www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam aleykum.Donuz qatqisi olan qidalarin uzerinde bezi kodlar var,hansi ki,hemin kodlar qatqini gosterir.Demek olar ki ekser qidalarda bu var.Biz kodun duzgunluyune ve qatqi olmasina tam emin deyilik.Hemin erzaqlari yeye bilerik? Tewekkurler
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər o kodlar vasitəsiylə qida məhsulunda haram qatqının olmasına yəqinlik hasil olarsa, o məhsulun yeyilməsi haramdır. Əks halda yemək olar.

Təşəkkürlər.
Sual: Salam Dəstəmaz aldıqdan sonra dəsmal ilə qurulanmaq olarmı çox sağ olun təşəkkür edirəm
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bəli, olar.

Təşəkkürlər.
Sual: Bəzi şokalatların tərkibində konyaq,şərab və ya bu maddələrə bənzər haram içkilər var.Belə şokalatları yemək haramı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bəli, haramdır.

Təşəkkürlər.

Sual: Salam aleykum mövlud keçirmək olarmı ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bəli, olar.

Təşəkkürlər.
Sual: Salam aleykum ve rehmetullah uzr isteyirem sualima gore bu suali mene verdiler duzu cavab vermeye curet etmedim ayetullah xamnei ve ayetullah sistani aganin hokmur nedi bu suala zehmet olmasa cavablandirardiz mennende cavab gozlen var . Bir kisi oz zovcesi halali ile arxadan cinsi elaqede ola bilermi ? Ve yaxutda usaqliq yerinden basqa nese ede bilermi uzr isteyirem sualima gore tam etrafli seslendirmeye heyam izin vermir .
Cavab: Salam. Ayətullah Xamnei və Sistani-dəftərxana:

Bəli, kişi öz xanımıyla vajinal yaxınlıqdan (qabaqdan) başqa yollarla da yaxınlıq edə bilər.

Amma anal yolla (arxadan) yaxınlıq etmək üçün xanımın icazəsi şərtdir. Əgər xanım icazə verməzsə kişi öz xanımıyla anal yolla (arxadan) yaxınlıq edə bilməz.

Təşəkkürlər.
Sual: Salamın aleykum menim sualım beledir bir neferde menim 1000dollarım var eyer elimde olsaydı iş göreceydim onuda vaxtında vermediklerine göre xums ilini kecdi indi menno pulun xümsünü vermeliyemmi
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

O pula xums düşür. Və siz ixtiyar sahibisiz ya o pulun xumsunu borcunuzu almazdan öncə çıxarasız (belə olduqda borcunuzu alandan sonra o pulun xumsunu çıxarmağa ehtiyac qalmayacaq), ya da borcunuzu geri aldıqdan sonra onun xumsunu çıxarmalısız.

Təşəkkürlər.
Sual: Bismillahirrəhmanirrəhim Salam Əleykum bir sual vrrmək isdərdim qadinin qaşı silinib yerinə qələmlə cəkə bilərmi? Və yaxud qadin qaşını silib döymə (tatu) eliyə bilərmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bəli, edə bilər.

Təşəkkürlər.
Sual: Salam aga .merc oyunu oynamak mesel futbol oynuna merc etmek amma pulu menden halal qazancimdan cixmirsa gunahdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bəli, bu iş haramdır.

Təşəkkürlər.
Sual: ƏSSƏLƏMU ALEYKUM.BALIQLA YEYİLƏN NARSƏRABI DEYİLƏN TURŞUNU YEMƏK OLARMI? ÇÜNKİ NARŞƏRAB SÖZÜ MƏNİ NARAHAT EDİR.ZƏHMƏT OLMASA CAVAB YAZARSIZ.ƏVVƏLCƏDƏN TƏŞƏKKÜR EDİRİK.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər tərkibində spirt varsa və ya məstedicidirsə yeyilməsi haramdır. Əks halda yemək olar.

Təşəkkürlər.

Sual: Salam alekum. Narahatciliq ucun uzr istirem. (Allah emeyi kecen her kesden razi olsun) 1. Tattoo vurdurmaq isteyirem, dini ve ya qeyri dini bir yazi ve ya resm. Tattoo oz-ozluyunde haram olmadigini bilirem. Lakin onu vurdurmagim ve daimi olaraq bedenimde qalmasi bilerek harama addim atmaqdimi, yoxsa hec bir ishgali yoxdu ? 2. Bir xanimla munasibetdeyem. Yetkinlik yashini kecib, namaz qilir, valideylerinden anasi sagdi lakin ushagliqdan xalasinin yaninda qalir (onun himayeliyindedi) ama ana deye tanidiginin eslinde (ozu daxil olmaqla) hami terefinde xalasi oldugu bilinir. Atasi ve babalari rehmete gedib. Men bu xanimla kebn kesdirmek isteyirem. Dogma anasindan raziliq olmalidir yoxsa ana deye muraciet etdiyi (ushaqliqdan tabeliyinde oldugu) xalasindan ? (Ve ya oz raziligi yeterlidi ? 3. Gunah olmayan bir ishe "men birde sulu qelyan cekmeyeceyime tovbe edirem" demishem. Indi qelyan ceksem tovbeni pozmushmu oluram yoxsa haram olmayana tovbe yoxdur ve rahatliqla istifade ede bilerem ? 4. Teqlid etdiyimiz mushtehidimiz zamani gelince dunyasini deyishse bizde mushtehidimizi deyishmeliyikmi ? 5. Ickiye, narkotike devet etmemek serti ile (onlari teblig etmemek serti ile) yalniz lirika ve heyati problemlere dair musiqi (rap) yazmaq ve ifa etmek haramdir yoxsa haram deyil ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1-Tato öz-özlüyündə haram deyil. İstər daimi olsun, istərsə də müvəqqəti.

2-Əgər atası və babası(ata babası) yoxdursa öz razılığı kifayətdir.

3-Halal bir işə edilən tövbənin mənası yoxdur və onu pozmaq olar.

4-Dünyasın dəyişən müctehid ə'ləmdirsə onun təqlidində qalmaq lazımdır. Əgər diri müctehid ölən müctehiddən ə'ləmdirsə diri müctehidin təqlidinə keçmək lazımdır.

5-Əgər eyş-işrət məclisinə aid deyilsə və ğinası yoxdursa haram deyildir.

Təşəkkürlər.
Sual: Qardasin arvadi mehremdirmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xeyir, məhrəm deyil.

Təşəkkürlər.
Sual: Salam. Mən işləyirəm və maşımın bir qismini boğazımdan kəsib gələcəkdə ev almağım üçün qırağa qoyuram. Yəni bu pulu ev üçün ayırmışam. Mən bu puldan xums çıxartmalıyam? Çıxartmalıyamsa ne qədərini çıxartmalıyam?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər xums günü gəlib çatarsa o pulun xumsunu çıxartmaq lazımdır. Yəni qırağa qoyduğunuz pulun beşdə biri xumsdur.

Təşəkkürlər.

Sual: Salam aleykum oruclu halda sinə ve bașdan gələn bəlğəmi agız boșluğuna catmamıș udmağın eybi yoxdu sistani ağa deyir ağız boșluğuna catsa onu müstəhəb ehtiyata əsasən udmasinlar bəs sine ve bașdan gələn bəlğəmi ağiz boșluğuma çatsa onu tüpürə bilərəm ama tüpürməsəm qəsdən udsam orucum batil olurmu ???
Cavab: Salam. Ayətullah Siatani-dəftərxana:

Xeyir, oruc batil olmaz.

Təşəkkürlər.
Sual: Salam alekum. Bagishlayin vaxtinizdan aldigim ucun. Sualim: Haram olmayan bir seye (sulu qelyana) zamaninda tovbe edib "tovbe edirem birde qelyan cekmeyecem" demishem. Haram olmayan bir seye tovbe varmi. Qelyan ceksem gunahdirmi ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Haram olmayan bir işə tövbə etməyin mənası yoxdur və bu tövbəni pozmaq günah sayılmaz.

Təşəkkürlər.
Sual: Salam aleykum bir șexs oruclu halda sineden ağiz boșluguna gelen belgemi qesden udsa orucu batil olurmu ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Xeyir, batil olmur.

Təşəkkürlər.

Sual: Araq verilen toydan yığılan pullar haramdi yoxsa halal?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Haram deyildir.

Təşəkkürlər.

Sual: Salam.Namaz qilarken rükü ve secdelerde sözleri sessiz demeyin isqali varmi
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Xeyir, işkalı yoxdur.

Təşəkkürlər.
Sual: Imam Eli elehiselamin nece ovladi var
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Üzürlü sayın, biz yalnız şəri suallara cavab veririk.

Təşəkkürlər.
Sual: Evela Salam sualim budur kiwi halal arvadi ile arxadan cinsi elaqede ola biler?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Qadının razılığı varsa bəli, ola bilər. Amma bu iş məkruhdur və bəyənilən iş deyildir.

Təşəkkürlər.
Sual: Əssalamu Əleykə ağa.. Zalim hakimiyyət olan ölkədə işıq, qazdan qeyri qanuni yolla istifadə etmək haram sayılır? Hər şeyin xalqın oldugun nəzərə alırıq.. Suyun da, tikilən stansiyalar da xalqın sərvətinin hesabına tikilib
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bəli, bu iş haramdır. Gərək qanuni şəkildə istifadə oluna.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı