www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Anar: Salam.namazi.qilmayanda.namazin.yeni. cenamazin.qarwisindan.keçmek.olar.?.tewekür
Cavab: Salam. Heç bir işğalı yoxdur.
Sual: Sualı ünvanladı Anar: Salam.sizden.xaiw.edirem.namazin.esas.felsefesin.mene.deyin.?tewekül
Cavab: Salam. Üzrlü sayn, sual mövzumuza aid deyil.
Sual: Sualı ünvanladı İbrahim: Salam qardaw.Size 1sualim var.Qardaw Allahdan here öz bildiyi dilde daniwa biler.yeni Dost yoldaw ve.s demek istemrem.bu gunah saylmirki??men Allahdan qardaw dost yoldaw kimi danw dua edrem.gunah deylki bele?
Cavab: Salam. Allah qardaş anlamından pakdır. Amma bir dost və yaxın nəzəri ilə Allaha münasibətin işğalı yoxdur.
Sual: Sualı ünvanladı Anar: Salam.namazin.sözlerinin.arasinda.bedenimi.hereket.etdire.bilerem?tewekül
Cavab: Salam. Sualınız aydın deyil. Nə həddə hərərkət? Yenidən sual yazsaz, tam yazın.
Sual: Sualı ünvanladı Anar: Salam.azan ve iqameni piçilti.ile.demek.olar?.tewekül
Cavab: Salam. Olar.
Sual: Sualı ünvanladı Anar: Salam.tesbehle.düzgün.zikirin.qaydasin.mene.yazin. men.nece.zikir.edim.?.tewekül
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: 34 Allahu-əkbər, 33 sübhanəllah və 33 əlhəmdulillah.
Sual: Yazdı Şahnaz: Allah sizlerden razi olsun bize cooox komek edirsiz Allah da size komek olsun. Dualarimdan esgiy deyilsiz!
Cavab: Salam. Rica eidrik. Vəzifəmizdi. Xahişimiz budur ki, biz gecikəndə əfv edin. Bilin ki, əlimizdən gələni edirik. Amma yenə də cavablar yubanır və sair problemlər olur. Əfv edin.
Sual: Sualı ünvanladı Şahnaz: Sacimi ayagimi kimlerin yaninda aca bilerem sadalayin de zehmet olmasa?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Başqa qadınların yanında və ərinizin yanında. Bundan başqalarının yanında (Əmi, dayı, qardaş, ata, baba) baş və ayaqları açmağınız bu şərtlədir ki, fəsad ehtimalı olmasın. Amma bunlardan (Əmi, dayı, qardaş, ata, baba) başqalarının yanında baş və ayaqları açmaq mütləq surətdə haramdır. İstəyir şəhvət ehtimalı olsun, istəyir olmasın. Birdə ehtiyati-müstəhəbbə əsasən məsihi və nəsrani qadınların yanında da öz bədənini açmasın.
Sual: Sualı ünvanladı Anar: Salam.namazi.bitirdikden.sonra.sejdeye.gedib.dua.edib.peyqenbere.salavat. göndermek.düz.olar.sejdede?.tewekül
Cavab: Salam. Bəli, düzdür.
Sual: Sualı ünvanladı Şahnaz: Ba sualim Quranla baglidir menim otgimda hundur munasib yer olmadigina gore kitabi qardawimgilin otagina qoymuwam ve qardawim arada bir piyve icir ve buda spirtdir Quranin orda olmasi duzgundur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Quranı yerə qoymaq məkruhdur. Çoxda hündür yer olmasa da olar. Kifayət edər ki, yerə qoymayasınız.
Sual: Sualı ünvanladı Anar: Salam.uwaq.sidiyi.murdardi?.tewekül
Cavab: Salam. Bəli, murdardı.
Sual: Sualı ünvanladı Şahnaz: Namaz hansi halda eda niyetiyle qilinir aydin yazardiz de?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Sübh namazı-sübh azanından günəş çıxana kimi əda, günəş çıxdıqdan sonra qəzaniyyəti ilə;

Zöhr və əzr namazları günorta azanından şam azanına kimi əda, şam azanı olduqdan sonra qəza; zöhr azanı olan kimi ilk dörd rəkətlik vaxt zöhrə məxsusdur və əsri qılmaq olmaz. Şam azanına bir namaz qılınası qədər vaxt qalıbsa bu vaxt əsrə məxsusdur. Bu mənada ki, bir insan nə zöhrü qılıb nə əsri və şam namazına yalnız bu namazlardan birini çatdıra bilər. Belə olduqda zöhrü buraxıb əsri əda qılır. Zöhrü sonra qəza edir. Buna "ixtisasi vaxt" deyilir

Şam və xüftən namazları, şam azanından sonra gecə yarıya kimi. Gecə yarıdan sonra boyunda olan nədirsə həmin niyyətlə (maaf əz zimmə) qılınız. Yəni nə əda olması və nədə qəza olması niyyət olunmur. İxtisasi vaxt şamla xüftənə də aiddir. Azan olan kimi üç rəkət qılınası vaxt şama, gecə yarıya az qalmış yalnız bir namaz qılınası vaxt xüftənə aiddir.
Sual: Sualı ünvanladı Şahnaz: Qedr gecesinde cowen kebir duasini dimek vacibdir?
Cavab: Salam. Xeyir, vacib deyil. Müstəhəbdir.
Sual: Sualı ünvanladı Anar: Salam.namazi.bitirdikden.sonra.2-3.deqiqe.otura.bilerem?.tewekül
Cavab: Salam. Yəqin məqsədiniz iki namazın arasında oturmaqdır. Bəli, otura bilərsiz. İstəsəniz durub gedib hər hansısa iş görüb, daha sonra namazı qıla bilərsiz.
Sual: Sualı ünvanladı Şahnaz: Ferc duasini zohr namazini bitirdikden sora bide esr namazini bitirdikden sora dimek olarmi? Bide o, duada birrehmetike ya erhemer rahimin sozu yoxdu bilirem bes bu sozu demek olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, olar və bəyənilən işdir. O sözü duadan sonra bir zikr kimi deməyin eybi yoxdur. Amma duadan deyil.
Sual: Salam o, vaxt adamlari quslun niyyetini bele edirler ( isdihaze, gurruhaze, gulgaze lekire, kesire, qaleyle, cenabet) quslu edirem qurbeten ilellah bu bele duzdur?
Cavab: Salam. Xanım biz dəftərxanaya bu formada sual ünvanlaya bilmərik. Xahiş edirik sualı elə yazın ki, dəftərxanaya ünvanlamaq olsun. Üzrlü sayn.
Sual: Sualı ünvanladı Mahir: Salam Aleykum. Mən Sistanı ağaya təqlid edirəm. Kəbinlə bağlı bir sualım olacaq. 3 aydır ki,nişanlıyam. Elçi getdik,qızın atası qızı verdi. Üzük də taxdıq. Qızın vasitəsilə anasının kəbinə müraciətini öyrənmişəm. Kəbinə qəti şəkildə narazıdırlar. Çünki əhəmiyyətini səhv başa düşürlər. Elə bilirlər ki,biz artıq indidən ailə qururuq. Amma əslində niyyətimiz sadəcə söhbət edərkən bir-birimizə məhrəm olmaqımızdı. Ən tez toya yaxın vaxta icazə verirlər. Bəziləri deyir ki,kəbinə görə mütləq atasından razılıq almalısan. Bəziləri isə deyir ki,atası artıq qızı sənə verməyə razılıq veribsə,kəbin üçün icazə almaq vacib deyil. İndi qalmışam belə. Ümid edirəm mənə köməlklik edə biləcəysiniz.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Kəbin üçün ata icazə verməlidir.
Sual: Sualı ünvanladı (Ad yazılmayıb): Əssalamu əleykə.Zəhmət olmasa deyərdiz..........düşür? 2)Xumsü anaya vermək olar?-anam özü 50 manat pensiya alır. 3)Bacım Rossiyada yaşayır imkanı zəifdir,bəzi borcları var,amma yoldaşı banka faiz ödəyir.Onlara xumsun bir hissəsini vermək olar?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Onların heçbirinə xüms verməyiniz caiz deyil.

(Sayt tərəfindən: Bir sualın daxilində birneçə sual yazmayın. Qatışıqlıq düşür-cavab alanda bizə problem yaranır. Konkret bir sual yazın. Üzrlü sayn.)
Sual: Sualı ünvanladı Mahir: Allahın salamı olsun sizə. Bir-birini sevən gənclər (qız və oğlan) bir birləri ilə əlaqə yaratmaqdan ötrü telefon, skype (skayp) və ya sosial şəbəkələr olan facebook, odnoklasnik vasitəsi ilə danışa, söhbət edə bilərlərmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: İnternetlə danışıq onları günaha salacaq deyə, haramdır.

(Sayt tərəfindən: Sevgili olmalarına baxmayaraq, onlar naməhrəmdir və onların hökmü digər naməhrəmlərdən fərqlənmir. İnternetlə söhbətin fəsadı var deyə onlar üçün də bu iş haramdır. Amma kəbin oxutdursalar hökm dəyişir.)
Sual: Sualı ünvanladı Mehman: Paltara Insanin Oz Qani Yaxud Hansisa Bir Heyvanin Qani Deyse Paltar Pakdirmi? Namazi Bu Paltarla Qilmaq Olarmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu iş olmaz və namaz batil olur. Amma bir "dirhəm" həddində olsrsa eybi yoxdur. O da ki, bu şətlərlə:

1-It qanı olmasın;

2-Donuz qanı olmsın;

3-Heyz qanı olmasın;

4-Nifas qanı olmasın;

5-Kafir qanı olmasın.



Sayt tərəfindən: Dirhəm həddində-yəni ki, təqribən əldə olan baş barmağın dırnağı boyda.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı