Ailəmiz əhli sünnədir.Əhli sünnə olan bir toplumda yasayiram.Biz də hər il Ramazan bir iki gun ferq edir. Yəni şiələr oruc olanda biz bayram edirik. Mən də həmin günü oruc tuta bilmirəm. O günün sadəcə qəzasını tutmalıyam ya kəffarə də gəlir boynuma. 4.Bir oglan mənim sevdiyim ve aile quracagim qiza soyus soyub. Ona qarsi vezifem nedir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:



1-Xeyir, özünə çatmalıdır. (Məsələn, bank hesabını tapıb, pulu hesabına köçürün.)



2-Bugün Ramazanın 23-cü günüdür. Bu 22 iyula təsadüf edir. (Qalanın özünüz hesablayın)



3-Çalışın həmin gün səfərə çıxın, sonra orucu açıb qayıdın. Yaxud o iki günü tam səfərdə keçirin ki, sizə oruc vacib olmasın. Yox əgər bunlar mümkün deyilsə, təqiyyəyə əsasən o iki günü orucu pozmağınızın eybi yoxdur. Sonra 2 gün qəza edin. Kəffarəsi yoxdur.



4-Pislikdən çəkindirmək, yaxşılığa dəvət. Həmçinin mömin möminin abırını qorumalıdır. Amma vurmaq və bukimi şeylər caiz deyil.



Diqqət, Diqqət! Sayta bir sıra suallar gəlmişdi ki, cavabı yubanmışdı. Həmin cavablar bugün sayta çıxdı. Arxivdəki son 150 sualın arasına nəzər salın. Son 3 gündən (17-18 iyuldan) öncə göndərilmiş bütün cavablar sayta çıxıb.
Sual: Sualı ünvanladı Nahid: salamun əleykum sual Əgər bir Mücdehid verdiyi fitvada xəta edərsə günahı kimin boynundadı Müctehidin ya Müqəllidin və əgər müqəllid bir məsələdə Müctehidinin fitvasını anlamayıb şübhə edərsə həmən məsələdə ehtiyad edə bilərmi ya başqa Müctehidə təqlid etməlidi
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ələm bilib təqlid etdiyiniz mərcənin hökmünə əməl etməlisiz, anlamasaz belə. Öz müctehidinizin fətvası olan yerdə digər müctehidə keçə bilməzsiniz.



Sayt tərəfindən: Möhtərəm oxucu, İslamın hökmlərinə itaət lazımdır. Anlamasaq belə. Çünki biz İslamı haqq bilib iman gətirmişiksə, indi vəzifəmiz itaətdir. Hər hökmü anlamaq hər insanın işi deyil. Onçun vəzifənizə əməl edin. Yəni ələm bilib təqlid etdiyiniz mərcənin fətvalarına əməl edin. Ələm bilməyiniz yetər, hər hökmü anlamaq laızm deyil.
Sual: Sualı ünvanladı Farid: Salam Sistani agaya gore ramazan ayi nevaxt bitir
Cavab: Salam.



Sayt tərəfindən: Bunu indidən demək mümkünsüzdür. Vaxtında deyiləcək.



Diqqət, Diqqət! Sayta bir sıra suallar gəlmişdi ki, cavabı yubanmışdı. Həmin cavablar bugün sayta çıxdı. Arxivdəki son 150 sualın arasına nəzər salın. Son 3 gündən (17-18 iyuldan) öncə göndərilmiş bütün cavablar sayta çıxıb.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Salam aleykum Namazda rukuya gedendü mohure baxmaq lazimdir? Allah razi olsun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Yerdə olan iki ayağınızın arasına baxmağınız müstəhəbdir.
Sual: Sualı ünvanladı Elmar: Salamun aleykum . Sualim budurki: 1) azan ile iqame arasinda hansi dua oxuyum 2) heyvana haram tike vermek olarmi?
Cavab: Salam. Sualınız mövzumuza aid deyil. O "haram tikə" sualı aydın deyil. Ətraflı anladın.



Diqqət! Diqqət!

21 iyul tarixindən etibarən bir sualın daxilində yalnız bir suala cavab veriləcək. Bunu ona görə etdik ki, həm qatışıqlıq düşür və həmdə sual çoxdur, çatdırmaq olmur.
Sual: Sualı ünvanladı Hadi: Men 1 heftedi xesteyem.hende oruc tuturam. Bugun artiq bogazim sisib amma orucam.yeni seher bele deyildi. Mən indi ne elemeliyem?bir meslehet vererdin
Cavab: Diqqət! Diqqət!

21 iyul tarixindən etibarən bir sualın daxilində yalnız bir suala cavab veriləcək. Bunu ona görə etdik ki, həm qatışıqlıq düşür və həmdə sual çoxdur, çatdırmaq olmur.





Salam. Sayt tərəfindən, bu sualdan aşağıda bir çox suallar var ki, hələ cavabını ala bilməmişik. Amma bu qardaş xəstə olduğu üçün, onun sualını önə saldıq. Yəni növbəti cavablar bu sualdan aşağıda çıxacaq. Bu sualı görüb, deməyin ki, bura qədər olan cavabları oxumuşuq və bizim sualın cavabı hələki gəlməyib.



Ayətullah Xamenei-dəftərxana: Əgər təyin etsəz ki, orucun sizə, boğazınıza zərəri var, onda sizə oruc tutmaq olmaz.
Sual: Sualı ünvanladı Mahir: Coca-Cola içkilərini içmək olar? Belə bir halda ki onu içməklə biz İslam düşmənlərinə yardım etmiş oluruq.Həmdə ki, tibbi baxımdan bunun bədənə ziyan olmasını açq-aşkar göstərən subutlar mövcuddur. Siz nə buyurursunuz içək ya yox?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Əgər buna (İslam düşmənlərinə yardım etmiş oluruq) yəqininiz varsa, onda olmaz.
Sual: Sualı ünvanladı Lamiyə: 1.Salamun əleykum. Ayətullah Sistaninin vilayəti-fəqih barədə nəzərini bilmirik. Çox xahiş edirik, bizi məlumatlandırasınız. İkincisi isə budur ki, Vəliyye-fəqihə təqlid edənlər və etməyənlər üçün onun hökmünə itaət etmək vacibdirmi? 2.salam, mən ayətullah Hüseyni Sistani ağanı təqlid edirəm. Namazın vaxtına az qalmış olsa, məsələn 10 20 dəqiqə kimi və bu an saçım tamamən islanmış vəziyyətdə olsa (qeyd edim ki bir neçə dəfə belə olub) və bu an saçımı quruladıqdan sonra saçımın tam olaraq qurumadığını, saç diblərimin rütubətli olduğunu hissetsəm ancaq bu an quru əlimi saçımda gəzdirdikdən sonra saçımdan əlimə rütubət keçmirsə bu halda aldığım dəstəmaz səhihdirmi və ya bu dəstəmazla qılınan namaz səhihdirmi? 3.Salam aleykum qardaşlar.axirki mesajin acilmagin gozduyurum.evvela Allah razi olsun hamivizdan ki bele bir serait yaratmisiz bize.men bilmek isteyiremki siqarete tovbe eliyen insan nese keffare verib siqaret ceke biler ve yaxudda ki elektron siqaret ceke biler?Rehberin fetvasi lazimdi ve yaxudda Sistani aganin.cox sagol Allah razi olsun 4.Salam aleykum. Mən bilmək istəyirəm 5 yaslı qız usagın rəqsə, pioninaya qoymaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:



1-Bu suala verilən cavab kamil olmadığı üçün, həmin cavabı təqdim etmirik. Bu sualı növbəti fürsətdə, təkrar ünvanlayın. Kamil cavab alaq.



2-Əlinizin suyu, saçınızda qalmış nəmlliyə qələbə çalarsa, onda heç bir eybi yoxdur.



3-Çəkməyiniz olar. Kəffarə yoxdur.



4-Bu işlərin gələcəkdə fəsadı ola bilər. Buna görədə bu işi görməyin. .
Sual: Sualı ünvanladı Jalə: 1-Ewitdiyime gore biri senin yaxinivi oldurubse sende onun yaxinin oldure bilersen.amma Quranda insan olduremye icaze yoxdu lap gunahkarda olsa cunki belke sora tovbe edecey.mene bunu aydinlawdirmaq lazimdi.Xorasani aganin reyi olsa lap yaxsi olar (Vehid) 2. Vəhhabilər müsəlmanlar arasında ixtilaf yaradır, hər vasitə ilə İsalmı məhvinə çalışırlar. Bu şeytan ordusuna qarşı vəzifəmiz nələrdən ibarətdir. (Vehid) 3.Bəzi şiələr nadanlıq üzündən əhli sünnə müqəddəslərinə internetdə və ictimai yerlərdə küfr edir, söyür və lənət oxuyurlar. Bu da ki qarşı tərəfdə haqlı narazılığa, və dözümsüzlüyə gətirib çıxarır. Sizin bu məsələ barədə rəyiniz nədir?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana:



1-Sayt tərəfindən: Sual mövzumuza aid deyil, amma iki kəlmədə onu deyək ki, belə işlərdə müvafiq dövlət orqanlarına müraciət edilsin.



2-Onlar Nasibi olarlarsa nəcisdirlər. Onlarla rabitənizi kəsin.



3-Qeyd etdiyinzi kimi işləri görməsinlər.
Sual: Sualı ünvanladı İsmayıl: Salam.eger bir evde ata halal pulla haram pulu qatirsa bir birine ge onunla erzaq alirsa onu yemeyin hokmu nedi..cox tewekkur edirem
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Yemək olar, içində halal var deyə olar.
Sual: Sualı ünvanladı Baba: Allahın salamı olsun sizə. Ayətullah Behcətin adından belə deyirlər; Deyirlər ki, Ayətullah Behcətə sual verdilər ki, “Ağa bizə Hüseyn (ə) müsibətində qan çıxartmağı haram deyirlər.Sən bu barədə nə deyə bilərsən? Ayətullah Behcət deyib: Bu fiqhi məsələ deyil ki, mən ona halal və ya haram deyim.Bu əqidə məsələsidir, ürəkdən gələn bir məsələdir.Ürəyindən gəlirsə İmam Hüseynə (ə) əza saxlamaq, sənə İmam Hüseynə (ə) bu cür əza saxlmaq ürəyindən gəlirsə edəcəksən.Bu dəstnamaz deyil ki, deyim suyu burdan tökmə ordan tök.Bu fiqhi məsələ deyil.” Ayətullah Behcətə belə bir sual verilib? Və o bu suala belə cavab verib? Ayətullah Behcətin İmam Hüseyn əzasında qəmə vurub, qan çıxartmaq barədə fətvası necədir?
Cavab: Salam.



Sayt tərəfindən: Bu suallara Aşuraya yaxın cavab veriləcək. Üzrlü sayn.
Sual: Sualı ünvanladı Dərviş: Salamun aləykum. 3-Mən 10 ildir Bakıda yaşayıram, ancaq Yevlaxda doğulub 19 yaşıma qədər orda yaşamışam. Mən Yevlağa 10 gündən az müddətə getsəm oruc tutmalıyam və namazlarımı qəsir niyyəti ilə qılmalıyam? Ayətullah Fazil Lənkərani ağaya təqlid edirəm və Ayətullah seyid Əli Xamenei ağa və Ayətullah seyid Əli Sistani ağanın da nəzərlərini bilmək istərdim. Çünki ailəmdə də Xamanei və Sistani ağalara təqlid edənlər də var. Yəni onların da durumu mənim kimidir, ancaq ildə fərq var. Təşəkkürlər! 2-Əssəlamu aləykum, ipoteyka (Azərbaycanda verilən) halaldır? mən Ayətullah Lənkərani Ağa (r) a təqlid edirəm, ümumən şiə fiqihində ipoteka halaldır? 3-Hansı bitgiyə zəkat düşür?
Cavab: Salam. Ayətullah Fazil-Lənkərani-dəftərxana:



1-Əgər əvvəlki yaşadığınız yerə qayıdıb orada yaşamaq fikiriniz yoxdursa, onda siz orda müsafir hökmündəsiniz.



Ayətullah Sistani-dəftərxana: Əgər əvvəlki yaşadığınız yerə qayıdıb orada yaşamaq ehtimalınız yoxdursa, onda siz orda müsafir hökmündəsiniz. Bu şərtlə ki, il boyu, orda qalmağınız 90 günü ötməsin. Əgər 90 günü ötərsə, onda 10 gündən az qalsanız bələ, namazlırınız tamdır və orucunuzu tutmalısınız.



Ayətullah Xamenei-dəftərxana: Əgər əvvəlki yaşadığınız yerə qayıdıb orada yaşamaq fikiriniz yoxdursa, onda siz orda müsafir hökmündəsiniz.



2-Sayt tərəfindən: İpoteka barəsind açıqlama verin və sualı yenidən ünvanlayın ki, cavab alaq. Üstündə faiz alınır ya yox?



3-Buğda, arpa, xurma, kişmiş.

Sual: Sualı ünvanladı Kərim: Salam alekum ramazan ayiniz mubarek Allah oruc namazlarinizi qebul etsin inseallah.amin.Bir sualim vardi men Xamenei agaya teqlid edirem bilmek isteyirem eger ata haram pul qazanirsa övladin bawqa dolanmaq imkani yoxdusa atanin puluyla dolanirsa övlad da haram yemis sayilir? 2. İmam Hüseyn (ə) müsibətində zəncir vurmaq və bu kimi işləri etməklə cana ziyan gəlsə bu işin hökmü necədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:



1-Belə olsa, bəli, övlad da haram yemiş sayılır, gərək haramdan yeməsin. Yox əgər haram ilə halal qatışmış olarsa onda övlad yeyə bilər, caizdir.



2-Zəncir vurmaq caizdir. Amma zəncir adi, normal zəncir olsun.
Sual: Sualı ünvanladı Anar: Salam aleykum mən bir hədis eşitmişəm həmin hədisdə ömründə 1cə dəfə belə olsun müthə eləməyən şəxs qiyamət günü ömərin dəstəsindən olar deyilir ağa bu nə dərəcədə düzgündür in şa Allah haqqı sizdən öyrənmək istərdim çünki mən Əli (ə)ın aşiqiyəm və qiyamətdə də onunla məşhur olmaq istərəm
Cavab: Salam.



Sayt tərəfindən: Sual mövzumuza aid deyil. Amma iki kəlmədə bunu deyək ki, Əllamə TəbaTəbai "Sünənün-nəbi" kitabında İmam Sadiqin (ə) dilindən belə nəql edir: İstəmirəm peyğəmbər sünnələrindən olan bu sünnəyə əməl etmədən hansısa müsəlman dünyadan köçsün.



Müddətli nikah müstəhəb əməllərdəndir. Necə ki, müddətsizi nikaha da dinizim çoxlu savab vəd edir.
Sual: Sualı ünvanladı Hidayət: Qardaşım sünnidir. 1-O məndən şəri sual soruşduqda mən də məcbur olub əhli sünnə fiqhinə -əqidəsinə uyğun cavab verirəm.Bu mənim üçün günah sayılır? Sistani aga 2.Kəndimizdə Ramazan ayı münasibəti ilə təravih namazı qılınır.Mən şiəyəm amma onlar bilmirlər.Məni dəvət edib pişnamaz qoyurlar. Deyirlər namazı sən qıldır bizə. Mən necə edim. Namazı hansı niyyətlə qıldırım? Təravih niyyəti ilə ya başqa bir niyyət edim? O niyyətlə qıldırsam günah olmaz ki? Sistani aga 3.salam qusulu pozulmus(boynunda vacib qusl olan biri) heyvan kese bilermi? ve hemin vaxtda kesdiyi et halal sayilirmi?( Sistani aga)
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:



1-Xeyir, günah sayılmır.



2-Camaat niyyəti etməyin, müstəhəb niyyəti ilə qılın.



3-Kəsə bilər, həmin ət halaldır.
Sual: Sualı ünvanladı Nahid: salamun əleykum sual əgər arvad heyizdi olduğu halda ərinə qəsdən və ya bilmədən heyizdən qurtardım desə və əridə onunla yaxınlıq etsə cinsi əlaqə əsnasında və ya sonra anlasa ki, arvad hələ heyizdidi o halda kəffarə verməlidirmi kimn boynundadı əgər arvadı onu qəsdən aldadıbsa ona cəza verə bilərmi sağ olun ALLAH RAZI OLSUN
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bilərəkdən olsa bu kəffarə qadının boynundadır. Bilməyərəkdən olsa, kəffarəsi yoxdur.

Qəsdən edibsə belə, bu işə görə cəza vermək olmaz.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı