www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Mahir: Cümə xütbələrini dövlət təyin edə bilərmi? Azərbaycanda vahid xütbə var.Bir kitab əsasinda butun məscidlərdə eyni xutbə oxunur. bu nə dərəcədə düzgündür İslamda?
Cavab: Salam. Bu suala cavab verilmədi. Yaxşı olar ki, Sistani ağanın öz saytına yazıasız.
Sual: Sualı ünvanladı Həsən: Salamun Əleykum və Rəhmətullah. Sualım belədir ki, bilmək istəyirəm bizim Mərceyi-təqlidin üst geyimi barədə rəyi necədir. Qolu uzun köynəyin ölçüsünün minimum həddi biləyə qədərdir, yoxsa dirsəkdən azca aşağı olsa kifayətdir? Bəribaşdan təşəkkür edib, Allahdan sizin üçün həqiqi elm diləyirəm.
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Sualınızda niyyətiniz qadınsa biləyə kimi olması vacibdir. Kişiyə isə biləyə kimi vacib deyil. Yəni biləydən yuxarı olsa da olar.
Sual: Sualı ünvanladı Samir: Salam aleykum sualim budur ki,ayağa mesh çekerken vacibdirki ayağ berk yere qoyulsun?azaciğ ayaği yuxari qaldirmaq olarmi?fikrinizi bilmey xosh olardi salam aleykum
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Salam. Bəli, olar.
Sual: Sualı ünvanladı Anar: Sualı ünvanladı Anar: Salam.beden.quru.spermaya.deyse.murdar.olur.?.tewekül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qurudan quruya murdarlıq keçmir.
Sual: Sualı ünvanladı Mahir: Havanin istiliyinə gorə oruc tutmaq cetin gelir mene. Oruc tutmayib evezinde figye vere bilerem? Her gune ne qederfidye vermeliyem?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər dözülməz həddə çətinsə, hər gün səfər edin və orucu pozmaq üçün icazəli olan şəri məsafəni qət etdikdən sonra orucu açın. Yox səfərə imkan yoxdusa və siz dözə bilmirsizsə, onda zərurət miqdarında su için və zərurət miqdarında yeyin. Zərurət miqdarında yeyib içdikdən sonra orucunuza davam edin. Bu oruclarınızı sonra, yəni sizin üçün dözülməz olmayan, nisbətən sərin günlərdə qəza etməlisiz. Kəffarəsi isə yoxdur.
Sual: Sualı ünvanladı Anar: Salam.sualima.göre.üzür.istiyirem.qadinla.kiwi,nece.müvekketi. nigah.baqlayir.munun.xüsusi.qaydasi.nedir.men.nece.edim.?tewekül
Cavab: Salam. Bu risalədə olan şeydir. Risaləyə baxın, ətraflı izah olunub.
Sual: Sualı ünvanladı Rauf: Salam.Insanin bedenine toyuq qadi deyerse bu paltarla namaz qila biler?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyir, paltarın qanı yuyulsun.
Sual: Sualı ünvanladı Mahir: Salam. Əsgərliyə getməyin hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qanunlara əməl etmək lazımdır. Əsgərliyə getməmək qanun-qaydadan yayınmaq olduğu üçün, onu etmək caiz deyil. (Burda dinə zidd olmayan qanunlar nəzərdə tutulur.)
Sual: Sualı ünvanladı Şahnaz: Salam bir bacimiz var namaz qilmaq ideyir amma evlerinde atasi ve qardawi spirtli icgi icirler ve bir namaz qilan o, baciya diyib ki, atangilden halaliq alib sora namaza bawla. Sizden orenmey isdediyim. Bacinin oynunda olan weri vezife nedir? Evdekilr icgi ice-ice o, qiz namaz qila bilermi? Aydin yazin. Allah razi olsun
Cavab: Salam. Namaza başlamaq üçün bu şey lazım deyil. Əlbəttə ki, hər kəs öz əməlinə görə cavabdehdir. Onun ailəsində kiminsə spirtli içki içməsinin ona heç bir aidiyyatı yoxdur. Həmin xanım namaza başlasın-inşallah!
Sual: Suaı ünvanladı Mahir: Salam.Men bir qadinla elaqede oldum. Sige etmedim sadece cinsi telebatimi odemek ucun oldum onunla.Yəni ki zina etmisem. Men qadinla elaqede olmamisdan once ondan bu isi ucun munasib zaman olub olmadigini sorusdum.İstemedim ki onunla heyz gunlerinde oldugu zaman elaqede olum.O da mene dedi ki, artiq adet muddet bitib ve bu is ucu hazirdir.Onunla elaqede olub qurtardiqdan sonra (aletimi cixardanda ) qan gordum. Amma qadin yene de tekid edirdi ki bu qan heyz qani deyil. Men bilmek isteyirem bele olan suretde boynuma her hansi bir keffare, gunah gelirmi? Menim şeri vezifem nedir?
Cavab: Salam. Bu sualı başqa bir formada ünvanlanmışdı. Cavab verilib. Əlbəttə bəhs yalnız qana aid olub uyğun cavabda.
Sual: Sualı ünvanladı Mahir: Əssəlamu aləykum, ipoteyka (Azərbaycanda verilən) halaldır? mən Ayətullah Lənkərani Ağa (r) a təqlid edirəm, ümumən şiə fiqihində ipoteka halaldır?
Cavab: Salam. İpotekanın şərtlərini bizə tam yazın. Sonra cavab alaq.
Sual: Sualı ünvanladı Anar: Salam.kafede.oturub.halal.yemek.içmek.olar.bunun.bir.manesi.var.?tewekür
Cavab: Salam. Xeyir, yoxdur.
Sual: Sualı ünvanladı Mahir: Salam men hicabdayam.Amma beyin emeliyyati kecirmisem cox esebiyem hicabimi duzgun baqlaya bilmirem,namazimi oturaq veziyyetde qiliram bu ne derecede duzdur xais edirem cavab deyesiz.Imam rza aqani ziyaretden sonra sefa tapmisam.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər daha yaxşı edə bilmirsizsə, yəni mümkün deyilsə, işğalı yoxdur.
Sual: Sualı ünvanladı Mahir: Salam aleykum. Istimna haram, muteni etmeye imkan olmadigi halda ne etmek olar? Mene dediler ki evlən ya da ki oruc tut,əgər əgər evlənə bilmirsənsə. Oruc tutanda da ozume hakim ola bilmirem. Ise gederken, yolda qadın-qiz gorende şəhvət hissimə hakim ola bilmirem. Gozum ister istemez satasir ve mende de cinsi istek-şehvet baş qaldirir. Butun Ramazani Allah-Allah deyerek tuturam, keffare gelmesin deye, estegfurullah, gucle dayaniram. Mənə bir çıxış yolu göstərin.
Cavab: Salam. Ya evlənməlisiz, ya da ki, səbr etməlisiz. Üçüncü yol yoxdur. Evlənmək üçün sadə yol seçsəz probleminiz tez həll olar. Səbr etmək üçün gözlərinizi qorusaz (məxsus internetdə haramlara baxmasaz, naməhrəmlərlə danışmasaz) az təhrik olarsız və daha asan səbr edə bilərsiz.
Sual: Sualı ünvanladı Mahir: Mən öz şəhvət hislərimə hakim dura bilmirəm və adi günlərdə istimna edirəm. Ramazan ayında da bu mənfi xüsusiyyətimdən əl çəkə bilmirəm.Belə ki, oruc oldugum halda istimna edirəm və nəticə etibari ilə boynuma kəffarə gəlir. Belə olan surətdə mən oruc tutmasam olarmi? Yəni istəmirəm boynuma hər dəfə kəffarə gəlsin. Evləndikdən sonra qəzasin tutaram. Bunu edə bilərəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Orucunu bilərəkdən yeyən adam ya 60 gün oruc tutmalıdır ya da ki, 60 fəqirə təam verməldir.

Orucu istimna ilə bilərəkdən pozan adam ya 60 gün oruc tutmalıdır ya da 60 fəqirə təam verməlidir.



Sayt tərəfindən: Oruc tutmamaq bir günah, istimna etmək başqa bir günahdır. Bu şeytanın vəsvəsəsidir ki, sizə deyir, orucu buraxın. Orucu buraxsazda sizə kəffarə var, orucu tutub istimna ilə pozsazda. Məsləhətdir ki, orucu tutun və çalışın istimnanı tərk edəsiz. Çünki istimna həm böyük günah həmdə cisminizə dəhşət zərərlidir.



Aşağıdakı linkə baxın: http://old.sizinyol.com/?page=Articles&ArticlesId=163
Sual: Sualı ünvanladı Mahir: Misal bir şəxsin Ayət namazı qəzaları var.Amma bilmir indiyə qədər ayət namazını vacib edən hadisələr neçə dəfə olub.Ehtimal verdiyi say qədər qıla bilər?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Təqribi hesablasın və əldə etdiyi ən azı qılsın. Məsələn 2 və ya 4 ayət namazı olduğunu düşünürsə, 2 namazı qılsa yetər.
Sual: Sualı ünvanladı Mahir: Salamaleykum.. 20 yasim var bir nece pis hadiseler yasamisam deye nevroz xestesiyem psixi veziyyetim pisdir mualicelere baxmayaraq.elimde olmadan atamin uzerine sesimi qaldiriram,cavab qaytariram pesman olub,tovbe edirem amma yenede ozume hakim olabilmirem.buna gore mene gunah yazilirmi ?
Cavab: Salam. Əgər özünüz yazdığınız kimi əlinizdə deyilsə daha neyləmək olar?! Adi halınıza qayıdanda valideynlərdən elə acizanə üzr istəyin ki, onlara qarşı əlinizdə olmadan etdiyiniz hörmətsizliyin əvəzi çıxsın. Amma əlinizdədirsə olduqca böyük günaha yol verirsiz.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Əssalamu əleykə.Məkarim Şiraziyə görə -mən hal-hazırda analıq məzuniyyətindəyəm,özümdə hicablıyam.Oktyabr ayında işə çıxmalıyam.Hərbiçi olduğum üçün işə gedərkən forma geyməliyəm. Ailə vəziyyətimlə əlaqədar işdən çıxa bilmərəm.İŞ zamanı çalışdıqca qapanacam.Mən nə edə bilərəm? Əssalamu əleykə.
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Gen mantosuz və ya çadrasız, bədən tam örtülmədən olarsa, belə bir geyim, müsəlman və şiə qadının şənində deyil. Buna görə o işi tərk etməlisiz.
Sual: Sualı ünvanladı Anar: Salam.sizi.suallarimla.narahat.etdiyim.üçün.ef.edin.tewekür.
Cavab: Salam. Xeyir, xoşdu. Alah sizi hifz etsin.
Sual: Sualı ünvanladı Salam: Salam.vacib.mübarek.orucun.niyetin.bütöv.edirler.yoxsa.her.gün. ve.hansi.vaxt.arasinda.edirler?tewekül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bütöv də etmək olar. Amma daha yaxşıdır ki, hər gün də niyyət olunsun.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı