www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Anar: Salam.desdamazdan.sonra.elimi.yuyub.kranti. baqlamaq.desdamazi.poza.biler.terekül
Cavab: Salam. Dəstəmaz tamam olubsa, bu işin heç bir işğalı yoxdur.
Sual: Sualı ünvanladı Şahnaz: Men namaz qilanda evdekiler otaga girib cixirlar men qeza namazi qilirdim gulmeli hal yarandi diyana bilmedim ozumu toplamaqcun namazi pozdum bunun bir qusuru var?
Cavab: Salam. Səssiz gülmüşdüzsə, gərək namazı kəsməyəydiniz. Səslə güldükdə namaz batil olur.
Sual: Sualı ünvanladı Şahnaz: Su hansi halda necis cirkli hesab olunur?
Cavab: Salam. Siz konkret sual versəz biz cavab verərik. Amma sizin bu sualınız bizim saytın işi deyil. Bunun üçün risalədə "Suların hökmü" bəhsini mütaliə edin.
Sual: Sualı ünvanladı Şahnaz: Subay qiz uzunde, qolunda, (big yerinde) olan tukleri aldira biler? Xaiw cvb yazin
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: işğalı yoxdu. Amma elə bir iş görsə ki, zinət hesablansın, onda gərək naməhrəm qarşısında onu örtsün. Məsələn qaşları elə bir formada alır ki, zinət hesablanır. Belə olsa, həmin qaşlar naməhrəmdən gizlədilməlidir.
Sual: Bismillahir Rahmanir Rahim. Salam aleykum. Size bir sualim var. Eger bir nefer mene bir soz atirsa meni isledmek meqsedile onu et bunu et deyirse ve men edenden sorada camaatin yaninda 'Gorduz filankesi nece isletdim' deyib gulurse onda men ne etmeliyem. menim o insandan hec bir tabeciliyim yoxdusa sadece bir ev tikilir ve komek edirikse bir birimize bunda men ne etmeliyem hemen adama. Qardasim bele olsa menim vezifem nedi? ve ya 'bu gun bunlari ele isledecemki nefesleri kesilecek deyirse' ve islemek vaxti gelende men o isi hevessiz ediremse ve yavas yavas ediremseki onlarin istekleri olmasin ve bu isde onlar qezeblenirlerse burda menim sehvim nedi Xaisedirem mene umumi cavab yazinki men vezifemi bilim hirsimi icimde boga bilmirem ve neticede onlar menden boyukdu men onlara soz qaytariram. Onlar meni laga qoyanda mende qarsiliq verirem. 2. Eger Ata rehmete gedirse o valideyinlik vezifesi boyuk ogulami kecir ve ataya edilen hormet onadami edilmelidi yeni valideyine uf bele dememek qardasadami aiddi? Cavabinizi sebirsizlikle gozleyirem Allah razi olsun
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Böyük qardaş atanın yerində deyil, amma ona da ehtiram laızmdır.



Sayt tərəfindən: Sualınızın qalan hissəsi şəxsi məsələ olduğu üçün dəftərxanadan nəsə soruşmadıq. Sizə məsləhət görürük ki, bu məsələni daxilinizdə saxlamayıb həmin adama deyin ki, sizdə insansız və şəxsiyyətiniz var. Sizə hörmətlə yanaşsın.
Sual: Sualı ünvanladı Sahnaz: Namazi bitirdikden sora Imim zaman aga ucun ayyetel kursi oxumaq olar oturaq halda?
Cavab: Salam. Olar!
Sual: Sualı ünvanladı Sahnaz: Uzurlu sayin Mennen gelen .............gunlerinden qeyri gunlerde yeni ferqi yoxdu evvel ya axir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Sizin dediyiniz əlamətlərlə bu adi haldır və heç bir şəri vəzifəniz yoxdur.
Sual: Sualı ünvanladı Eli: Bismillah .Sualim budur ki ,bir cox sosial sebekeler var (facebook ve.s)ve burada momin ve momineler oz sehifelerin yaradirlar sonra bir birlerine paylasimda bulunurlar Amma narahat eden mesele odur ki ,hicabli xanimlar namehremlerlin yazilarina rey bildirir dostluqlarini qebul edir hercend etmeye de bilerler Namehremlerin islamla bagli olmayan yazilarina rey bildirirler ve.s Xahis edirem sualimi cavablandirarsiniz ki bu cur munasibetlerin seri ve exlaq noqteyi cehetden hokmu nedir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İnternetdə naməhrəmlə söhbətin fəsadı var və haramdır.

Sual: Sualı ünvanladı Mahir: Salam,Zehmet olmasa istixare ve onun namazi barede yazardiz? Ve ya link gonderediz,Istixare namazindan sonra Quran achmaq ve onu nece basha dushmek barede melumat vererdiz.Allah razi olsun!
Cavab: Salam. Sualınız mövzuya aid deyil, üzrlü sayn.
Sual: Sualı ünvanladı Mahir: AllahIn salamı olsun üzərinizə.Ötən gün Ayətullah Sistaniyə beleə bir sual ünvanlanmışdır. Sual: Telefonla kredit goturmek haramdir? Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Sizin balansınıza pul yükləyib əvəzində sizdən daha çox pul aldığı üçün haramdır-riba sayılır. Lakin daha əvvəl internetdə məlumay yayılmışdır ki guya Sistani ağa bu telefondan kredit goturməyi caiz bilmişdir. Bax:http://www.youtube.com/watch?v=dqfDhx8CUC0 Zəhmət olmasa məsələni aydınlaşdırın. Sual: Telefonla kredit goturmek haramdir?
Cavab: Salam. Hal-hazırda əvvəlki kimi konturla yox, qəpiklə olduğu üçün bu iş haram sayılır. Konturla olsaydı, işğalı yox idi. İndi balansınıza qəpik və ya manat vurub əvəzində daha çox alırlar və bu şərt kimi əvvəldən mövcuddur. Ona görə də haram sayılır.
Sual: Sualı ünvanladı Anar: Salam.qedir.gecesinde.qilinan.namaz.nece.niyet.edilir
Cavab: Salam. Müstəhəb niyyəti ilə...
Sual: Sualı ünvanladı Mahir: Cümə namazının Əhli-Sünnət fiqihində olduğu kimi özündən əvvəl yaxut sora sünnət (müstəhəb) namazları varmı, varsa neçə rükətdi və necə qılınır? mən Ayətullah Lənkərani ağaya (r) təqlid edirəm, indidən təşəkkür edirəm, Və əssalamu aləyum və Rəhmətullah və Bərəkatuhu
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Cümənin nafiləsi iki rəkətdir və namazdan əvvəl qılınır.
Sual: Sualı ünvanladı Mahir: ......................Ayətullah Məkarim Şirazi 2 rükətli qılınar deyir, ancaq mən Ayətullah Lənkərani ağaya (r) təqlid edirəm, bir tanış dindar da 4 rükət qılınır demişdir.
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: İki rükətlə.

Sayt tərəfindən: Bir sualın içində neçə sual göndərməyin. Üzrlü sayn, qatışıq düşür və belə qatışıqlıqı aydınlaşdırası imkana malik deyilik.
Sual: Sualı ünvanladı Mahir: Məğrib və İşa namazlarının çıxma zamanı nə vaxtı? Gecə namazı girəndə yoxsa sübh azanında? (Məsələn gecə 3-də Məğrib və İşa namazların qılmaq olar?)
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Gecə yarıya qədər əda niyyəti ilə qılın. Amma gecə yarını keçsə sübh namazına kimi, nə ədadır nə qəza. Məaf-əz-zimə (yəni vəzifəm nədirsə, boynumda necədirsə) niyyəti ilə qılın, əgər gecə yarını keçsə. Qəti qəza, sübh azanında olur.
Sual: Sualı ünvanladı Mahir: Qusul zamani salavat demek olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Eybi yoxdur, olar.
Sual: Sualı ünvanladı Mahir: Salam. Mumkunse menim sualimi cavablandirin. Elimde ev tikmey ucun yigdigim pul var ve bu yaxinlarda Allahin komekliyi ile bawlamaq istiyirem. Amma pulun xumsu verilmiyib. Bunun hokmu nedir? Xums verilmelidir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Pulun qalmaq müddəti 1 ili keçibsə, onda xümsü verilməlidir.
Sual: Sualı ünvanladı Anar: Salam.ereb.dilin.öyrenmek.üçün.mene.kitab.adi.deyin.tewekül
Cavab: Salam. Bizdə belə bir məlumat yoxdur ki, hansı kitablar tərcümə olunub. Üzrlü sayn.
Sual: Sualı ünvanladı Anar: Salam.vacib.oruc.nece.niyet.edim.qarwidan.mübarek. orucluq.gelir.men.nece.bawlayim
Cavab: Salam.

Oruc tuturam vacibən-qürbətən iləllah.
Sual: Sualı ünvanladı Könül: Salam. Men bilmek isterdim qiz kebin kesilenden sonra kime tabe olmalidir rehbri agasi kimdi? Qayanana ya eri? Bir aile bu meselelere gore dagilmaq uzredi xahis ewdirem cavablandirasiniz. Qaynana iddia edir ki men olan yerde erin hec kimdi. Qayin da teleb edir ki nece biz anaya tabeyik sen de onun evde rehberliyin qebul etmelisen buna mecbursan duzdu bu? Bu arada aile din ehlidi gelin namaz qilib oruc tutsa da hicabi yoxdu. Bu seri meseleye tesir edirmi. Bir de ogulun ananin yaninda soz demek ixtiyari yoxdu hec oz ailesini mudafie bele ede bilmir 1 yasli usaqi ve yoldasini geri atasi evine gonderib. Aile dagilir.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ananın müdaxilə etmək haqqı yoxdur və ixtiyar qadının ərinə aiddir. Anasına aid deyil. Sizin qaynanaya itaət etmək adlı heç bir vəzifəniz yoxdur.
Sual: Sualı ünvanladı Anar: Salam.tesbehle.bele.zikir.edirem.sefimi.siz.yazin...hezireti.xanim. fatmeyi.zehrani.zikir.edirem.vacib.qürbeten.illellah.34defe.Allahu.ekber.33defe.elhemdulillah.33defe.supenallah.bunlarin.arasinda.salavat.deyirem?tesekül
Cavab: Salam. Niyyət vacib yox müstəhəbdir. Arasında salavat yoxdur. Salavatı zikri bitirdikdən sonra deyə bilərsiz.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı