www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam, İki sevən şəxs evlənənə kimi, harama düşməmək üçün siğə etdirə bilərlər?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər qızın atası və ya babası(atasının atası) bu işə icazə verərsə bu iş icazəlidir.

Təşəkkürlər.
Sual: Salam namazda secdede wekk eledim bilmedim birincideyem ya ikide ne etmeliyem
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər insan növbəti rəkət üçün ayağa qalxmazdan və ya təşəhhüdə daxil olmazdan öncə səcdənin sayında şəkk edərsə gərək daha bir səcdə yerinə yetirsin. Əks halda şəkkinə etina etməməlidir.

Təşəkkürlər.
Sual: Salam. Zehmet olmasa deyerdiz şebeke marketinqi caizdir? Biz gündelik telabat mehsullarinin satişini edirik (şampun, sabun, diş fircasi, etir, krem ve s) bütun mehsullar 23% endirimle gelir üzvlerimize, kataloq qiymetlerimiz de market qiymetlerine uyğundu ve online şekilde diger insanlari da devet edib şebeke qururuq, vergi de odeyirik fealiyyet gösterdiyimiz dövletlere ve resmi şekilde maaş da veririk insanlara. Kim ki, vacib olan o dövriyye heddini toplayib. Bu işe insanlari göturende de bütun imkanları ve şertleri başa saliriq qarşılıqlı razilaşma ile onlar işe başlayır. Bu cür biznes haramdımı?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər deyilən bu marketinq növündə, kiminsə haqqı taptalanmırsa və ya aldadılmırsa, bu növ ticarət haram sayılmır.

Təşəkkürlər.
Sual: Salam Aleykum. Sualım budur: insanda həddi buluğ əlamətlərinin 1-i olarsa o həddi buluğa girmiş sayılır? Yoxsa hər bir əlamət olmalıdır? Məsələn 15 yaşdan öncə həddi buluğa girmək olar?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Oğlanda həddi-buluğ əlamətlərindən biri olarsa, bu onun həddi buluğ olması üçün kifayətdir. Odur ki, oğlanların 15-yaşdan tez həddi buluğ olması mümkündür.

Təşəkkürlər.
Sual: Salam yaş başla namaz qılmaq olarmı?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bəli, olar.

Təşəkkürlər.
Sual: Salam.Hacət namazı qılıb 3,7 və ya 100 dəfə (Əstəxiru bi rəhmətikə) dedikdə Allah o namazda edilən duanı xeyir olmasa belə xeyirə çevirib verməyi düzgündürmü?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bağışlayın, biz yalnız əhkamla bağlı sualları cavablandırırıq.

Təşəkkürlər.
Sual: Salam.Mən yoldaşımla qanunla boşanmışıq.Amma yoldaşım mənə talaq vermir və mən yeni həyata başlamaq üçün ondan talaq istədim qəti sürətdə verməyəcəyini söylədi.Mən nə edə bilərəm?Bu nə dərəcədə doğrudur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Təlaq vermək kişinin ixtiyarında olan məsələdir. Bu məsələdə onun razılığı alınıb təlaq verilməlidir. Əgər kişi səbəbsiz yerə təlaq vermirsə və əziyyət edirsə, şəri hakimə müraciət edilməlidir.

Təşəkkürlər.
Sual: Salam, qusul ya dəstəmaz alanda su başın saçdarına dəyməsi vacibdir, müstəhəbdir ya necə?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Qusl alarkən vacibdir ki, su başın tüklərini islatsın.

Amma dəstəmaz alarkən suyun başın tüklərini islatması lazım deyil. Yalnız başa məsh çəkərkən əgər məsh yerində tük varsa onun üzərinə məsh etmək olar.

Təşəkkürlər.
Sual: Salamun Aleykum .muvəqqətu əqid vaxdı bitdikdə eyni insanla təkrar muvəqqəti əqid bağlamaq olar? Və bunun üçun iddə vaxdı gozlənilməlidi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Müvəqqəti əqdin müddəti bitdikdən sonra eyni adamla yenidən istər müvəqqəti, istərsə də daimi əqd bağlamaq olar. Və iddə saxlamaq da lazım deyildir.

Təşəkkürlər.
Sual: salam namazı möhürlə qılmaq vacibdirmi? əgər möhürlə qılınmazsa o namaz batil sayılır?
Cavab: Salam. Ayətullah Xamnei- dəftərxana:

Səcdə etməyin icazəli olduğu əşyalar üzərinə səcdə etmək vacibdir. Əgər kimsə üzərinə səcdə etmək icazəli olmayan əşyanın üzərinə səcdə edərsə namazı batildir. Üzərinə səcdə etmək icazəli olan əşyalar aşağıdakılardır:

Torpaq, daş və yerdən bitən lakin insanlar tərəfində yeyilməyən bitki, ağac və onun yarpaqlarına səcdə etmək olar. Yeyilən və geyinilən əşyalara səcdə etmək düzgün deyildir. Həmçinin qızıl, gümüş və firuzə kimi mə'dən məhsullarına səcdə etmək düzgün deyildir. Lakin mərmər və qara daş kimi mə'dən daşlara səcdə etmək olar.

Bu haqda dəha ətrahlı məlumat üçün risaləyə müraciət edin.

Təşəkkürlər
Sual: Salam ağa paltar yaş olduqda namaz qılmaq olarmı? Bu namazı batil edirmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər paltar pakdırsa, yaş və ya quru olmasından aslı olmayaraq onunla namaz qılmaq olar.

Təşəkkürlər.
Sual: Salam indi mən dözməyib özümü boşaltmisam indi mən neynəməliyən
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Etdiyiniz bu günaha görə tövbə etməlisiniz. Həmçinin ibadətlərinizi yeyinə yetirmək üçün cənabət quslu almalısınız.

Təşəkkürlər
Sual: Salam Musiqi haqqında aga nə deiyir bu dini toylarda musiqi calılar bu düzdürmü bunlar icazəlidirmi
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər ifa olunan musiqi haram məclislərdə ifa olunan musiqilərə uyğun deyilsə, haram deyildir.

Təşəkkürlər.
Sual: Meyyit dəfni zamanı gözə torpaq tökmək mənası
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bağışlayın, biz yalnız əhkamla bağlı sualları cavablandırırıq.

Təşəkkürlər.
Sual: Salam bir qadınin kəbini geri oxunmamış başqa bir adama ərə gedib onunla da kəbin oxunub ondanda ayrılıb indi birinci kəbini keçərlidir ya yox
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Belə olan halda xanım başqası ilə evlənmək üçün gərək birinci həyat yoldaşından təlaq almalı və iddəsi başa çatdıqdan sonra başqası ilə evlənə bilər.

Təşəkkürlər.
Sual: Salam. Mən Rusiyada yaşayan xristian qızla ailə həyatı qurmaq istəyirəm. Amma qız və ailəsi xristian olsa da dindən uzaq adamlardı. Belə olan halda mən necə etməliyəm ki Allahın qəzəbinə düçar olmayaq. Yəni kəbin nigahla bağlı mənə yol göstərin necə edim.
Cavab: Salam. Ayərullah Xamnei-dəftərxana:

Müsəlman kişinin Xrististian xanımla daimi əqd bağlaması haramdır. Siz əgər onunla daimi evlənmək istəyirsinizsə onu İslam dininə dəvət edin və o, İslam dinini qəbul etdikdən sonra onunla daimi əqd bağlaya bilərsiniz. Və ya onunla müvəqqəti əqd bağlaya bilərsiniz, çünki müsəlman kişinin xristian xanımla müvəqqəti əqd bağlaması haram deyildir(əgər o, islamı qəbul etmirsə edə bilərsiz uzun müddətli məsələn: 10 il müddətinə müvəqqəti əqd bağlayasınız və müddət bitdikdən sonra edə bilərsiz (əgər İslam dinini qəbul etməyibsə) yenidən müvəqqəti əqd bağlayasınız. Çünkiəgər İslam dinini qəbul edərsə daimi əqd də bağlaya bilərsiniz).

Təşəkkürlər.
Sual: Salam aleykum.Xanim öz həyat yoldaşina qardaş deyə müraciyət edə bilər?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bu iş haram deyildir. Amma bu iş bəyənilməyən işdir.

Təşəkkürlər.
Sual: Salam xaiş edirəm sualımı tezlikcə cavablandırarsınız. Sual:Mən 12-13 yaşımdan (həddi-buluğa çatdığıma görə) bəri bu günə kimi namaz qılıram indisə mənim 17 yaşım var.Mənim sizə sualım budur ki mən 12-13 yaşımda istimna etmişdim.O zaman bilmirdim qüsl almağı və istimnanın günah və haram olduğunu və o gündən bu günə heç vaxt istimna etməmişəm.Mən istimna edəndən sonra bildim haramdır və günahdır.Mən istimna etdiyim gün namazımı qılmaq üçün niyyətim yəni pak olmaq idi çimdim və sonra namazımı qıldım.Mən cənabət qüslunu tam olaraq 16-17 yaşımda bilmişəm və nə zaman cənabətli olarsam qüsl alıb namazlarımı və ibadətlərimi edirəm.Mən öyrənmək istəyərdim ki,12-13 yaşlarımdan 16-17 yaşıma qədər etdiyim bütün ibadətlər qəza sayılır?(namazda orucda)
Cavab: Salam Ayətullah Xamnei-dəftərxana:

İnsanın boynuna cənabət quslu gəlibsə və insan hətta məsələni bilməməzlik üzündə qusl almadan ibadət edibsə, etdiyi ibadətlər batildir. Gərək qusulsuz yerinə yetirdiyi ibadətləri(məsələn: namaz və orucu) qəza etsin.

Amma cənabət qusl alıbsa, lakin qusulu səhv alıbsa(məsələn: Əvvəl sağ tərəfi, sonra baş və sonra sol tərəfi yuyubsa) və elə bilibsə ki, quslu düzgün şəkildə alır. Bu halda qıldığı namazlarını qəza etməlidir, lakin tutduğu oruclar düzdür və qəza etməyə ehtiyac yoxdur.

Təşəkkürlər.
Sual: Salam. Sualım nigahlar bağlıdı. Mən Rusiyada yaşayan xristian qızla ailə həyatı qurmaq istəyirəm. Dinimizə görə buna icazə verilir? Mümkünsə belə halda kəbin kəsilməsi xüsusi məqam varmı?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Müsəlman kişinin Xristin xanımla daimi əqd bağlaması haramdır. Amma müvəqqəti əqd bağlaya bilər.

Təşəkkürlər.
Sual: Salam. Övladıma mənlə yanaşı başqa qadında süd veribsə oda onun süd anası hesab olunur. Bəs bu halda övladımın süt ana və atası mənlə yoldaşıma haramdı? Mən övladımın süt atasının yanında hicablamı gəzməliyəm?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Uşağın süd anası ola bilər, amma süd atası adlı bir şey yoxdur.

Uşağın süd anası və süd anasının həyat yoldaşı yalnız uşağa məhrəmdir. Bu məhrəmiyyət uşağın doğma ata və anasına aid deyildir. Uşağın doğma ata və anası onun(uşağın) süd anası və onun(süd anasının) həyat yoldaşına naməhrəmdir.

Və gərək hicab və naməhrəm məsələlərinə riayət etsinlər.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı