www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Sualı ünvanladı Sahnaz: Hamimizin bildiyimiz kimi havalar isinib ve namaz qilmaq ucun xususi paltarim var amma onu giydikde uzr isdirem altdan giydiyim mayka bilinir bunun bir qusuru var?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Naməhrəm görmürsə eybi yoxdur. Amma bu şərtlə ki, sizi görən insan (məhrəm) desin ki, namaz üçün bağlanıb. Yəni "namaz üçün bağlanmaq" cümləsi sizin halınıza şamil olmalıdır. Amma başqa paltar varsa ehtiyata onunla qılın.
Sual: Salam. Namaz vaxtlarini risalede oldugu kimi tewkil edirem bu duzgundurmu? Subh dan yeri yeni agarmaga bawlayanda, zohr esr gunew tam ortada diyandiqda, wam iwa gunew batib qizartilar cekilmeye bawlayanda. Bunuda qeyd edim biz dagda yawayiriq ona gore.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Elə edin ki, yəqinə çatasız ki, azan daxil olub. Amma yəqinə çatmaq üçün biraz gec qılmağınızın heç eybi yoxdur.
Sual: Sualı ünvanladı Sahnaz: Mən subh namazindan bawqa butun namazlarda Imam Zaman aga ucun hemd sure 3 defe ixlas, ayyetel kursi sehidellah, mulk ayelerini oxuyuram bir eyb var?
Cavab: Salam. Sual aydın deyil, namazın içində oxuyursuz? Yoxsa necə?
Sual: Sualı ünvanladı Sahnaz: Oruc tutan wexs heyz olsa heyz oldugu gunun orucu batil olur? Ve heyz gunlerinin qezasi vacibdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, batil olur və heyz günlərinin qəzası da vacibdir.
Sual: Sualı ünvanladı Sahnaz: Namaza geldiyim cox deyil. Evimizde levi isiq var bilmeden namazada desdemaz aldigim suyu o.isiqla isidirdim qildigim namazlar batildi? Yoxsa kimnense halalir almaliyam?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Namazlarınız düzdür. Çünki siz dəstəmaza lazım olan suyu yox, işığı levidən əldə edibsiz. Bu iş özü özlüyündə günah olsada, namazı batil etmir.
Sual: Sualı ünvanladı: (Ad yazılmayıb) Evde qibleni nece tapim?
Cavab: Salam. Araşdırın. Əhli namazdan soruşun. Məscid və ya qəbirlərin qibləyə götürdüyü səmtlə əldə edin.
Sual: Sualı ünvanladı Shahnaz: Salam necesiz insAllah suallarim artib biraz. Allah dualarimizi qebul etdi.
Cavab: Salam. Suallarınızı bir yerə qeyd edin və imkan olsa hər gün bir sual göndərin. Çünki cavab vermək imkanlarımız çox məhduddur. Amma bütün suallara cavab verməyə hazırıq. Sadəcə xahişimiz odur ki, hər gün bir sual göndərin.
Sual: Sualı ünvanladı Elyar: Salam.Su sayqaci olmayan sudan qusul da almaq olmaz?
Cavab: Salam. Ayətullah Xameneyi-dəftərxana: Bəli, olmaz.
Sual: Sualı ünvanladı Elmar: Salam.bu dualari bura yazardiz zehmet olmasa
Cavab: Salam. Sualınız anlanılmadı.
Sual: Sualı ünvanladı Elmar: salam.yalan danismaq olmaz yalniz insan heyati tehlukede olarsa ve ya kiminse abri gederse yalan danismaq olar.zarafata yalan danismaq olar?ve daha hansi hallarda yalan danismaq olar?
Cavab: Salam. Sualınız mövzuya aid deyil, amma bir kəlamda deyək ki, rəvayətlərdə yalan hətta zarafata olsa belə pislənib.
Sual: Sualı ünvanladı Elmar: Salam.1.tekebbur elemek olmaz deyirler.bes hansi istisna halda olar?2.qeybet elemek gunahdi bilirem.Yalniz gunah edenin qeybeti halaldi o da ki yalniz etdiyi gunah haqqinda qeybet halaldi.duz erz etdim?3.bes bir adam her hansi bir hereket etse hansi ki duz deyil bu qeybet sayilir eger sayilirsa halaldi?meselen-mudur isciye gorduyu isin muqabilinde az pul verir ve 2 isci bu barede oz aralarinda danisir.bu qeybet sayilir?
Cavab: Salam. Sualınız mövzuya aid deyil-üzrlü sayn.
Sual: Sualı ünvanladı Aybəniz: salam . meni hekim tanisim var onu narahat eden 1 mesele var.hemin hekimin 1 xestesi var idi Hemin xesteni ureyinden mualice edirdi.. sonra bu xeste 1 ilden sonra evde boyrek catismamazligindan rehmete getdi.hemin hekim bilendeki bu xeste rehmete gedib yadina dusdu ki o xesteni ureyinden mualice edende hemin dermanlar boyreye de ziyani var imis.xeste qabaqcadan boyreyi agradigini hekime dememisdi.sadece deyirdiki belim agrayir. hekim qabaqcadan hemin xesteni butun muayinelerden kecirmeydimi ?burda hekimin gunahi varmi?ivarsada ne etmelidi?cox vacib 1 meseledi.cavab gozleyik.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər həmin insanın ölümündə həkim müqəssirdirsə onda meyit sahibinə"xata diyəsi"ni ödəməlidir.
Sual: Salam. Hansi hallarda secdeyi sehv etmek lazimdir?men namazda sekk getirendeki 1 ci ruketdeyem yoxsa 2 ci ruketde bele halda namazi tezeden qilmaga baslayiram bele duz ediremmi?namaz qebuldurmu?
Cavab: Salam. Ayətullah-Xamenei:



Səhv səcdəsinin vacib olduğu yerlər :



1.Namaz əsnasında səhvən danışılsa



2.Səcdələrdən biri yaddan çıxsa və sonraki rəkətin rukusunda olan halda, ya da rukudan sonra yada düşsə



3.Dörd rəkətli namazda oturan halda 4 va 5 rəkət arasında şəkk olunsa, ya da dörd rəkətli namazda ayaq üstə olanda 5 və 6 rəkət arasında şəkk olunsa







Səhv səcdəsinin ehtiyatən vacib olduğu yerlər :



1.Təşəhhüd yaddan çıxsa (namazdan sonra gərək yaddan çıxmış təşəhhüdün qəzası yerinə yetirilə və ehtiyat vacibə əsasən iki səhv səcdəsi qılına)



2.Lazım olmayan yerdə salam (hamısı) verilsə (məsələn : dörd rəkətli namazın üçüncü rəkətində səhvən salam verilsə)







Səhv səcdəsinin ehtiyatən müstəhəb olduğu yerlər :



Lazım olmayan yerdə salamın bir miqdarı verilsə







Səhv səcdəsinin qaydası :



a) Səhv səcdəsində təkbiratul ehram yoxdur



b) Səhv səcdəsinin niyyəti onu yaradan yuxarıdakı amillərdən biri olur (niyyət odur ki, namaz qılan şəxs hansı amil üçün səhv səcdəsi qıldığını bilsin.Başqa bir sözlə nə etdiyini bilsin.)



Yuxarıdakı hallardan hər hansı biri baş verərsə, namazın salamından sonra səcdəyə gedilir və bu sözlər deyilir : Bismillahi və billahi. Əssəlamu ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkatuh. Bu sözlərdən sonra başı 1-ci səcdədən qaldırıb oturduqdan sonra 2-ci səcdə yerinə yetirilir.İkinci səcdə də yuxarıdakı sözlər təkrar edilir.İkinci səcdəni yerinə yetirib qurtardıqdan sonra, təşəhhüd və salam deyilir.

Sual: Sualı ünvanladı Aybəniz: Salam. men namazda tesehhudu unudub kecdim salamlara sonra yadima dusduki bele etmisem.secdeyi sehv etmedim.hemin namazi tezeden qildim.bele etmek duzgundurmu?namaz batil olurmu?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Təkcə unudulmuş təşəhhüdü qəza edin və sonra iki səcdeyi-səhv edin.
Sual: Sualı ünvanladı Elmar: salam.ananin oqlan ve ya qiz usaqi dunyaya getirmek isteyir ve bunun ucun dini emel var bir defe saytda bu barede yazmisdiz amma arxivden tapa bilmedim.uzu qibleye dayanib nese 3000 defe hansisa sozleri deyirsen ve nece defe salavat da deyirsen.bu barde daha etrafli yazin zehmet olmasa
Cavab: Salam. Bizim bu barədə nəsə yazdığımız yadımıza gelmir. Sual isə mövzuya id deyil, üzrlü sayn. Qısa deyək ki, bu barədə xüsusi dualar var.
Sual: Sualı ünvanladı Elyar: Salam.heyetimizde 2 su xetdi var ve bunlardan biri qanunidi yeni birinde sayqac var digerimde ise yoxdu.sayqaci olmayan su xetdi hardasa dovletden oqurluq sayilir.sayqaci olmayan sudan namaz ve destamaz ucun istifade etmek caizdi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Sayğac olmayanla dəstəmaz, olmaz.
Sual: Sualı ünvanladı Elyar: Salam.xalam oqlu ticaretle mesquldu daha doqrusu tacir xarici dovletden gonderdiyi mallari vasitecilik edib gomrukden oturur diger dovlete.Bu zaman gelen mallarin icinden koynek cixardir hec kimden yeni tacirden hec bir icaze almadan goturur ozune hetda bizlere hediyye de verir.onun icaze olmadan nese goturmesi caiz deyil bunu bilirem bes mene o koyneyi vermesi nece caizdir?nezere alaq ki koyneyi men goturmurem xalamoqlu goturub mene verir
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: O şey oğurluqdur və sizin üçün də haramdır. Özünüz götürməsəniz belə.
Sual: Sualı ünvanladı Elmar: Salam.Gozle zina deyilen bir shey var?
Cavab: Salam. Sual mövzumuza aid deyil. Bu şey əhkama aid məsələ deyil. Üzrlü sayın.
Sual: Sualı ünvanladı Elmar: Salam.1.cay qiraqindayam ve qiblenin hansi terefde olduqunu bilmirem.4 bir terefe namaz qilmaq olar?2.mohur olmadiqda neden istifade etmek olar?bas barmaqlarin dirnaqlarina secde etmek olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, dörd tərəfə namaz qılın.

Möhür olmasa yerdən sayılan şeylərdən, ot, ağac və yaxud məsələn bir daşdan istifadə etmək olar. Amma yerdən olan şeylərdən və səcdə caiz (yerdən olan ama geyməli şeyə səcdə olmaz, məsələn panbıq; yerdən olan amma yeməli şeyə səcdə olmaz, məsələn, reyhan, kişniş, nanə) olan şeylərdən nəsə tapılmasa və namaz axır vaxtına çatsa ki, qəzaya gedə bilər ,insan öz paltarın qarşısına atıb ona, o da olmasa əlin üstünə səcdə edə bilər. Amma bu iki şey yalnız zərurət olduqdadır ki, artıq namaz qəzaya gedir. Və əlin üstündən paltar müqəddəmdir.
Sual: Sualı ünvanladı Elmar: Salam.Sizin saytin yeniden berpa olunmasina sidqi urenkden sevindim.ayin necesinden artiq fealiyyet gosterirsiz?ve niye yalniz 10:00-dan 11:00-a qeder?
Cavab: Salam. Diqqətinizə və bizə olan sayqınıza görə çoxsaqolun. Saytın maddi imkanları çox məhduddur. Ona görə sayt yalnız bir saat açıq olur ki, sualların sayı çox olmasın. Sayt bütün günü açıq olduqda sualların sayı 2-yüzü ötürdü və biz saytın kontrolunu itirirdik.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı