www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Rauf: Telefonla kredit goturmek haramdir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Sizin balansınıza pul yükləyib əvəzində sizdən daha çox pul aldığı üçün haramdır-riba sayılır.
Sual: Sualı ünvanladı Rauf: Salam istibranin qaydasini bawa sala bilersiz?
Cavab: Salam. Bir şəxsi e-mail yazın, biz cavabı ora yazaq.
Sual: Sualı ünvanladı Şahnaz: Salam uzumuze gelen mubarek ayda inshAllah bacardigim qedr oruc tutmaq isdirem qedr gecelerinde oyaq durmaq vacibdir? Ve qedr gecesinde qilinan namazin niyyeti necedir ? Bide o,gecede Covwen kebir duasinin yerine hansi duani oxumaq olar? Allah razi olsun
Cavab: Salam. 1-Qədr gecələrində oyaq qalmaq vacib deyil. Amma olduqca savablı işdir.



2-Allaha yaxınlıq tapmaq niyyəti ilə qılınır və müstəhəbdir.



3-"Coşən-Kəbir"in yerinə oxumaq üçün başqa məxsusi bir duanın olması barəsində məlumatımız yoxdur.



Xahiş olunur ki, bir sualın içində bir neçə sual yazmayın. Qatışıq düşür.
Sual: Sualı ünvanladı Şahnaz: Salam desdemazdan sora uzu silmek olar? Menim ozumun 10 il qezam var hamisini qilmagim wertdirmi bacardigimi qiliram? Menim boynumda qeza namazi ola ola tanimadigim seyyidin ve ya bir adi insanin 1 ayliq vs s, qeza namazini ustlene bilerem? Birehmetike ya erhemer rahimin bu soz Ferec duasinda var?
Cavab: Salam. Bəli olar.

Qəzalarınızın hamısını qılmalısız.

Qəza namazınız ola-ola kiminsə qəza namazını qıla bilərsiz. Amma bu hökm yalnız namaza aiddir.

Qeyd etdiyiniz cümlə "Fərəc"duasında yoxdur.
Sual: Sualı ünvanladı Rauf: Salam.sualim budurki,insanin paltarina necis olan bir wey.meselen toyuqun necisi,yaxud pive deyse bu paltarla namaz qila biler?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Toyuq nəcisi pakdır. Murdar sayılmır. Əti halal olan heyvanların nəcisi və sidiyi (çirklidir amma) murdar deyil. Amma pivə murdardır və kimsə bilərərkdən piyvə dəymiş paltarla namaz qılarsa namazı batildir. Təzələsin.
Sual: Sualı ünvanladı Anar: Salam.oruc.halinda.boynuma.qüsül. gelende.nece.qüsül.verim.axi. deyirler.cimek.olmaz.xai$.edirem.çixi$.yolun.deyin.tesekkül.edirem
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Oruc halında yatarkən, yuxuda insanın boynuna qüsl gəlsə həmin insan çimə bilər və qüsl ala bilər. Ümumiyyətləoruc halında çimməy olar və bu iş haram deyil. Yalnız tam olaraq başı suya batırmaq olmaz. Məsələn oruc insan dənizə gedib dəniz suyunda tam batıb çıxsa orucu batil olar. Yoxsa adi çimməyin heç bir problemi yoxdur.
Sual: Sualı ünvanladı Anonim: Bedeninde doymesi olanin namazi orucu haci batildi ya yox
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Batil deyil.
Sual: Sualı ünvanladı Elmar: salam.ferec duasinin sonunda birehmetike ya erhemer rahimin demek caizdir?xahis edirem son 2 gunde unvanladiqim suallarin cavablarini veresiniz.
Cavab: Salam. Duanın əsas mətnində bu yoxdur.
Sual: Sualı ünvanladı Davud: Salam aleykum ve rehmetullah. Movludunuz mubarek. Bir bacimiz var Hicab baglamaq istiyir. Amma anasi deyir ki, "Eger baglasan sene analiq haqqimi halal elemerem". Bu veziyyetde ne etmelidir? Allah razi olsun.
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Allahın vacib buyurduğunda valideynin razı olması lazım deyil. Halal edilməyəsi bir şey yoxdur. Qız başın bağlasın.
Sual: Sualı ünvanladı Davud: Salam aleykum ve rehmetullah. Xahis edirem sualima etrafli cavab veresiniz. Allah-Teala valideyine itaeti vacib buyurub. Menim Atam men neye qol qoysam (ne is gormek istesem) naraziligini bildirir. Beleki, men afisant isliyirem. Indi, haramdi deye o isden cixmaq istiyirem, deyir "hami isliyir sende isle". Trenajora getmek istirem deyir "Eliyene her yer trenajordu". Xahis edirem mene meslehet verin. Ve RedBull ve Trenajor zallarindaki verilen vitaminler halaldi, haram? Allah razi olsun...
Cavab: Salam. Valideynin ehtiramı vacibdir. Onlara qarşı "Of" kəlməsi ilə belə həddi aşmaq olmaz. Trenajor kimi işlərdə çalışın onların razılığını ələ gətirin. Amma Allahın vacib və ya haram buyurduğunun əksinə əmr etsələr onlara itaət etməməlisiz. Buna görə narazı olsalar, eybi yoxdur.
Sual: Sualı ünvanladı Şahnaz: Salam xeyir namazin salamini tamamladiqdan sora hediye olraq oxuyuram imam Zaman üçün? Evimizde olan levi isiqda su isidib namaz qilmagin bir işğali yoxdur diyirsiz bes onun pulun ödemiriy axi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Suyun özü sayğacsız olsa dəstəmaz batil olar. Amma elektirik enerjisinin sayğacsız olması və suyun onunla qızdırılması kimi şeylərin dəstəmazın batilliyinə aidiyyatı yoxdur. Hərçənd bu iş özü də olmaz.
Sual: Sualı ünvanladı Fatimə: Veli feqih kimdir??
Cavab: Salam. Sual mövzuya aid deyil.
Sual: Sualı ünvanladı Həsən: Salam.Cenabet qusulu alanda vacibdir uzu qibleye dayanmaq?ve ya cimerken qibleni bilmediyimiz halda nece uzu qibleye durub cenabet qusulu alinmalidir?
Cavab: Salam. Belə bir vacib yoxdur. İstənilən səmtə dayanıb öz qüslünüzü alın.
Sual: Sualı ünvanladı Mahir: Skumbriya baligini yemek olar? Cunki bu baligin pullu veya pullu olmamasi cemiyyet arasinda muxtelif fikir var. Bezileri deyir pulu var bezileri deyir yoxdur. Bezileri deyir ki olur daha sonra tokulur.Biz bu balıq haqqında internetde axtardıq amma məlumat ala bilmedik. Xahis olunur deyin. Skumbria baligi pulludur ya pulsuz? Yemek olarmi onu?
Cavab: Salam. Biz onu təyin edə bilmərik. Biz hökmü deyirik. Təyin isə sizlərin öz işidir.
Sual: Sualı ünvanladı Elyar: Salam.Bu salvari xalamin yoldosina qaytarmadan kimese vermek ve ya mescide nezir kimi sedeqe vermek olar?cunki malin sahibi tacirdi o da burda yoxdu yeni salvar teze olsaydi yene xalamin yoldasi salvari yerine qoyardi amma salvar artiq 2,3 aydi geyinilir
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Şalvar sahibinə qaytarılmalıdır. Əsl sahibinə. O halda sədəqə vermək lazımdır ki, əsl sahibini tapmaqdan ümidsiz olasız.
Sual: Sualı ünvanladı Günel: Essalamu Eleykum ve Rehmetullahi ve Bereketuh Allahin salami uzerinize olsun 1 sual verecem heyiz olan halda ehya saxlayib quran dua ,oxumaq olarmi cox isderdim sualimi cavablandirasiniz
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Olar.
Sual: Sualı ünvanladı Mahir: Salamun aleykum. Mən bir yerdə (TİENS-də) müqavilə bağlamisam.Mənlə muqavilə bağladılar. oranin işçisi oldum. Kod verdilər. O kodla dünyanın hər yerində onlarin şirkətində 25 faiz ucuz qiymətə məhsul ala bilərəm. Şərt o idi ki, 300 manatlıq məhsul satandan sonra mənə hər satdığım məhsula gorə 19-40 faizə qədər gəlir gələrdi. Üstəgəl kim mənlə müqavilə bağlayıbsa həmin adamların da satışından gəlir gəlir. Bu cür iş şəriət baxımından düzgündür? Zəhmət olmasa izah edin.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bir işğalı yoxdur.
Sual: Sualı ünvanladı Mahir: Salam. Mən şiəyəm. Atam isə əhli sünnədir. O ümumilikdə namaz qılmır. Amma hərdəm kefinə düşəndə qılır. Onun qəza namazları vəfatından sonra mənə vacibdir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər bilərəkdən qılmırsa, onda sizə qəza yoxdur. Yox əgər belə deyilsə onda onun qəzaları sizə vacibdir. Əhli-sünnə olsada, yenə də siz onun qəzalarını qılmalısız.
Sual: Sualı ünvanladı Haciyeva: Salam. Sualım xumsla bağlıdır. Bir tək qadının (həyat yoldaşı yoxdur) 2 oğlu var, böyük oğlu evlidir, 2 evladı var, hal hazırda yaşadıqları ev ipoteka ilə alınıb və hələ tam ödənilməyib. Kiçik oğul subaydır, o da ailə qurmalıdır, onun üçün yeni tikilən binadan ev alınıb, təmirə imkan olmadığından ev boş qalıb və məcburiyyət qarşısında böyük qardaşı ilə bir yerdə yaşayırlar. Buna görə də evlənə bilmir. Borcları da var. Evə hesablanan xums təxminən 15.000 dollar müəyyən edilib, bu məbləğin ödənilməsi bu ailə üçün münkün deyil. Necə etməli? Ümumiyyətlə belə durumda olan insana xums düşürmü? Xahiş edirəm cavab verin. Allah razı olsun.
Cavab: Salam. Borcun olması o demək deyil ki, xüms verilməməlidir. Məsələn birinin 10 manat borcu var. Xüms günü cibində beş manatı var. Aparıb borcun vermyibsə onda xümsü ödəməlidir. Amma sizin məsələnin yolu budur ki, müctehidin Bakıdakı nümayəndəsini görün və onunla müsalihə edin.
Sual: Sualı ünvanladı (ad yazılmayıb): Betnimden başka cür maye gelir cenabet oldugumu düsunüb teyemmum edib namaz qiliram bu maye 2 gün davam etse neyniyim?
Cavab: Salam. O mayenin necəliyindən, rəngi, qatı ya duruluğu, adətdən əvvəl ya sonra olması barəsində yazın. Biz hökmü təyin edək.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı