www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Rauf: Salam.Allah kömeyiniz inshallah...Bilmek isteyirem.ayatullah Sistani risalesinde yazilib ki namaz vaxtina cox az vaxt qaldiqda insan cenabet quslu evezinden teyemmum edib namaz qila biler.gunorta namazina 5 deqiqe qalmis teyemmum etdim namaz qildim.Namazim duzgundurmu.tesekkurler.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu işə yalnız o vaxt icazə verilir ki, şam azanına qədər olan vaxtda su tapmayacağınıza yəqininiz var.
Sual: Sualı ünvanladı Makı: salam.Xanim var eri onu namaz qilmaqa qoymur,hetta namaza gore doyur onu,xanim namazi nece qilsin?,umumen xanim bu yerde ne etmelidi?? xahis edirem cavab yazardiz
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Namazı elə qılsın ki, onu ibadətə görə incidən kəsin bundan xəbəri olmasın. Yəni onun gözü qarşısında qaılmasın.
Sual: Sualı ünvanladı Mehdi: Salam. Men ishde oturdugum otaqda tek deyilem, bir nefer var mennen bashqa. Ondan bu gun sorushdum Allahi inkar edirsen? dedi, inkar etmirem, bilirem nese var, amma Allah kimi qebul etmirem. hech bir din terefdarida deyilem, dedi. menim sualim beledi, men her gun onunla salamlashiram ve sagollashiram, biz elnen gorushende menim destamazim pozulur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: O insan kafir hesabında deyil və nəcis (murdar) sayılmır. Dəstəmazınıza da bir maneəsi yoxdur!
Sual: Sualı ünvanladı Anar: Salam xais edirem yazilan suallara cavab yazasiniz
Cavab: Salam. Bağışlayın bir sıra problemlərə görə işləyə bilmirdik. Cavablar gecikdiyi üçün üzr istəyirik!
Sual: Sualı ünvanladı Anar: Salam sesdi namazlari bilmeden ahesde qilmaq namazi batil edir edirse qezasi var
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bilmədən olarsa namaz batil deyil!
Sual: Sualı ünvanladı Şahnaz: Salam. Aga hansi musiqilere qulaq asmaga? Ve hansi weraitde oynamaga icaze verir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qadının qadınlar məclisində oynaması olar, lakin bir neçə şərtlərlə:



1-Oynayan qadınla birgə bir neçə nəfər oynasa və o məclisin halına "rəqs məclisi" sözü şamil olsa, onda haram olur.

2-Rəqs musiqisiz olmalıdır, çünki bədəni oynadan müsiqi haramdır.

3-Xanım elə oynamamalıdır ki, ona baxan xanımlar şəhvətə təhrik olsunlar.



Fəsad məclislərinə uyğun olmayan müsiqiləri dinləmək caizdir.
Sual: Sualı ünvanladı Makı: Men ozumu gulle qabagina vere bilerem? Meselen yaxin bir dostuma? veya ovladima deymesin amma mene deysin deye. Bu gunahdir?
Cavab: Salam. Sual mövzumuza aid deyil, üzrlü sayn və əfv edin!
Sual: Sualı ünvanladı Anar: Salam heçkim görmese yeni öz ailenden basqa üzümü ülgücle qirxa bilerem tewekül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr, olmaz!
Sual: Sualı ünvanladı Cavid: Salam aleykum.men ramazan ayinda imsaki yeyenden sonra bogazimda yumurtanin sarisinin toz halinda qaldigini bildim bu qida ne bogazdan asagi getdi nede cole rahat cixdi seher olanda ama bacardigim qeder cole cixartdim ama yene qaldi indi men bilirem bogazimda qida qalib udqunanda bu qida asagi gede biler indi menim tutdugum orucun hokmu nece olacaq?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Orucunuz səhihdir!
Sual: Sualı ünvanladı Hizbullah: bismillah salamun aleykum ... men bilmek isteyirem ki 2 il bundan qabaq qirayetsiz qildigim namazlarin qezasini etmeliyem?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər belə fərz edibsinizsə ki, namazlarınız düzgündür, onda qıldığınız namazlar səhih hesabındadır.
Sual: Sualı ünvanladı Emin: Salam. Birine cadu edibler o ne etmelidi?
Cavab: Salam. Sual mövzumuza aid deyil, amma iki kəlmə bunu deyə bilərik ki, təqvalı alimlərdən birinə müraciət edib, probleminizi danışın. O sizə yol göstərər!
Sual: Sualı ünvanladı Anar: Salam xüften namazinin niyetin xütfen demek yeni t ve f herifinin yerin deysik demisem bilmeden 1 il namazimi bele qilmisam tewekül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Namazlarınız səhihdir!
Sual: Sualı ünvanladı Makı: Salam. Bu sulai yazmisdim amma muctehid secmeyi unutdum. Odur ki yeniden yaziram. Biz kend yerinde yasayiriq. Bezi heyvanlar sican kimiler bize ziyan vurur.Bu cur heyvanlari dermanla mehv etmek olarmi? Her hansi bir gunahi keffaresi varmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu işi görməyiniz caizdir.
Sual: Sualı ünvanladı Makı: Salam. Oturaqli namaz qilanda da ayaq barmagin ucu yere deymelidi ya ferqi yoxdu stolda qilanda? Zehmet olmasa cvlandirin. Xamneyi agadan..
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, barmaqlar yerdə olsun!
Sual: Sualı ünvanladı Mahir: Əs-salam əleykum.Bizdə rayonda Qurban bayramında 1 nəfər 1 inək kəsir.və qabaqcadan 15-20 nəfər o inəyə şərik olur.Qurban bayramında bu inək kəsildiyində inəyin əti o 15-20 nəfər arasinda bərabər paylanır.yəni əgər inəyin əti 60 kq gəldisə, hər adama 3 kq ət verirlər.və hərə özünə düşən payın məbləğini ödəyir.bu usuldan istifadə doğrudur mu? yəni bu usulla ət alıb yeməyin hökmü nədir?
Cavab: Salam. Sual mövzuya aid deyil. Lakin iki kəlmə bunu deyə bilərik ki, eybi yoxdur.
Sual: Sualı ünvanladı Maki: Salamun aleykum bir sualim var xahiw edirem cavablandirasiniz sualima gore bagiwlayin hamamda cimerken deyirler alt geyimi olmalidir bilmek isteyirikki alt geyimi olsada insanin butun beden uzvleride ottulmelidirmi? Sistani agaya teqlid edirik tewekkurler.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: İnsanın öz övrətini şəhvət qəsdi olmadan görməsi caizdir!
Sual: Sualı ünvanladı Mahir: Salam. Kirve olmagin dinle elaqesi varmi ve varsa bir musalman neche musalman ushaqa kirve ola biler? Muctehid Sistani aga. Evvelceden Teshekkurler
Cavab: Salam. Sual mövzuya aid deyil, üzrlü sayn və əfv edin!
Sual: Sualı ünvanladıı Malik: Salam aleykum. bilmek istiyiremki sidik paltara ve bedene deydikde ustume qsul etmek duşur? Allah razı olsun
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Sidik dəyən paltar ya bədən üzvü kür su ilə bir dəfə, qəlil su ilə iki dəfə suya çəkilməlidir və bu işə görə qüsl verilməz.
Sual: Sualı ünvanladı: (Ad qeyd olunmayıb) Sualim oduki men uzaq yol uchacam 11 saat ferq var men yolda olanda namazi nece qilmaliyam?hansi vaxtla?
Cavab: Salam. Ayətullah Sistani dəftərxana: Namaz vaxtı ötdüyünüz məntəqənin vaxtı ilə.
Sual: Sualı ünvanladı Anar: Salam sualim mövzuya aid olmasada xais edirem cavablandirasiniz sizce quran aralatmaq sonra mollalar dua yazirlar meselen nezer mehribançiliq ve saire bunlar olur düzdür xais edirem izah verin mennen sorusurlar cavab vere bilmirem tesekùl edirem
Cavab: Salam. Sayt tərəfindən: Quran açmaqla istixarə etmək adlı bir həqiqət var, lakin bu Qurandan tam biliyi olan alimlərin işidir.



Dua yazmaq da mövcuddur və həqiqətdir, amma bu yolda olan fırıldaqçılardan da ehtiyatlı olmaq lazımdır.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı