www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Mahir: Men agir fiziki isde isleyirem. ele bir isdirki, oruc tutmaq mumkun olmur. islemesem dolanisigim cetin olur.menim vezifem nedi?
Cavab: Salam. Biz Ayətullah Sistani ağanın dəftərxanası ilə əlaqə saxladıq. Amma sual-cavabın çoxluğundan cavab ala bilmədik. Məcburuq sualı geri qaytaraq. Çünki hərgün yeni suallar gəlir. İki yolumuz var:

1-Saytı, təzə suallar üçün köhnə sualların cavabını alana kimi bağlayaq. Bu olmaz. Çünki başqa mərcələrdən cavab ala bilirirk.

2-Hər hansı mərcənin dəftərxanasından bizim sual geri qaytsa, biz də həmin sualı geri qaytaraq, qalsın sual sahibi digər münasib vaxtda, bu sualı təkrar ünvanlayar.



Ədalətli versiya 2-cidir. Belə təsəvvür edin ki, siz özünüz mərcei-təqlidinizin dəftərxanası ilə əlaqə saxladınız və cavab aldınız ki, hazırda cavab vermək imkanı yoxdur.



Bundan sonra sayt bu üslübla işləyəcək.
Sual: Sualı ünvanladı Anar: Salam.imamlarin.ve.peygenberlerin.sekillerin.evde.ve.telfonda.saxlamaq.neqeder.düzgündür.bu.barede.açiqlama.verin.xais.edirem.?.tewekür
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu şəkillər həqiqi deyil. Biz onları qəbul etməsək də onlara hörmətsizlik etmirik. Çünki onlar Əhli-beytə (ə) nisbət verilib deyə, hörmətsizlik etmirik.
Sual: Sualı ünvanladı Ramiz: namaz qılan zaman qiblədən neçə dərəcə fərqli tərəfə durmağa icazə verilir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ürfən üzüqibləyə olduğunuzu desələr, yetər.
Sual: Sualı ünvanladı Mahir: Salam әleyk. Gürcüstan möminәlәri adәtәn mübarək mövlüd vә ya әhli-beytin qәmli matәm günlәrindә mәrasim keçirir vә bu mәrasim lentә yazılaraq bәzәn dә youtube sosial şәbәkәsinә yerlәşdirilir. Amma mәrasim vaxtı möminә xanımlar kamil hicaba riayət etmәklә namәhrәm nәzәrini cәlb edәcәk heç bir hәrәkәt etmirlәr. Özlәrinin dә razılığı ilә bu video yazılar yayılır. Böyüyümüz Seyyid Әli Xameneinin fәrvalarına әsasәn bu iş haram deyil ki? Yәni bu video yazıların youtube-da yayılması. Әvvәlcәdәn Tәşәkkür!
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Razıdırlarsa işğalı yoxdu. (Əsas razılıq izni həmin qadınların kişilərinə məxsusdur.)
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): salam.biri bankdan pul goturub is qurmaq isteyir faizide coxdu yoldasimida serik edir.cox xahis edirem sulimi cavablandirin ordan gelen gelir halaldi yoxsa haram.
Cavab: Salam. Xanım bu suala cavab verilib. Arxivə baxın.
Sual: Sualı ünvanladı Cavid: salam aleykum.ramazan ayinda subh namazindan sonra yatib yuxuda cunub olub oyanib bilsenki qusl gelib boynuna ama qusl vermiyib qusl boynunda ola ola yatib oyanandan daha sonra qusl alsan oruc bu zaman pozular qeza ya keffare boynuma geler?
Cavab: Salam. Oyanandan sonra qəsdən yatıb, yoxsa bilmədən yuxuya qalıb? Bunu dəqiqləşdirin. Sonra biz cavab alaq.
Sual: Sualı ünvanladı Anar: Salam.qedir.gecesi.nece.niyet.edib.namaz.qilim.sonda.baqislanmaq.dileyim.niyetin.herifle.yazin.çox.xais.edirem.?tewekür
Cavab: Salam. Məsələn: Filan namazı qılıram qürbətən iləllah.
Sual: Sualı ünvanladı Salam: Salam.sizce.evvelden.vacib.oruc.tutmayan.indi.ba$laya.biler.artiq.5.günü.gedir.?tewekül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Olar.
Sual: Sualı ünvanladı Anar: Salam.müselman.ve.musurman.bu.sözlerde.ferq.nededir.?tewekül
Cavab: Salam. Heçbir fərqi yoxdur. Sadəcə deyilişdə fərq var.
Sual: Sualı ünvanladı İbrahim: SALAM ALEYKUM QARDAS.qardas men oruc tutmax istirem ama evde valideynler icaze vermir cunku iylunun21 instutu imtahanmdi deyirler zeifsen basin herlenre imtahandan sora tutuarsan men ne edim tutum ya imtahanan sora tutum orucu????
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Valideynlərin belə ixtiyarı yoxdur və sizə oruc vacibdir.
Sual: Sualı ünvanladı Şahnaz: Salam orucu bilmeden pozmağın qezası var? ama orucu tutmağa davam etdim batil etmedim?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bilmədən, bir şey yeyən və içən insanın orucu batil olmur.
Sual: Sualı ünvanladı Mahir: Namaz bitdikden sonra 3 DEFE ALLAH EKBERIN DEYILMEMESI NAMAZI BATIL EDIR?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyir, etməz.
Sual: Sualı ünvanladı Elcin: Yuxuda qadinla yaxinliq etmek boynuna qusul gelirmi?
Cavab: Salam.Ayətullah Sistani-dəftərxana: Əgər yuxudan ayıldıqdan sonra özünüzdən sperma xaric olduğunu görsəz, bəli, gətirir. Yox amma ayılandan sonra sperma xaric olmadığını müşahidə etsəz, heç bir üzr yoxdur.
Sual: Sualı ünvanladı Mahir: Bəzən elə olur kişilərin geyindiyi köynəklər qisa oldugundan, secdeye gederken bel nahiyeleri gorunur.Deyirler ki eger insanin ovret hisseleri namazda acilsa ve gorunse namaz batil olur. Bu duzdur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Kişidə bel övrət sayılmır və namaz səhihdir.
Sual: Sualı ünvanladı Mahir: Nerd oyunu haramdi? Qumar niyeti ile oynamiramsa. Hezz almaq ve basimi qatmaq ucun oynuyuram.
Cavab: Salam. Ayətullah Məkarim dəftərxana: Qumar aləti sayılmırsa haram deyil. Yox qumar aləti sayılırsa haramdır.
Sual: Sualı ünvanladı Aybəniz: Sualı ünvanladı Aybəniz: salam.Allah oruc ve namazlarinizi qebul etsin. subh azani 4 4.50 yazilib menim cedvelimde men de bu qayda ile gedirdim.amma bezi cedvellerde 4.32 yazilib hansi duzdu? men indi qeza etmeliyemmi?
Cavab: Salam. Siz araşdırın və hansı vaxtın düz olduğunu tapın. Əgər sizin istifadə etdiyiniz vaxt düz çıxsa, bu ki, çox yaxşı. Əks təqdirdə, sualı yenidən ünvanlayın və qeyd edin ki, "mənim istifadə etdiyim vaxt səhv çıxdı," və biz cavablandıraq.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Salam.biri mene qarsi haqsizliq etdi mende onun haqqinda mene yaxin olan birine onun haqqdinda danisdim sonra pesman oldum onun yanina adam gonderdim ki halaliq versin birinci vermedi sonra xeber gonderdi ki gelsin bura ozu istesin mende qadin olsa gederdim kisi oldugu ucun ayagina getmedim.amma omene halaliq vermesede men ona halaliq verdim.basqa neyleye bilerem
Cavab: Salam. Kiminsə qeybətin etdikdə ondan hallıq almağınız lazım deyil. Bu halallığın əvəzində Allahdan onun üçün bağışlanma diləyin. Amma əgər bu adam sizə zülm edibsə, zalımın qeybətini etməyin işğalı yoxdur.
Sual: Sualı ünvanladı Anar: Salam.müselman.musurman.bunlarin.ferqi.nedi.müselmani. basa.düsdük.bes.musurman?tewekür
Cavab: Salam. İkisidə eyni şeydir. Sadəcə deyiliş fərqidir.
Sual: Sualı ünvanladı Elzamin: Salam.Ferec duasinin metninde ya Erhemer rahimin cumlesi yoxdur bes bu cumleni demek caizdir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Duanın tərkibində deyil. Duadan sonra, ayrı zikir kimi deməyin işğalı yuoxdu.
Sual: Sualı ünvanladı Ekrem: ağa salam.mən Lənkərani ağaya təqlid eliyirəm.sizə sul göndərdim cavab gəlmədi məcbur oldum birdə yazdım.mən 2il bundan əvvəl gözümnən əməliyyat olmuşam.indi şükür yaxşıyam.ancaq gündəlik dərman qəbul eliyirəm və gözümə dərman tökürəm və bu ömürlük olacaq.sualım belədi sizə mən oruc tutsam orucum pozulmaz ? əgər tuta bilməsəm kəffarəsi nədi? əvvəlcədən minnətdaram sizə
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Ramazanda gözə dərman tökməyin işğalı yuxdur.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı